Aytən Alıqızı: «BAMBAŞQADIR MƏNİM DÜNYAM»

Aytən  Alıqızı: «BAMBAŞQADIR  MƏNİM DÜNYAM» Aytən Alı qızı Əliyeva
1987-ci il aprel ayının 28-də
qədim Qarayazı (indiki Gürcüstan Res­publikasının Qarda­bani) ra­yo­nunda
ana­dan olub.
İlk təh­silini doğma Qarayazıda, Kosalı kənd orta mək­təbində alıb.
2004-cü ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Kooperasiya Universitetinin Xa­rici dil -
İn­gilis dili fakultəsinə
daxil olub.
2008-ci ildə həmin Universiteti müvəffəqiyyətlə bitirib.
Bir müddət "Şərqin səsi" qəzetində çalışıb.
Hazırda analıq məzuniyyətindədir.
Bizim təqdimatımız əsasında Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib.
Bir neçə dəfə Fəxri Fərmanlarla təltif olunub.
"Abdulla Şaiq""Qızıl Qələm" mükafatları laureatıdır.

Bədii yaradıcılığa orta məktəb illərində başlayan Aytən Alıqızının şeirləri Azərbaycan, Gürcüstan və Tür­kiyənin bir çox mətbuat or­qanlarında və «Ömürdən günlər» Ədəbi toplusunda işıqüzü görüb.
Yaz­mış olduğu «Qələm» şeiri "Qafqaz" Media İctimai Bir­liyi tərəfindən Fəxri fərmana layiq görülüb,
«Qələm» adlı toplu-kitabına daxil edilib.
Aytən Alıqızı hələ Uni­versitetin IV kurs tələbəsi olarkən 2007-ci ildə «Bam­başqadır mə­nim dünyam» adlı ilk şeirlər kitabı Bakıda "Borçalı" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. (Naşiri: Müşfiq Borçalı, bədii redaktoru: Əli Abbas, texniki redaktoru: Akif Əsgərov).

Biz də Zim.Az-ın bütün yaradıcı heyəti adından Aytən xanıma bir daha yeni-yeni yaradıcılıq uğurları arzulayır, aşağıda həmin kitaba yazdığımız qısa önsözü və gənc şairənin şeirlərindən nümunələri oxucularımıza ərmağan edirik.


DUYĞULARIN BAHAR ÇAĞI

Əziz oxucu!

İxtiyarınıza verdiyimiz «Bam­başqadır mə­nim dünyam» adlı şeirlər kitabının müəl­lifi qədim Qarayazı mahalında dünyaya göz açan və ha­zırda ömrünün bahar çağını - mü­qəddəs tələbəlik illərini ya­şayan gənc və iste­dad­lı bir qız - Aytən Alı qızı Əliyevadır.
Onun duy­ğu­sal, vətən məhəb­bətli, sevgi ətirli şeir­lərindən bir saf hisslər sahibi olduğunu aydın gö­rü­nür.
Sözdən və qələmdən güc ala-ala şeir­lə­ri­ni yazmağa başlayan gənc yazar qələmin qüd­rətini bu cür izih edir:

«Böyük eşqin töhvəsini,
İsti, soyuq nəfəsini
Haqdan gələn haqq səsini
Qüdrətinlə yay qələmim!»


-söyləyən Aytən Alıqızı, qələmi nəinki müəl­­­lifin «haqq səsini yaymağa» eyni za­man­da ona hə­yan durmağa çağırır. Aytən gözəl dərk edir ki, onun duyğuları ilə ağ vərəq ara­sında məhz qələm körpü rolunu oynayır. Şai­rənin isə həmin körpüyə böyük ehtiyacı var. Və qələmi də sədaqətli dost kimi ona həmişə dayaq, arxa olur. Əgər belə ol­masaydı, biz Ay­­tən Alıqızının söz dünyası ilə baş-başa qal­mazdıq. Axı müəllifin söz dünyası gör nə­ləri qoyur arxada. İlk olaraq qarşımızda deyim-duyum bulağı çağlayaraq bizləri öz sə­mi­miy­yəti ilə ovsunlayır.
Özünün dediyi ki­mi, «Mən şeirlə­rimi hansı və nə cür hisslərlə ya­zı­ram… Əvvəla bu­nu qeyd etməliyəm ki, mənim yazdığım şeirlərin əksə­riyyəti, (xü­su­silə də kədərli şeirlərim) mənim öz dünyamın öz aləmimin məhsulu deyil. Bunu mən kim­lə­rinsə yaşamında, həyatla mü­ba­ri­zə­sin­də gör­müş və öz duyğularım tək yaşat­mışam. Mə­nə elə gəlir ki, kimlərinsə sevincinə şərik ol­ma­ğı, şad gün­lərini paylaşmağı hər kəs bacarır. Mən­sə bu yolu, kimlə­rinsə kədərinə ortaq ol­mağı, onu pay­laş­mağı daha üstün tuturam. Kimlərinsə kədə­rini öz qəmim kimi yaşa­maq­dan çəkin­mirəm, hət­ta zövq alıram. Buna gö­rə də səmi­miyyətlə bildir­mək istəyirəm ki, «Bam­başqadır mənim dün­yam».

Bə­li 20 yaşlı müəl­lifin yaz­dığı şeirlərin yük­sək mey­yar­ları da elə burasın­da­dır.
Bununla belə gənc şai­rə­nin bu kimi gözəl şeirləri qınaq ob­yek­tinə çevrilə bil­məz.
Biz inanırıq ki, gənc ya­zar - Ay­tən Alıqızı öz imzasını təsdiq­ləmək yo­lunda əlin­dən gələni edəcək və bu yolda böyük uğurlar qa­zanacaq!
Biz buna həqi­qə­tən inanırıq, bö­yük ümid bəsləyirik və ona yeni-yeni uğurlar arzu­la­yı­rıq!

Müşfiq BORÇALI.


* * *

Müəllifdən:

İlk öncə qeyd etmək istərdim ki, yazdığım bu kiçik şeirlərin demək olar ki, əksəriyyətini mən öz həyatımda yaşamamışam.
Sadəcə olaraq bu cür duy­ğuları, hiss və həyacanları, sevinc və kədərləri, kimlərinsə həyatında görmüş, onu öz duyğularım kimi qəlbimə gətirmiş, öz hisslərim tək yaşat­mı­şam və yaşadacağam!

Şeirlə desək:


Yaşamaq asan deyil,
Gərək yaradasan sən.
Yaratmaq hünər deyil,
Gərək yaşadasan ki,
Daim yaşayasan sən!


BAMBAŞQADIR MƏNİM DÜNYAM

Çoxdur dərdim, çoxdur yaram,
O qədər də bəxtiyaram.
Xoşbəxtliyin xoş dadını,
Təkjə özüm dadmaram.
Haqqdır, hallalıqdır hülyam
Bambaşqadır mənim dünyam.

Çiçək deyir təzə tərəm,
İstəmirəm vaxtsız dərəm,
Kimsəsizə kömək olub,
Könüllərə sevinj verəm,
Ürəklərə sevgi yayam
Bambaşqadır mənim dünyam.

Çox danışıb, çox demərəm,
Qəlbə dəysə ox, demərəm,
Zülmətlərdə keçsə ömrüm,
Bir kimsəyə yox, demərəm.
Haqqa səslənmiş bir hayam,
Bambaşqadır mənim dünyam.

Özüm-özümə bağlıyam,
Sakit güləm, tək ağlıyam,
Bu dövranın pənjəsində
Gah qaralı, gah ağlıyam.
Könül istər onu sayam,
Bambaşqadır mənim dünyam.

Gah saf sulu joşğun çayam,
Gah buludam, gah da ayam,
Gah alovun istisindən,
Yanıb alışan səhrayam.
Gah payızam, gay da yayam,
Bam başqadır mənim dünyam.

Hey arayıb, hey yoxlaram,
Görüb, duyub gül qoxlaram.
Bəxti solmuş diləkləri,
Bu ümmanda tər saxlaram.
Çətin bu dünyaya uyam,
Bambaşqadır mənim dünyam.


QƏLƏMİM

Gölə dönmüş qəhərimdən,
Gəl injimə, ay qələmim.
Gətir kövrək misralardan,
Bu ömrümə pay, qələmim.

Şirin, həzin yuxu kimi,
Təravətli qoxu kimi,
Əzabları, çoxu kimi,
Xoşbəxtlikdən say, qələmim.

Möhnətdirsə bax bu jahan,
Qanad versin sənə ilham.
Olsun əsl şeirin, dühan,
Məhəbbətə tay qələmim.

Böyük eşqin tövhəsini,
İsti, soyuq nəfəsini,
Haqqdan gələn, haqq səsini
Qüdrətinlə yay qələmim!


İKİMİZ BİR OLSAYDIQ…

İkimiz bir olsaydıq…
Sözümüz sirr olardı.
Eşq adlanan bu böyük
Yükümüz bir olardı.

İkimiz bir olsaydıq…
Dağlar səsə gələrdi.
Bülbüllər şərqi qoşub,
Gül həvəsə gələrdi.

İkimiz bir olsaydıq…
Bağ, meşə janlanardı.
Əsl eşqin önündə,
Bənövşə danlanardı.

İkimiz bir olsaydıq…
Arzular gül açardı.
Sevginin al günəşi
Ömrə işıq saçardı.

İkimiz bir olsaydıq…
Vüsal önə düşərdi.
Qəlbimizdə sevinjlə
Məhəbbət görüşərdi.

İkimiz bir olsaydıq…
Joşğun liman olardıq.
Baş vurub ləpələrə,
Dalğalara dalardıq.

İkimiz bir olsaydıq…
Əl- ələ yürüyərdik.
Dönüb aya, ulduza
Səmada görünərdik.

İkimiz bir olsaydıq…
Nələr olardı, nələr,
Oyanardı yuxudan
Mürgülü xatirələr
İkimiz bir olsaydıq…


ÖZÜNÜ ANLA...

Həyat dərk eylə deyir,
Hər yoxluğu, varlığı.
Bu ümmanda yaranan,
Genişliyi, darlığı.

Deyir varlığı tanı
Bax yaxşıya, yamana.
İnsan ömrünün niyə -
Güjü çatmır zamana?

Düşün, öyrən gör kimsən
İtirsən günlə, anla
Əlaqən nə üçün var
Ey insan, bu cahanla?
Bir az özünü anla!..


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: