Şairlər unutmur sözü söhbəti Darvaz, Müşfiq Borçalı 3 марта 2017 Müşfiq BorçalıyaBaxdım bir şəkilə dəyişdi halım,Elə bil dünyaya gəldim təzədən.Ömrün uzun olsun, Müşfiq Borçalı,Arada qalmışıq: - otuz il və mən.Azalmır tarixin dumanı, sisi,Ötənlər yadından çıxmır heç kimin.Bu gün xatırladım gözəl TiflisiŞeyri yada düşdü Əlizaminin.Yazdığım misralar gəlir ürəkdən,Sözün təəssübkeşi deməyin,azdır.Sazınız heç zaman düşməsin kökdən,O yerin, o yurdun sərvəti sazdır.Yadından çıxmasın vətən bir anlıq,Yazdığın şeyirə uca qalam, de.Var olsun Darvazlı Mədəd Çobanlı,Rima anaya da məndən salam de.Şairlər unutmur sözü-söhbəti,Mən sizi özümçün uğur sayıram.Bağrıma basıram Rafiq Hümməti,Yavər Həsəni də salamlayıram! Şahin Həmidli,Bakı, 08.02.2017Foto:Tiflis, 1987-ci il.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.