GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA MÜRACİƏT Gürcüstan, Borçalı, Darvaz, Müşfiq Borçalı 18 сентября 2018 Əziz və dəyərli soydaşlarımız!..Xüsusilə də, çox hörmətli gənclərimiz!..Qarşıdan seçkilər gəlir...Rayonlarımızda bəzi "siyasətçilər" öz şəxsi mənafeləri naminə araya nifaq toxumu səpib milləti parçalamaq və HÖKM sürmək istəyirlər!.."Bəziləri" isə bu "siyasi oyun"u dərk etmədən, hətta,yaxşın qohumları ilə də münasibətləri korlayır, bir-birlərini təhqir edir və düşmənçilik üçün zəmin hazırlayırlar.Unutmayın ki, deputatlar da, siyasətçilər də, prezidentlər də GƏLDİ GEDƏRDİR, amma EL ƏBƏDİDİR, QALANDIR!..Kimlərə görəsə öz elinizlə, qohum-əqrabalarıçızla, bacı-qardaşlarınızla, doğma həmkəndlilərinizlə münasibətləri korlamayın, düşmən olmayın!..ELİNİZİN QƏDRİNİ BİLİN!..BİR OLUN, MEHRİBAN OLUN!..Məhz belə olarsa o zaman deputatlar da, siyasətçilər də, prezidentlər də məhz Sizlərlə hesablaşacaq!.. Və sonda məhz SİZ QALİB olacaqsınız!..Var olun!.. Hamınıza uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, şəxsi həyatınızda, əmək və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!..Dərin hörmətlə, sizin Müşfiq BORÇALI!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.