BDU magistrantları müsabiqə qalibi olublar BDU, "Elm və Təhsil", Hüquq 2 декабря 2015 "Beynəlxalq Həbsxana İslahatları" (PRİ) təşkilatının "Vaxtından əvvəl şərti azadlığa buraxılma üzrə Komissiyanın və Penitensiar xidmətin Azərbaycanda məhbusların azad edilməsinə hazırlıq təcrübəsi" adlı dəyirmi masası keçirilib. Beynəlxalq ekspertlərin və BDU-nun hüquq fakültəsinin müəllimlərinin də iştirak etdiyi dəyirmi masada müzakirə edilən mövzuya uyğun olaraq tələbə oçerkləri qiymətləndirilib. BDU-nun hüquq fakültəsinin magistrantları - Leyla Səlimova, Mələk Əliyeva və Leyla Cəlilova müsabiqənin 1-ci, 2-ci və 3-cü yerlərini bölüşüblər.Qalibləri təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..Aytac MƏDƏDLİ,BDU-nun hüquq fakültəsinin II kurs tələbəsi.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.