Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlumat var?.. - Bizə yazın... Tiflis, Borçalı, Elanlar 27 марта 2019 Bikə xanım Mursaqulova ötən əsrin əvvəllərində qədim Borçalıda anadan olub. 1927-ci ildən Kommunist (bolşeviklər) Partiyasının üzvü olub.Leninqraq Kooperativ İnstitutunu və Zaqafqaziya Kommunist Məktəbini (Universitetini) bitirib. Bir müddət Borçalıda, sonra isə Gürcüstan KP MK-da qadın şöbəsinin müdiri olub. Daha sonra isə Tbilisi şəhərindəki Azərbaycan Türk Pedaqoji Texnikumunda çalışıb.Onun əri Camal Əliyev isə 1902-də anadan olub. Əslən Goranboy (keçmiş Qasım İsmayılov) rayonunun Şəfəq kəndindəndir. O, 1927-ci ldə Zaqafqaziya Kommunist Universitetinə oxumaq üçün Tiflisə göndərilib. Görünür C.Əliyev Bikə xanımla da elə orada tanış olublar.C.Əliyev 1927-1931-ci illərdə Zaqafqaziya Kommunist Universitetində təhsil alıb. 1931-1933-cü illərdə orada fəlsəfə şöbəsinin aspiranturasında oxuyub. 1928-1931-ci illərdə Tbilisi şəhərindəki Azərbaycan Türk Pedaqoji Texnikumunda leninizm kursundan dərs deyib.1936-cı ildən sonra onlar Azərbaycana gəliblər. Bir müddət Gəncədə yaşayıblar. Sonra isə Bakıya köçüblər.Partiya fəalları respublika kursunun (1936-1937), təbliğatçılar kursunun (1937) müdiri, Marksizm-Leninizm İnstitunun direktoru və ÜİK(b)P tarixi və leninizm kafedrasının müdiri (1937), Azərbaycan Ali Kommunist Kənd Təsərrüfatı İnstitutunda müəllim və tədris hissə müdiri - prorektor (1936-1938) vəzifələrində işləyib.1939-1940-cı illərdə APİ-nin (indiki ADPU-nun) direktoru olub. Dəyərli izləyicilərimiz!.. Çox xahiş edirik ki, Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlumatlar və onların foto-şəkilləri varsa, bizə göndərəsiniz.Əvvəlcədən təşəkkür edir və öz dərin minnətdarlığımızı bildiririk...Hörmətlə,Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.