Diqqət, diqqət!.. FOTO-MÜSABİQƏ Mədəniyyət, Elanlar, QHT 11 октября 2016 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fotolimp” adlı foto-müsabiqənin icrasına başlanılmışdır. Bu barədə ZiM.Az-a layihənin rəhbəri Cavad Salmanlı məlumat verib.Bir ay ərzində müxtəlif müəlliflər tərəfindən istənilən mövzuda foto-şəkillər qəbul olunacaq və bu foto-şəkillər layihənin qaydalarına uyğun gəldiyi təqdirdə müəlliflər iştirakçı statusu qazanacaqlar. Sərgiyə çıxarılan foto-şəkillərin qiymətləndirilməsi aşağıdakı parametrlərlə keçirilir:1. Münsiflər heyəti sərgidə iştirak edən foto-şəkillərdən 3 (üç) ən yaxşı foto-şəkli seçəcək və bu 3 foto-şəkil müvafiq yerləri tutmaqla sərginin qalibi elan olunacaqlar;2. Qaliblər müvafiq mükafatlar əldə edəcəklər;3. Bütün iştirakçılar sertifikatlarla təltif ediləcəklər.Foto-müsabiqənin şərtləri:Müsabiqədə 14-29 yaş arası peşəkar fotoqraflar və foto həvəskarlar istənilən mövzuda çəkdikləri fotoları təqdim etməklə iştirak edə bilərlər. Təqdim olunan fotolar rəngli, eləcə də ağ-qara ola bilər. Hər bir foto aşağıdakı məlumatla müşaiət olunmalıdır:1. Müəllifin adı və soyadı, təvəllüdü;2. Fotolar son 1 il ərzində çəkilməlidir;3. Fotolar 3000 piksel-ə qədər ölçüdə və JPEG, TIFF formatında 3-5 meqabayt (MB) ölçüdən az olmamalıdır;4. Bir müəllifdən 3-dən artıq iş qəbul edilmir;5. İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir;6. Fotolarda loqotiplərdən, brendlərdən və imzalardan, eləcə də əvvəllər digərmüsabiqələrdə iştirak etmiş işlərdən istifadəyə icazə verilmir;7. İştirakçının istəyi ilə fotolar götürülə və ya digərləri ilə əvəz edilə bilər;8. İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilməyəcək;9. Mobil telefonlar vasitəsilə çəkilmiş fotolar qəbul edilmir;10. Foto-redaktorda işlənmiş fotolar qəbul edilmir;11. İştirakçı fotoların müsabiqədə istifadəsinin üçüncü şəxslərin hüquqlarınıpozmadığına zəmanət verir və bu cür hüquqların pozulmasına, eləcə də insan təsvirlərindən qeyri-qanuni istifadəyə görə hüquqi məsuliyyət daşıyır;12. Fotosunu təqdim edən iştirakçı həmin fotoya görə hüququn yalnız ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə, o müsabiqədə iştirakdan kənarlaşdırılacaq.Fotolar 10 noyabr 2016-cı il tarixinə qədər [email protected] elektron ünvanına, mövzu yerinə “foto-müsabiqə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillər qəbul edilməyəcək.Layihənin rəhbəri: Cavad Salmanlı. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.