YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ DƏLİVƏLLİ!...

YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ DƏLİVƏLLİ!...
TƏBRİK EDİRİK!..

Bu gün Gürcüstanda yaşayıb-yaradan
dəyərli ziyalılarımızdan biri,
istedadlı qələm dostumuz,
tanınmış yazıçı-jurnalist-tərcüməçi,
çox hörmətli Əziz Dəlivəllinin Ad günüdür.
Daha doğrusu, yubileyidir.
Anadan olmasının 60 illik yubileyi!..


O, 1958-ci il oktyabrın 14-də
qədim Tiflis şəhərində
ziyalı ailəsində anadan olub.
Orta və ali təhsilini rusca alsa da, əmək fəaliyyətinə Tiflisdə o dövrlər Azərbaycan dillində nəşr olunan yeganə mərkəzi mətbuat orqanımız olan
«Sovet Gürcüstanı»
- indiki «Gürcüstan» qəzetində başlayıb.
Burada müxtəlif vəzifələrdə işləyə-işləyə püxtələşərək Azərbaycan dilində də çeşidli səpkidə yazılarla mətbuatda müntəzəm çıxış edib.

Bədii yaradıcılıqla da səmərəli məşğul olan
Əziz Dəlivəlli ədəbiyyatın bir sıra janrlarında
öz qələmini uğurla sınayıb.

Onun 2008-ci ildə Tiflisdə işıq üzü görmş «Sözlərim qanad açası...» adlı kitabında mənzum dramı, şeirləri, hekayələri və digər səpgili yazıları toplanıb.

Əziz Dəlivəlli hazırda Tiflisdə nəşr olunan «Sözün işığı» ictimai, mədəni qəzetin baş redaktorudur,
Gürcüstan Yazıçıları Milli Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
O, eyni zamanda “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun
Gürcüstanın Rustavi bölgəsi üzrə nümayəndəliyinin rəhbəri
dir.

Gürcüstanda yaşayıb yaradan yazarlarımız arasında öz yaradıcılığı və məhsuldarlığı ilə seçilən
Əziz Dəlivəllinin şeirləri özünün orijinallığı, səmimiliyi və məzmun zənginliyi,
bədii keyfiyyətləri ilə nəzəri cəlb edir.
Azərbaycan dilində yazdığı şeirləri, hekayələri, mənzum dramları və başqa səpgili yazıları
Gürcüstanda və Azərbaycanda artıq cap olunub, tələbkar oxucu tərəfindən rəğbətlə qarşılanıbdır.

Ə.Dəlivəlli (Dəlivəlov) yuxarıda da qeyd etdiyimiz kimi, qələmini rusca da sınamışdır.
Onun rus dilində yazdığı şeirlər də ana dilimizdə yazdığı şeirlər qədər
gözəl, poetik, məzmunlu və oxunaqlıdır.

YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ DƏLİVƏLLİ!... Biz də
ZiM.Az-ın bütün
Yaradıcı Heyəti adından
dəyərli qələm dostumuz
çox hörmətli
Əziz Dəlivəllini
ad günü -
dünyaya gəlməsinin
60 illik yubileyi
münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında,
eləcə də,
bədii yaradıcılığında
və ictimai fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!...


Aşağıda Əziz Dəlivəllinin bir neçə şeirini və Beynəlxalq Poeziya mükafatları laureati,
"Şərəf" ordenli şair Nizami SARACLI MUTLUTÜRKün Əziz Dəlivəlli haqqında yazdığı
"LƏLƏM, OY!.." sərlövhəli məqaləsini dəyərli oxucularımıza ərmağan edirik...

Müşfiq BORÇALI,
ZiM.Az


BU PƏLMƏ ÖMRÜMÜ...

Bu pəlmə ömrümü sərsəm, pələsək,
Püsmürük, karıxmış, kövrək yaşadım.
Olsa da çox zaman tərzim yeknəsək,
Öz Əziz adımı uca daşıdım.

Vaxt gələr, Əzrail haqqını umub
Başımın üstündə giriftar olar.
O ziləf mirqəzəb üstümə cumub,
Çarəsiz ömrümdən qüsurlar sorar.

Çəksə imtahana qəzəbli cəllad,
Əhvalım dəyişməz, halım pozulmaz.
Əməlim sap-sağlam, amalım polad,
Küfürsüz cisməsə günah yazılmaz.

Salsa boğazıma kəmsiyi tarım,
Ovqatım təlx olmaz, tarazım itməz.
Əyilməz iradəm, sönməz vüqarım,
Ömrüm bitərsə də həyatım bitməz.

Vicdanım tərtəmiz Tanrım önündə,
Dövrümü yaşadım hüşyar, himmətlə.
Mən cihad edərəm məzhəb yönündə,
Yaşasam yaşaram nurla, hikmətlə.

* * *

Ömrə toy-düyünlə gələn yeni il
Ömür-günümüzdən illər qoparır.
Sevinir, şənlənir anlamırıq ki,
Bizi özümüzdən alıb aparır,
Zaman ötüşdükcə səbrim daralır.

Sayrışır səyyarə, fırlanır kurə,
Həyat təqvimindən vərəqlər yerə
Düşdükcə, ömrüm də bürünür sirrə,
Vərəqlər azalır, qanım qaralır,
Zaman ötüşdükcə səbrim daralır.

İllər üstümüzü sürətlə kəsir,
Yellər başımızdan vüsətlə əsir.
Bu dünya möcüzə, bu dünya bir sirr,
Vaxt ötür, gözümdə aləm saralır,
Zaman ötüşdükcə səbrim daralır.

Yüküm cox ağırdır vərənə dözməz,
Göz yaşım sel olub vələmbə süzməz,
Yazıram dərd-səri vərəqə sezməz,
Əzizəm qocalıq üstümü alır,
Zaman ötüşdükcə səbrim daralır.


YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ DƏLİVƏLLİ!... 100-nü GÖRƏK

(Professor Mədəd Çobanovun
80 illik Yubileyinə)


Aqillər əhlinin bir əfsərindən,*
Müdrik ağsaqqaldan,
fitrətdən asim,**
Bəsincə dad almış
elm kövsərindən,
Alimdən nəql edim,
bir təbrik yazım.

Borçalı ziynəti,
daş-qaş, cövhəri,
Elmin fədaisi,
müqəddəs insan,
Təfəkkür işığı, xalqın gövhəri,
Əqli, zəkasıyla
qazanmış ad-san.

Hikməti, qüdrəti ellərə bəlli,
Hər zaman hər kəsə edər lütf, mədəd,
Vətənə töhfədir işi, əməli,
Xalqımın şərəfi, şöhrəti Mədəd.

Ulu yaradanın əziz bəndəsi,
Tanrısal xislətə sahib bir ərdir.
Xalisdir mayası, safdır kündəsi,
Kamal dəryasında o, təkdir, birdir.

Ulaşsın amaca, hey zəfər çalsın,
Tanrımız dəfnədən bəxş etsin çələng.***
Zəngin əsərləri xəzinə qalsın,
Səksəni, doğsanı, yüzünü görək!

*Əfsər —tac
**Asim – ismətli, həyalı
*** Dəfnə çələngi zəfər simvoludur



P.S.: Ə.Dəlivəlli (Dəlivəlov) qələmini rusca da sınamışdır. Onun rus dilində yazdığı bir neçə şeiri oxucularımıza təqdim edirik.

ЖИЗНЬ В ЗАКАТЕ

Грозно, жёстко и сурово
Осень входит в жизнь мою.
Не сказав судьбе ни слова
Мне диктует шаль свою.

А как в стан ворвётся осень,
Сердце бьётся, жахает.
Словно лист с высоких сосен
Отрываясь падает.

Обливаясь часто кровью,
Тлея и горя в груди,
Борется с печалью, болью,
То трепещет, то гудит.

То не ведая предела
Пляшет радуясь бытью,
То деля со мной удела
Удручается житью.

Сердце чует, жизнь в закате,
Как вечерняя заря.
Хоть качусь в пологом скате,
В мире бренном жил не зря.


ЖИЗНЬ МОЯ

Будто иней сединой,
Словно снег нежданно,
Вдруг накинул пеленой
Голову так рано.

Бремя лет уж спину гнёт,
Тяжко ношу ношу.
Эта тягость сердце мнёт
И терзает душу.

Как и осень жизнь моя,
Ветви все нагие.
Только знают все друзья -
- Помысли благие!


ТБИЛИСИ

Мне дорог, свят родной Тбилиси,
Где я рождён, где рос, живу.
Родны долины, холмы, выси,
Любовью к городу слыву.

Провёл всё детство тут и юность,
И годы школьные прошли.
Познал житья я тайны, мудрость,
Мне годы эти впрок пошли.

Наш город многолик и красен,
Хранит свой старый калорит.
Мечеть, вас, с синогогом вровень,
И церкви близость покорит.

Здесь колокольный звон к обедне,
А зов азана на намаз
Служить молебен всех заранее
Зовут в храм божий каждый раз.

Здесь каждый миг мне люб, приятен,
Здесь каждый угол мне знаком.
И каждого язык понятен,
Ведь в городе живём таком.

Мой город сладких снов и сказок,
Судьбы моей он колыбель.
Он полон весь природных красок,
Лучи же солнца -- акварель.


С А М И Р А
/Молодому политику
Самире Исмайловой/


Ты спослание Самира
В этот трудный, важный час.
Иль гонцом, как голубь мира
Прилетела в нужный час.

Озари путь ярким светом,
Засияй лучом во мгле.
Ты свети зимой и летом,
И зажги свет в темном дне.

В высоте лети пархая
Над вершиной стройных гор.
В жизнь всели надежду рая,
Стань примером с юных пор.


М А Й

Май. Вокруг темно и тихо,
В небе звёзды, счёта нет.
Тучи, будто кони, лихо
Скачут рысью, без сует.

Небосклон, как мыслей бездна,
Необъятен, без границ.
Облака летая тесно,
Засияли от зарниц.

Где-то залпом прострелила
Гулко грозная гроза.
Озарила, засветила
Мигом молния глаза.

Моросивший дождик мелкий
Враз как хлынет, ливнем льёт.
Ветерок, что веял лёгкий,
Волком воет, песнь поёт.

Гамма красок, вспышка молний,
Шум да трепеть, дрожь земли.
Как созвучие симфоний
Льются в музыку вдали.

Словно сказок упоенье,
Написал пейзаж творец.
Это радость, вдохновенье,
Пафос, муза наконец!


СЛОВНО САМ НЕ СВОЙ

Веет хоть вокруг весною,
Ветерок в башке гудит.
В сердце я скулю и ною,
Мысли не могу рядить.

Без бабла, в кармане пусто,
С бзыком в голове брожу.
На душе не очень густо,
Безбарышный всё хожу.

А в нутре кричу, бушую,
Маюсь, словно сам не свой.
Меч Дамоклов чётко чую
Всё висит над головой.

Азиз ДАЛИВАЛОВ.



LƏLƏM, OY!...

Hər ananın bir balası olsa yeydir,
Balasızlıq dərdi təpə-dırnaq sileydir.


Sıxıla-sıxıla bərkişir şair. Yıxıla-yıxıla ayağa qalxır. Od-ocaq içində yanıb kül olur, səməndər quşu tək təkrar doğulur, çırpınıb çalxalanır durulur şair. Öncə yerə baxır, sonra da göyə... analar anası torpağı görür, çayları, gölləri, bulağı görür. Görür necə çıxır gönçədən güllər, görür necə sovrulur rüzgarda küllər... Enişi-yoxuşu, dərəni-diki çəkir gözlərinə və anası ölmüş qurd əniyi tək göylərə boylanıb, ulayır şair... ulaya-ulaya həyatı duyur, anlayır nə demək əzab, işgəncə... anlayır nə demək anasız qalmaq, nə demək bir qıza könlünü verib o qönçədən çıxan təzə gül kimi nübarını dərmək, ətrini qoxlamaq yeni varlığın... gah yerə boylanıb gah da ki, göyə bahar buludu tək hey şimşəklənir, hələ qeyb olmamış o şux parıltı, bir haray qoparır qulaqlarında sürəkli çaxnaşma, dünyanı titrədən qəfil qurultu... öncə yağış gəlir qarayarpaq şıdırğı, yağış, sonra yer silkinir göz yaşından, sonra da eh sonra da nənəqurşağının rəng çalarları, sevdiyi gözəlin gül baxışı tək onu valeh edir; vurulur şair, vurula-vurula nəğmələr qoşur, öz könül sazını basıb bağrına, yaşlı bir uşaq kimi: bu uşaq o uşaqdı ki, doğularkən ana harayından ağlayıb, qışqıırmışdı. Bu uşaq o uşaqdı ki, böyüyəndə anasına lələ demişdi və lələsiz qaldığından kövrəlib sevdiyi gözəlin üzünə baxa-baxa zülüm-zülüm hıçqırıb ağlamışdı, bir şair kimi:

Sən bəlalı bir zamanda yaşadın,
Nələr çəkdin, nələr gördün biləm oy!
Bu enişli, bu yoxuşlu həyatda
Yellənirdi başın üstə ələm, oy
Qibləgahım, səcdə yönüm, Lələm, oy!


Bu könüldən ildırım-ildırım ilqiyıb gələn, şimşək parıltısının fonunda, gözlərdən çağlayan və sinələri dağlayan bir şeir parçasının birinci bəndidir. Bu bənddə şair möhdəşəm bir dərdin, acı bir faciənin baş verdiyini anlatmaqla irəlicədən esgizini cızır və oxucuya bir növ yol xəritəsi hazırlaryır. Ey olub-keçənləri və olacaqları göz önünə sərgiləyən arif oxucu, yəqin sən də Əziz Dəlivəllinin bu “Lələm oy” şeirində yaratdığı ovqata kökləndin. Çünki şair könül qapılarını, elə bu qapının bir an öncə acılacağını hiss etdirib. Şeirlərində nələr olacağını duymaqla sənə ip ucu verib:

Kipriyinlə od götürdün, ay aman,
Çətinliyə əyilmədin heç zaman.
Dəyişəndə dünyasını sən, anam,
Elə sandım batdı yasa aləm, oy!
Qibləgahım, səcdəgahım, Lələm oy!


Burda mən bilmirəm şairin lirik qəhrəmanın üz tutduğu ətəyində namaz qıldığı, ana obrazının adı doğrudan da “Lələ”-dirmi, yoxsa anası ölmüş Kərəmin lələsidirmi bu ana. Hər halda tapıntıdır, özü də ağılabatan gözəl tapıntıdır. Mən bu şeir parçasını oxuyub təhlil etmək istəyəndə şair qardaşım Əlixan Binnətoğluna və onun kitabına əziz haqqında yazdığı ön sözü xatırladım. Ustad şair dostu haqqında məqalənin bir yerində belə deyir: Əziz Dəlivəlli təvəzükar yazardır. O sözlərində təsir olmayan, bir neçə şeir yazıb yalan-palan uyduran lovğa şairlərdən fərqli olaraq yazdıqlarını gözə soxmur, söz ordusunun əsgəri kimi çarpışır və qələbə çalır. Ustadın bu fikirinə mən də qoşuluram və istər-istəməz obrazı heç vaxt gözüm önündən getməyən böyük Mirzə Fətəli Axundzadəni düşünürəm. O da həcmcə çox az yazıb, hamının bildiyi və qəbul etdiyi kimi, gözəl və dahiyanə yazıb. Bax, mənə elə gəlir ki, Əziz qardaşımız bu yolun yolçusudur. Üstəlik də o böyük Fətəlidən fərqli olaraq burda doğulub-bitib, qucaman Tiflisin havasın udub, suyun içib və Tiflis ədəbi mühitinin qoynunda pərvəriş tapıb. Belə bir mühidə yaşayıb yaratmaq isə nə qədər fəxr etməli olsa da o qədər də məsuliyyətlidir.
Bildiyimiz kimi qürbət şairi Almas Yıldırımın Azərbaycan haqqında misilsiz bir şeiri var. O şeiri oxuyan hər bir oxucu şeirin təsir qüvvəsindən heç şüphəsiz yararlanmadan ötüşə bilməz. Bizim əziz dostumuzun anası haqqında da yazdığı bu şeir insanları iman bağı kimi bir-birinə yaralayaraq bağlayır...

Şerin üçüncü bəndi belə vaqe olur:

Sarmışdı cöhrəni qəhər, qüssə, qəm,
Gözündə yaş gördüm, dodağında nəm.
Alışdı ürəyim, dağlandı sinəm,
Göz yaşınla göz yaşını siləm, oy;
Qibləgahım, səcdə yönüm, Lələm, oy!


Bu şeirdə dilə gətirdiyimiz bənddə “göz yaşımla göz yaşımı siləm, oy” misrası tapıntıdır. Özü də gözyaşardıcı tapıntı...

Keçək sıra ilə növbəti bəndə:

Çox görmüşdün soyuq qışlar ömründə,
Keşməkeşli ağır zaman dövründə.
Bir qış günü əldən getdi ömrün də,
Sevinməsin qoy amansızsız ölüm, oy;
Qibləgahım, səcdə yönüm, Lələm oy!


Bu bəndə şair lap quşu gözündən vurub desək, elə billəm yanılmarıq. O burada şeiri pillə-pillə yuxarıya doğru davam etdirməklə bəndlərin bir-biri ilə sıx bağlılığını daha bir poetik tapıntı üzə çıxarır: “Göz yaşımla göz yaşını silə, oy!”
Şairlərin yaradıcılığında belə poetik tapıntılar çox olub. Bəziləri beş-altı bəndlik şeirdə bir-iki tapıntı ortaya çıxarır. O da adətən şeirin axırıncı bəndinə təsadüf edir. Eyni bizim bəşər tarixində önəmli bir yeri olan lokonik şeir növü bayatılarımız kimi. Ancaq unutmaq olmaz ki, bayatı cəmisi bir bənddən ibarətdir. Onun da ilk iki misrası hazırlıq xarakterlidir, son iki mısrası isə bir qayda olaraq tapıntı kimi möhürlənir, ilahinin yaratdığı dağlar tək mismarla bəndlənir...
Belə istedad sahibi olan şairlərin xoş halına:

Keçək o biri bəndə:

Danəndə söhbəti, nəsihətləri,
El üçün çəkdiyin əziyyətləri,
Bizlərə etdiyin vəsiyyətləri,
Yaza bilməz əlimdəki qələm, oy,
Qibləgahım, səcdə yönüm, Lələm, oy!


Burda müəllif həm anasının və həm də şeirin sona yaxınlaşdığını hiss etdirməklə oxucuya əvvəlcədən işarə vurur. Doğmalaşmaqda olan bir ayrılıqdan məlumat verir və haqlı olaraq “vəsiyyət” kəlməsini poetikləşdirir. Həm də özünün qarşıdan gələn fəlakəti önləyə bilməyəcəyini dilə gətirərək “Yaza bilməz əlimdəki qələm, oy!” deməklə tanrı qarşısındakı gücsüzlüyünü səmimiyyətlə etiraf edir.

Gələk möhür bəndin üstünə:

Ömrün boyu sən nələrdən sovuşdun,
Öz taleyin hökmü ilə yovuşdun.
Rəbbimizin rəhmətinə qovuşdun,
Bir gün mən də başı uca ölüm, oy,
Qibləgahim, səcdəgahim, Lələm, oy!


Əvət, bu yolçuluğun sonu ölümdür. Peyğənbərmiz ölürsə, biz nə karəyik ölməyək, ölmək istəməyək. Makidoniyalı İsgəndər təki ölüm haqq işidi, şərəfli ölümsə baş ucalığının fövqündə isə vətənə, millətə və dinə xidmət durur.
Bax, Əziz Dəlivəlli bu yolun yolçusudu. Ona görə də az yazır, çox düşünür gərəkli kitablar oxuyur.
Mən burda cəmisi altı bəndlik bir şer haqqında söz açdım amma şairin geniş bir yaradıcılığı var. Bura şeirləri mənzum dram, hekayələri, yumoreskaları və məqalələri aiddir.
Əlixan Binnətoğlu demişgən: və biz əminink ki, ədəbi yaradıcılığın əsil xiridarı olan hazırlıqlı oxucunun yaddaşında sevimli bir od yaşayacaq Əziz Dəlivəllinin şəklində. Var ol, qardaş, oxucu naminə var ol! Bəzən bir şeirlə də yaşayır insan eynən Zülalı kimi... Amma sənin dəyərli əsərlərin çoxdu.

Nizami SARACLI MUTLUTÜRK,
"Şərəf" ordenli şair,
Beynəlxalq Poeziya mükafatları laureati.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ƏZİZ DƏLİVƏLLİ (1958)

ƏZİZ DƏLİVƏLLİ (1958)

"SAZLI-SÖZLÜ BORÇALI", "Sözün işığı", Müsabiqə, Tiflis, Rustavi, Zalqa, Müşfiq Borçalı
100-nü GÖRƏK

100-nü GÖRƏK

Rustavi, Bolus, Darvaz, Təbriklər, Mədəd Çobanov
Tiflisdə “Sxivi – Şəfəq” adlı dərginin ilk sayı işıqüzü görüb

Tiflisdə “Sxivi – Şəfəq” adlı dərginin ilk sayı işıqüzü görüb

MEDİA, Ədəbi əlaqələr, Tiflis
Sözün işığında yaşamaq

Sözün işığında yaşamaq

Tiflis, Rustavi, Zalqa, Təbriklər
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

Bolus, Təbriklər, Müşfiq Borçalı
Aşıq Dəllək Paşa - 130

Aşıq Dəllək Paşa - 130

Folklor, Tiflis, Zalqa, Müşfiq Borçalı
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
TİFLİSDƏ “KÖRÜK” ADLI YENİ DƏRGİ İŞIQ ÜZÜ GÖRÜB

TİFLİSDƏ “KÖRÜK” ADLI YENİ DƏRGİ İŞIQ ÜZÜ GÖRÜB

Yeni nəşrlər, Ədəbi əlaqələr, Tiflis
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

"Borçalı" Cəmiyyəti
Tiflisdə

Tiflisdə "KÖRÜK" dərgisinin 2-ci sayı işıqüzü görüb

MEDİA, Tiflis, Qarayazı
Şair Təbriz İmanın 50 illik yubileyi və “SABAHIN VİCDANI” adlı yeni kitabın ...

Şair Təbriz İmanın 50 illik yubileyi və “SABAHIN VİCDANI” adlı yeni kitabın ...

Yeni nəşrlər, Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
Dağlara söykənən şair - AĞASƏFA

Dağlara söykənən şair - AĞASƏFA

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Bir vətən həsrətli şair itirdik...

Bir vətən həsrətli şair itirdik...

Poeziya
Haqq şairi, fəzilətli din xadimi

Haqq şairi, fəzilətli din xadimi

Borçalı, Bolus
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
Təbrik edirik, TƏBRİZ VƏFALI!..

Təbrik edirik, TƏBRİZ VƏFALI!..

Mədəniyyət
SAMİRƏ İSMAYILOVAya SƏS VERƏK!..

SAMİRƏ İSMAYILOVAya SƏS VERƏK!..

"Şərqin səsi", Bolus, Darvaz, Siyasət
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
Şair Bəhram Mehdinin öz ifasında şeirləri

Şair Bəhram Mehdinin öz ifasında şeirləri

Tv, Poeziya, Borçalı
Rəy yazın: