AzTU doktoranturaya sənəd qəbulu elan edir AzTU, Elanlar 3 сентября 2020 Azərbaycan Texniki Universiteti (AzTU) 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə doktoranturaya sənəd qəbulu elan edir.Kompüter elmləri;Dinamik sistemlər və optimal idarəetmə;Deformasiya olunan bərk cism mexanikası;Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi;Elektronika;Termodinamika;Üzvi kimya;Fiziki kimya;Kompozit materialların kimyası və texnologiyası;Kimya texnologiyası və mühəndisliyi;Kompüter qurğuları və texnologiyası;Hidravlika və mühəndis hidrologiyası;Elektrotexnika, elektrotexnika mühəndisliyi;Elektron texnologiyası;Sənaye texnologiyası;Cihazqayırma texnologiyası;Materiallar texnologiyası;Maşınqayırma texnologiyası;Maşınlar, avadanlıqlar və proseslər;Metallurgiya texnologiyası;Avtomobil texnikası;Enerji texnologiyası;Dəmiryol texnikası;Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları;Toxuculuq və yüngül sənaye materiallarının və məhsullarının texnologiyası;Nəqliyyat sistemləri texnologiyası;Xüsusi əməliyyatlar texnologiyası;Mühəndis həndəsəsi və kompüter qrafikası;Robotlar, mexatronika və robot texnikası sistemləri;Maşın və mexanizmlər nəzəriyyəsi;İnformasiya ölçmə və idarəetmə sistemləri;Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi;İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi;Elektrotexniki sistemlər və komplekslər;Elektrik stansiyalar (elektrik hissəsi), elektroenegetik sistemlər;Sənaye istilik energetikası;İstilik texnikasının nəzəri əsasları;Yüksək gərginliklər texnikası;Nanotexnologiya və nanomateriallar (sahələr üzrə);Daşınma proseslərinin idarə edilməsi;İnformasiya sistemləri və prosesləri, informatikanın hüququ aspektləri;Ekonometriya iqtisadi statistika;Texnoloji innovasiyalar iqtisadiyyatı;Sənayenin təşkili və dövlət siyasəti;Sahə iqtisadiyyatı;Doktoranturaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri AzTU-nun Magistratura və doktorantura şöbəsinə təqdim etməlidir:1. Rektorun adına ərizə;2. Kadrların şəxsi-qeydiyyat vərəqəsi;3. Tərcümeyi-hal;4. 2 ədəd fotoşəkil ( 3x4 ölçüdə);5. İş yerindən xasiyyətnamə;6. İş təcrübəsi olanlar üçün əmək kitabçasından çıxarış;7. Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;8. Ali məktəb diplomları və diploma əlavələrin müvafiq qaydada təsdiq edilmiş surətləri;9. Şəxsiyyəti təsdiq edən sənədin surəti;Sənədlərin qəbulu 25.09.2020-ci il tarixinə kimi Magistratura və doktorantura şöbəsində aparılır.Müraciət etmək istəyənlər qəbul qaydaları haqqında daha ətraflı məlumatı +99412 539-12-41 (Magistratura və doktorantura şöbəsi) nömrəsinə zəng etməklə öyrənə bilərlər. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.