Səadət ŞAHPƏLƏNGOVA: "UŞAQLARIN AHƏNGDAR İNKİŞAFINDA FİZİKİ MƏDƏNİYYƏT MƏŞGƏLƏSİNİN ROLU"

Səadət  ŞAHPƏLƏNGOVA: "UŞAQLARIN AHƏNGDAR İNKİŞAFINDA  FİZİKİ MƏDƏNİYYƏT MƏŞGƏLƏSİNİN ROLU"

Səadət
ŞAHPƏLƏNGOVA,
İmişli şəhərindəki
2 saylı
uşaq bağçasının müdiri,
“Abdulla Şaiq”, "Zirvə" və "Qızıl qələm"
mükafatları laureatı




UŞAQLARIN AHƏNGDAR İNKİŞAFINDA
FİZİKİ MƏDƏNİYYƏT MƏŞGƏLƏSİNİN ROLU


Azərbaycan Respublikasının demokratik, hüquqi və dün­yə­vi dövlət kimi formalaşdıgı bir şəraitdə onun təhsil sistemi­nin inkişaf etmiş dünya dövlətlərinin təhsil sisteminə inteqra­siya edilməsi mühim rol oynayır. Azərbaycanın təhsil sistemi­nin əsas vəzifəsi təhsilin fundamentallıgını saxlamaqla gənc nəslin dövrün əsas tələbi olan təhsil alana subyekt kimi bax­maqla yeni insanın formalaşmasını təmin etməkdir. Təhsilin modernləş­di­ril­məsinin məqsədi təhsil sisteminin davamlı inkişaf mexa­niz­minin yaradılmasından ibarətdir. Odur ki, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün təhsilin yuxarı pillələri kimi mək­təbəqədər təhsilin müasir tələblərə cavab verən keyfiyyətlərə çatdırılması vacibdir və bu problem müasir təhsil sisteminin qarşısında duran mühüm vəzifələrdəndir.

Məktəbəqədər təhsilin məzmununun yenilənməsi bu gün ak­tual problem kimi qarşıda durur və artıq bu sahədə müəyyən iş­lər görülür. Pedaqoji prosesin yüksək səviyyədə təşkil olun­ma­sı, təlim prosesinə yeni metod və priyomların, pedaqoji texno­logiyaların tətbiqi, ənənəvi metodların yenidən qurulması təli­min keyfiyyətinin yüksəlməsinə xidmət edir və bu işdə medo­dik vəsaitlərin rolu böyükdür. Həyatının ilk illərində fiziki in­ki­şafın düzgün təşkili məktəbəqədər tərbiyə müəssisələrinin üzə­rinə böyük vəzifələr qoyur. Məhz bu dövrdə uşaqlarda bilik, ba­ca­rıq və vərdişlər sistemi yaranır. Məktəbəqədər yaşlı uşaq­la­rın fiziki tərbiyəsinin başlıca vəzifələrindən biri uşaq orqaniz­mini müxtəlif oyun və fiziki hərəkətlərlə formalaş­dırmaqdır. Bü­tün bunları səmərəli şəkildə həyata keçirmək üçün uygun for­ma və vəsaitlər müəyyənləşdirilməlidir.
Uşaqların saglamlıgının möhkəmləndirilməsinin,orqanizmin müqavimət qabiliyyətinin yüksəldilməsinin məktəbəqədər yaşlı uşaqlar üçün böyük əhəmiyyəti vardır.
Məktəbəqədər tədris tərbiyə müəssisələrində fiziki mədə­niy­yət məşgələləri, oyunlar, səhər gimnastikası, idman bay­ramları özünə möhkəm yer tutmuş tədbirlər sistemi mövcud­dur.
Uşaqların saglamlıgının möhkəmləndirilməsi və mühafizəsi məktəbəqədər təhsil müəssisəsində pedaqoji işin ən mühüm hissəsini təşkil edir.
Saglam uşaqların tərbiyəsi üçün ən mühüm şərt gün reji­mi­nin düzgün təşkilidir ki, bütün tədris müəssisələri buna ciddi ria­yət etməlidir. Hər bir uşagın fiziki inkişafının düzgün olması üçün rəngarəng möhkəmləndirici tədbirlərin (quru, su, hava) gün ərzində aktiv hərəki fəaliyyətin, fiziki avadanlıq və təc­hi­za­tın olması zəruridir.
Məktəbəqədər tədris müəssisələrində ardıcıl keçirilən fiziki mədəniyyət məşgələləri nəticəsində uşaqların çoxu kifayət qə­dər hərəki vərdişlərə yiyələnir, fiziki hərəkətləri yerinə yetirir və məktəbə aktiv, saglam şəkildə gedirlər.
Məktəbəqədər təhsil müəssisəsində çalışan tərbiyəçilərin uşaq­­­larla saglamlaşdırıcı korreksiya işlərinin aparılması çox fay­­dalıdır və bunu mütəmadi şəkildə etmək lazımdır. Çünki be­lə korreksiya işləri uşaqlarda ayaq nöqsanlarının, qamətin əy­ri­lik­lərinin qarşısının vaxtında alınmasına imkan yaradır. Belə vər­dişlərə yiyələnmə uşaqların hərəki təcrübəsini zəngin­ləşdirir və onların orqanizminin fizioloji proseslərinin fəaliyyə­tini tən­zimləyir.
Şəxsiyyətin ahəngdar inkişafında fiziki mədəniyyət mühüm rol oynayır. Belə ki, uşaq məktəbə gedənədək müəyyən dərə­cə­də fiziki hazırlıga malik olmalıdır. Çünki uşaq fiziki cəhətdən möhkəm, saglam olarsa, normal inkişaf edər və mü­vəffə­qiy­yət­lə təhsil alar. Uşaq saglam olanda proqram mate­riallarını mə­nim­səyə bilər, belə uşaqlar normal əqli yükə tab gətirir, tez yo­rulmur və əsəbləşmirlər. Bu nöqteyi-nəzərdən uşaq bagça­la­rında keçirilən fiziki mədəniyyət məşgələləri uşaqların saglam­lıgının möhkəmləndirilməsində böyük rol oynayır.
Qruplarda fiziki mədəniyyət məşgələləri həftədə iki dəfə ke­çirilir. Hər məşgələ üç hissədən - giriş, əsas və yekun hissədən ibarətdir.
Giriş hissə 5-6 dəqiqə olmaqla, uşaqları tədricən hərəki fəa­liyyətə gətirir. Bu hissədə yeriş, qaçış, sıraya düzlənmə sadə oyun tapşırıqları verilir, uşaqlarda əlverişli emosional əhval-ru­hiyyə yaradılır. Əsas hissə 18-20 dəqiqə olmaqla ümumin­ki­şaf­et­dirici və əsas hərəkətlər öyrədilir, hərəkətli oyunlar keçi­rilir. Ümuminkişafetdirici hərəkətlər böyük əzələ qruplarını möh­kəmləndirir, uşaqlarda qamətin düzgün formalaşmasına kö­mək edir. Uşaqlar əvvəlcə çiyin, sonra kürək və bel, daha sonra ayaq əzələlərinin möhkəmləndirilməsi üçün tapşırıqlar alırlar. Hərə­kət­lərə başlamazdan qabaq tərbiyəçi uşaqların düzgün çı­xış və­ziyyəti almalarına fikir verməlidir. Belə hərəkətlər adətən mu­siqi sədaları altında yerinə yetirilir. Çünki musiqi uşaqları ni­zamlayır, hərəkətləri daha dəqiq icra etməyə sövq edir, onlar­da müsbət əhval-ruhiyyə yaradır. Diqqət etmək lazımdır ki, mu­si­qi­nin ritmi hərəkətlərin tempinə uygun olsun.

Səadət  ŞAHPƏLƏNGOVA: "UŞAQLARIN AHƏNGDAR İNKİŞAFINDA  FİZİKİ MƏDƏNİYYƏT MƏŞGƏLƏSİNİN ROLU" Əsas hərəkətlər yeriş, qaçış, hoppanma, atma-tutma və tul­lan­­ma, sürüşmə, dırmanma, müvazinət hərəkətləri məşgələ­nin əsas hissəsində aparıcı yer tutur. Hər məşgələdə üç əsas hə­rəkət növü nəzərdə tutulur.
Hərəkətli oyun hər bir fiziki mədəniyyət məşgələsinin vacib tərkib hissəsidir. O bacarıq və vərdişlərin möhkəmlən­diril­mə­sinə və təkmilləşdirilməsinə xidmət edir. Müxtəlif oyun hə­rəkətləri çevikliyi, hərəkətlərin uzlaşdırılmasını inkişaf etdirir, uşaqların emosional vəziyyətinə müsbət təsir göstərir.

Fiziki mədəniyyət məşgələlərini keçərkən frontal, hərəkət­lərin ardıcıl icrası,qruplarla və fərdi iş formalarından istifadə edilir. Frontal iş zamanı uşaqlar eyni vaxtda tapşırıgı icra edir­lər. Uşaqlara yeriş, qaçış, ümuminkişafetdirici hərəkətlər, topla müxtəlif tapşırıqlar verərkən tətbiq olunur.

Qruplarla iş zamanı uşaqlar qruplara bölünür, hər biri müəy­yən tapşırıqlar alır və onu icra edirlər. Bu, adətən uşaqlar müəy­yən vərdişlərə yiyələndikdən sonra tətbiq olunur. Fərdi iş za­manı uşaqlardan biri tapşırıgı yerinə yetirir, qalanları isə onu müşahidə edirlər. Əvvəlcədən hazırlanmış bir uşaq yeni hərə­kətləri göstərir.
Beləliklə fiziki mədəniyyət məşgələlərinin yüksək səviyyədə təşkili tərbiyəçinin pedaqoji ustalıgından asılıdır.

Uşaqların fiziki inkişafına, saglamlıgına kömək etmək üçün aşagıdakı strategiyalar çox mühümdür. Bunlar hər bir uşagın unikal ehtiyaclarını təmin etmək, fiziki inkişafına kömək gös­tərmək baxımından əhəmiyyət daşıyır:

1.Hər bir uşagın saglamlıgı və təhlükəsizliyi üçün şəraitin yaradılması;
2.Uşaqların tibbi müayinə ilə təmin olunması;
3.Uşaqların optimal inkişafını artıran qidalanmanın təmin olunması;
4. Uşaqların saglamlıgını,fiziki forma və fəal hərəkətlərini artıran gündəlik şəraitin yaradılması;
5.Uşaqların fiziki hərəkətlərini məhdudlaşdırmayan fəaliy­yəti təmin etmək üçün təhlükəsiz şəraitin yaradılması;
6.Materialların bütün uşaqlar üçün asanlıqla əlçatan olması
7.Nəgməli oyunların,mahnı oxunmasının, rəqs və digər mə­dəni baxımdan spesifik fəaliyyətlərin uşaqların gündəlik rejim­lərinə daxil edilməsi;
8.Fiziki xüsusiyyətlər və eləcə də fərdi üstünlüklər haqqında müzakirələrin aparılması;
9.Risk faktorları və uşaqların hüquqlarının pozulması halla­rının qarşısının alınması.

Akademik K.M.Bıkov deyirdi: “Həqiqətən əzələ hərəkəti ol­ma­dan təbiətin dərk edilməsi,daha dogrusu onun əmək prose­sində dəyişdirilməsi, tərbiyə prosesində insanın özünü mükəm­məlləşdirilməsi mümkün deyildir”.

Beləliklə, bu gün biz, məktəbəqədər təhsil işçiləri ailə ilə sıx əməkdaşlıq şəraitində uşaqların hərtərəfli saglamlıgını müha­fizə edib, fiziki inkişafını və tərbiyəsini həyata keçirməliyik. Bu yolda bütün səylərimizi səfərbər etməli və gələcəyimiz olan kör­pə gül balalarımızı vətənimiz üçün əsl şəxsiyyət kimi yetiş­dir­məliyik.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "UŞAQ ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA OYUNLARIN ROLU"

Elmi Məqalələr, Uşaq bağçaları
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "ƏTRAF ALƏMLƏ TANIŞLIĞIN MƏZMUNU VƏ ƏHƏMİYYƏTİ”

Elmi Məqalələr, Uşaq bağçaları, "Elm və Təhsil"
Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ  FORMAL ...

Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ FORMAL ...

Elmi Məqalələr, Uşaq bağçaları
İNKLÜZİV TƏHSİL CƏMİYYƏTƏ YARARLI İNSANLARIN YETİŞİB TƏHSİL ALMASI YÖNÜMÜND ...

İNKLÜZİV TƏHSİL CƏMİYYƏTƏ YARARLI İNSANLARIN YETİŞİB TƏHSİL ALMASI YÖNÜMÜND ...

Təhsil, "Elm və Təhsil", Köşə yazılar
Sağlam və layiqli vətəndaş yetişdirmək amalı

Sağlam və layiqli vətəndaş yetişdirmək amalı

---
Sağlam və layiqli vətəndaş yetişdirmək amalı

Sağlam və layiqli vətəndaş yetişdirmək amalı

Regionlar, Uşaq bağçaları

"Bacarıqlı Əllər Dünyası"

QHT
Marneulinin meri Fiziki cəhətdn qüsurlu şəxslərlə görüş

Marneulinin meri Fiziki cəhətdn qüsurlu şəxslərlə görüş

Borçalı
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti"

Elmi Məqalələr, Digər ali məktəblər
O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

Regionlar, Uşaq bağçaları, UNUTSAQ, UNUDULARIQ!....
2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

Səhiyyə
Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Məktəblər, "Elm və Təhsil"
Əlini mənə ver, dostum...

Əlini mənə ver, dostum...

Məktəblər
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "ESTETİK TƏRBİYƏ"

Elmi Məqalələr, Müsabiqə
Kimsəsiz uşaqlarda elmə maraq yaratmaq üçün yeni addım atıldı

Kimsəsiz uşaqlarda elmə maraq yaratmaq üçün yeni addım atıldı

Biologiya və tibb elmləri

"Yeni Yurd" fiziki məhdudiyyətli insanları unutmadı

MEDİA
AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI KEÇİRİLƏCƏK

AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI KEÇİRİLƏCƏK

Elm, Digər bölmələr
Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Təhsil, Gürcüstan, Elanlar
Yeni təhsil proqramları və fizika

Yeni təhsil proqramları və fizika

Regionlar, Məktəblər
Böyüməyən arzular...

Böyüməyən arzular...

Regionlar, Publisistika, Müsabiqə, Köşə yazılar
Rəy yazın: