YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ SALMAN QAZİ!... Poeziya, Qərbi Azərbaycan, Təbriklər, Arxiv, Müşfiq Borçalı 22 октября 2023 2371 TƏBRİK EDİRİK!..BU GÜN DƏYƏRLİ ZİYALIMIZ, TANINMIŞ ŞAİR SALMAN QAZİnin AD GÜNÜDÜR!..Daha doğrusu, YUBİLEYİdir!Anadan olmasının 70 illik YUBİLEYİ!..Salman Qərib oğlu Qazi - 1952-ci il fevralın 1-də qədim Borçalı mahalının Dağ bölgəsindəki İlməzli kəndində, "Təmirlər" deyilən bir ocaqda dünyaya göz açmışdır. Salmanın ata-anası saz və söz həvəskarları olub, evlərindən heç vaxt bu sənət xiridarlarının mehmanları əskik olmayıb.Hələ lap uşaq ikən atası onu özü ilə Aşıq Əmrahın, Hüseyn Saraclının, Xındı Məmmədin, Aşıq Kamandarın məclisinə aparardı. Xalqımızın başına gələn son məlum hadisələrdən sonra (bu ailə artıq doğma yurddan köçmüşdü) tale elə gətirir ki, rəhmətlik ustad Kamandar Bakıya gedir, Qərib kişi ustadı evinə dəvət edir, onlar dostlaşırlar. Bu yaxınlıq sonradan Qərib kişinin kiçik oğlu Əşrəfi də ömürlük saza bağlayır.Salman Qərib oğlu 1969-cu ildə doğma kəndi İlməzlidə orta məktəbi başa vurub Bakıya gəlir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə sənəd verir, imtahanlardan müsbət qiymət alsa da, universitetə qəbul oluna bilmir.Elə həmin il o, ordu sıralarına çağırılır və həyatını orduya bağlayır. Ordu həyatı ağır keçsə də, Salman heç vaxt sazdan ayrılmır. Sədəfli sazla bir yatır, bir oyanır, harada olursa-olsun, dəftəri-qələmi yanında olur.Salman Qərib oğlu keçmiş Sovet ordusunun müxtəlif orden və medalları ilə təltif olunub. Qarabağ müharibəsinin iştirakçısıdır. 1995-ci ildən hərbi təqaüdçüdür.Salman Qazinin indiyədək 4 kitabı çıxıb: «Şair bulağı», «Yurd həsrəti yaman sıxır sinəmi», «Sığınmışam Tanrısına dünyanın», «Hamamlıdan keçən yollar». O, «Cəngi» Ədəbi Birliyinin yaradıcısı və sədridir. Bz də ZiM.Az-ın bütün Yaradıcı heyəti adından dəyərli dostumuz, çox hörmətli şair Salman Qazini anadan olmasının 70 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıdan onun bir neçə şeirini oxucularımıza ərmağan edirik!..Müşfiq BORÇALI,ZiM.Az QOCA DÜNYA MƏN DƏ GƏLDİM YETİŞDİMQoca dünya, mən də gəldim yetişdim,Meyvə budağında yetişən kimi.Çox şükürlər, yetmiş ilə görüşdüm,Əzizlər, doğmalar görüşən kimi.Köməksizin köməyinə yetərdim,Nə qəmim varıydı, nə də ki, dərdim.Söz dilimdə, saz sinəmdə ötərdim,Kəklik qayalarda ötüşən kimi.Bu dünyanı nə anladım, nə qandım,Mən beynava qılığına inandım.Elə bil ki, yatmış idim, oyandınm,Qara saçlarıma dən düşən kimi.İllər qarşıladım mən gülə - gülə.Sağ can arzuladım obaya - elə.Yeyərdim, içərdim dost - tanış ilə,Gəzərdim ortada bəynişan kimi.İndi xatirələr xəyala dönür,Daha qartal könlüm zirvədən enir,Salman, ömür – günün çırağı sönür,Gəzirəm pərişan - pərişan kimi.MƏN TÜRKƏMUlulardan uluyam, yolum Altaydan gəlib,Bayrağımda ay - ulduz, ulduzdan, aydan gəlib.Tarixlərdə izim var, gücüm qovğadan gəlib.Qılıncımın zərbəsi Bizansı yox eyləyib!Mən TÜRKƏM!Tariximin səhifəsi qovğadı, qandı mənim,Dövlətimin banisi Qazi Osmandı mənim.Qazi Kamal Atatürk, Paşam - atamdır mənim.Çanaqqala qeyrətim, basılmazdı Millətim!Mən TÜRKƏM!Avropanı fəth edən, İstambulu yaradan,Bac alan Afrikadan, xərac alan İrandan.Yaratmalıyam hökmən, əl çəkmərəm TURANDAN,Bir bayrağın altında birləşməlidir TURAN!Mən TÜRKƏM!Sülhsevər olmuşuq, qanla yoxdur işimiz,Amalımız ləkəsiz, vicdanımız tərtəmiz.Hər bir kəsə əl tutub, bizim azad ölkəmiz,Bu ölkədə yaşayan, quran, tikən, yaradan.Mən TÜRKƏM!Farsın, Rusun əlində, didildim, parçalandım,Sərvətim şülən oldu, talan olub talandım.Araz ikiyə böldü, ikiyə haçalandım.Məkanım Azərbaycan, Vətənim Azərbaycan, Mən TÜRKƏM!Ey Türkün oğlu,Türk! Ayağa dur, Qurda dön!Bir zamanlar qurduğun Turan adlı yurda dön!Öz şanlı tarixinə geri qayıt, bir də dön!MEHTƏR MARŞI çalınsın, TURAN vüqarla desin,Mən TÜRKƏM! BORÇALI Bir cənnətsən dağ-aranlı, əvəzsiz,Səndən gеdir söhbət-sözüm Borçalı!Hər qarışın həm müqəddəs, həm əziz,Səndən gəlib odum-közüm Borçalı!Dəli dağdı, Əyri qardır yaylağın,Vüqarlıdır həm aranın, həm dağın,Dünyalar dolaşır səsin, sorağın,Səndən qanadlanıb arzum Borçalı!Hacxalıl babaydı ziyarət yеrin,Axışıb gələrdi bütün еllərin,Ucalıqda uca, yoxdur dəyərin,Ötən dilim, görən gözüm Borçalı!Yay ayları yaylağına sığındım,Susayanda bulağına sığındım,Arxam bilib dağlarına sığındım,Qalıb hər qarışda izim Borçalı!Sazın-sözün bеşiyisən, yurdusan,Babalarmın baş qoyduğu gorusan,Mən Salmanam, gözlərimin nurusan,Bir oğlunam mənim özüm Borçalı! 65Bir göz qırpımına bənzəyir illər,Ona təsir etməz nə boran, nə qış.Mənə baba deyir təzə nəsillər,Alqış altımış beş, sənə min alqış!Bir əlimdə qələm, birində Quran,Haqqın dərgahına səfər eylədim.Dilimdə dualar, qəlbimdə iman,Qəlbimdən keçəni haqqa söylədim.Qarşıda yetmiş var, ya çatam, ya yox,Mənim aqibətmi bir Allah bilir.Altımış beşə çatdım könlü, gözü tox,İnşallah, qarşımdan yetmiş də gəlir!1.02.2017GÖRMÜŞƏMZülm ilə çatmışam bu 50 yaşa,Şükür ki, ömrümü yarı görmüşəm.Düz yollar gəzmişəm dağ aşa-aşa,Boranı görmüşəm, qarı görmüşəm.Gözəllər bilirəm bəxtsiz, yığvalsız,Mərdi dili gödək, namərdi arsız.Baxıram çinara, boy uzun, barsız,Qönçənin köksündə xarı görmüşəm.İnsanlıq aldanıb qızıla-zərə,Fələk də qurşanıb böhtana-şərə.Qırx ilin arvadı kəf gəlir ərə,Tərlanı ovlayan sarı görmüşəm.Tənədəyəm, əlim qələm tutandan,Betər oldum şahmar ilə yatandan.Zəhləm gedir dostu vara satandan,Ürəklərdə ilanları görmüşəm.Oğul var, arxadır mahala, elə,Aldanmır fitnəyə, aldanmır felə.Yaxşı ki, dünyada yaxşı var hələ,Düz ilqarı, beh-bazarı görmüşəm.Salmanam, qüssədən haraya qaçım?Dərd od tək yandırır, kimlərə açım?Görə-görə gəldim, ağardı saçım,Qəm-hicranı, dərd-azarı görmüşəm.2002BİR ÜRƏKDƏ YAZ OLMASAGül – çiçək bəzəyə bilməz,Bir ürəkdə yaz olmasa!Sazla – sözlə yanan deyil,Onda atəş, köz olmasa!Təmiz ürək küsə bilməz,Haqq – salamı kəsə bilməz,Əli - əldən üzə bilməz,O ürək dayaz olmasa!Təmiz ürək bir incidi,Duyğusunda birincidi,Ləl, gövhərdi, bir incidi,Gəzdirən qanmaz olmasa!Dost dostuna ağız büzməz,Olmayana olar deməz,Salman Qazi, haqqa gəlməz,Bir ürək ki, düz olmasa!BİZ SİZİN ƏSGƏRİNİZ, SİZ BİZİM SƏRKƏDƏMİZ!Sinəni sipər etdin hədəyə, təhlükəyə,Hər bir Ali kürsüdə də, Millətim deyə - deyə.Millətimin gözündə sığmırsan yerə - göyə,Yolun Heydər yoludur, arzun, amalın, təmiz!Biz Sizin əsgəriniz, Siz bizim sərkərdəmiz!Otuz illin buzunu, otuz günə əritdin,Ordumun hünərini dünyaya isbat etdin.Milyon - milyon ürəkdən ağrı, niskili götdün,QARABAĞ AZƏRBAYCANDIR! - yox dərdimiz, sərimiz!Biz Sizin əsgəriniz, Siz bizim sərkərdəmiz!Pənah Xanın ruhu qoluna qüvvət olub,Hər bir cümlən, hər sözün düşmənə nifrət olub.Azərbaycan Ordusu dillərdə şöhrət olub,Şirdi, Pələng, Bəbirdi bizim hər əsgərimiz!Biz Sizin əsgəriniz, Siz bizim sərkərdəmiz!Xoş müjdəli Komandan, Ali Baş Komandanım!Babəkim, Şah İsmayılım, mənim Qazi Osmanım ,İlham Əliyev, deyir; - Bütöv Azərbaycanım!Adın ilə fəxr edir, bu Günəşli Ölkəmiz!Biz Sizin əsgəriniz, Siz bizim sərkərdəmiz!Türkiyə ruhumdur, ürəyimdir Vətənim,Ay - ulduzlu bayraqlar qanım, canımdır mənim.Bir Millət, iki Dövlət, qoy kor olsun düşmənim,Rəcəb Təyyib Ərdoğan, İlham Əliyevlə düz! Biz Sizin əsgəriniz, Siz bizim sərkərdəmiz!“Bayraqdar” - la “İt qovan”, it tək qovur düşməni,Qulaqlarnı sallayıb tərk eyləyir Vətəni.Qarabağda qalan döy, qaçasıdır erməni.Çıxdığı yerə kimi onu qovacağıq biz!Bizə tapşırıq verib Yenilməz Sərkərdəmiz!Əmr edin, Zəngəzuru, Göyçəni də qaytaraq,Dümənin əllərini o torpaqdan qoparaq,Üç rəng Bayrağımızı İrəvana aparaq,O torpağa sahib olub, ulu dədələrimiz!Biz Sizin əsgəriniz, Siz bizim sərkərdəmiz!Bu dağılmış kəndləri yenidən qurqcağıq,Önündə sipər olub, arxanda düracağıq!Biz bütün əmirnizə müntəzir olacağıq!Sizi belə böyüdüb, Ulu Öndərimiz!Biz Sizin əsgəriniz, Siz bizim sərkərdəmiz!Hələ gözü yol çəkən, yerimiz - yurdumuz var,Ürəymizdə nə qədər ümidmiz, arzumiz var.Onları da qaytarar, yenilməz ordumuz var!Üç rəngli bayrağım Qələbəyə rəmzimiz!Biz Sizin əsgəriniz, Siz bizim sərkərdəmiz!Daha dilim uzundur, sözümün kəsəri çox,Yox olur Qarabağdan, düşmənin əsəri yox!Onun, orda qalmağa tutarı, hünəri yox,Bu sözlərin müəllifi, Baş Komandan, gülərüz,Biz onun əsgəriyik, O bizim sərkərdəmiz!ALİM MƏDƏD, BİR ELOĞLU MƏDƏDDİ...(Filologiya elmləri doktoru,professor Mədəd Çobanovun80 illik Yubileyinə)Ulu torpaq, bitirdiynə min şükür,Uca Tanrı, gətirdiynə min şükür,Uca elm, yetirdiynə min şükür,Şükr eyləmək bəndələrə adətdi,Alim Mədəd, bir Eloğlu Mədəddi.Ağ saçlarda bir ağalıq gюrürəm,Uca boyda, bir ucalıq gürürəm,Bir alimdə, bir xocalıq gürürəm,Bu xocanın əlləri ziyarətdi.Alim Mədəd, bir Eloğlu Mədəddi.Elmimizdə zəhməti var, nuru var,Hara baxsan, onun orda yeri var,Belə alim, - vallah yüzdən biri var,Bu gün mən dediyim bir həqiqətdi.Alim Mədəd, bir Eloğlu Mədəddi.Ağsaqqallar, ixtiyarlar pir olar,Əməlində inci olar, dür olar,Mədəd müəllim gələcəyə nur olar,İnsanı yaşadan halal zəhmətdi,Alim Mədəd, bir Eloğlu Mədəddi.Ulu torpaq, bitirdiynə min şükür!Uca Tanrı, gətirdiynə min şükür!Uca elm, yetirdiynə min şükür!Şükr eyləmək bəndələrə adətdi,Alim Mədəd, bir Eloğlu Mədəddi.DÜNYADA BİR ALİM İZ QOYDU GETDİMən çox Alim görmüşəm, Mədəd babaya çatmaz,Nə elimlə tən gələr, nə elimə yaraşmaz.İnsanlardan gen gəzər, nə qaynayıb - qarışmaz.Mədət baba nur üzlü alimlərin biriydi,Mədəd baba bir məbəd, Mədəd baba Pir idi!Sadəliktə çox sadə, ürəyi billur kimi,Elə nur görməmişdim üzündəki nur kimi.Alimlikdə Tusi tək, uğuru uğur kimi,Azərbaycan Elmində yer tutdu məğrur kimi.Elimdə sirr qoymadı, qəlbi elmin yeriydi.Mədəd baba bir məbəd, Mədəd baba Pir idi!Dünya gəldi - gedərdi, Alimlər ölməz olar,Alimlərdən əsərlər, ixtira, icad qalar.Bir Alim köç edəndə, min Alim yola salar.Aləmə miras qalan elmi işi, əsəridi.Mədəd baba bir məbəd, Mədəd baba Pir idi!Deyiblər ki, atanı yaxşı oğul yaşadar,Mədəd babaya rəhmət, arxasında Müşfiq var!Ata - oğul həməşə bizim üçün iftixar,Məclislərin başında Mədəd babanın yeriydi.Mədəd baba bir məbəd, Mədət baba Pir idi!Türkiyədə eşitdim, Alim köçüb dünyadan,Cənnətə onun üçün yer ayırıb Yaradan.Salman Qazi könlündə yer alanmaz hər adam.Simasında dahilk, başdan başa nur idi.Mədəd baba bir məbəd, Mədəd baba Pir idi!23.08.2023.MƏDƏD MÜƏLLİMİN MƏZARI ÖNÜNDƏGörüşünə gəlmişəm, Əssalamun əleyküm!Mədəd müəllim, bu yazı, bu bir qədər, bu hökm!Dünya fani dünyadır, hər gələn qayıdacaq,Alimlər ölmür ancaq, alimlər yaşayacaq!Alimin bircə günü, qırx günlük ibadət,Budur haqqın buyruğu, budur əsl həqiqət!Siz elm dəryasıydız, ey üzü nurlu insan,Sadə insan idiniz, könlünüzdə din - iman.Elmi üstün tutdunuz, şan-şöhrətdən əvvala,Parlaq işıq saçdınız, elmə gedən bi yola.Biliyniz, bacarığnız keçdi gənc nəsillərə,Gəlmədiniz dünyaya boş yerə, nahaq yerə.Dünya şöhrətli alim! Siz öləndə görmədim,Öz özümə söz verdim, gedib görəcəm, dedim!Mədəd müəllim, gəlmişəm, halallıq verin mənə,Əməyiniz çox olub, bizim gözəl Vətənə!Torpaqlar azad oldu, qayıtdı Xankəndimiz,Bu sizin arzu idi, Yaşasın Sərkərdəmiz!Mədəd müəllim, rahat yat, məqamın cənnət olsun,Sizi ziyarət etmək bizlərə adət olsun! 22.10.2023MÜŞFİQ MƏDƏD OĞLU BORÇALIYABir əlimdə qələmim, bir əlim haqqa tərəf,Sənin bizə varlığın nə şərəfdir, nə şərəf.Bulaqlar gözü açan, savab işlər görürsən,Əhsən Müşfiq Borçalı, amalına min əhsən!Mərd kişidən mərd olar, kişi kimi böyüyər,Bir mərdə qurban olum, onda var qeyrət, hünər,Onun nuri – çırağına hər yerdən alqış gələr.Səndə bir sadəlik var, sən ocaqsan, sən pirsən,Əhsən Müşfiq Borçalı, amalına min əhsən!Dilimdə haqq kəlamı, qarşımda Quranım var,Yaxşı dosta hər bir an mənm qaynar qanım var,Girmişəm bir ümmana, söz kimi ünvanım var,Bunu bir Allah bilir, bir də ki, sən bilirsən,Əhsən Müşfiq Borçalı, amalına min əhsən!Şen olsun Borçalını, ünvanı şöhrətlidir,Tarixi lap qədimdir, yenilməz, qüdrətlidir.İgid oğlu, mərd qızı hər yanda qeyrətlidir,Özündən xəbərin yox, düşdün dildən - diə sən,Əhsən Müşfiq Borçalı, amalına min əhsən!Mədəd kimi atanın oğulu belə kərək,Vətənə, yurda bəzək, obaya – elə gərək.Səsləyib, axtaranda köməyə gələ, gərək!Allahvəkli hamının köməyinə gələnsən,Əhsən Müşfiq Borçalı, amalına min əhsən!Salman Qazi bilir ki, yaxşılıq, eylik nədir,Sərrafam, mən görürəm gadalıq – bəylik nədir.Səndəki bu ləngərlik babalardan keçmədir.Yaşa, yaşa qardaşım, sən bizlərə gərəksən!Əhsən Müşfiq Borçalı, amalına min əhsən! 29.09.2018QƏDƏMLƏRİ MÜBARƏK!Müşfiq Borçalının rəhbərliyi ilə çap olunan “BUTA” ədəbi məcmuəsinin nəşrə başlaması münasibətiləQədəmləri mübarək, bu gələn də xoş gəlir,Müşfiqimizin savabı yerdən-göyə ucalır!Üzü nurlu atanın, oğlunun üzü gülür, Alim Mədəd, arxanda Müşfiq tək oğul qalır!Belə oğlanlar olur Borçalının hünəri,Zəhməti saya gəlməz, gecə - gündüz çalışır!Zəhmətkeş oğul olar, atasının dəyəri,Müşfiqmiz hər kəslə tez qaynayıb qarışır!İndi də “BUTA” gəlir, bəzəyi var, naxşı var,Dünyaya pəncərədir, könüllərə baxşı var.“BUTA”-ya can-qan verən Müşfiqimiz sağ olsun,Müşfiq, zəkana alqış, sənin kimi yaxşı var!UCALIQ ALLAHA MƏHƏBBƏTDƏDİRİnsan oğlu, bel bağlama dünyaya,Demə hər nə varsa, var - dövlətdədir!Yaxşı bax, dünyada qanun - qaydaya,Tamahı nə varda, nə sərvətdədir!Qeyrət hər insana nəsib olan döy,Dünya beş günlükdür, bu söz yalan döy.Biz gəldi - gedərik, bizə qalan döy,Nicat yollarımız mərhəmətdədir!Əl tutmaq insana savab gətirər,Birə - beş əvəzini Allah yetirər. Gələcək nəsillər görər - götürər,Kişilik, comərdlik səxavətdədir! Vurmaqla - tutmaqla nə qazanacan?Özünlə dünyadan nə aparacan.Söylə, yaddaşlarda nəylə qalacan?İnsan gözəlliyi mərifətdədir!Üzün gülər olsun, ürəyin billur,Çalış ki, cöhrəndən yox olmasın nur.Ağır otut, batman yeri, batman dur,İgidin ölümü xəcalətdədir!Çalış heç bir kəsin ürəyni əzmə,Özgə qapısından bir alaq üzmə.Orada - burada ucalıq gəzmə,Ucalıq Allaha məhəbbətdədir!Pul - qızılın xərclənər, tükənər,Elmdə, savadda tükənməz hünər.Köməyə var gəlməz, savadın gələr,Savadlının yeri bil, cənnətdədir!Söykən ədalətə, neçə ki, varsan,Torpaqsan, yenə də torpaq olarsan.Sən Salman Qazini gəzib, axtarsan,Bilginən, evində - ibadətdədir! 14.08.2019.DOSTLAR, BAYRAMINIZ MÜBARƏK!Əziz dostlar, bayramımız mübarək,Dost ürəyi açıq gərək, gen gərək!Sağlam can arzumdu hər birinizə,Çünki gələn bahar yenə görüşək!Şöhrət - şan axtaran tələsiməsin,Dostların sevgisi hər şeyə dəyər.Məndən inciyənlər qoy inciməsin,Qanmazlar düz sözə ağzını əyər!Arzumdu: - arzular çin olsun müdam,Başımız qarışsın toya - nişana.Sevgiylə, arzuyla yaşayır adam,Qəm - kədər dəyməsin bircə insana!Nəvələrmiz böyüsün qovğa - qadasız,Sülh diləyirəm Vətənmiz üçün!Qarabağ qayıtsın qansız, savaşsız,Açsın sinəsini Kəlbəcər, Laçın!Yenidən üz tutaq dağlara sarı,Tonqallar yaylaqda məşələ dönsün!Orda qarşılayaq gələn baharı!Ölən orda ölsün, heykələ dönsün!QIZ GÖZƏLDİ Söz gözəldi,Saz gözəldi,Söz ki gəldi,Yaz, gözəldi!Göz gözəldi,Üz gözəldi.Yandırırsa,Köz, gözəldi!Gül gözəldi,Əl gözəldi,Sığal çəkdim,Tel gözəld.Salman Qazi,Götür sazı,Vəsf et qızı,Qız gözəldi.02.03. 2015 AY KƏND CAMAATI, ŞƏHƏRDƏ NƏ VARƏzəldən sеvirəm kənd həyatını,Kənddə məğrur gördüm kişi – qadını,Niyə alçaldırsız kəndin adını,Səzə qarğamırmı nakam ruhlar?Ay kənd camaatı, şəhərdə nə var?Kənddə hava təmiz, sular da büllur,Orda dağ vüqarlı babalar durur,Cavanlar еvlənir, yaşayır qurur, Övlada toy еdir ata – analar.Ay kənd camaatı, şəhərdə nə var?Dеyin, nə görübsüz siz bu şəhərdə?Nеcə yaşayırsız dar küçələrdə?Ünvan da dеyirsiz yеri gələndə,Özgəyə qalıbdı səfalı dağlar.Ay kənd camaatı, şəhərdə nə var?Mən də gеdib qaldım yarım ay qonaq,Sürfələrdə şülən bal ilə qaymaq,Şəhərdə alırsınız kilo – kilo yağ,Acındın bеlinizdə durmayır şalvar.Ay kənd camaatı, şəhərdə nə var?Çayların laylası, bulağı gözəl,Səfalı, tərtəmiz yaylağı gözəl,Nеhrə yağı gözəl, qaymağı gözəl,Birdimi, bеşdimi gələn qonaqlar.Ay kənd camaatı, şəhərdə nə var?Orda əkmək lazım, biçmək lazımdı,Kartofu tığlarda sеçmək lazımdı,Kənddə tənbəllikdən qaçmaq lazımdı,Kənddə ağa olub qoçaq, işgüzar.Ay kənd camaatı, şəhərdə nə var?Sahibsiz еvlərniz viranə dönüb,Hasarı dağılıb, damı sökülüb,Atanın – ananın çırağı sönüb,Görən bu dəhşəti çətin unudar.Ay kənd camaatı, şəhərdə nə var?Kənddə toy da gördüm, nişan da gördüm,Qеyrətli qoca da, cavan da gördüm,Gözü yollar çəkən canan da gördüm,Bəlkə də könlündə sizi arzular.Ay kənd camaatı, şəhərdə nə var?Burda əlləşməyin küncdə – bucaqda,Sizi gözləyirlər doğma ocaqda.Qoy sizi görsünlər çəməndə, dağda,Szin arxanızda durubdu dağlar.Ay kənd camaatı, şəhərdə nə var?GƏLMİŞƏMSənətimdə naşı döyləm, torpaqdan – daşdan gəlmişəm,Simruğ kimi yana - yana oddan-atəşdən gəlmişəm.Sığınmışam bir Allaha, ondan qeyri pənahım yox,Beş ad ilə, beş vaxt ilə, özüm də beşdən gəlmişəm.Bu yer mənim məkanım döy, gəlmişəm ki, qayıdam mən,Bir şairin ruhuyam, enib ərişdən gəlmişəm.Haqq yoiunun yolçusuyam, çələngim sözdən toxunub,Hər çəməndən bir gül dərib, dərədən - döşdən gəlmişəm.Bu dünyadan o dünyaya körpü salan şairlər var,Gəlmişəm ki, körpü salam, deməyin heşdən gəlmişəm.Qismətimə tufan – boran, taleyimə qış yazılıb,Mən Salmanam, bu dünyaya bir qarli qışdan gəlmişəm ЕY MƏNƏM DEYƏN KƏSDƏLƏR Еy mənəm dеyən kəsdələr gəl əyləşək mənimlə,Kеçənləri yada salaq, məndən nəsihət dеyil!Aqillərdən faydalanmaq var – dövlətə bərabər,Lovğalanmaq, yеkəbaşlıq doğru hərəkət dеyil!Gəndimizi bilsək əgər bir gеcənin şamıyıq,Hər kəsin öz talеyi var, biz onun dustağıyıq,Bu gün varıq, sabax yoxuq, dünyanın qonağıyıq,Bu dünyanı tutub durmaq, hеç kəsə qismət dеyil!Ağır əyləş, batman gəlki, bərəkallah dеsinlər,Danışanda еlə danış səndə hikmət görsünlər,Nə sən bir kimsədən inci, nə səndən incisinlər,Bir məclisdə baş aparmaq məclisə hörmət dеyil!Utanmayan – çəkinməyən, həcvi – hədyan söyləyən,Bilə – bilə haqdan qaçan, haqsızlıqlar еyliyən,Ad – san üçün həccə gеdib, qurban kəsib paylıyan,Bu başdan batilə gеdir, haqqa kəramət dеyil!Bisimillah, müsəlmanıq biz bağlıyıq Qurana,Əl tuta, kömək göstərə gərək insan insana,Dərk еyliyən, düz anlayan rəhmət dеyər Salmana,Bir birini sеvməyirsə millət o millət dеyil!BİZ DÜNYAYA GƏLMƏMİŞ SEVGİ QABAQDAN GƏLİBNə biləydim dünyada eşq adlı bir məbəd var,Biz dünyaya gəlməmiş çox - çox qabaqdan gəlib.Allah nurdan xəlq edib, mələklər baş endirib,Adəm - Həvva gəlməmiş, hələ o vaxtdan gəlibSən niyə deyirsən ki, sevgi hardan yaranıb,Elə, dünyanın özü bir sevgidən yaranıb,Birbirinə bağlanıb, göydən, yerdən yaranıb.Bu sevginin tarixi bulaqlardan süzülüb,Könüllərdə yer tapıb, didən - dodaqdan gəlib.Dörd bir yana fikir ver, bülbülə bax, gülə bax,Birbiri üçün yaranıb, sonaya bax, gölə bax.Kim düşünüb görəsən, kəmərə bax, belə bax,Hər birində hikmət var, demə nahaqdan gəlib.Fərhada dağ çapdıran, Xosrovu şah eyləyən,Şeyxi xaçpərəst edən, dində günah eyləyən.Bir nəfər göstər görüm, yoxmu tamah eyləyən?Züleyxadan, Şirindən, ya da Fərhaddan gəlib.Dönüb söz incisinə, Ömər Xəyyamdan gəlib.Yerin - göyün mehrabı əzəldən eşqə çəkib,İnsanı yaradan Allah, bir əldən eşə çəkib.Könüllərdən pay alıb, könüldən eşqə çəkib.Bu sevgi, bu izdivac insana haqdan gəlib.Ya bir nurdan xəlq olub, ya da çıraqdan gəlib.Kimdə sevgi yoxdusa, ürəyi daşdır demək,Gözlərini tor tutub, kora yoldaşdır demək.Salman Qazi, sevənin həyatı xoşdur, demək.İnsan oğlu, sevilmək daşdan - torpaqdan gəlib.Kim ki, sevib, sevilir sevğisi Haqqdan gəlib! 27.06.2019 YANIRAM Mahmud – Məryəm yandı bur an içində,Qırx ildir ki, için – için yaniram.Pərvananm, divananm bilmirsən,A beynava, sənin üçün yanıram.Şair oldun, sözü sözə caladın,Mən yazığı oda – közə qaladın,Qürurumu tikə - tikə taladın,Doğranmışam qırçın – qırçın, yanıram.Məni eyliyibsən dillər əzbəri,Vurubsan belimə qəmi – kədəri,Beləymiş bizlərin qismət – qədəri,Boynumdadı sənin suçun, yanıram.Arabir görürəm, budur təsəllim,Bağlidir ayağım, çatmayır əlim,Bağışla, yanında gödəkdir dilim,Baxıram ağarır saçın, yanıram!12.10.2012Ürəyim daşdan deyil,Oddu, atəşdən deyil,İşim söz qananladı,Hər qəlbi daşnan deyil! S.Q. SEVİB SEVİLMƏYİ O XİLQƏT VERİBİnsanı xəlq edib, yaradan Tanrı,Ona eşq öyrədib, məhəbbət verib.Heç kəs qınamasən sevib – sevəni,Sevib – sevilməyi o xilqət verib.Dünya mənbəyini istəkdən alıb,Bu istək babamız Adəmdən qalıb,Sevən könüllərə işıq – nur salıb,Sevməyən insana fəlakət verib.Adəmlə Həvvadan gəlir təməli,Hər şeyin əzəli istəkdir, - bəli!Mahmud Kərəm oldu, Qeys isə dəli,Bir görün insana nə zillət verib.Yusiflə - Züleyxa dillər əzbəri,Dönüblər dastana nə vaxtdan bəri,Xosrova – Şirinə sevgi dəftəri,Fərhada dağ boyda əziyyət verib!Dillərdə dastandır Əhməd - Məshəti,Heç kəs dana bilməz bu həqiqəti,Göylərə qaldirdı Zaman Təbiəti,Şair qələminə söz qüdrət verib.İnsanı yaşadan sevgidir ancaq,Yaddaşda sevilən – sevən qalacaq,Firqəti belimdə qaladı qcaq,Həsrəti Salmana qəm – möhnət verib! ÜNVANINI ÜRƏYİMƏ YAZMIŞAM Telefon istədim, ünvan istədim,Tərsliyin tutdu, elə yox delin.Utana – utana sevirəm degim,Ballah nə bilirəm, özün bax, dedin.Xəbərin olmadı, dalınca gedib,Qapınıza qədər ötürdüm səni.Gözündən yayınıb, gizlincə gedib,İş yerinə kimi gətirdim səni.Beləcə, arxanca səninlə gəzdim,Ünvanın, eviniz yadımda qaldı.Sənin ünvanını ürəymə yazdım,O ünvan bu gün də mənimlə qaldı!Sonradan sonraya nə fikirləşib,Dedin ünvanımı indi deyim, yaz.Dedim ki, ünvanın ürəymə düşüb,O vaxt istəyəndə, deyirdin olmaz! Ürəyə yazılan pozulmaz gülüm,Orada hər kəsin ünvanı olmur!Saf istək heç nəyə yozulmaz gülüm,Ürəksiz ünvanlar ürəkdə qalmır! Saç – saqqal ağarıb, ünvan köhnəlmir,Salmana əzizdir ünvanın sənin!Cürbəcür ünvanlar yadıma gəlmir,Çıxmayır yadımdan o, anın sənin! 13.12. 2013 MƏN NECƏ QAYIDIM BU SEVDALARDANQırx idir gəlirik, yol yoldaşıyıq,Qəmə boyunduruq, dərd sirdaşıyıq,Çoxdandı bu yolda biz yanaşıyıq,Mən necə qayıdım bu sevdalardan? Yandırır sinəmi, söndürmək olmur,Urəyimdə boğub, öldürmək olmur,Eşqin səməndini döndərmək olmur,Mən necə qayıdım bu sevdalardan?Hərdən qınayıram özüm - özümü,Mən necə sondürüm eşqin közünü,Xatirəmdən silənmirəm izini,Mən necə qayıdım bu sevdalardan?Gecələr yuxumdan çıxaranmıram,Boşlayıb, başını buraxanmıram,Doğmadır, könlünə toxunanmıram,Mən necə qayıdım bu sevdalardan? Haraya gedəndə mənimlə gedir,Hərdən təsəllidir, hərdən incidir,Gah qulluq edirəm, gah qulluq edir,Mən necə qayıdım bu sevdalardan? Nə olsun vaxt keçir, ötüşür yaşım,Olub keçənləri necə danışım,Bir söylə Salmana Məmməd qardaşım,Mən necə qayıdım bu sevdalardan? BİR GECƏLİK QONAQ EYLƏQəmli – qəmli gedən gözəl,Dinlə məni, ayaq eylə.Bu düşdüyün dərdi – sərə,Sən məni də ortaq eylə. Bir qəribəm, nazlı sənəm,Nə kimim var, nə kimsənəm.Səyyaham, caley vətənəm,Bir gecəlik qonaq eylə! Tənhalığa yoxdu əlac,Yalqızlığa qoyma möhtac,Bir şairəm, könlümü aç,Dərddən – qəmdən uzaq eylə. Hər nə desən, şairdə var,Gözlərindən qoyma kanar,Gəl Salmandan canı apar,Öz canına calaq eylə! 11. 12. 2013. KÜSÜRSƏN KÜS SƏN BİLİRSƏNDeyiləsi bur sözüm yox,Küsürsən küs, sən bilirsən.Bu dostluğun tellərini,Kəsirsən kəs, sən bilirsən. Xoş xatirə qalan olub,Qalan şeylər yalan olub,Tufan olub, boran olub,Əsirsən əs, sən bilirsən. Dünyanın axrı hədərdi,Alında yazı – qədərdi,Gözəllik gəldi gedərdi,Susursan sus, sən bilirsən. Hər bir kəsin günahı var,Hər bir kəsin Allahı var,Barışmağın savabı var,Bunu səlis sən bilirsən. Salman Allah bəndəsidi,Bir ruhun kölgəsidi,Eşqim Tanrı həvəsidi,Üzürsən üz, sən bilirsən. 18.06.2014. HARA GETDİ BU CEYRANIM BİLMİRƏM İtirmişəm, gördüm deyən olmadı,Hara getdi bu ceyranım, bilmirəm.Axtarmaqdan daha səbrim qalmadı,Hara getdi bu ceyranım, bilmirəm. Gəzirəm izini dağda – dərədə,Heç gözümə dəymir bənddə - bərədə,Soraq göndərmişəm neçə yerə də,Hara getdi bu ceyranım, bilmirəm. İncə tellərinə doladı məni,Öyrədib, özünə caladı məni,Hicran yollarına culadı məni,Hara getdi bu ceyranım, bilmirəm. Aparıb gedibdir cismimdən canı,Nə yeri bilinir, nə də məkanı,Saldı qəmxarəyə şair Salmanı,Hara getdi bu ceyranım, bilmirəm. MOLLA VAR Dini elimləri öyrənib, gördüm,Millətin başını qatan molla var!Peşəsi fırıldaq, alıb – aldatmaq,İmanı şeytana satan molla var! Ağlına gələni danışır – deyir,Halaldan uzaqdır, haramı yeyir,Savad sahibiyəm, aliməm deyir,Nəfsin çirkabına batan molla var! Hədis əvəzinə qeybət eyləyir,Başqa mollalara nifrət eyləyir,Başından çox böyük qələt eyləyir,Söz gəzdirən, ara qatan molla var! Əməli işiylə düz gələn deyil,Düz yola çəksən də, düz bilən deyil,Şeytan düzəlsə də, düzələn deyil,Şeytanı aldadıb tutan molla var! Hiylədə, məkrdə tülküdü, tülkü,Ağırdı tanahı, yüngüldür yüku,Ay Salman, bu yazıq hardan bilir ki,Haqqın dərgahına çatan molla var! 15.09.2016 BƏYƏNDİNMİ BU GECƏNİ SƏNALLAH Ulduzlar ulduzu səslədi bu gün,Eşqimiz yenə də bizlədi bu gün,Bizi pis gözlərdən gizlədi bu gün,Bəyəndinmi bu gecəni sənallah?Bizi qovuşdurdu o qadir Allah,Əməl dəftərmizə yazmadı günah,Keçirdik gecəni həm şən, həm gümrah,Bəyəndinmi bu gecəni sənallah?Dayandı yağışlar, susdu küləklər,Bizi alqışladı göydən mələklər,Bu gecə çin oldu arzu – diləklər,Bəyəndinmi bu gecəni sənallah?Qəm – kədər uzaqda dayandı bizdən,Haqqın xoşu gəldi hər ikimizdən,Qaçmadı bu gecə nur üzümüzdən,Bəyəndinmi bu gecəni sənallah?Sazım da dil açdı, özüm də coşdum, Allahın şəninə şeirlər qoşdum,Bu gecə çaylar tək kükrədim, daşdım,Bəyəndinmi bu gecəni sənallah?Salman cavanlaşdı, sən gözəlləşdin,Ayının açıldı, özünə gəldin,Haqqın mərhəmətnə şükürlər dedin,Bəyəndinmi bu gecəni sənallah?ƏSLƏN BORÇALININ KƏPƏNƏKÇİ KƏNDİNDƏN OLAN YOLÇU DAYIMABir sadə insanam, həm iman əhli,Diqqətliyəm hər insana, a Yolçu.Həm qələm əhliyəm, həm Quran əhli,Sığınmışam yaradana, a Yolçu!Mərd qohum insana verər qol - qanad,İnsanı bəzəməz nə şöhrət, nə ad.Canımız sağ olsun, işimiz ovand,Tuş gəlməyək qar - borana, a Yolçu!Sağ - solda yazanın dəftər əlində,Əməli yazılır şahın, qulun da. Məşhər ayağında, Sirat yolunda,Çəkilməyək imtahana, a Yolçu!Bir bəstə boylusan, ürəyin incə,Ləngərin, duruşun dağlardan uca.Sənə hörmətim var dünya boyunca.Qanım qaynar, anlayana, a Yolçu!Aramızda təmiz haqqı - salam var,Yaxşı kişilərdən, yaxşı ad qalar.Məm Salmanam, inanıram, vaxt gələr,Rəhmət deylər söz yazana, a Yolçu! 1.08.2020 QADAN ALIMDostum şair Əlixan Yəhyaoğlunacavab olaraq Niyə darıxırsan ey nuri didəm?İnşallah açılar yol, qadan alım.Novruz bayramında, çay qırağından,Səninlə yığarıq gül, qadan alım.Sizinlə qovuşmaq keçir könüldən,Borçalı əzizdir mənə əzəldən,Mən ilham almışam o oba, eldənBar olsun o oba, el, qadan alım.Bilirəm, o eldə sənətkarlar var,Sinəsində ümman çox insanlar var,Tarixdə iz qoyan qəhramanlar var,Dastanı, nağılı bol, qadan alım!Dağlar həsrətiylə doluram yaşa,Hərdən əlim çatmır dosta – qardaşa.Alında yazılan cələcək başa,Yorulsa yıxalar kəl, qadan alım.Şairin ürəyi sizinlə vurar,Könlüm qəmgin – qəmgin dostları sorar,İnşallah qabaqda gözəl günlər var,Salmanı yanında bil, qadan alım!AY İNSAN DÜNYADA ƏBƏDİ DÖYSƏN Ustadnamə Ay insan dünyada əbədi döysən,Hələ görmədiyin görəcəyin var.Həyat səni yollarında yoracaq,Günlərin birnudə gedəcəyin var.Qədərdən - qismətdən de, kim qaçaqdı,Alnına yazılan var olacaqdı.Əzəlin torpaqdı, sonun torpaqdı,Yenə də torpağa dönəcəyin var.Hər kəsə xoşbəxtlik , mərhəmət dilə,Firavan yaşayış, kəramət dilə.Ölənə allahdan bir rəhmət dilə,Yəqin ki, sənin də öləcəyin var!Ağır əyləş, batmanla gəl ay insan,Fələklə zər atmaq asan döy, asan.Qaranlıq gecədə çıraq tək yansan,Əyanın olsun ki, sönəcəyin var!Allah insan kimi xəlq etdi bizi,Bizdə bəyənmədik bir birimizi.Gühakar bəndəsən, ay Salman Qazi,Bəlkədə məşhərdə yanacağın var. 12.09.2019BÜLBÜL YARANANDAN NƏĞMƏKAR OLAR UstadnaməHər gülün - çiçəyin öz ətiri var,Bahar çiçəkləri təzə - tər olar.Qırqovul, kəklik də ötər, nə fayda,Bülbül yaranandan nəğməkar olar.İlanın dişindən əksilməz zəhər,Çaqqal peşəsidir, tapsa leş didər,Tülküdən törəyən tülkülük edər,Hiyləgər balası, hiyləgər olar.Namərdlər həmişə daldan daş atar,Haramxor qardaşı tamaha satar,Qəlbi paxıl olan aralıq qatar,Xain dava gəzər, riyakar olar.Allah deyən çoxdu, tanıyan azdır,Allahı dildə yox, ürəkdə gəzdir,Arzuda, amalda, diləkdə gəzdir,Allahı sevənə Allah yar olar!Alnında tər olsa, əlində qabar,Aşacaq - daşacaq qazandığın var.Ağlı olan insan haramdan qaçar,Halala öyrəşən bəxtiyar olar.Gül qoxusu verər səliqəli iş,Mərdanəlik kərək kişidə vərdiş.Ustada çəp baxan atalar demiş,Özü, bədbəxtliyə səbəbkar olar.Dilin karəməti xoş söz söyləmək,Əlin karəməti eylik eyləmək.Günahdı hər kəsə şər - böhtan demək,Məşhərdə hər əməl yerbəyer olar Qohuma - qonşuya mərhəmətli ol,Vətənə - torpağa, xoş niyyətli ol.Təqvalı, abırlı, ibadətli ol,Mömin bəndələrin üzü nur olar!Zəhmətə, halala öyrəşib əli,Bir kəsin qəlbinə dəyməyib dili,Həm qələm əhlidi, həm Quran əhli,Salmanın getdiyi xeyir - şər olar. 26.12.2019OĞUL HALAL DOLAN HALALDAN YAPIŞ Ustadnamə - nəsihətnaməOğul, halal dolan, halaldan yapış,Halallıq insanı bəy eylər, eylər.Haramın sonunda fəlakətlər var,Aparar halalı, bay eylər, eylər.Oğul, mərd olana Allah yar olar,İşi düz gətirər, bəxtiyar olar.Qeyrətsiz kişiyə dünya dar olar,Hər bir alçaqlığı səy eylər, eylər.Oğul, bu dünyadan topla hikməti,Hər yetən nadana baş qoşma qəti.Dəyişmə var - hala namus - qeyrıti,Tamah şeytandandır, zay eylər, eylər.Oğul, hər bir işin sonunu dərk et,Çalış, bacardığın iş dalınca get.Kömək umanların, köməyinə yet,Kişi səxavətni pay eylər, eylər.Oğul, səbirli ol, neçə ki, varsan,İnsanı bəzəməz şan - şöhrət, ad - san.Oğruynan, əyriynən oturub, dursan,Səni də, özünə tay eylər, eylər.Oğul, yazdığımı et sinədəftər,Sənə lazım olar, yəqin vaxt gələr.Salman bu dünyada dayanmaz, gedər,Eşidib - biənlər vay eylər, eylər! 12.04.2020 İTİRDİYİM İLLƏRİMİ GƏZİRƏMVaraq - varaq varaqlayıb ömrümü,Ötən çağlarımdan uzqlaşıram.Görürəm ki, yaşım üstə yaş gəlir,Qaynar gəncliyimlə vidalaşıram!Hərdən qəm - hicrandan yığnağım olur,Səbirim, dözümüm dayağım olur.Şirin xatirələr qonağım olur,Onlarla yatıram, qucaqlaşıram!Bilinmir, bilinməz dünyanın işi,Dəyirmanın vərdişidir, vərdişi.Tay - tuşmu görəndə sadə bir kişi,Uşaqlar görəndə, uşaqlaşıram.İnnən belə nə desələr dözürəm,Həyatımda gördüyümü yazıram.İtirdiyim illərimi gəzirəm,Oradan - buradan soraqlaşıram!Bu gözəl dünyada görmədim eyib,Gələni qəbul edib, gedəni yeyib.Arxamda qalana əlvida deyib,Qarşımdan gələnlə salamlaşıram!Salman zəhmət çəkdi dişlə - dırnaqla,Mən Haqqa söykəndim, dost oldum Haqla.Son pənahım olam qara torpaqla,Qol - boyun oluram, doğmalaşıram! 14.05.2020 15.02.2017 SALMAN QAZI (Şamilov Salman Qərib oğlu)ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.