Şəhid-şair Ülvi Bünyadzadənin xatirəsinə həsr olunan konfrans keçiriləcək Humanitar elmlər, Elanlar 27 марта 2018 “HƏYAT ÜÇÜN DOĞULMUŞUQ, VƏTƏN ÜÇÜN ÖLMƏLIYIK -ÜLVİ BÜNYADZADƏ: ŞƏXSİYYƏTİ VƏ ƏDƏBİ İRSİ”mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. 100 illik bu dövlətin tarixində çox şəxsiyyətlərin xüsusi rolu, mübarizəsi, izi olmuşdur. Bu müqəddəs yolda kimisi Qazi, kimisə də Şəhid oldu. Amma milli mübarizlər məqsədlərinə nail olmuşlar - kimin döyünən ürəyi sevinmiş, kimininsə ruhu.Azərbaycan Milli Müstəqilliyi, Milli Mücadiləsi yolunda həm mənəvi dünyası, həm də cismani ömrü ilə adını əbədiyyətə yazmış bir ad da var - milyonların qəlbində yer almış şəhid-şair Ülvi Yusif oğlu Bünyadzadə.Ülvi Bünyadzadənin ilk yaradıcılıq fəaliyyəti poeziya aləmi ilə bağlı olmuşdur.Uşaq yaşlarından bu sənətə öz duyğusu, hissi, duyumu ilə meyl etmiş və getdikcə həyati müşahidələri, düşüncələri ilə buna daha da bağlanmışdır. Ülvinin bütün şeirləri, yazıları onun xarakteri ilə bir vəhdətdə birləşir, bu, vətənə, torpağa, elə məhəbbət hissi ilə əlaqədardır. Ülvi ədəbi yaradıcılığı üzərində ciddi çalışmışdır. Həmin illərin bəhrəsi olaraq bu gün əlimizdə onun zəngin, rəngarəng və orijinal ədəbi irsi vardır. Ülvinin əsərlərində ana xətt - vətən müqəddəsliyi, azadlıq duyğusu və qeyrətli vətəndaş oğul obrazının tərənnümü əsas yer tutur.Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!Azadlıq eşqilə şeirlər qoşan, Vətən təəssübü ilə şəhid olan Ülvi Bünyadzadə cəmi 20 illik həyatı ilə Azərbaycan tarixində, Azərbaycan ədəbi-mədəni həyatında silinməz izlər qoymuşdur.2018-ci il noyabr ayının 09-10-da “Ülvi Bünyadzadə: şəxsiyyəti və ədəbi irsi” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransda Ülvi Bünyadzadə həyat və yaradıcılığından bəhs edən məruzələr diqqətə alınacaqdır.100 illik Cümhuriyyətimiz tarixində yeri, izi, tarixi mücadiləsi olan 20 yaşlı nakam Ülvi Bünyadzadənin 2019-cu ildə isə 50 yaşı tamam olur.Ülvi Bünyadzadə ədəbi irsini öyrənən komissiyaTəşkilat komitəsiElmi konfransda iştirak etmək istəyənlərE l a n - 12 dekabr 2017Məqalə qəbulunun son tarixi - 25 mart 2018İştirakçı elanı: - 20 iyun 2018Konfransın proqramı: - 01 noyabr 2018Konfransın keçirilmə tarixi - 09 – 10 noyabr 2018İ ş t i r a k ç ı n ı n Q e y d i y y a t f o r m a s ıAdı, Atasının adıSoyadı:Ölkə:Şəhər:İşlədiyi qurum:Universiteti:Bölmə, şöbə:Elmi dərəcəsi:VəzifəsiE-mail:Telefon:M ə q a l ə n i n y a z ı l m a q a y d a l a r ıTezislər A4 formatında, MS WORD proqramında 12 pinto və 1,5 sətir aralığıyla yazılmalıdır. Tam mətnin səhifə sayı 8-15 arası olmalıdır. İki dildə (türk, rus və ya ingilis dillərində) 150 sözü keçməyəcək xülasə, 4-6 kəlməlik açar söz verilməlidir. Istifadə edilən ədəbiyyat göstərilməlidir.Ə l a q ə[email protected] +99470-382-74-59; +99450-382-74-59Almaz Ülvi Binnətova +99412-581-57-85“Ülvi Bünyadzadə: şəxsiyyəti və ədəbi irsi” mövzusunda keçiriləcək Beynəlxalq Elmi Konfransın mövzu başlıqları1. Ülvi Bünyadzadənin ədəbi şəxsiyyəti və irsi2. Ülvi Bünyadzadənin həyatı haqqında tədqiqatlar3. Ülvi Bünyadzadənin yaradıcılığı elmi mənbələrdə4. Ülvi Bünyadzadə yaradıcılığı elmi nəşrlərdə5. Ülvi Bünyadzadə haqqında mətbuat yazıları6. Ülvi Bünyadzadə şəxsiyyəti və irsi xarici mənbələrdə7. Ülvi Bünyadzadə lirikası8. Ülvi Bünyadzadənin poeziyasının fəlsəfi məqamları9. Ülvi Bünyadzadənin yaradıcılığında insan xarakteri10. Ülvi Bünyadzadənin obrazlar silsiləsi11. Ülvi Bünyadzadənin poeziyasında sevgi12. Ülvi Bünyadzadə romantikası13. Ülvi Bünyadzadənin poemalarında vətəndaşlıq və vətənpərvərlik coşqusu14. Ülvi Bünyadzadənin yaradıcılığında təbiət mövzusu15. Ülvi Bünyadzadənin əsərlərində ölüm motivləri16. Ülvi Bünyadzadənin bəşəri düşüncələr17. Ülvi Bünyadzadənin hekayələri18. Ülvi Bünyadzadənin nəsrində Vətən obrazı19. Ülvi Bünyadzadənin dram əsərlərində eşq duyğuları20. Ülvi Bünyadzadənin tərcümələri21. Ülvi Bünyadzadənin publisistikası22. Ülvi Bünyadzadənin yaradıcılığında folklor motivləri23. Ülvi Bünyadzadənin “And”ının ictimai-siyasi xarakteri, fəlsəfi məzmunu24. Ülvi Bünyadzadənin məktublarında ictimai məzmun25. Ülvi Bünyadzadənin məktublarının tərbiyəvi xarakteriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.