Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək Folklor, Borçalı, Bolus, Elanlar 16 ноября 2016 Noyabrın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında XX əsrdə Azərbaycan aşıq sənətinin inkişafında müstəsna xidmətləri olmuş ustad aşıq Hüseyn Saraçlının anadan olmasının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək. Bu barədə ZiM.Az-a məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, tədbir Mədəniyyət və Turizm nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Xatırladaq ki, Aşıq Hüseyn Saraçlı - 1916-cı ildə Borçalıda – Saraçlı kəndində anadan olub, Borçalı aşıq mühitinin ən məşhur nümayəndələrindən olmaqla, bütövlükdə Azərbaycan aşıq sənətinin inkişafından əvəzsiz xidmətləri ilə seşilib, məşhur dastan ifaçısı kimi tanınıb, Gürcüstanın Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb. 1987-ci ildə dünyasını dəyişən H.Saraçlının doğma kəndində büstü ucaldılıb, ölümündən sonra hər il xatirə günü qeyd olunur.M.Nəbioğlu həmçinin bildirib ki, tədbirə giriş sərbəstdir, arzu edənlər iştirak edə bilərlər.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.