= QIRXILI KƏNDİnin keçmişi və bu günü ============== (Tarixi-publistik oçerk) Borçalı, Müşfiq Borçalı 21 февраля 2016 Qırxılı kəndi - qədim Borçalı mahalında - indiki Gürcüstanın Kvemo-kartili Borçalı bölgəsnin Marneuli municipalitetinin cənub-şərqində Debet və Xram çayları arasında, bu çayların birləşdiyi yerin yaxınlığında 410 22071 şimal en dairəsi və 440 55221 şərq uzunluğu dairəsində yerləşir. Rayon mərkəzindən 25 km məsafədədir. Rayon mərkəzindənkəndə igedən yol asfaltlaşdırılmışdır. Kəndə içməli su kəməri çəkilmişdir.Gürcüstan statistika idarəsinin rəsmi məlumatna görə 2002-ci il siyahıya alınması zamanı kənd əhalisinin sayı 1262 nəfər olmuşdur. Hazırda kənddə 240 ailə yaşayır.Etnik tərkibnə görə kənd əhalisi 100% azərbaycanlılardan ibarətdir.Dini mənsubiyyətinə görə əhali 100% müsəlmandır.Elmi mənbələrdə olan məlumatlara görə Kırıqlı-Qırıxlı toponimi qədim türk-oğuz mənşəli kırıq sözündən olub, eyni adlı tayfanın adından götürülmüşdür.Azərbaycan Milli Elimlər Akademiyası Nəsimi adına Diklçilik İnstitutunun elmi işçisi İsmayıl Kazımov “Axısqa (Mesxeti) türklərnin dili” adlı kitabında Qırıxlı toponimi ilə bağlı yazır: Axsıqalıların iri tayfalarından birinin adı “Qırxlar” adlanırdı. Bu toponim türk tayfalarından “kırıq” adlı tayfa adıvə XI yüzillikdə həmin tayfanın Türkiyənin Avropa hissəsində yaşadığı ərazinin qırıxlarevi adlandığı qaynaqlarda qeyd edilmişdir (208, s 89)Gürcüstanın Marneuli rayonunda da Qırıxlı adlı kənd vardır. Azərbaycanın Tovuz rayonundakı Qırıxlı, Düz və Dönük Qırıxlı kəndlərinin adları da oğuz tayfalarından biri olan “Kırıq” tayfasının adı ilə bağlı izah edilir.(32, s. 23)XIX əsr Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakxanov Nadir şah Əfşarın soykökü ilə bağlı yazırdı: Monqol istilası dövründə Azərbaycana gəlmiş olan türkmən əfşarlarından Kırıqlı tayfası, Şah İsmayıl Səfəvinin zuhurundan sonra, köçüb Əbivəzd mülkündə, Gürgan çeşməsi ətrafında sakin oldu. Bu tayfadan İmamqulu adlə bir nəfərin 1689-cu ildə Nadirqulu adlı bir oğlu oldu. Beləliklə, Qırıxlı kəndinin adının türkmən əfşar mənşəli olduğu, həmin tayfaların monqol yürüşləri zamanı o zamankı Azərbaycan ərazisinə gəldikləri, Nadir Şahın Azərbaycana və Gürcüstana yürüşləri zamanı isə bu ərazilərdə məskunlaşdıqları məlum olur. Azərbaycanın Tovuz rayonu ərazisində, həmçinin qardaş Türkiyənin Ankara vilayətində da Kırıqlı adlə yaşayış məskəni vardır.Qırıxlı kəndinin şimal hissəsində kənd təsərüfatı ısləri aparılarkən çox geniş bir ərazidə yaxşı cilalanmış 2x1.5 m ölçüdə yastı sal daşlara rast gəlinmakdədir. Bu daşların qədim qəbirlərin üstünü örtmək üçün istifadə edildiyi güman edilir. Həmin əraziyə yaxın yerlərdə müxtəlif ölçülü saxsı künlərin tapılması burada ötən yüzilliklərdə də yaşayış olmasından xəbər verir.Kənd əhalisi lap qədimlərdən maldarlıq, qoyunçuluq və əkinçiliklə məşğul olmuşlar. Əkinçilikdə tərəvəz və bostan bitkiləri əsas yer tutur.Kənddə müasir məktəb binası, çayxana, 4 market-mağaza, bərbərxana, maşın yuma məntəqəsi və digər ictimai-məişət obyektləri vardır.Kəndin tam mərkəzində həzrəti Fatimeyi-Zəhra adına məscid vardır. Məscidin giriş qapısının sağ tərəfində divara hörülmüş daş kitabədə ərəb əlifbası ilə məscidin 1853-cü ildə Qırıxlı kənd sakini Pirilli Kərbalayı-Məşədi Əli tərəfindən “məscidi-şərif ” adı ilə inşa edildiyi bildirilir. Yeri gəlmişkən qeyd edək ki, Sovet dönəmində məscid ibadət üçün bağlanaraq, kolxoz anbari kimi istifadə edilsədə kənd camaatının sayıqlığı, diqqət və qayğısı sayisdə sökülməkdən və uşulub dağılmaqdan xilas olmuşdur. 2015-ci ildə kənd sakini Azər Məmmədov məscidə axund seçildikdən sonra onun bərpa və təmirini təşkil etmiş, məscid kənd camaatının xeyriyəçiliyi ilə yüksək səviyyədə təmir edilərək, Gürcüstanın dini abidələri siyahısına daxil edilmisdir Hazırda Qirixli kəndində aşağıdakı tayfalar(nəsillər) yaşadır:1. Göysöyünnü2. Pirilli3. Qanallı4. Çoyuşdu 5. Hacıevi6. Məmmədevi7. Irəvanlılar8. Tapevi (Tapoğlular)Kənd camaatı arasında kənddə ilk məskunlaşan tayfa-nəsilin Göysoyunlulər olması barədə söhbətlər vardır.XX əsrin əvvələrində kəndin ağası Mehdi ağa Sultanov olmuşdur. O çox həlim xasiyyətli, səxavətli və əliaçıq bir adam olmuşdur.Sovet hakimiyyəti qurulan ərəfədə Məmməd evi tayfasından Məmmədov Məmməd kəndin“qlavası” başcısı işlənmişdir. Kəndə gələn bolşeviklər onların hər ikisini həbs etmiş. Mehdi ağa bütün var-dövlətini, evini və torpaqlarını hökumətə verərək həbsdən qurtulmuş, qlava Məmməd isə bolşeviklər tərəfindən istintaqsız və məhkəməsiz kənddəcə güllələnmişdir.Mehdi ağannın evi sovet dönəmində klub kimi istifadə edilmiş, yalnız 60-cı illərdə öz qanuni sahiblərinə - Mehdi ağanın övladlarına qaytarılmışdır.Kəndin qərb hissəsində Abbasqulu ağanın bağı adlı ərazi vardır. Hazırda burada bağdan əsər əlamət olmasa da ötən əsrlərdə bu yerlərin Abbasqulu ağa adlı şəxsə mənsub olması şübhə doğurmur. Qırxılı kəndinin cənubunda Debet çayı sahilində kənd camaatının dilində qısaca olaraq dəlləkli adlanan, əsil adı Dəllək oğlu İbrahimin bağı olan tut ağaclarindan ibarət böyük bir bağ vardır. Vaxtilə çox böyük bir ərazini-təxminən 30-40 hektarı əhatə edən bu bağ kənd camaatının istirahət yeridir.Sovetlər dönəmində kənddə Telman adına kalxoz qurulmuş, kənd sakini Əhmədov Qələndər uzun müddət bu təsərrüfata rəhbərlik etmişdir. 1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı aşağıda adları qeyd olunan kənd sakinləri Sovet Ordusu sıralarında müharibədə iştirak etmişlər:1. Əliyev Şəmşi- həlak olmuşdur2. Qara Əli oğlu- həlak olmuıdur3. Əliyev Novruz4. Əliyev Baba 5. Əliyev Məcid6. Xəlilov Xəlil 7. Nəbiyev Məmməd 8. Məmmədov Rza9. Əsgərov Şəmistan10. Əsgərov Şamxal11. Ələlkbərov Ələkbər12. Alı Vəli oğlu 13. Əliyev Səməd14. Məmmədov Təhməz15. Məmmədov Tanrıverdi—helak olmusdur16. Məmmədov Qulu suleyman oğlu17. Tağıyev Bəşir18. Vəliyev Mürsəl19. Əliyev Murtuz20. Sultanov TaharKənd sakinlərindən 3 nəfər alimlik elmi dərəcəsi almışdır:1. Əliyev Salman - kimya elmləri namizədi Azərbaycan k/t institunda qeyri-üzvi kimya kafedrasına rəhbərlik etmiş, sonralar Bakı şəhərində hərni akademiyada dərs demişdir2. Əliyev Əsgər - Elmi-tətqiqat k/t institunda baş elmi işçi işləyir.3. Rəşad Nuriyev - Azərbaycan k/t institunda müəllim işləyir.Qırxlı kəndində doğulub boya-başa çatmış, Şairə Xəzangül Qurbanova hazırda Gəncə şəhərində yaşayır, Azərbaycan Yazıçılar Birliyi Gəncə Şöbəsinin sədridir.Şair Dilqəm Səmədoğlu da Qırıxlı kəndində yaşayır. Onun “Bilmirəm nə üçün belədi dünya” adlı şerlər kitabı bütübn Borçalılıların stolüstü kitabıdır.Qırıxlı kəndinin yetirməsi olan bir sıra şəxslər Rusiya, Azərbaycan, Türkiyə və s. kimi qonşu ölkələrdə müxtəlif şəhərlərdə çalışır və kənd sakinlərini ləyaqətlə təmsil edirlər.Qırıxlıya həsr olunan şeirlər:Hümbət HüseynovQIRXILIDADIBir yanı Debetdi, bir yanı Xram,Qonağa göstərər böyük ehtiramIgid cavanları mehriban, aram,Dostluğun mayası Qırxlıdadı.Hatəm kimi sufrələri aşılarMəclisində durr-gövhərlər saçılar,Gündə biri götürülüb qaçılarGözəllər sonası Qırxlıadadı.Hümbətəm, Qırıxlı kəndimin adıGetməz damağımdan elimin dadıGörüm yüz yaşasın vətən övladıQədəmlər sayası Qırxlıadadı. Dilqəm SəmədoğluQIRXILIVesf etdi ellere gozelliyini,Dord yani cemendi guldu qirxili.Tepetey bir yani Ehram bir yani,Bir ulu tarixli eldi Qirxili.Gelir uzaq-uzaq ellerden sesi.Merifet ehlidi burda her kesiAciqdi qonaqa daim sufresiMehribandi sirindildi Qirxili.Her kese bellidi er igidleriAsigi sairi sine defteriYixar qayalari asar sedleriQarsisi alinmaz seldi Qirxili.Qoynunda boy atib nece senetkaAsiq ziyeddini Xezengulu varHidayet sesinden eridi daglarToxunma sizlayan teldi Qirxili.Azerbaycan dilim Borcali canimBu elin esqiile cosubdur qanimDilqemem sorsaniz budur unvanimBir ulu tarixli eldi Qirxili. QIRXILIBorcali elinde adin sanin varBilir qiymetini mehman olanlarYasari qoynunda gozel, bextiyarSensen vuqarimiz bizim Qirxilı.Vurgunam bu elde her qaris yereDolanim basina gunde yuz kerePehlivan bilekli er igidlere Vermisen deyanet, dozum Qirxilı.Sozumde hikmet var axtar derindeTapildim ogul tek xeyir-serindeOlsamda dunyanin her bir yerindeSen oldun en sirin sozum Qirxilı.Boylanar bir yandan Babaker dagiYayada serin olur Dellekli bagiHormetle qarsilar gelen qonagiHemise ag olar uzun Qirxili.Ezelden cemene cole hemdememBu gozel obaya ele hemdememBorcali balasi sair DilqememSoy köküm əzəlim özüm Qirxilı. Gülxanım Rzazadə Q I R X I L I M "Надир шах был представителем афшарского оймака Гырхлы [см.: 196, 24, 191]." (Tbilisidə arxıv sənədindən)Qacar nəslindənmiş soy-kökün sənin,A mənim səfalı kəndim, Qırxılım!Qəribəm, çiynimdə dərd yükün sənin,Gəlməyə yox halın-həndim, Qırxılım...Üzü günəşəydi evlər-eyvanlar,Gülərüz, qayğıkeş səndə insanlar.Dəyişdi zəmanə, itkin ünvanlar,Qürbətlərə səpələndim, Qırxılım.Gülxanımı nisgil üzər, aman heyyy,Yollar uzaq, şaxta, çovğun, duman, heyyy.Yuxularda - gülüstanım, anam, heyyy! -Torpağını öpən məndim, Qırxılım! REDAKSİYADAN: Ulu Borçalımızın QIRIXLI kəndinin keçmişi və bu günü haqqında məlumatları bizə yazıb göndərən hörmətli Azər Məmmədova təşəkkür edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.