Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə həsr olunan tədbir keçirilib

Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə həsr olunan tədbir keçirilibTiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə həsr olunan tədbir keçirilibTiflisdə görkəmli gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının
200 illiyinə həsr olunan
tədbir keçirilib.


GAXA-nın verdiyi məlumata görə, tədbiri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Leyla Əliyeva açaraq
Nikoloz Barataşvilinin poeziya nümunələrinin hələ də gürcü və Azərbaycan xalqının sevimli əsərlərindən olduğunu bildirib.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev, Gülnarə Rəsulzadə
Fondunun rəhbəri
Rusudan Kvançaxadze,
Şota Rustaveli adına
Ədəbiyyat İnstitutunun
direktor müavini
Maka Elbaridze,
İvane Cavaşixvili adına
Tiflis Dövlət
Universitetinin professoru
Tamara Şarabidze,
qocaman jurnalist
Emin Elsevər və başqaları çıxış edərək N.Barataşvilinin Naxçıvan və Gəncədə yaşadığı dövrdə gürcü şairinin yaradıcılığı və azərbaycanlılarla onun mehriban ünsiyyət yaratması, Azərbaycan xalqına bağlılığı barədə elmi mənbələrdən götürülən faktlara münasibətlərini, həmçinin Azərbaycan-Gürcüstan tarixi dostluğu barədə fikirlərini bildiriblər.

Tədbirdə bildirilib ki, Şota Rustavelidən sonra ən qüdrətli sənətkar Nikoloz Barataşvili olub. Onun taleyi Azərbaycanla bağlı olub. N.Barataşvili Naxçıvanda yaşayarkən Qönçəbəyim adlı xan qızı ilə tanış olub və ona bir neçə şeir həsr edib. O, bacısı Maya Orbelianiyə göndərdiyi məktubda xan qızının gözəlliyi və onun həyatı haqqında fikirlərini bildirib.

Tədbirdə qeyd olunub ki, N.Barataşvili 1817-ci ildə Tiflisdə anadan olub və cəmi 27 il yaşayıb. Şair GəncəNaxçıvanda dövlət işlərində çalışıb və ömrünün son illərini Gəncədə yaşayıb və 1845-ci ildə bu şəhərdə vəfat edib. Onun nəşi 1893-cü ildə gürcü şair və ictimai xadimlərinin təşəbbüsü ilə Gəncədən Gürcüstana gətirilib və öncə Didube pansionunda torpağa tapşırılıb və sonra 1938-ci ildə nəşi çıxarılaraq ictimai xadimlərin dəfn olduğu qəbiristanlığa köçürülüb.

Tədbirdə çıxış edən qocaman jurnalist Emin Elsevər Simon Çikovaninin Nikoloz Barataşvilinin həyat və yaradıcılığına həsr etdiyi “Gəncə gündəliyi” şeirlər silsiləsi haqqında fikirlərini bildirib və bu poeziya nümunələrinin Azərbaycanın xalq şairi Nəriman Həsənzadə tərəfindən Azərbaycan dilinə tərcümə edildiyini qeyd edib.

Tədbirdə azərbaycanlı gənclər Nikoloz Barataşvilinin şeirlərini Azərbaycan və gürcü dillərində səsləndiriblər.

Sonda Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva
görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin nəfis tərtibatda nəşr olunan, gürcü dilinə tərcümə olunmuş poemalardan ibarət kitabını Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna hədiyyə edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Tiflis
Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

"Zirvə", Tv, Ədəbi əlaqələr, Tiflis
Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

M.F.Axundzadə adına Muzey, "Zirvə", Tiflis
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik  ...

AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik ...

"Zirvə", Ədəbi əlaqələr, Tiflis
Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflis
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!..

Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!..

M.F.Axundzadə adına Muzey
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

Humanitar elmlər

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

M.F.Axundzadə adına Muzey, Tiflis
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Rəy yazın: