ALLAH RƏHMƏT ELƏSİN, HÖRMƏTLİ VƏKİL MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, HÖRMƏTLİ VƏKİL MÜƏLLİM!.. Azərbaycan biologiya elminə ağır itgi üz verib.
AMEA Botanika İnstitutunun «Geobotanika» şöbəsinin müdiri, Azərbaycan Botaniklər Cəmiyyətinin Redaksiya Heyətinin elmi katibi, tanınmış alim, aparıcı elmi işçi,
dəyərli ziyalı və xeyirxan insan, çox hörmətli Vəkil Xəlilov
uzun sürən xəstəlikdən sonra 2016-cı il noyabrın 17-də
79 yaşında vəfat edib.


Vəkil Səməd oğlu Xəlilov 1937-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı
Əsmələr kəndində
dünyaya göz açıb. İbtidai təhsilini
doğma kəndində alıb.
1949-cu ildən təhsilini Qoçulu, 1953-1956-cı illərdə isə
Arıxlı kənd orta məktəbində davam etdirib.

1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) biologiya fakültəsinə qəbul olub. Tələbəlik illərində bacarıqlı, nümunəvi tələbə kimi professor-müəllim heyətinin hörmətini qazanıb. Ona dərs deyən müəllimləri ali məktəbi bitirdikdən sonra elmi işini davam etdirməyi tövsiyyə ediblər.
1964-cü ildə Vəkil Xəlilov ali təhsilini müvəffəqiyyətlə bitirib.
1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda botanika ixtisası üzrə aspiranturaya
daxil olub.
Sonra elmi tədqiqat işlərini Moskvada Ümumittifaq Elmi Tədqiqat Vitaminologiya İnstitutunda və
SSRİ EA-nın Botanika İnstitutunda davam etdirib.
O, 1971-ci ildə Azərbaycan EA-nın Botanika İnstitutunda “Azərbaycan ərazisində yaz otlaq və biçənəklərinin E vitaminli yem bitkiləri” mövzusunda yazdığı dissertasiya işini uğurla müdafiə edərək, biologiya elmləri namizədi dərəcəsini alıb.
Daima elmi yaradıcılıq axtarışında olan Vəkil Xəlilov biologiya elmi üzrə keçirilən bir çox respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə də iştirak edib. 1971-ci ildə Ümumittifaq Botanika Cəmiyyətinin konfransında, 1974-cü ildə biologiya elmi üzrə Stavropolda keçirilən VI beynəlxalq konfransda,
2006-cı ildə Türkiyədə Ulusal Bioloji Konqresində azərbaycanlı alim Vəkil Xəlilovun məruzələri
mütəxəsislər tərəfindən yüksək qiymətləndirilib.

Məlumat üçün qeyd edək ki, Vəkil Xəlilov Gürcüstanda da pedaqoji fəaliyyətlə məşğul olmuş,
1971-1984-cü illərdə Bolnisi rayonunun Qoçulu orta məktəbində kim­ya-biologiya müəllimi,
1984-1998-ci illərdə həmin məktəbdə direktor vəzifəsində çalışmışdır.
Gürcüstan müəllimlərinin 1977-ci ildə keçirilmiş IV qurultayının və 1987-ci ildə keçirilmiş VI qurultayın nümayəndəsi olmuşdur.
1987-ci ildə biologiya fənninin tədrisindəki uğurlarına görə "Gürcüstanın Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.
İşlədiyi müddətdə dəfələrlə kənd, rayon sovetinin deputatı, rayon partiya komitəsinin üzvü seçilmişdir.

Ötən əsrin sonlarında Borçalıda, xüsusilə də Bolnisi rayonunda baş vermiş məlum hadisələrdən, böyük təqib və təziqlərdən sonra minlərlə soydaşımız kimi Vəkil Xəlilov da Azərbaycana köçməyə məcbur olub.
O, Bakıda elmi fəaliyyətini davam etdirib.
2003-cü ildən AMEA Botanika İnstitutunun «Geobotanika» şöbə­sində böyük elmi işçi, aparıcı elmi işçi, 2008-ci ildən «Geobotanika» şöbəsinin müdiri vəzifəsində işləyib.
O, eyni zamanda AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin Redaksiya Heyətinin və Azərbaycan Botaniklər Cəmiyyətinin Redaksiya Heyətinin elmi katibi vəzifəsində çalışıb. Nyu-York Botanika Bağı ilə birgə həyata keçirilən Beynəlxalq Lahiyənin iştirakçısı olub.
Vəkil Xəlilov uzun müddət AMEA-nın Botanika İnstitutunda bitki örtüyünün fitosenoloji quruluşunun əsas istiqamətləri, onun formalaşma qanunauyğunluğu, məhsuldarlığın aşkar edilməsi sahəsində öz bilik və bacarıqlarını səfərbərliyə alaraq tədqiqatlarını genişləndirib və elmi nailiyyətlərini uğurla davam etdirib.
30-a yaxın elmi əsərin, 1 kitabın müəllifidi olan Vəkil Xəlilov 2011-ci ildən dosent idi.

Həyatını daima zərif varlıqlara həsr edən, bitki aləminə qəlbən bağlı olan, hər zaman zərif canlılardan biri sayılan bitkilərə qarşı qayğısını əsirgəməyən, həm də hava və su kimi onları təbiətin böyük varlığı hesab edən Vəkil Xəlilovun 2013-cü ildə "KİÇİK QAFQAZIN "E" VİTAMİNİ İLƏ ZƏNGİN OLAN YEM BİTKİLƏRİ" adlı kitabı nəfis şəkildə çapdan çıxmışdır.
AMEA Botanika İnstitutunun Elmi Şurasının 21 iyun 2012-ci il tarixli 07 saylı və AMEA Tibb və Biologiya Bölməsi Bürosunun 10 oktyabr 2012-ci il tarixli 04 saylı qərarı ilə “Təhsil” EİM-də çap olunmuş kitabın
elmi redaktoru - Bitki ehtiyat şöbəsinin müdiri, b.e.d. E.N.Novruzov, rəyçiləri - Əməkdar elm xadimi,
k.e.d, professor S.V.Sərkərov, BDU-nun Botanika kafedrasının müdiri, b.e.d., professor E.M.Qurbanov,
Ali bitkilərin sistematikası şöbəsinin müdiri, b.ü.f.d.V.N.Kərimovnaşiri Müşfiq Borçalıdır.

Kitab mütəxəssislər tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,
Aqrar Universitetin, Yemçilik, Çəmənçilik otlaqlar İnstitutunun əməkdaşları və müvafiq Universitetlərin
tələbələri üçün dəyərli vəsait kimi qiymətləndirilib.
Kitabda Kiçik Qafqazın Kəpəz, Şahdağ, Murovdağ, Qoşqar dağlarının subalp və alp yay otlaq biçənəklərinin bitki örtüyü, yem dəyəri, məhsuldarlığı öyrənməklə tərkibində vitaminlər, zülallar, protein, yağ, sellüloza, karotinin miqdarları öz əksini tapmışdır.
Respublikamızda kənd təsərrüfatı heyvanlarının məhsuldarlığını artırmaq məqsədilə qış və yay otlaqlarının səthi və əsaslı yaxşılaşdırılması üsülları, mineral kübrələrin verilmə qaydaları, suvarma sistemləri, eroziyaya məruz qalmış dağ yamaclarının ot örtüyünü yenidən bərpa etmək, az məhsuldar yay otlaqlarının yaxşılaşdırılması üçün perspektivli bitkilərin səpilməsi və becərilməsinə aid əməli təkliflər və tövsiyələr verilmişdir.

Bəli, Botanika - biologiya elminin tərkib hissəsidir, bitkilərin quruluşunu, təbiətdə yayılmasını,
həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini tədqiq edir.
Məlumdur ki, ibtidai icma quruluşundan başlayaraq qədim insanlar təbiətin yaratdığı hazır məhsullarla-bitkilərlə, giləmeyvələrlə qidalanardı.
Botanika elmi də elə ötən minilliklərdən etibarən insanların bitkilərdən geniş istifadə etməsi ilə əlaqədar olaraq yaranmışdır.
Müasir tibb sahəsini də botanika elmindən ayrı təsəvvür etmək olmaz.
Hələ ötən əsrlərdə bitkilərin dilini bilən həkim Hippokrat 200-dən artıq dərman bitkisi ilə xəstələri
müalicə edərdi.
Botanika elminin əsasını qoyanlar isə qədim yunan alimlərindən Aristotel, Teofrast olmuşdur.
Əgər eramızın IV-III əsrlərində yaşayan yunan alimi Teofrast 450-dən çox bitkinin təsnifatını vermişdirsə,
I əsrdə Romada yaşayan həkim Dioskrid isə 600-ə yaxın bitkilər haqqında məlumatlar vermişdir.

Qeyd edək ki, sağlamlıqla bərabər yüzlərlə bitkinin zahiri görünüşü insanın əhval-ruhiyyəsinə xoş təsir bağışlayır. Gün ərzində yaşıl bitkilərin ətrafında parklarda, bağlarda təmiz hava qəbul etmək insanın uzun ömür sürməsinə təsir edir.
Bir sözlə, qeyd etmək olar ki, insanın həyatda yaşaması üçün bitkilərin rolu əvəzsizdir.

Haqqında söhbət açacağımız bioloq alim Vəkil Xəlilov da həyatını bitkilərsiz təsəvvür etmirdi.
O, göz açdığı Borçalı torpağının, eləcə də bütün Azərbaycanın gülünə, çüçəyinə, ən əsası əsrarəngiz yaşıl təbiətinə vurğun olan ziyalı idi.

Gözəl ziyalılığı və elmi müvəffəqiyyətləri ilə bərabər Vəkil Xəlilov həm də gözəl ailə başçısı idi.
Təməli də halallıqdan yoğrulan Xəlilovlar ailəsinin ağsaqqalı Vəkil müəllimin bir xoşbəxtliyi də odur ki,
5 övladı, 9 nəvəsi bu gün onun soyadını daşımaqdan qürur hissi keçirir.

Nəhayət, biz də ZiM.Az-ın Yaradıcı Heyəti adından Azərbaycan elmində əvəzsiz xidmətləri olan
çox hörmətli Vəkil müəllimin vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə,
bütün yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.
Vəkil müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..

Müşfiq BORÇALI,
ZiM.Az




Bax:
Müşfiq BORÇALI. TƏBİƏT VURĞUNU, ALİM-ZİYALI.
"Elm və Təhsil" qəzeti, noyabr, 2013-cü il.
"Şərqin səsi" qəzeti, yanvar, 2014-cü il.

Azərbaycan Biologiya elminə ağır itki üz verib.
"Şərqin səsi" qəzeti, dekabr, 2016-cı il.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBİƏT VURĞUNU, ALİM-ZİYALI VƏKİL XƏLİLOV

TƏBİƏT VURĞUNU, ALİM-ZİYALI VƏKİL XƏLİLOV

Biologiya və tibb elmləri, "Elm və Təhsil", "Şərqin səsi", Bolus
Hacettepe Universitetinin professoru AMEA Botanika İnstitutunun qonağı olub

Hacettepe Universitetinin professoru AMEA Botanika İnstitutunun qonağı olub

Elm, Biologiya və tibb elmləri
“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və ...

“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Botanika İnstitutunun alimi “Ən layiqli alim – Ə.L.A.” müsabiqəsinin qalibi ...

Botanika İnstitutunun alimi “Ən layiqli alim – Ə.L.A.” müsabiqəsinin qalibi ...

Biologiya və tibb elmləri
AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

Biologiya və tibb elmləri
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər
Botanika İnstitutunun əməkdaşları Volksvagen Fondunun toplantısında iştirak ...

Botanika İnstitutunun əməkdaşları Volksvagen Fondunun toplantısında iştirak ...

Biologiya və tibb elmləri, Tiflis
TƏDQİQATÇI ALİM - OQTAY MİRZƏYEV

TƏDQİQATÇI ALİM - OQTAY MİRZƏYEV

"Şərqin səsi"
Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti AMEA-nın Botanika İnsti ...

Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti AMEA-nın Botanika İnsti ...

Biologiya və tibb elmləri
Botanika İnstitutu tərəfindən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əm ...

Botanika İnstitutu tərəfindən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əm ...

Biologiya və tibb elmləri
AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

Biologiya və tibb elmləri
Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Biologiya və tibb elmləri, "Zirvə"
TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

Elm, Biologiya və tibb elmləri, Təbriklər
AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin növbəti cildi çapdan çıxıb

AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin növbəti cildi çapdan çıxıb

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya və tibb elmləri
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)

Səhiyyə, Darvaz
Validə xanım Əlizadə AMEA-nın həqiqi üzvü seçilib

Validə xanım Əlizadə AMEA-nın həqiqi üzvü seçilib

Biologiya və tibb elmləri
Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Biologiya və tibb elmləri, Təbriklər
Rəy yazın: