Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub Yeni nəşrlər

Bu günlərdə «Professor Mədəd Çobanov adına
Xeyriyyə Fondun»
nun nəşri seriyasından
“Naro Kolxelinin NAĞILLARI” (... və onun
"Yağışın göz yaşları" romanından bir parça)
adlı
daha bir növbəti maraqlı kitab Bakıdakı
“Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə
çap olunaraq oxucuların ixtiyarına verilib
(N: 31 (2018)).


Kitabda “Naro Kolxeli” imzası ilə tanınan məşhur gürcü yazıçısı Nariman Yaşağaşvilinin müxtəlif illərdə qələmə aldığı “Uşaqlara xeyirxahlıq öyrədək» ruhlu nağılları toplanıb.
Kitabda həmçinin N.Kolxelinin Türkiyədə yazdığı “Yağışın göz yaşları” adlı Blitz-romanından parçalar verilib. Kitabın sonunda isə oxuculara yazıçının özü ilə müsahibə təqdim olunur.

Fondun sayca 31-ci nəşri olan bu kitabı
gürcü dilindən Azərbaycan dilinə
Tbilisidə yaşayıb-yaradan tanınmış tədqiqatçı
Mirzə Məmmədoğlu tərcümə edib.

Kitabın naşiri, redaktoru və ön sözün müəllifi isə Azərbaycan-gürsü ədəbi əlaqələri sahəsində tanınmış tədqiqatçı-alim Dr. Müşfiq Borçalıdır.

Biz də Müşfiq müəllimə tədqiqat işlərində yeni-yeni uğurlar arzulayır və aşağıda onun həmin kitaba yazdığı ön sözü dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



REDAKTORDAN

Naro Kolxeli” imzasi ilə tanınan məşhur gürcü yazıçısı Nariman Yaşağaşvili
1957-ci il dekabrın 3-də Gürcüstanın Oçamçire şəhərində anadan olub.
Oçamçire 1 saylı orta məktəbini və Tbilisi Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.

«Tanrıların kədəri» silsiləsindən nağıllar, hekayələr, kinossenarilər və romanlar nəşr etdirib.
Bəşəriyyətin ulu dilinin izahlı lüğətinin tərtibi üzərində işləyir.
Əlahiddə münsiflər heyəti tərəfindən verilən müasir mövzularda romanlar və hekayələrin sürətlə yazılışında
(7 roman və 17 hekayə) rekordçudur.

Naro Kolxelinin rekordçuluğu barədə bir faktı oxucuların nəzərinə çatdırmanq istəyirik.
Bir neçə il bundan əvvəl Türkiyədə rekord müddətdə roman yazması barədə Türkiyənin
«Gölçük postası» gündəlik müstəqil qəzetinin 29 iyun 2006-cı il tarixli sayında belə bir yazı verilmişdir:
«Rekordçu gürcü yazar Nariman Yaşağaşvili Gölçük ziyarətində iki gündə roman yazdı...
Dərnək başqanı Murat Sevim Nariman Yaşağaşvilinin iyunun 23-24-də rekord sayıla biləcək bir zamanda türk-gürcü dostluğunu anlatdığı «Yağışın göz yaşları» adında 101 səhifəlik bir roman yazdığını söylədi və romanın ən qısa vaxtda Türk dilinə çeviriləcəyini bildirdi. Romanın mövzusunun Gürcüstandan Türkiyəyə gələn bir qızın hekayəsi və yaşadığı dostluqlar olduğunu söylədi».


Münsiflər heyəti onun bütün romanlarını müsbət dəyərləndirib.
Naro Kolxeli indi eləcə də İtaliyada və ABŞ-da da rekord vaxtda iki romanı yazmaq niyyətindədir.

Naro Kolxeli uşaqları çox sevir, onlar üçün nağıllar da yazır. Onun təşəbbüsü ilə
Gürcüstanda «Günəş bayrağı» Dünya Uşaqlarının Dostluq Mərkəzi yaradılıb.

Azərbaycan-gürcü ədəbi əlaqələrinin daha da inkişaf etdirilməsində də Naro Kolxelinin böyük əməyi var.
O, gürcü dilində nəşr olunmuş bir sıra kitabların, o cümlədən “Əbdülbaqi”, “Mirzə Fətəli Axundov və Gürcüstan”, Molla Pənah Vaqifin “Şeirlər”, Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, Vəli Məmmədovun "Nəriman Nərimanov”, S.Rüstəmxanlının “Ölüm zirvəsi”, Məhərrəm Qasımlının "Yağmur qoxusu",
Nurhafizin “60 yaş, 60 şeir” və s. kitabların redaktorudur.

Hazırda Konstantine Pağavanın iki dildə Gürcü-Azərbaycan ədəbi əlaqələrinə dair kitabı üzərində işləyir.

“Naro Kolxelinin nağılları” (... və onun "Yağışın göz yaşları" romanından bir parça) adlanan bu kitab yazıçının Azərbaycanda və Azərbycan dilində nəşr olunan ilk kitabıdır.

Kitabda N.Kolxelinin “ZiM.Az” saytında müxtəlif vaxtlarda dərc olunan və oxucular tərəfindən maraqla qarşılanan “Balacalara oxuyun»“Uşaqlara xeyirxahlıq öyrədək» ruhlu bir neçə nağılı, Türkiyədə yazdığı «Yağışın göz yaşları» romanının bir hissəsi, xüsusilə də Azərbaycanlı qadına aid fəsilləri və sonda
yazıçının özü ilə müsahibə təqdim olunur.

Sonda biz də tanınan məşhur gürcü yazıçısı Nariman Yaşağaşvilinin bu kitabının da
oxucular tərəfindən böyük maraqla qarşılanacağına ümidvar olduğumuzu bildirir,
müəllifə və eləcə də tərcüməçiyə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Dr. Müşfiq BORÇALI
“Ziya” qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
Cəlil Məmmədquluzadənin gürcü dilində nəşr olunan

Cəlil Məmmədquluzadənin gürcü dilində nəşr olunan "Poçt qutusu" kitabının ...

"Zirvə", Tv, Ədəbi əlaqələr, Tiflis
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Tiflisli “Salman Mümtaz”

Tiflisli “Salman Mümtaz”

Tiflis
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Əsas xəbər, Borçalı, Darvaz, Arxiv
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Yeni nəşrlər, Tiflis
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

Ədəbi əlaqələr, "Region-Press"
Rəy yazın: