Səadət BUTAnın ithaf şeirləri Poeziya, Borçalı, Başkeçid, Müşfiq Borçalı 16 марта 2022 AY MƏDƏD MÜƏLLİM!..Nyu-York Elmlər Akademiyasının akademiki, görkəmli dilçi, türkoloq-alim, filologiya elmləridoktoru, professor Mədəd ÇobanovaMehralı bəy yurdu, Darvaz elində, Sən nurdan yarandın, ay Mədəd müəllim!Uymadın dünyada şöhrətə - şana,Bir haqqa inandın, ay Mədəd müəllim!Deyirlər dünyada baş olan başdı,Hər sözün - söhbətin canlı yaddaşdı.Qələmin qüdrəti zirvələr aşdı,Dünyanı dolandın, ay Mədəd müəllim.Səpdin dən - dən oldu bitirdiklərin,Alim - aqil oldu yetirdiklərin...Damladan göl oldu götürdüklərin Elmə arxalandın, ay Mədəd müəllim!Öyündün, fəxr etdin, müəllim adınnan,Yandı sevən qəlbin eşqin oduynan,Yaxşılar heç kəsin çıxmaz yadınnan,Yaxşılıq qalandı, ay Mədəd müəllim!Kimin el yanında ucadır başı,Qocalmaz doxsanı ötsə də yaşı.Qoy var olsun, oğlun - Müşfiq qardaşı,Alınmaz qaladı, ay Mədəd müəllim!MÜŞFİQ Əziz qardaşım Müşfiq Borçalıya Başkeçiddən naməYurdun divanəsi Dağlar qızından,Apar badi-səba salam Müşfiqə.Ürəyində Vətən boyda sevgisi,Qardaşım Müşfiqə, balam Müşfiqə.Alimdən dərs alıb qiyməti beşdir,El deyib yaxşılar həmişə başdır.Tarixə yazılıb dillərə düşdü,Oxşadı ürəkdə qalan Müşfiqə.Əla bağban oldu sevgi bağına,Səpdi diləyini yurd torpağına,Adaşı Müşfiq tək, sənət dağına,Qələm külüngünü çalan Müşfiqə. Aqilin, nadanın dilini bildi,Böyüyün, kiçiyin yerini bildi,Ay Buta, obasını, elini bildi,Alqış qüdrətinə, varam Müşfiqə. G Ö R D Ü MDünyalar qədər hörmət bəslədiyim Əkbər QoşalıyaBu dünyanı görə-görə yaşadım,Əməlindən utanmayan üz gördüm.Adam sındırmadım, adam sınadım,Mərifəti, ağlı olan az gördüm.Əl kiridi gedər qalmaz dövlət-var,Torpağa əyilər, ağac versə bar.Ay Əkbər Qoşalı ehtibarın var,Özünü də, sözünü də düz gördüm.Qeyrət də, qüdrət də olub Oğuzda,Sazın, sözün beşiyi var Tovuzda.Bir xeyir var hər dualı ağızda,Oğul, səni gözlər üstə göz gördüm.Vətəninə, bayrağına bağlısan,Od məkanlı Azərbaycan oğlusan.Dəryayi- ümmandan aldın ağlı sən,Hər duyğunu bahar gördüm, yaz gördüm.Butayam, yaxşı ol, yaxşılıq ara,Yetimə, yoxsula, dərdliyə yara.Əl uzat yaman da düşəndə dara,Yaxşılardan o, meraca iz gördüm. VƏTƏNOĞLU Borçalının balası Sahil VətənoğlunaYurd möhnəti sinən üstə od oldu,Alovlanıb dil açdı, Vətənoğlu.Sənin qəlbin param-parça yurd oldu,Yaradana əl açdı, Vətənoğlu.Nə vəzifə, nə də şöhrət, mal dedin,Haqqa qurban, nahaq qana qan dedin.“Ellərin yolunda can qurban!”,-dedin,Duyğuların gül açdı, Vətənoğlu. Bu gənc yaşda ürəyində ağrı nə?Buta qurban Vətən adlı ağrına,İz salmışdır Təbriz, Dərbənd bağrına,Ol Qarabağ yol açdı Vətənoğlu.Bütövük - ulu silahım, Türk oğlu, türk Seyfullahım!İstanbulda görüşüydü,Bu birliyə yürüşüydü.Türklüyə dönüşüydü.Sənə yar olsun Allahım.Türk oğlu, türk Seyfullahım.Babam qərib, anam qərib.Həp boylandım qərib- qərib.Qovlamaqdan oldum həlik.Ayrılıq oldu günahım.Türk oğlu, türk Seyfullahım.Din içində din bəslədim,Dil içində dil bəslədim.Oba dedim, el səslədim.Dağı- daşı yardı ahım.Türk oğlu, türk Seyfullahım.Yurdumda yurdsuz dedilər,Qovruldum odsuz dedilər,Qolsuz- qanadsız dedilər.Uzaq yolu etdin yaxın.Türk oğlu, türk Seyfullahım.Köküm- soyum Qarapapaq,Aç tarixi varaq- varaq.Türk qızıyam, şərəfə bax.Əzəl, axır türk pənahım.Türk oğlu, türk Seyfullahım.Bu birliyin amalı nur,Yolu aydın, təməli nur,Özü günəş, camalı nur.Vətən mənim qibləgahım.Türk oğlu, türk Seyfullahım.Can Türkiyəm, Azərbaycan.İkisi də oldu bir can,Qoşa bayrağıma qurban.Altaylardan gələn şahım.Türk oğlu, türk Seyfullahım.İstanbulda qurultayım,Bursadakı bayram payım.Borçalıda hay- harayım.Çox şükür çin oldu yuxum.Türk oğlu, türk Seyfullahım.Haqq göndərən zaman oğlu,Atam oğlu, anam oğlu.Ey Mustafa Kamal oğlu.Dolan azadlıq səyyahım.Türk oğlu, türk Seyfullahım.Buta qurban amalına,Dərin dərya kamalına, Fateh kimi Cəlalına.Açılan nurlu sabahım.Türk oğlu, türk Seyfullahım.G Ö N D Ə R İ B S Ə NTürkiyədə yaşayan əmim oğlu Əhmed DosdluyaBaşına döndüyüm xan əmim oğlu,Sən mənə nə gözəl pay göndəribsən.Gönlümə səhərlər doğan günəşi,Gecə bədirlənmiş ay gödəribsən.Bağrım paralandı Araz üzünnən,Xırdalandım Qraz, yeraz sözünnən.Yenə keçdi könlüm Cıdır düzünnən,Göyərən arzuma boy gödəribsən.Yığılıb yüzümüz bir olanmadıq, Söz verdik, sözümüz bir olanmadıq,Bölündük özümüz bir olanmadıq,Təşnə ürəyimə cay gödəribsən.Yar sevdim həp mənə cəkdirdi zillət,Dost dedim , dostluğa etdi xəyanət,Ankara şəhrinnən ay canım Əhmət,Qar, boran ömrümə yay göndəribsən.Butayam, şen olsun Türkün torpağı,Azərbaycanımın dostu, dayağı,Qoşa dalğalansın yurdun bayrağı,Turan harayıma hay gödəribsən.Səadət BUTA,“Şərəf” ordenli şairə,“Abdulla Şaiq” və “Qızıl Qələm”mükafatları laureatı.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.