Milli mətbuatımızın 141-ci ildönümü münasibətilə jurnalistlər mükafatlandırılıb: ZiM.Az-ın Baş redaktoru Müşfiq BORÇALI "USTAD JURNALİST" mükafatı ilə təltif olunub Müşfiq Borçalı 20 июля 2016 TƏBRİK EDİRİK!..Bakı, 18 iyul, Z. Mansurova, A.İsmayılova, AZƏRTACİyulun 18-də “Qafqaz Media” İctimai Birliyinin (İB) təşkilatçiliği ilə Azərbaycan milli mətbuatının yaranmasının 141 illiyinə həsr edilmiş tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, İB-nin sədri Azadə Taleh Abbasqızı milli mətbuatımızın keçdiyi şərəfli tarixi yola nəzər salıb.Milli Məclisin deputatı Qənirə xanım Paşayeva 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib, media nümayəndələrinə göstərdiyi diqqətə görə “Qafqaz Media” İctimai Birliyinə minnətdarlığını bildirib. O, jurnalist adının müqəddəsliyindən söhbət açıb, gənc qələm sahiblərinə bu adı şərəflə daşımağı tövsiyə edib.Tədbirdə bir sıra media mənsubları Azərbaycan jurnalistikasına verdikləri töhfələrə görə mükafatlandırılıblar.Yüzdən çox mətbuat nümayəndəsinə müxtəlif nominasiyalarda diplom və mükafat təqdim olunub. Mükafat alanlar sırasında AZƏRTAC-ın da əməkdaşı var.Tədbirdə incəsənət, musiqi və teatrda fərqlənən görkəmli sənətkarlara da qurumun “Qafqaz” mükafatı təqdim olunub.Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.REDAKSİYADAN:Təltif olunanlar arasında ZiM.Az-ın Təsisçisi və Baş redaktoru Müşfiq Borçalı da var. O, "USTAD JURNALİST" Diplomuna və Fəxri mükafata layiq görülüb. Müşfiq müəllimi ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.