Aşıq Dəllək Paşa - 130 Folklor, Tiflis, Zalqa, Müşfiq Borçalı 21 июня 2017 Bu günlərdə Tiflis şəhərinin Saburtala məhəlləsində öz dövrünün tanınmış aşığı olmuş Dəllək Paşanın 130 illik yubileyi keçirilib. Xatırladaq ki, Aşıq Dəllək Paşa (Paşa Güllü oğlu Dəlivəlli - Dəlivəlov) - 1887-ci ildə qədim Borçalı mahalının Barmaqsız (indiki Zalqa) rayonunun Ərcivan-Sarvan kəndində anadan olub. Bir müddət Ərcivan-Sarvanda yaşadıqdan sonra Tiflisin Saburtala məhləsinə köçüb, Tiflisdə və ətraf bölgələrdə - Msxeta, Kareli, Kaspi, Qaraçöp, Borçalının kəndlərində xalqımızın ölməz sənəti olan aşıq sənətini təbliğ edib, məclislər aparıb, eyni zamanda dəlləklik edibdir. O, Tiflisin 64 saylı məktəbində, 1 May klubunda və s. dəfələrlə konsertlərdə və şənliklərdə iştirak edibdir. Dəllək Paşa 1976-cı ildə dünyasını dəyişib.Yubileydə cıxış edən tanınmış yurnalist-yazıçı Əziz Dəlivəlli, ictimaiyyətin digər nümayəndələri, qohumlar və onu tanıyanlar aşığın həyatından və yaradıcılığından danışıblar. Sonda aşığın ruhuna dualar oxunub.Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.