“Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçiriləcək AzTU, Elanlar 17 июня 2016 28-30 sentyabr 2016-cı il tarixlərində Azərbaycan Texniki Universitetində “Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçiriləcək.Konfransın işinin nəticələrinə görə mükafata layiq işlər müəyyən ediləcək və bu işlərin müəlliflərinə mükafatlar təqdim olunacaq.Tədbirdə iştirak etmək istəyənlər məruzələrin tezislərini 15 iyun 2016-cı il tarixinədək konfransın Təşkilat Komitəsinə göndərə bilərlər.Konfransın işi aşağıdakı bölmələr üzrə təşkil olunacaq:- İntellektual idarəetmə sistemləri;- Avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri;- Maşınların layihələndirilməsində innovativ metodlar;- Maşınqayırmada keyfiyyət: problemlər və perspektivlər;- Yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası;- Bərk cisim, maye və qaz mexanikasının problemləri;- Logistik sistemlər;- Təhsildə intellektual texnologiyalar və resurslar;Məruzələrin tərtibatına dair tələblər: - Mətnlər Word-A4 formatında 5 səhifə həcmində olmalıdır;- Times New Roman, 12 şrift, 1 interval 1,0. yazılmalıdır;- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məqalənin adı böyük qara hərflərlə yazılmalıdır;Konfransda təqdim olunan və Təşkilat Komitəsi tərəfindən seçilən məqalələr “Maşınşünaslıq” beynəlxalq elmi-texniki jurnalının xüsusi buraxılışında dərc olunacaq.Ünvan: Bakı şəh., H.Cavid prosp. 25, Azərbaycan Texniki UniversitetiTelefon: (+994 12) 538 33 60, 539 13 21, 539 09 82, 539 10 27E-mail: [email protected], [email protected]. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.