Təbrik edirik!.. BORÇALIŞÜNASLIĞA QİYMƏTLİ HƏDİYYƏ

Təbrik edirik!.. BORÇALIŞÜNASLIĞA QİYMƏTLİ HƏDİYYƏ "DÜNYAMALI KƏRƏM DASTANI"NA BİR NƏZƏR

Bu günlərdə "Azərbaycan" nəşriyyatında
dostum naşir-jurnalist Muşfiq Borçalı ilə görüşdüm.
Mənə şad bir xəbər verdi: "Gözünüz aydın, dostumuz haqqındakı kitab işıq üzü görüb, artıq ha­zırdı".
Dərhal da "Dünyamalı Kərəmin poeziya dünyası" ("Borçalı", Bakı, 2010) kitabını mənə bağışladı.
Kitabın müəllifi də, naşiri də Müşfiq Borçalının özüdür.
Kitabın üzqabığının son səhifəsində oxuyuruq:
"Əziz və hörmətli Dün­yamalı müəllim! Yubileyiniz mübarək! Gün o gün olsun yüz yaşınızda görü­şək! Həmişə qələminiz iti, sözününz kəsərli, qəlbiniz bahar təravətli olsun, Ustad! Dərin hörmət və böyük ehtiramla Sizin pərəstişkarınız Müşfiq Mədəd oğlu Çobanlı."
Müəllifin bu ürək sözləri çox xatirələri yada saldı. Elə buna görə də, kitab müəllifin bu sözləri ilə bitsə də, biz onu əvvəldə verməyi məsləhət bildik, bir növ giriş əvəzi...
Əsərin qəhrəmanı Dünyamalı müəllimlə mənim dostluğumun 40 illik tarixi var.
Bu barədə hələ neçə il əvvəl 2001-ci ilin fevralında Müşfiq müəllimin baş redaktoru olduğu "Şərqin səsi" qəzetində ayrıca məqalə də çap etdirmişəm.
Qərbi Azərbaycan türklərinin başına gətirilən mənfur deportasiyaya qədər (1988) biz Dünyamalı müəllimlə tez-tez görüşər, məsləhətləşərdik.
O, məndən 15 yaş böyük olsa da, səmimi dostluq edərdik...

Kitabın titul vərəqində onun işıq üzü görməsində xüsusi xidməti olan Millət vəkili Qənirə Paşayevanın, rəyçi - sevimli Xalq şairimiz Zəlimxan Yaqubun, redaktoru - tanınmış dilşünasımız, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun adlarına rast gələcəksiniz.
Elə bu faktların özləri kitabın dəyə­rindən, onun əhəmiyyətindən xəbər verir.

Kitab ustadnamə ilə başlayır. İkinci, üçüncü ustadnaməni oxuduqdan sonra ki­tabın "Dünyamalı Kərəm dastanı" adlandırılması məqsədəuyğun hesab edilər­di, deyə düşündüm. Fikrimizi təsdiqləyən ifadələrə fikir verin:
"Sizə kimdən deyək, hardan danışaq? Borçalının istedadlı şair oğlu Dünyamalı Kərəmdən...."

Bu və buna bənzər bir cox misallar gətirmək olar ki, bunlar da əsil dastan dilidir.

Kitabın "Borçalı haqqında dastan" bölümündə Borçalı məkanı, onun tarixi, tarixi abidələri, toponimləri, Borçalının parçalanması və paralanması, Borça­lının əbədi sakinləri, mübariz, igid, qəhrəman oğulları, eləcə də, alimləri, şair­ləri haqqında müfəssəl məlumatlar verilmişdir.
Borçalının adı bəlli oğulların­dan biri də elə bu dastanın qəhrəmanı şair Dünyamalı Kərəmdir.

Eşqim, ruhum, saf ürəyim,
Havam, suyum, duz-çörəyim,
İlk aləmim, son gərəyim,
Hər kəməndim, ay Borçalı,


- deyərək doğulduğu və dünyadan köçmək arzusunun məkanını bildirib. Qoçulu qalası, Maşavera çayı, Qız qalası...
Onun seyrangahına, səcdəgahına çevrilmişdir. Sorğu-sualsız şair özünü belə təqdim edir: "Elim Qoçuludur, yurdum Borçalı".
Bununla da şair vüqarı həyatının arzu zirvəsinə yüksəlir.
Neyləyərsən ki, Dünyamalı müəllim, sənin Qoçulunu "Çapala"ya döndərənlər mənim Ləmbəlimi də dilimizə yatmayan "Baqrataşenə" çevirdilər.
Bax budur, səni də, mənə də alovlandıran... Ancaq sən gəncliyindən bu yana sevdin də, sevildin də, Dünyamalı müəllim.

Səhər səni gördüm bulaq başında,
Gözüm qaldı kipriyində, qaşında
.

Yaxud da:

Qədəm basdım yar yanına röyamda,
Ay sevindi, lalə güldü, gül açdı.
Həsrət-həsrət baxdım gül camalında,
Könlüm coşa gəldi, bülbül dil açdı.


Belə ürəkli adamı ləkələməyə çalışdılar. Ona "Xalqdüşməninin oğlu" kimi ad verərək şairin gənclik illərinə qara kabus donu geydirdilər.
Ancaq həyat, yaşamaq, yazıb-yaratmaq eşqi - bütün bu təzyiqlər önündə şairin bədənini sevdiyi Borçalı qalalarına döndərdilər.

Gözlərimiz baxa-baxa,
Ər igidlər çıxdı yoxa.
Çıxış yolu tapılmadı,


- deyərək şair XX əsrin 37-ci ilini nəhs ili adlandırdı. Tbilisi Dövlət Türk Pedaqoji Texnikumunda oxuyan zaman da "xalq düşmənimin oğlu" kəlmələri onu çox sıxır. "Vətən" adlı şeirində cəsarətlə deyir:

Vətən anamızdır, anamız Vətən,
Ayıra bilmirəm bu sözləri mən.


Bax bu günlərin ağrı-acısı Dünyamalı müəllimi tənqidi şeirlər yazmağa məcbur edir.
Qəlbi gördükləri amansızlıqlara qarşı üsyan edir. Onun "Xaltura" şeiri Borçalıya yayılır, dillər əzbəri olur.

Şair BDU-nin jurnalistika fakultəsinə daxil olur. Xəlil Rza Ulutürk, Bəkir Nəbiyev, Teymur Əhmədov kimi görkəmli şəxslərlə bir qrupda oxuyur. Universitet həyatı onun bədii yaradıcılığına çox böyük təsir edir.
Təhsilini tamamlayıb Gürcüstana qayıdan şair 25 il "Sovet Gürcüstanı" qəzetində şöbə müdüri, məsul katib, baş redaktor müavini kimi məsul vəzifələrdə çalışıb.

Dünyamalı Kərəm "Borçalım mənim" - kitabının bir səhifəsində: "Mən necə varam, eləcə də çap olunmaq istəyirəm", - deyir. "Mən atamın oğluyam"da isə:

Daim qidalanır atayla sözüm,
Atamın oğluyam, atayam özüm,
-deyir.

Bu, "xalq düşməninin oğlu" ifadəsinə çox tutarlı və kəsərli bir cavab idi. Bir də:

İki dost ölkənin bəzəyiyəm mən,
Onlardır ümidim, gərəyim mənim,


- deyən şair dövlətlərarası dostluğun gərəkliyindən də yazır.

Kitabda "Borçalı və borçalılar" bölümünə nə az, nə çox düz 100 səhifə ayrılmışdır.
Burada Borçalı baharına, payızına, qışına, isti yayına da eyni ürəklə, sevgi ilə şeirlər həsr etmişdir. Borçalının ayrı-ayrı kəndləri barədə də şeirlər yazmış, Borçalı kəndlərinin adlarının dəyişdirilməsi də (Faxralının Talaveri, Cəfərlinin Samtreti, Abdallının Cavşantaşi və s.) şairi yandırıb-yaxır. "Dünyamalı, şimşək tək çax" - deyərək dastanın bu qolunu belə tamamlayır:

Sənəkuçan gəldi cuşa,
Əyriqardan aşa-aşa,
Şamdüyədə vurdum başa,
Bu Borçalı dastanımı,
Qurban dedim öz canımı.


Şair "Zəhra" poemasında Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif olunmuş, sadə el qızı Zəhra Çıraqovanın hünərindən, "İllər və rəhbərlər"də represiya qurbanı olmuş atası Kərəm Alı oğlunun haqsız həbsindən danışılır.
Və bununla yanaşı "Şikayətnamələr" poemasında, yolunu azmışlar, alçaqlar, müftəxorlar tənqid atəşinə tutulur.

Ey zatı qırıqlar, namərd gədalar,
Borçalı yadlara pay ola bilməz,

- deyir və dünyadan da dünyanın özünə şikayət edir.

Təbrik edirik!.. BORÇALIŞÜNASLIĞA QİYMƏTLİ HƏDİYYƏ Təbrik edirik!.. BORÇALIŞÜNASLIĞA QİYMƏTLİ HƏDİYYƏ Kitabın "İthaflar" bölməsində Nəriman Nərimanova,
Faxralı şair Nəbiyə,
Dədə Əmraha,
Aşıq Hüseyn Saraclıya,
Aşıq Kamandara,
Aşıq Alxana,
İbrahim İsfahanlıya,
Əflatun Saraclıya,
Mədəd Çobanova,
Süleyman Süleymanova,
Abbas Abdullaya,
Zəlimxan Yaquba
və başqalarına, eləcə də
Borçalı igidlərinə,
Borçalı şəhidlərinə
həsr olunmuş şeirlərə də yer verilmişdir.
Keçən əsrin son on illiyində Başkeçiddə başlanmış ixtişaşlara işarə edərək özünün yurd kimliyi barədə deyir:

Mən gəncəli
Ziyad xanın yurduyam,
Mən Nəbinin,
Ağacanın yurduyam,
Halay bəyin,
İsaxanın yurduyam,
A yurddaşım,
hara köçür bu ellər?


Bunun ardınca şairin ayrı-ayrı həmkarları ilə deyişməsi, dost-tanışlarının, görkəmli şairlərin D.Kərəmə həsr etdikləri ürək sözlərini də kitaba salınmışdır. Kitabı vərəqlədikcə bir daha aydın olur ki, şair Qarabağ dərdini də böyük ürək ağrısı ilə izləyir, bu problemin həll olunması üçün, qəsbkar ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün millətimizi, xalqımızı, Azərbaycan ordusunu - qəhrəman Azərbaycan əsgərini daim hazır olmağa çağırır.

Hazır ol, ey Azərbaycan əsgəri,
Xankəndi döyüşə çağırır səni.
Murovdağın qəlbi indi dağlanıb,
Hayqırır, vuruşa çağırır səni.


Sonda bu dastan Dünyamalı Kərəmin "Borçalım mənim" adlı duvaqqapması ilə bağlanır.

Əyriqardan Sınığadək uzanan,
Qədim yurdum, doğma anam Borçalı.
Borçalılar qaçmayın siz heç yana,
Öz yerində dağtək durub Borçalı.


Bu duvaqqapmadan sonra bizə onu demək qalır ki, kitab nəfis şəkildə tərtib olunub və oxunaqlıdır.
Dili, yuxarıda da qeyd etdiyimiz kimi, dastan dilidir, sadə və şirindir.
Xüsusən, şairin bir çox şeirlərdəki çağırışlarını, daha dəqiq desək, borçalıların Borçalıdan dağılmamaları üçün çağrışlarını Dastan müəl­lifinin - Müşfiq Borçalının qabartması, ön planda verməsi də bu günün tələblərinə çox uyğundur.

Elə buna görə də, belə bir kitabı oxucuların öhdəsinə verdiyi üçün Müşfiq Borçalıya təşəkkür edir,
ona yeni-yeni uğurlar arzulayır və dostum Dünyamalı Kərəmə həsr etdiyim bir şeiri
oxucularımıza ərmağan edirəm.


YAN, DÜNYAMALI

Demirəm günəşsən, ulduzsan, aysan,
Daim yandığın tək yan, Dünyamalı.
Borçalı elinə Tanrıdan paysan,
Coşur damarında qan, Dünyamalı.

Düzləri anandır, dağları atan,
Bir qolu Babakər, biri Yelatan,
Dünyada olubmu arzuya çatan?
Özünü qəlblərdə san, Dünyamalı.
Təbrik edirik!.. BORÇALIŞÜNASLIĞA QİYMƏTLİ HƏDİYYƏ
Keçmişin kədərli, qüssəli, qəmli,
Yolların boranlı, qarlı, sitəmli.
Qoçulu əhlinin gözləri nəmli,
Sanırlar şeirdə xan Dünyamalı.

Borçalı sənindir, sən Borçalının,
Yox əksi gözündə dünya malının,
Ayıra bilmədi baban Alının,
Ruhunu qəlbindən an, Dünyamalı.

Ənsərin dərdi də aşıb başından,
Dənizlər yaranıb qanlı yaşından,
Bir görüş istəyir məsləkdaşından,
Bədəndən çıxmamış can, Dünyamalı.


Bilal ƏNSƏR,
Bakı, 30.12.2010.

"Şərqin səsi" qəzeti,
yanvar, 2011-ci il.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Fotoqraf DÜNYAMALI FAXRALI

Fotoqraf DÜNYAMALI FAXRALI

Bolus, Müsabiqə
DÜNYASI BORÇALI, MALI BORÇALI

DÜNYASI BORÇALI, MALI BORÇALI

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Bolus, Arxiv
Rəşid Vəkil ALLAHYAROV:

Rəşid Vəkil ALLAHYAROV: "Nə yaxşı saxlayıb gözəllər, səni?!."

AzTU-nun MƏZUNLARI, Müsabiqə
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
TELMAN BUDAQLInın 70 yaşı tamam olur

TELMAN BUDAQLInın 70 yaşı tamam olur

Poeziya, Ağbulaq, Təbriklər
Borçalının sənət butası Səadət Buta

Borçalının sənət butası Səadət Buta

Tv
Bolnisidə Azərbaycan dilində

Bolnisidə Azərbaycan dilində "Ümid" adlı qəzet nəşr olunub

"SAZLI-SÖZLÜ BORÇALI", "Ümid", Bolus, Təbriklər
BORÇALI ZİYASI

BORÇALI ZİYASI

Elm, AzTU, Bolus, Darvaz, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti
TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

ADPU, Darvaz, Müşfiq Borçalı
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
ŞƏHLA BORÇALI (1968)

ŞƏHLA BORÇALI (1968)

Müsabiqə
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Yüz yaşa, MÜŞFİQ BORÇALI!..

Yüz yaşa, MÜŞFİQ BORÇALI!..

Darvaz, Arxiv
Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Yeni nəşrlər, ADPU, Başkeçid, Ağbulaq
Ulu Borçalının Ulu Oğlu!..

Ulu Borçalının Ulu Oğlu!..

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, "Şərqin səsi", Bolus, Darvaz, Arxiv, Müşfiq Borçalı
Qurban Əzizli: Mübarək, Səyavuş, 65-in!..

Qurban Əzizli: Mübarək, Səyavuş, 65-in!..

Borçalı, Təbriklər
Rəy yazın: