“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub Yeni nəşrlər, Ədəbi əlaqələr 14 июля 2017 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı yeni layihənin icrası davam edir.ZiM.Az xəbər verir ki, layihə çərçivəsində “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı nəfis tərtibatlı kitab çapdan çıxıb. Nəşrin məsləhətçisi Milli Məclisin deputatları – akademik Nizami Cəfərov və Əflatun Amaşovdur. Nəşrin tərtibçisi və layihə rəhbəri Dəyanət Osmanlı, redaktorlar Rafiq Hümmət və Mirzə Məmmədoğludur.“Türk dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı ZiM.Az-a bildirib ki, kitabda Azərbaycan və gürcü müəlliflərinin ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinə dair, habelə Gürcüstana yönəlik məkrli erməni siyasətinin müxtəlif məqamlarını analiz edən materiallar yer alıb. Həmçinin burada ilbəil dinamikləşən, yeniləşən mehriban qonşuluq münasibətlərinə dair sənəd və məqalələrlə Azərbaycan-Gürcüstan prezidentlərinin görüşlərinin əhəmiyyətliliyini əks etdirən məsələlər araşdırmaya cəlb edilb. Nəşr elmi dairələr, politoloqllar, ictimai fəaliyyətlə məşğul olan gənc nəslin nümayəndələri arasında Gürcüstan-Azərbaycan münasibətlərinin öyrənilməsi, milli maraqlarımızın müdafiəsi,o cümlədən milli-mənəvi dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.Kitabın təqdimatının Tbilisi və Marneuli şəhərlərində keçirilməsi nəzərdə tutulub.Aytac MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.