Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb Bu günlərdə Tbilisidə “Universal” nəşriyyatı tərəfindən Azərbaycan dilində “Gürcü hekayələri” kitabı
işıq üzü görüb.


ZiM.Az
xəbər verir ki, kitabın tərtibçisi və hekayələrin gürcü dilindən Azərbaycan dilinə tərcüməçisi Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri
Mirzə Məmmədoğlu
dur.

Kitaba tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı “Ön söz” yazıb. Həmin ön sözdə deyilir:
“Böyük söz ustadları tərcüməçiləri obrazlı şəkildə körpüsalanlara bənzədiblər. Bu bənzətmədə yüzillərin sınağından çıxmış həqiqət var. Ona görə ki, xalqlar və mədəniyyətlər məhz tərcüməçilər sayəsində daha da yaxınlaşır, mənəvi zənginliyə qovuşur. Azərbaycan və gürcü xalqlarının tarixi, ərazi və mənəvi yaxınlığı da daim bu cür körpüsalanlar sayəsində daha da möhkəmlənir. Tiflis mühitində yaşayan, Azərbaycan adət-ənənələri, ədəbiyyatı və mədəniyyəti ilə yanaşı, həm də gürcü adət-ənənələrini, ədəbiyyatını və mədəniyyətini gözəl bilən Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nümanzadə..., eləcə də bu torpaqda doğulub boya-başa çatan azərbaycanlı ziyalılar bu yaxınlığa öz töhvələrini veriblər. Üstəlik, Səməd Vurğun və Georgi Leonidzenin, Dilarə Əliyeva və Leyla Eradzenin, İsa İsmayılzadə və Zezva Medulaşvilinin, İsa Həbibbəyli və Elizbar Cavelidzenin dostluq münasibətləri sayəsində hər iki xalqın mədəniyyəti, sözün əsi mənasında qazanıb...
M.Məmmədoğlu da məhz belə tərcüməçilərdəndir. Onun tərcümə etdiyi neçə-neçə əsərlər
bizim mənəviyyatımızın zənginləşməsinə xidmət edib”.

Kitabda klassik gürcü yazıçısı David Kldiaşvilidən başlamış müasir yazıçılar Naro Kolxeli və
Zurab Kobaliyaya qədər
tanınmış yazıçıların əsərlərindən nümunələr toplanıb.

Qeyd edək ki, bu kitabda əsərləri özünə yer alan müəlliflərdən bəzilərinin, o cümlədən, Quram Pancikidzenin, Quram Doçanaşvilinin, Quram Odişariyanın hekayələri ötən il Bakıda Azərbaycan Tərcümə Mərkəzi tərəfindən nəşr olunan “Gürcü nəsri antologiyası” kitabında da özünə yer tapmışdır. Bəzilərinin əsərləri isə əvvəllər ayrı-ayrı vaxtlarda Azərbaycanın dövri mıtbuatında, son vaxtlar isə bəzi saytlarında dərc edilmişdir.

İnamla demək olar ki, tərcüməçinin öz hesabına nəşr edilmiş bu yeni hekayələr kitabı gürcü ədəbiyyatı ilə, gürcü ədəbi mühiti ilə maraqlanan soydaşlarımızdan ibarət oxucular tərəfindən maraqla qarşılanacaqdır.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
Tiflisdə

Tiflisdə "Körük" və "Şəfəq-Sxivi" ədəbiyyat və sənət jurnallarının növb ...

Yeni nəşrlər, Tiflis
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

Ədəbi əlaqələr
Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tiflis
Rəy yazın: