Səadət Şahpələngova: "ƏTRAF ALƏMLƏ TANIŞLIĞIN MƏZMUNU VƏ ƏHƏMİYYƏTİ”

Səadət Şahpələngova: "ƏTRAF  ALƏMLƏ  TANIŞLIĞIN MƏZMUNU VƏ ƏHƏMİYYƏTİ” Səadət
ŞAHPƏLƏNGOVA,
İmişli şəhərindəki
2 saylı
uşaq bağçasının müdiri,
“Abdulla Şaiq”, "Zirvə" və "Qızıl qələm"
mükafatları laureatı,
"Xarıbülbül" medallı
şair-pedaqoq


Uşaqların hərtərəfli inkişafında müxtəlif vasitələr mövcuddur. Onlardan biri də ətraf aləmlə tanışlıqdır. Təbiət mənəvi zənginlik üçün ən gözəl tükənməz mənbədir. Uşaqlar daima bu və ya digər formada təbiətlə ünsiyyətdə olurlar. Onları əlvan çiçəklər,böcəklər, quşlar,heyvanlar, kəpənəklər, çaylar, göllər, meşələr, yaşıllıqlar, təbiət hadisələri və s. daima cəlb edir. Rəngarəng təbiət uşaqlarda əməyə,bədii fəaliyyətə canlı maraq oyadır, onları oyuna cəlb edir və inkişaf etmələri üçün zəngin qida verir. Heyvanlar və bitkilərin müşahidəsi, meşədə, göldə, çayın sahilində oyun, göbələk, giləmeyvə və çiçəklərin toplanması uşaqlara şən, həyəcanlı anlar bəxş edir.Hər bir insan uşaqlıqda olan xatirələrini heç vaxt unutmur,bütün ömrü boyu yaşadır. Təbiətə bağlılıq, uşaq ikən oynadığı yerlər onlarda öz diyarına, təbiətə, vətənə məhəbbət hissi yaradır, beləliklə uşaqlarda vətənpərvərlik tərbiyəsi inkişaf edir. Uşaqlarda təbiəti oldugu kimi görüb, duymaq bacarığının qazanılması onlarda təbiətə dərin maraq oyadır, biliklərini genişləndirir, xarakter və maraqlarını formalaşdırır. Marağı olan hər kəs ərtaf aləmi dərk etməyə, hər hansı bir fəaliyyətə, yaradıcılığa can atır. Maraq seçki xarakteri daşıyır və hər bir insanın inkişafında, yeni biliklərin əldə edilməsində əsas şərtlərdən biridir. Bu biliklər maraqlı olduqca daha möhləm olur və şüurlu şəkildə mənimsənilir.

Təbiətlə tanışlıq uşağın idrak prosesinin mühüm bir mərhələsi kimi bu prosesin bir sıra məsələlərini özündə əks etdirir.Təbiətlə fəal ünsiyyət prosesində uşaq özünü canlı təbiətin bir üzvü,parçası kimi dərk edir və təbiətə fəal müdaxiləsinin mümkünlüyünü hiss edir.Ağac əkmək,gülləri sulamaq,heyvanlara qulluq və s. kimi proseslərdə uşaq təbiəti bizim fəaliyyətimizlə dəyişən bir mühit kimi qavrayır.
Məktəbəqədər yaşlı uşaqların təbiətlə tanış edilməsi,onları əhatə edən təbiət haqqında realist biliklər alması vasitəsidir və hissi təcrübədə,ona düzgün münasibətin əsasıdır.
Uşaqların təbiət hadisələrini düzgün qəbul etmələri üçün onları təbiəti duyma prosesinə istiqamətləndirmək lazımdır.Uşaq təbiətə yaxınlaşmasa və təlim -tərbiyə prosesində ondan istifadə olunmasa,məktəbəqədər yaşlı uşaqların hərtərəfli inkişafının əqli,əxlaqi,fiziki,estetik,əmək və s.kimi vəzifələrini həll etmək olmaz.
“Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı”na uyğun olaraq uşaqların təbiətlə tanışlığı prosesində təlimedici və tərbiyəedici vəzifələr qoyulur ki,bunlar da bir-birilə sıx əlaqədardır.
ƏQLİ tərbiyənin əsas vəzifəsi uşaqlarda cansız təbiət əşyaları,bitkilər,heyvanlar,təbiət hadisələri və obyektləri arasında əlaqələr haqqında biliklərin təlim edilməsidir.Əqli tərbiyənin ayrılmaz hissəsi hissi,yəni sensor mədəniyyətdir.Uşaqlarda təcrübənin toplanması sonrakı ümumiləşmələrin təbiətlə bağlı elementar anlayışların formalaşdırılmasının əsasıdır və o,analizatorların təkmilləşdirilməsinə istiqamətləndirilib.
Uşaqlar tərəfindən biliklərin mənimsənilməsi onların idrak qabiliyyətlərinin-məntiqi təfəkkür,diqqət,nitq,müşahidəçilik,hissi aparatın inkişafı ilə sıx əlaqədardır.Təfəkkürün inkişafı və anlayışların düzgün formalaşdırılması üçün uşaqları təbiət hadisələri və əşyaları ilə tanış etmək lazımdır.
Biz,məktəbəqədər təhsil işçiləri,uşaqlara müşahidə etdikləri hadisələrin izahını axtarmağı öyrətmək, onlar arasında münasibət və əlaqələrin dərk edilməsinə aparmaq lazımdır.Məhz təbiət hadisələri arasında əlaqə və münasibətlərin səbəblərinin dərk edilməsi prosesində təfəkkür inkişaf edir.Biz uşaqlara təbiət hadisələrinə məqsədyönlü istiqamətləndirilmiş müşahidəçiliyi öyrətməklə,diqqəti inkişaf etdiririk ki,bu da əqli inkişafla sıx əlaqədardır və uşaqların təlimə hazırlanmasının şərtidir.Uşaqlara təbiətə maraq tərbiyə edilməsi çox zəruridir.Bitki və heyvanları müşahidə prosesində uşaqların diqqətini onların xarici görünüşünə,hərəkətlərinə,davranışına yönəltməklə,təkcə təbiətlə tanışlıq deyil,eyni zamanda ona münasibəti formalaşdırır. Uşağın diqqətinin hansı əşya və hadisəyə cəlb olunmasının səbəbi isə onun yaşı ilə əlaqədardır.
Uşaqlar təbiətlə bilavasitə təmasda olan zaman onlarda müşahidəçilikə bərabər, həm də hər şeyi bilməyə qarşı maraq da inkişaf edir.Bunun əsasında axtarıcılıq,tədqiqatçılıq refleksi durur.Bu inkişafı İ.P.Pavlov insanın xarakter xüsusiyyəti hesab edir.Məktəbəqədər yaşlı uşaqlarda bu refleks böyüklərə verilən “bu nədir?”,”necə?”,”nə üçün?”kimi sonsuz suallarda aydın görünür.
Uşaqların ƏXLAQ tərbiyəsində doğma təbiətə məhəbbət və canlılara qoruyucu münasibət tərbiyəsi xüsusi yer tutur.Uşaqların özlərinin qulluq edərək böyütdüyü onlara daha yaxın və əzizdir.Məktəbəqədər təhsil müəssisələrində heyvan və bitkilərə qulluq uşaqlarda müşahidəçilik,əməyə məhəbbət,tapşırığa əməl etmə,cavabdehlik kimi keyfiyyətlərin tərbiyə olunmasına kömək edir.
Uşaqlarda əməksevərlik,təbiətə qoruyucu münasibət tərbiyə etmək üçün onlara bitkilərin yerləşdirilməsinin və heyvanlara qulluğun ən sadə üsulları öyrədilməlidir.Bu zaman uşaqların prosesdən və əməyin nəticəsindən razı qalmaları təmin edilməlidir.Uşaqlar torpaq sahəsində işləyən zaman onların əzələlərinin inkişafına və əsəb sisteminin möhkəmləndirilməsi qayğısına qalınmalıdır.Əməksevərlik kimi keyfiyyətin formalaşdırılması zamanı uşaqları yaşlıların təbiətdə əməyi ilə tanış etmək,onların əməyinə hörmət tərbiyə etmək lazımdır.Təbiət qoynunda olmaqdan və təbiətdə əməkdən uşaqların sağlamlıqlarının qorunması və fiziki inkişafları üçün düzgün istifadə edilməlidir.
Təbiət uşaqların ESTETİK tərbiyəsinin əsas vasitələrindən biridir.Təbiətin gözəlliyi ən kiçik yaşlı uşaqların da diqqətindən kənarda qalmır.Onları təbiətlə tanış edərkən diqqətlərini meşəyə,çayın,bulaqların şırıltısına,quşların oxumasına,yarpaqların rənginə,çiçəklərin ətrinə,heyvanların hərəkətinə və s.yönəltmək lazımdır.Uşaqları həyatda ətraf aləmi özünün müxtəlifliyi və gözəlliyi ilə qəbul edə bilmələri üçün bu gözəlliyi hiss etmək bacarığını aşılamaq lazımdır.Məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyəsindən uşaqları təbiətlə tanış etmək üçün təbiət elmlərinin müxtəlif sahələri haqqında zəngin bilik ehtiyatı olması tələb olunur.Uşaqlarda təbiətə fəal və qoruyucu münasibətin tərbiyəsi uşaq bağçasında olan bitki və heyvanlara qulluq etməyə kömək edir.Hər bir tərbiyəçidən canlı təbiət guşəsini təşkil etmək bacarığı tələb olunur və o,bitki və heyvanların saxlanması üçün şərait yaratmalıdır.
Təbiət guşəsini canlı laboratoriya adlandırmaq olar.Çünki canlı təbiətlə bilavasitə əlaqə uşağa aydın təsəvvürlər verir.Buna görə də məktəbəqədər müəssisələrdə uşaqların təbiətlə gündəlik təması üçün lazımi şərait yaradılmalıdır.Canlı təbiət guşəsində uşaqlar gün ərzində bitki və heyvanlara yaxınlaşa,onlar üzərində uzun müddətli müşahidə apara bilirlər.Bu zaman uşaqların təbiət haqqında konkret bilikləri,təsəvvürləri genişlənir.Uşaq bağçalarında təbiət guşələrinin təşkili üçün bitki və heyvanların seçilməsi zamanı proqram tələbləri və onları yerləşdirməyin konkret imkanlarını öyrətmək lazımdır.Təbiət guşəsinə ilk növbədə yerli iqlim şəraitinə uyğun bitki və heyvanlar yerləşdirmək lazımdır.Məktəbəhazırlıq və böyük qrupların təbiət guşələrində müşahidə üçün başqa iqlim zonalarına uyğun olan maraqlı bitki və heyvanlar da saxlamaq olar.Təbiət guşəsi bütövlükdə məktəbəqədər təlim və tərbiyə müəssisəsi üçün ,həmçinin qruplar üzrə təşkil edilə bilər.
Təbiət guşəsində saxlanılan bütün bitki və heyvanların əlamətləri və hansı sinfə aid olması aydın bilinməlidir.Canlı təbiət guşəsində eyni zamanda çoxlu heyvan saxlamaq da məsləhət görülmür.Müxtəlif heyvanları əldə etmək,mövcud heyvanlarla tanış olmaq üçün onları dəyişdirmək və ya digər qrupda müşahidə təşkil etmək daha yaxşıdır.Kiçik və orta qrup üçün bitki və heyvanlar görünüşünə görə, böyük və məktəbəhazırlıq qruplarında isə başqa tipik əlamətləri daha aydın nəzərə çarpan obyektlər olmalıdır.Bütün yaş qruplarında otaq bitkilərindən ibarət təbiət guşəsinin olması vacibdir. Otaq bitkiləri uşaqların təlim-tərbiyəsinin nəinki maraqlı və məzmunlu təşkilinə imkan verir, həm də uşaqların bütün günü olduğu otağın mikro iqlimini təzələyir,havanı yumşaldır,oksigenlə zənginləşdirir.
Təbiəti uşaqlar tədricən öyrənirlər. Təbiətlə, ətraf aləmlə tanışlıq ailədə lap körpəlikdən başlayır,bağçada və məktəbdə dərinləşir,formalaşır. Məktəbəqədər müəssisələrdə uşaqların təbiətlə tanışlığının təşkili məşğələ,gəzinti,ekskursiya, bağçayanı sahədə və təbiət guşəsində iş prosesində aparılır.

Məktəbəqədər yaş dövründə uşaqlarda təbii mühitə qorucu münasibət bəsləmək, öz qüvvəsi daxilində təbiətin sərvətini qorumaq və artırmaq cəhdi özünü göstərir. Bu isə EKOLOJİ tərbiyənin aparılması üçün etibarlı mənbədir.

05.09.2021-ci il

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "UŞAQ ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA OYUNLARIN ROLU"

Elmi Məqalələr, Uşaq bağçaları
Səadət  ŞAHPƏLƏNGOVA:

Səadət ŞAHPƏLƏNGOVA: "UŞAQLARIN AHƏNGDAR İNKİŞAFINDA FİZİKİ MƏDƏNİYYƏT M ...

Elmi Məqalələr, Uşaq bağçaları, "Elm və Təhsil"
Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ  FORMAL ...

Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ FORMAL ...

Elmi Məqalələr, Uşaq bağçaları
Kimsəsiz uşaqlarda elmə maraq yaratmaq üçün yeni addım atıldı

Kimsəsiz uşaqlarda elmə maraq yaratmaq üçün yeni addım atıldı

Biologiya və tibb elmləri
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "ESTETİK TƏRBİYƏ"

Elmi Məqalələr, Müsabiqə
Sağlam və layiqli vətəndaş yetişdirmək amalı

Sağlam və layiqli vətəndaş yetişdirmək amalı

---
Sağlam və layiqli vətəndaş yetişdirmək amalı

Sağlam və layiqli vətəndaş yetişdirmək amalı

Regionlar, Uşaq bağçaları
Allah, Təbiət, İnsan, Elm və Poeziyanın vəhdətindən yaranan kitab

Allah, Təbiət, İnsan, Elm və Poeziyanın vəhdətindən yaranan kitab

Yeni nəşrlər, BDU
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti"

Elmi Məqalələr, Digər ali məktəblər
2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

Səhiyyə
“Təbiətlə dost olaq!” layihəsinin icrasına start verildi

“Təbiətlə dost olaq!” layihəsinin icrasına start verildi

QHT
İNKLÜZİV TƏHSİL CƏMİYYƏTƏ YARARLI İNSANLARIN YETİŞİB TƏHSİL ALMASI YÖNÜMÜND ...

İNKLÜZİV TƏHSİL CƏMİYYƏTƏ YARARLI İNSANLARIN YETİŞİB TƏHSİL ALMASI YÖNÜMÜND ...

Təhsil, "Elm və Təhsil", Köşə yazılar
Botanika İnstitutu tərəfindən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əm ...

Botanika İnstitutu tərəfindən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əm ...

Biologiya və tibb elmləri
Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Məktəblər, "Elm və Təhsil"
Əlini mənə ver, dostum...

Əlini mənə ver, dostum...

Məktəblər
Naxçıvan Muxtar Respublikasının canlı təbiət muzeyi-Nəbatat bağı

Naxçıvan Muxtar Respublikasının canlı təbiət muzeyi-Nəbatat bağı

Naxçıvan
O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

Regionlar, Uşaq bağçaları, UNUTSAQ, UNUDULARIQ!....
Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Təhsil, Sosial, Köşə yazılar
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Regionlar, Məktəblər
7 saylı uşaq poliklinikası haqqında təəssüratlarımız

7 saylı uşaq poliklinikası haqqında təəssüratlarımız

Səhiyyə, Sağlamlıq
Rəy yazın: