Səadət NUR NOVRUZLU: "Vəfalı bir Türk qızıyam!.." Müsabiqə, Başkeçid 31 марта 2024 1765 TƏBRİK EDİRİK!.. Səadət NUR NOVRUZLU (Səadət NOVRUZQIZI) 1964-cü il aprelin 1-də qədim Borçalı mahalının uca dağlar qoynunda yerləşən əsrarəngiz Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonundakı Şindilər kəndində anadan olub. 1981-ci ildə doğma Şindilər kənd orta məktəbini, 1983-cü ildə Gəncə Yüngül Sənaye Texnikomunu bitirib.Uzun müddət Başkeçidin Yaqublu kəndindəkitexniki peşə məktəbində çalışıb. 1990-cı ildən Bakıda yaşayıb-yaradır. "Məni şeirimdən soruş" (2015), "Payız çiçəyi" (2015) "Ayrılıq havası" (2016) və "Mənim ömür nağılım" (2017)adlı dörd şeirlər kitabının müəllifidir. Hazırda beşinci kitabını çapa hazırlayır. Onu da qeyd edək ki, Səadət Nur Novruzlunun şeirləri bir sıra mətbuat orqanlarında, ədəbi məcmuələrdə, o cümlədən də, Müşfiq Borçalının 3 cildlik "Sazlı-Sözlü Başkeçid" kitabında, 5 cildlik "Zirvə" poeziya antologiyasında, eləcə də,"Canım Azərbaycanım", "Vətən", "Sazlı-Sözlü Borçalı", "Poeziya çələngi", "Buta", "Rəvan", "Asiman" və s. ədəbi-bədii məcmuələrdə,ZiM.Az və Zirve.info saytlarında da dərc olunub.Səadət Nur Novruzlu bir neçə dəfə müxtəlif poeziya müsabiqələrinin qalibi olub, Fəxri fərman və mükafatlara layiq görülüb. Anadan olmasının 55 illik yubileyi münasibətilə vətənpərvərlik mövzusunda yazdığı şeirlərinə görə "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun "XXI Əsrin Ziyalıları" Cəmiyyəti ilə birlikdə təsis etdiyi "ZİRVƏ" mükafatı ilə təltif olunub.Bu günlərdə isə o, "Abdulla Şaiq" və "Qızıl qələm" mükafatları ilə təltif olunub.Biz də ZiM.Az-ın yaradıcı heyəti adından istedadlı şairə, çox hörmətli Səadət xanımı"Abdulla Şaiq" və "Qızıl qələm" Fəxri mükafatları ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!.. Müşfiq BORÇALI,ZiM.Az AY DAĞLARHəsrətindən qəlbim yanır,Göndər gəlsin qar, ay dağlar.Yalvarıram dinlə məni,Sənə sözüm var, ay dağlar.Yaylağına köçəmmədim,Bulağınnan içəmmədim.Bu sevdadan keçəmmədim,Qul eylədi yar, ay dağlar.Eşqimi yaz hər daşına,Dönüm - dolanım başına.Mən qərq oldum göz yaşıma,Dünya mənə dar, ay dağlar.Sirdaşım ol, hayanım ol,Mən xəstəyəm, dərmanın ol.Təbibim ol, loğmanım ol.Yaralarım sar, ay dağlar.Yalçın qayaların qoşa,"Gözəlliyin bir tamaşa".Sadət gedər, səni yaşa,Qoynun güllüzar, ay dağlar.KARSIMBaşkeçidə bənzərin var,Gözəllərdən gözəl Karsım.Xəyallarım qanadlanıb,Hərdən səni gəzər Karsım.Haqq göndərib cəlalını,Gördüm hüsnü camalını.Əgər çəksəm məlalını,Həsrət məni üzər Karsım.Bir aynadı Çıldır gölün,Nə gözəldi çəmən-çölün.Qoy xoş keçsin ayın-ilin,Toxunmasın nəzər Karsım.Ardahanın bir tamaşa,Cənnət olub başdan-başa.Süfrə açar dost-yoldaşa,Naz-nemətlər düzər Karsım.Aşıq Şenniyin avazı,Ozanların telli sazı.Tərifini Novruzqızı,Könüllərə yazar Karsım.Gözəllərdən gözəl Karsım.XOCALIAlova büründü zülmət qış günü,Qar-buzun içində yandı, Xocalı.Əl atıb tutmağa bir sağ yeri yox,Təpədən dırnağa qandı, Xocalı.Yüzlərlə atanın ocağı söndü,Ana qucağında balası öldü.Qanadı qırılmış bir quşa döndü,Qəlbimiz başına qondu, Xocalı.Körpə Şəhidləri o yaşda qaldı,Adları mərmərdə, boz daşda qaldı.Çoxu itgin düşüb, savaşda qaldı.Odlu ürəklərdə dondu, Xocalı...ŞƏHİDİM - NURLAR İÇİNDƏ YATQurban olum sən baş qoyan torpağa,Yaraların mənim yaram, Şəhidim.Qurban olum sarıldığın bayrağa,Varlığınla mən də varam, Şəhidim.Şəhadətin mübarəkdi! - deyirik,Sən ölmədin yaşayırsan, bilirik.Biz analar gündə yüz yol ölürük,Hey yanırıq buram-buram, Şəhidim.Bir Şəhidin min anası olarmış,Balam! - deyib səhər-axşam yanarmış.Sorağını qələbədən alarmış,İstehkamım, uca qalam, Şəhidim.Gecə-gündüz ana gözü yoldadır,Sizli yuxu gül qoxuyur, bal dadır.Yanan canı röyalarda aldadır,Hər birisi bacım, anam, Şəhidim.Həsrətindən anan qara geyəndə,Səni gəzib balan "ata" deyəndə,Subaysansa çalınan toy- düyündə,Söz tapmıram, dili lalam, Şəhidim.Cavan yarı hələ dilə almıram,Bildiyimi, yazıb yada salmıram.Nakamlardan heç də geri qalmıram.Səadətəm, yanan çıram, Şəhidim.Hər biriniz mənim balam, Şəhidim...YAMAN YALLI GEDİRDİNQarı düşmən, de necədir əhvalın?Qarabağda yaman yallı gedirdin.Acıq verib Azərbaycan türkünə,Yüz-yüz vurub hallı-hallı gedirdin.Qulağına sırğa elə, sən bil ki,Halal olmaz özgə yurdun mal-mülkü.O gün gördüm internetdə a tülkü,Quyruq qısıq, yanaq allı gedirdin.Yüyür, tez ol Bozqurd gəlir arxadan,Tövbə elə, bir də çıxma cığırdan.Üzün yeddi rəngə düşmüş qorxudan,Altı sulu, ağzı yallı gedirdin.Bu dünyada ad almısan özünə,İnanan yox arşınına, bezinə.Loppa-loppa tüpürüblər üzünə,Papaq qalıb, başı şallı gedirdin.Oğuz eli daha bezib, gözləməz,Türk əsgəri açıq vurar, gizləməz.Bu yallılar o yallıya bənzəməz,At tək çapıb, ayaq nallı gedirdin.O ki, gördün Ərlər gəlir üstünə,"Asta qaçan namərd" dedin dostuna.Zəncirləyib əsgərini postuna,Baş alovlu, qövruqallı gedirdin.Bic erməni, indi kefin necədi?Bir zamanlar yaman yallı gedirdin...BİZ GƏLMİŞİK OYAN ŞUŞAMXanqızının yurd-yuvası,Gözü yolda qalan Şuşam.Az qalıbdı görüşməyə,Bir az səbr et, dayan Şuşam.Gözlə gəlir igid əsgər,Bənd-bərəni sökər, didər. Küsgün ruhlar bayram edər,Dərdlərindən doyan Şuşam.İtiribdi anasını,Sarıyanmır yarasını.Şuşa adlı qalasını,Göz yaşıyla yuyan Şuşam.Dağın, daşın qoy sevinsin,Bağın, bağçan gülə dönsün.Göylərindən nur ələnsin,Doğma səsi duyan Şuşam.O gün göyə ucalacam,Qələbəylə dik duracam.Var gücümlə haykıracam,Salam Şuşam, salam Şuşam,Biz gəlmişik oyan Şuşam.BAĞIŞLAHəsrətin boranı dondurur məni,Ömrümə çiçəkli bir yaz bağışlaNə ləl istəyirəm, nə də cavahir,Özümü gördüyüm bir göz bağışla.Sevda baharına bürünək, gülüm,Ulduz tək göylərdə görünək, gülüm.Nə bölək nə də ki, bölünək gülüm,Canıma od salan bir köz bağışla.Baxıb gözlərinlə sehirlə məni,Eşqin əlləriylə möhürlə məni.Dindir, yola gətir mehirlə məni,Məni məndən alan bir söz bağışla.Adın nəğmə olsun dodaqlarımda,Allansın sevgidən yanaqlarım da.Yuyunsun məhəbbət bulaqlarında,Kədərli üzümə bir naz bağışla.Sadətəm, sevdamın xətrinə səni,Bələyim şerimin ətrinə səni.Düzüm kəlmə-kəlmə sətrimə səni,Teli məndən deyən bir saz bağışla.Ömrümə çiçəkli bir yaz bağışla. TÜRK QIZIYAMƏlində hey qələm, varaq,Cunalı bir Türk qızıyam.Soyu-kökü Qarapapaq,Borçalı, bir Türk qızıyam.Xəyalları dağlar aşan,Ruhu ayla qoşalaşan,Arzuları coşob-daşan,Havalı bir Türk qızıyam.Tək millətli cüt ölkəmlə,Bir dünyayam bu görkəmlə,Torpağıma göz dikənlə,Davalı bir Türk qızıyam.Salam olsun uzaqlara,Bu diyardan o diyara.Hər bir zaman dosta-yara,Vəfalı bir Türk qızıyam.Vətən oğlu bil, doğmanam,Bir dərdinə min dərmanam,Gah təbibəm, gah loğmanam,Şəfalı bir Türk qızıyam.Nə axırı, nə əvvəli,Yerdə dizi, göydə əli-Sabah üçün hər an dili,Dualı bir Türk qızıyam,Borçalıyam - Türk qızıyam.A DÜNYAÇox istəmədim ki, azdanda olum,Azdan da azımı aldın, a dünya.Yaxşı nəyim vardı, dağıldı getdi,Mənə dərdlərinlə qaldın, a dünya.Vüsaldan aralı dolan, gəz, -dedin,Anda bir dəyişib, ayrı söz dedin.Alnına yazılan budur,döz, - dedin,Yağışdan yağmura saldın, a dünya.Daş- kəsək eylədin dilsiz cığrımı,Dağlara döndərdin azar, ağrımı,Möhnətin buzunda şişən bağrımı,Hicranın oxuyla dəldin, dəldin, a dünya.Söylə Səadətə nə desin bu dəm,Səndən baş açmırsa bu küllü- aləm.Mənə bir söz qaldı, bir də ki, qələm,Ayrı nəyim vardı çaldın, a dünya.ZƏLİMXANI İTİRDİKQuru bir can itirmədik, ay ellər,Bir can üstə neçə canı itirdik.Qara düşdü bu çığırlar, bu yollar,Zirvə adlı bir ünvanı itirdik.Bu acıya yerdi, göydü ağlayan,Ah-amandı sinəmizi dağlayan.Sükutu da bulaq kimi çağlayan,Bir dəryanı - bir ümmanı itirdik.Sazlar o gün qara geydi deyirlər,Qələmini yerə qoydu şairlər,Hələ neçə yazılası şeirlər,Qoşma, təcnis, baş divani itirdik.Səadətəm, hara çatar harayım,Ha çağırım, ha səfsləyim, arayım,Tərpənibdir Şeir - sənət sarayım, - Dağdan ağır Zəlimxanı itirdik.GƏTİR, NƏ OLARElə yorulmuşam, elə bezmişəm,Dünya gəl şələmdən götür nə olar,Qat qara yelinə, qat ağ yelinə,Qəmin karvanını ötür nə olar.Kədər baxışımın kökünə keçib,Tale köynəyimi dardan dar biçib,Daha yar demirəm...eh, yardan keçib,Balamı gülləndir bitir, nə olar.Derddən itirmişəm günü, ayımı,Qoy güdaz yeməsin haqqı- sayımı.Ən şirin neməti - nəvə payımı,Quşun qanadında gətir, nə olur.Şükürlər eyləyim cani- könüldən,Laylala səslənsin susqun dilimdən."Qu" desən qulaqlar tutulan yerdən,Dumanı, çiskini itir, nə olar.Səadət bilmədi nəfəs eşqi nə,Dözdü, yaşamadı həvəs eşqinə.Sabaha səsləyən bu səs eşqinə,Tutsun nəvələrim çətir nə olar,Mənidə muraza yetir, nə olar.AĞLATMA, DÜNYAAnalar iz salsın beşik başına,Ana yalvarmasın mezar daşına.İnanıb güvənsin yar- yoldaşına,Ağlatma qadını, ağlatma, dünya.Unudub özünü yanar analar,Sənəndər quşuna dönər analar,Gözünün yaşında donar analar,Ağlatma qadını, ağlatma dünya.Yaradıb, yaşadan, can verən də o,Arzular göyərdib, kam verən də o,Ovcunda yaşını al görən də o,Ağlatma qadını, ağlatma dünya.Ayrılıq bəxş edib, tayından seçib,Yoxsulluq içində sınağa çəkib,Gördüyü xoş günü gözündən töküb,Ağlatma qadını, ağlatma dünya.Yaraşır hər şərəf ana adına,Heç nəyi tay tutmaz bala dadına.Səadət dözərmi qəm, fəryadına,Ağlatma qadını, ağlatma dünya,Ağlatma ananı, ağlatma dünya.QOÇAQDIRÖzünü çox öymə bəxti gətirən,Alnına yazılan yazın qoçaqdı.Ömrü tükənmişdi qarlı qışların,Sanma kı, baharın, yazın qoçaqdır.Nə gözə girirsən "mənəm, mən" deyə,Nə rixşənd edirsən dərdli kimsəyə?Bəxtinin qapısı bağlı - gileyə,Düşünmə dünyaya nazın qoçaqdır.Elə dərd taparsan- tapılmaz əlac,Qalarsan qırdığın qəlblərə möhtac,Tanrıya hər zaman şükr elə, əl aç,Çoxun çoxlardadır, azın qoçaqdır.Səadət, çox olub acın, həsrətin,Həmişə olmusan dözümlü, mətin,Qalsan da əlində qəmin, möhnətin,Sənin həqiqətin, düzün qoçaqdır.DAHAMən ki, bulməz idim hicran nə demək,Budur ayrılıqdan yazıram daha.Demə ki, hirsindən torpağı didir,Sevginin qəbrini qazıram daha.Atdığın oxların önünə qaçdım,Özümə sədd qurub özüm savaşdım,Sinəmə çəkdiyin dağları aşdım,Bütün döyüşlərə hazıram daha.Səadət baxmadı hər yol ötənə,"Keşgə" söyləyərmi olub - bitənə?!Yanlışa bir daha düşməyib yenə,Səni ürəyimdən pozuram daha.YAZIQ CANIMINÖnünə sədd çəkib, divar hördürüb,İçində qalmışam yaxıq canımın.Bir çimir etmədən, bir an yatmadan,Gözünə dolmuşam yazıq canımın.Bitib tükənməyən qayğılarımla,İçimdə boğduğum duyğularımla,Qəlbimə saplanan ağrılarımla,Mehmanı olmuşam yazıq canımın.Zamanı əridib "nə", "nece"lərdə,İzlər itirərək dar küçələrdə,Yuxusu ərş olan lal gecelerdə,Laylasın çalmışam yazıq canımın.İnləyən, sızlayan ah-avazınla,Kədərə yüklənmiş qəmli sazımla,Üzümə gülməyən bahar-yazımla,Qadasın almışam yazıq canımın.Qəbahət sanaraq dəcəlliyini,Səadət yox edib gözəlliyini,Gözə pərdə edib özəlliyini, Yolunu bulmuşam yazıq canımın.MƏNİM ÖMÜR NAĞILIMUşaqlığı körpə kimi qoynunda,Çox əzizdi mənim ömür nağılım.Sədaqətin, mərhəmətin yolunda,Dağdır, düzdür mənim ömür nağılım.Hərdən şirin layla çalıb yatıran,Zaman-zaman derdə, qəmə batıran,Hayqıraraq qayalara çırpılan,Bir dənizdi mənim ömür nağılım.Səadətəm, günü-günə caladım,Kirpiyimlə od götürüb qaladım...Çox şükür ki, ayaq altda qalmadım,Tər-təmizdi mənim ömür nağılım.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.