“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin II Vətən müharibəsində dediyi “QARABAĞ AZƏRBAYCANDIR!” sözləri artıq hər kəsin dilində şüara çevrilmişdir.
30 il düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi uğrunda, 2020-ci il 27 sentyabrda başlanan döyüşlərdə igid oğullarımızın mərdliklə döyüşməsi nəticəsində 44 günlük müharibə Azərbaycanın zəfəri ilə başa çatdı.
Möhtərəm Prezidentin “Qarabağ Azərbaycandır” sözləri elə ilk gündən hər bir Azərbaycanlının ürəyində ümid qığılcımını alovlandırdı və hər kəs səbirsizliklə o günün gələcəyini gözlədi.


Bu il bir ili tamam olan zəfərimizin sevincini yaşasaq da, kədərini də unuda bilmirik. Ötən ilin 27 sentyabrında amansız, işğalçı separatçıların Azərbaycana və onun ərazi bütövlüyünə qarşı törətdikləri terror əməllərinə Azərbaycan ogulları həyatları bahasına ölüm yazaraq, döyüşə atıldılar. İgid, qəhrəman oğullarımız canları ilə Vətən torpaqlarını mənfur düşmənin işğalından azad etdilər. Çox təəssüflə qeyd etmək istəyirəm ki, müharibələr şəhidsiz olmur. Şəhidlərimiz olsa da biz onlarla qürur duyduq. Çünki, bizim Vətənin qəhrəman oğulları haqq savaşının şəhidləri oldular.
Cənab İlham Əliyevin qürurla, “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” deməsi həm xalqın prezidentinə güvəninin, həm də prezidentin öz xalqına arxalanmasının sübut etdi.

Düşmən işğalından azad edilmiş şəhərlərimizin, kənd və qəsəbələrimizin xarabazara çevrilməsini gördükcə, insanın bu qədər vəhşilik törədə biləcəyindən heyrətlənməmək olmur. Bəli, bu gün bir vaxtlar gözəlliyi ilə göz oxşayan Qarabağın xarabazara çevrilmiş yaşayış məskənlərinin dağıdılması, hətta yerlə yeksan olunması hər kəsin ürəyinə bir dərd oldu. Vəhşiləşmiş düşmən nəinki evləri, idarə və müəssisələri, obyektləri, hətta məzarlıqları belə viran qoymuşdurlar. Bütün tarixi abidələri məhv etmiş, bununla tariximizi sildiklərini zənn etmişlər. Lakin, cənab Prezident İlham Əliyevin inamla söylədiyi “Biz az zaman içərisində Qarabağın əvvəlki gözəlliyini özünə qaytracağıq” deməsi kövrəlmiş ürəklərin yarasına məlhəm oldu.
Bu gün azad edilmiş torpaqlarımızda sürətlə quruculuq, abadlıq işləri gedir.
Az zaman içərisində Azərbaycan döyüşçüləri 300-ə yaxın yaşayış məntəqəsini azad edə bilmişdir. Qarabağın baş tacı olan Şuşa olmaqla bərabər Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl və digər kənd və qəsəbələrimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanmaqdadır. Bu bayraq o bayraqdır ki, şəhidlərimizin al qanına qarışaraq, onu bizim üçün daha sevimli və daha əziz etmişdi. Hər bir şəhidimiz uğrunda canlarını fəda etdikləri Vətənin üçrəngli bayrağına bükülərək son mənzillərinə qovuşdular. Biz, torpaqlarımızı düşmən tapdağından azad edən və 30 illik Qarabağ həsrətinə son qoyan şəhidlərimizin qarşısında baş əyirik. Bilirik ki, onların borcundan heç nə ilə çıxmaq mümkün deyil. Yalnız şəhidlərimizi unutmamaqla, biz onların ruhunu sevindirmiş olacağıq.
Qırx dörd günlük müharibədə şəhidlərimizlə yanaşı çoxlu sayda yaralı döyüşçülərimiz, qazilərimiz, əsgər və zabitlərimizin də böyük zəhməti olmuşdur. El arasında bu qazilərə, fədailərə “canlı şəhidlər” deyirlər. Dövlətin dəstəyi ilə yaralı döyüşçülərimiz müharibənin ilk günündən müalicə almış və bu müalicələr hələ də davam etməkdədir.
İgid oğullarımızın sayəsində qazanılan bu böyük zəfər Azərbaycanı bir daha bütün dünyaya tanıtdırdı və biz dünyaya sübut edə bildik ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və əzəli torpağıdır.
Azərbaycanın ərazi bütövlüyünü bərpa edildi. Sovetlər birliyindən miras qalmış “Dağlıq Qarabağ” sözü də öz dəyərini itirdi və keçmişdə olduğu kimi sadəcə Qarabağ oldu.Yəni, Ali Baş Komandanın dediyi kimi, artıq heç bir statusdan söhbət gedə bilməz.
Cənab İlham Əliyev, 30-dan artıq xarıcı dövlətlərə verdiyi müsahibələrində dəfələrlə bu tarixi faktı vurğulayırdı ki, erməni əhalisi, bir toplum olaraq, 200 il ərzində bizim torpaqlarımıza zorla yerləşdirilmiş və sonra isə Azərbaycana torpaq iddiası irəli sürmüşlər. Uzun illərdən bəri düşmənin yaratdığı yenilməz erməni ordusu mifini Azərbaycanın Milli Ordusu 44 gün ərzində darmadağın etdi və onu da sübut etdi ki, yenilməz ordu elə Azərbaycan Ordusudur.
Cənab Prezidentin dediyi kimi, xalqın birliyi bu 44 günlük müharibədə özünü göstərdi.
Azərbaycanın bütün bölgələrindən düşmənlə döyüşmək istəyən minlərlə gəncin könüllü olaraq hərbi komissarlıqlara axını başlamışdı. Bu çox sevindirici hal idi. Azərbaycanın igidləri torpaqlarını kimsəyə bağışlamaq fikrində deyilmiş. Dəyişən nəsillər bunu ya tez, ya da gec geri almalı idilər. Bu səbəbdən bu gün bizim hər birimiz ordumuzun əsgər və zabitləri ilə fəxr edə bilərik. Azərbaycan gəncləri yenilməzliyini, dönməzliyini bu döyüşlərdə sübuta yetirdi. Onlar 1990-cı ildən başlanan və ata-babalarının başa çatdıra bilmədiyi döyüşü tamamladılar.
Silahlı Qüvvələrin Müzəffər Ordusu təcavüzkar Ermənistanı məğlub etdi.

Ali Baş Komandanın döyüşçülərlə hər azad edilən şəhər və qəsəbələrdə olması, düşmənə göstərdiyi yumruğun, adi yumruq deyil, bu “Dəmir Yumruqdur” deməsi bir daha onu göstərdi ki, Prezident hər zaman xalqı ilə birlikdədir.
Artıq “Dəmir Yumruq” birliyimizin rəmzinə çevrilmişdir.
Eşq olsun Azərbaycan gəncliyinə, Azərbaycan Ordusuna!
Var olsun Ali Baş Komandan, cənab İlham Əliyev!
Çox yerində demişdir:
“Qarabağ bizimdir!”
“Qarabağ Azərbaycandır!


“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

PƏRİXANIM MİKAYILQIZI,

“Elm və Təhsil” qəzetinin Baş redaktoru,
Dövlət qulluğunun baş müşaviri,
AJB-nin üzvü, F.b.Köçərlinin tədqiqatçısı,
“Xarı Bülbül” medalı və bir çox media
mükafatları laureatı


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

"Şərqin səsi", "Elm və Təhsil"
DÜNYAYA  SƏS SALAN  SƏRKƏRDƏ

DÜNYAYA SƏS SALAN SƏRKƏRDƏ

"Elm və Təhsil", Köşə yazılar
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
Günel Səmədova:

Günel Səmədova: "Tarixi Qələbənin uğurlu davamı"

Məktəblər
İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

Qarabağ, Biologiya və tibb elmləri
BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

"Elm və Təhsil", "Mən Şirvanın səsiyəm", UNUTSAQ, UNUDULARIQ!....
ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

Qarabağ, Biologiya və tibb elmləri
AzTU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU
QARABAĞDA  İZİ QALDI  CƏSARƏTİN...  Şəhid Cəsarət Xaliq oğlu Səfərov  (27.0 ...

QARABAĞDA İZİ QALDI CƏSARƏTİN... Şəhid Cəsarət Xaliq oğlu Səfərov (27.0 ...

ŞƏHİDLƏRİMİZ
VƏTƏN TORPAĞI BİZİM NAMUSUMUZDUR

VƏTƏN TORPAĞI BİZİM NAMUSUMUZDUR

Qarabağ, Biologiya və tibb elmləri
Nuranə İbadova:

Nuranə İbadova: "Ədalətin Zəfəri"

Qarabağ, Köşə yazılar
ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

Qarabağ, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 noyabr - Zəfər gü ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 noyabr - Zəfər gü ...

Biologiya və tibb elmləri
44  GÜNLÜK  XATİRƏ

44 GÜNLÜK XATİRƏ

Sumqayıt, Köşə yazılar
BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZ VAQİF PAŞAYEV

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZ VAQİF PAŞAYEV

UNUTSAQ, UNUDULARIQ!....
Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi  bütövlüyümüz bərpa edildi

Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi

AzTU, Köşə yazılar
YARIMÇIQ QALMIŞ ÖMÜR

YARIMÇIQ QALMIŞ ÖMÜR

Sumqayıt, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
AZADLIĞIN MÜBARƏKDİR, KƏLBLƏCƏR!

AZADLIĞIN MÜBARƏKDİR, KƏLBLƏCƏR!

Qarabağ, Müsabiqə
AzTU Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarını qürurla anır

AzTU Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarını qürurla anır

AzTU
“ŞUŞA İLİ” nin                   MƏDƏNİYYƏTİMİZDƏKİ  ROLU

“ŞUŞA İLİ” nin MƏDƏNİYYƏTİMİZDƏKİ ROLU

Qarabağ, "Elm və Təhsil"
Rəy yazın: