Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİBƏNİN İZİ İLƏ

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİBƏNİN İZİ İLƏ 80 il bundan əvvəl, 1918-ci ilin dekabr ayında ermənilərin müəyyən dairələri Gürcüstana qarşı demək olar ki, bütün erməni xalqını qaldıra bildi və müharibə elan etmədən erməni qoşununu Gürcüstana soxdu.
Beləcə daşnaklar Ermənistan-Gürcüstan müharibəsini alovlandırdılar.
Bu, bir növ, sırf qədirbilməzlik idi.
Məlum olduğu kimi, hazırda Gürcüstanda təxminən yarım milyon erməni yaşayır.
Demək olar ki, həmin vaxtlar da belə idi. Davşnaklar Gürcüstanda yaşayan ermənilərin, o cümlədən tiflisli ermənilərin çox hissəsini ələ ala bildilər və elə onlara da istinad edərək az qaldı ki, yarı Gürcüstanı (Kvemo Kartlini, Tiflisi, Samsxe-Cavaxeti, Batumu və sair.) işğal edə idilər.


Cənab Parnaoz Lomaşvilinin 1994-cü ildə nəşr olunan XI sinif dərsliyi üçün nəzərdə tutulan «Gürcüstan tarixi»ndə 1918-ci il dekabr ayında Ermənistan-Gürcüstan müharibəsi ilə əlaqədar deyilir: «Zaqafqaziyanın müstəqil respublikalarının yaradıldığı andaca Gürcüstan onların tam səlahiyyətli nümayəndələri konfransının çağırılması barəsində təklif irəli sürdü. Bu konfrans üç qonşu ölkə arasında mübahisəli ərazilər məsələsini həll etməli idi. Ermənistanın mənfi mövqeyinə görə bu konfrans baş tutmadı.
Məhz elə bu ərazilər Ermənistan-Gürcüstan arasında görünməmiş müharibəyə səbəb oldu. 1918-ci il dekabrın 8-də Ermənistan qoşunları müharibə elan etmədən Axalkalak və Borçalı qəzalarına ( Cavaxet və Kvemo Kartliyə) soxuldular, sən demə, bu və digər qədim gürcü torpaqları mübahisəli ərazilər imiş. Gürcüstan qoşunları onları dəf etdilər»
(səh.30).

1998-cı ildə cənab Revaz Qrdzelidzenin ali məktəb tələbələri üçün nəzərdə tutulmuş «Gürcüstanın siyasi partiyalarının tarixi. 1910-1924-cü illər» adlı kitabında oxuyuruq: «1918-ci ilin sonunda ölkədə mövcud gərgin daxili vəziyyətə xarici amilin mürəkkəbləşməsi də əlavə olundu. Gürcüstan ilə Ermənistan arasında gərginləşmiş əlaqələr müharibəyə gətirib çıxartdı ki, belə bir hadisəni də tarix xatırlamır. Ermənistan hökuməti Gürcüstana qarşı ultimatum irəli sürərək Borçalı və Axalkalak qəzalarından gürcü ordusunun çıxarılmasını tələb etdi. Loruda, Sanain rayonunda döyüş əməliyyatlarına başlandı və dekabrın sonuna kimi davam etdirildi. Ermənistanın qoşun hissələri dekabrın 9-da Gürcüstanın sərhəd məntəqələrinə hücum etməyə başladılar. Gürcüstan hökuməti yalnız dörd gündən sonra, dekabrın 13-də hücumçulara qarşı tədbirlərin görülməsi barəsində əmr verdi. ( Gürcüstanın menşevik hakimiyyətini ölkəmizin sərhədlərindən daha çox marksist ideyalarının taleyi düşündürürdü –A.A.). Dekabrın ikinci yarısında intensiv döyüş əməliyyatlarına başlanıldı ki, ayın sonunda da İngiltərə- Fransanın işə fəal qarışması nəticəsində müharibə dayandırıldı və döyüşən tərəflərin qoşunları müharibəyə qədərki ilkin mövqelərə qayıtdılar». (səh.152-153).
1918-ci ilədək tarix guya doğrudanmı Ermənistan-Gürcüstan müharibəsini xatırlamır? Həqiqətdə isə tarixdə bu cür müharibələr məlumdur, P. Lomaşvili və R. Qrdzelidze cənablarının, görünür, əvvəlki müharibələri unutmağa cəhd göstərmələri özlərinin alicənab məqsədlərindən irəli gəlirdi. Lakin ermənilərin müəyyən, təəssüf ki, çoxsaylı dairələri bu gün də bizim əcdadlarımızın qanı ilə yoğrulduğu torpaqlar, o cümlədən Cavaxet barəsində mübahisələr aparır və belə bir vəziyyətdə keçmişi unutmaq bizim çox əzablar görmüş, bu gün yerlə-yeksan edilmiş ölkə üçün, ümumiyyətlə, elə götürək, yeniyetmələrin tərbiyəsi işinə yalnız ziyan gətirə bilər.

XI əsrdə Ermənistanda erməni dövlətçiliyi süquta uğradı və ermənilər müxtəlif ölkələrə səpələndilər. Bundan sonra Ermənistanda erməni dövləti yalnız 1918-ci ildə bərpa olundu və hakimiyyət başına daşnaklar gəldi. Onlar hakimiyyəti ələ keçirən kimi Tiflisə də yiyələnmək istədilər və Gürcüstana qarşı biabırçı müharibəni də alovlandırdılar. Lakin biz, gürcülər belə hesab edirik, Ermənistanda isə 1918-ci ilin dekabrındakı Ermənistan-Gürcüstan müharibəsi ilə, bu müharibədə Ermənistanın «qələbəsi ilə» fəxr edirlər, bizdən fərqli olaraq bu müharibə ilə əlaqədar məsələlərin öyrənilməsinə də böyük diqqət yetirirlər. Bu günkü Gürcüstanda, təəssüf ki, elə bir hərc-mərclikdir ki, qeyri-gürcü əhval-ruhiyyəsi o qədər güclənmişdir ki, aclıq da elə tüğyan edir ki, Ermənistan-Gürcüstan müharibəsi bir-iki nəfərdən başqa heç kimi maraqlandırmır. Ermənistanda isə, bu yaxınlarda «Rezonansi» qəzetində oxuduğum kimi, müəyyən dairələr 1918-ci ilin dekabrındakı Ermənistan-Gürcüstan müharibəsində Ermənistanın «qələbəsinin» 80 illiyini təntənəli şəkildə qeyd etmək istəyirlər. Bu müharibədə ermənilərin hansı qələbə qazandıqları barəsində artıq məqaləmin birində danışmışam ( Bax. «Mnatobi» jurnalı, 1988-ci il, № 3-4) və indi bu barədə söhbəti davam etdirmək istəmirəm. Onu da demək lazımdır ki, ölkə uğrunda fədakarlıqla vuruşan gürcülər dağılmış vətənimizə bir əlac etdiklərindən, sahib çıxdıqlarından 1918-ci il Ermənistan-Gürcüstan müharibəsinin fövqəladə öyrənilməsi gürcü tarix elminin mövzusuna çevrilməlidir. Hələlik isə, İ. Cavaxişili adına Tarix İnstitutunun qeyri-gürcü rəhbərliyi və onun dəmkeşləri kreslolarının saxlamaq üçün hər bir vasitə ilə mübarizə aparırlar.
Hazırda ermənilər belə hesab edirlər ki, bu müharibədə ermənilər qalib gəlmişlər, gürcülər isə belə hesab edirlər ki, menşeviklərin ( Noye Jordaniya və onun məsləkdaşları ) qeyri-milli siyasətinə, nankorluğuna baxmayaraq müharibə gürcülərin xeyrinə qurtardı. Məgər, tarixi elm bu məsələni dərindən öyrənmək istəmirmi ki, qarşı tərəfi beynəlxalq təşkilatların qarışması ilə hər halda səsini çıxartmamağa məcbur etsin? Ya da onun bir dəfəlik müəyyən edilməsi mümkün deyilmidir ki, 1918-ci ilin dekabr ayında Tiflisi erməni işğalından İngiltərə-Fransamı xilas etdi? Türkiyədə təşkil olunan erməni soyqırımına görə, Ermənistan Birinci Dünya Müharibəsində zəfər çalan İngiltərə-Fransanın müttəfiqi kimi bəyan edilmədimi, Gürcüstanı isə özünü məğlub edilmiş kimi tanıyana kimi Almaniya himayə etmirdimi? Belə bir vəziyyətdə İngiltərə-Fransa tərəfindən Gürcüstana qarşı müharibədə guya da ki, Ermənistana maneçilik törətməsini necə izah edək?( Bax, mənim adı çəkilən yazıma).
Məlumdur ki, XI əsrdən bəri Ermənistan Gürcüstana qarşı 1918-ci ilədək, erməni dövlətini bərpa edənə kimi məharibəyə qalxa bilməzdi.
XI əsrə qədər nələr baş verirdi? Guya, Ermənistanın (O cümlədən qondarma Böyük Ermənistanın) doğrudanmı ta qədim zamanlarda gürcü torpaqlarına qarşı iddiaları yox idi? Həqiqətdə bu cür iddialar və müharibələr çox hallarda təsadüf olunmuşdur.
Xüsusi elmi ədəbiyyata baş vurmamaq üçün yenə dərsliklərə müraciət edək. 1943-cü ildə nəşr olunmuş İ. Cavaxişvilinin, N. Berzenişvilinin, S. Canaşiyanın orta məktəblərin yuxarı sinifləri üçün dərslik olan «Gürcüstan tarixi» kitabında Strabonun məlumatına istinad olaraq qeyd edilmişdir: «Bizim eradan əvvəl, 190-cı ildə Selevki dövlətləri çarlığı romalılar tərəfindən qəti məğlub edildikdən sonra Ermənistanda iki çarlıq yaradan iqtidarlar ondan aralandılar ( Qondarma Böyük və Kiçik Ermənistan – A. A.).
Bu çarlıqlar ilk əvvəl kiçik idi, lakin tezliklə onlar qonşu ölkələrin hesabına genişləndilər.
Şimal erməni çarlığı Kolxetin və İberiyanın beş vilayətini qopartdı (Məlumdur ki, müharibələr nəticəsində – A. A.).
İberiya bu vaxtlar üç böyük vilayət- Pariadrinin dağlıq yerlərini, Xorzena və Qoqareni (Və yaxud Tao, Sper, Kola- Ərdahan və Kvemo Kartlini- A.A.) itirdi... İberiya və Kolxet sərhədində yerləşən Xalibe və Mosiniki tayfaları öz şərq rayonlarını- Karinit və Derksenanı itirdi. Derksenan indiki Dercaniyadır, Karinit Karnu şəhərinin və yaxud Ərzurumun vilayətidir». ( Səh. 52. Bax. Bu dərsliyin rus nəşrinə də).
Gürcülər o vaxtlar artıq mübariz təbiəti ilə seçilirdi və məlumdur ki, ermənilər tərəfindən bu qədər torpaqların zəbt edilməsi ilə barışa bilməzdilər. Buna görə də Gürcüstan-Ermənistan müharibələri əsrlər boy davam edirdi. Bu baxımdan gürcülər bizim eranın I əsrində Kartli və yaxud İberiya çarı I Parsman bütün Ermənistanı özünə tabe etməyə də cəhd göstərəndə böyük uğurlar qazandı. Roma və İran (Parfiya) imperiyaları buna qarşı çıxdılar. I Parsman belə hesab etdi ki, o dövrkü siyasi vəziyyətdə Kartli çarlığı üçün Parfiyaya qarşı Roma ilə əlaqə yaratmaq hər halda vacib idi.
Adı çəkilən dərslikdə deyilir: «Kartli çarı Parsman ermənilərə qarşı mübarizəni davam etdirirdi. 58-ci ildə o, Ermənistana mesxləri yeritdi.

Sonra Parsman şərqdə romalılara böyük köməkliklər göstərdi. Bunun əvəzində romalılar Ermənistanın bir neçə vilayətini qopartdı və Parsmana verdi»( səh.71). Bu, bizim eradan əvvəl II əsrdə ermənilərin gürcülərdən qopartdığı vilayətlər idi. Öz aramızdır, həmin vaxtlar Roma imperiyası ölkəmiz, o cümlədən Kartli çarlığı bizim eradan əvvəl II əsrdə Romanın rəqibi Selevki dövlətlərinin müttəfiqi olduğundan Gürcüstana qarşı münasibətdə Ermənistanın tərəfini tuturdu.
N. Asatiani, V. Quçua, M. Lordkipanidze, Ş. Mesxiyanın 1990-cı ildə nəşr olunmuş «Gürcüstan tarixi» kitabında ( VIII-IX siniflər üçün dərslikdə) oxuyuruq: «Romalılar bizim eradan əvvəl 190-cu ildə Selevkililəri məğlub etdi. Erməni hakim qüvvələri bundan istifadə edərək selevkililərin tabeliliyindən xilas oldular. Ermənistan torpağında iki erməni dövləti – Böyük və Kiçik Ermənistan yaradıldı. Bu dövlətlər Gürcüstanın cənub ərazisinin bir hissəsini də işğal etdi» ( səh. 44). Sözsüz ki, müharibə nəticəsində.

Ta qədim vaxtlarda Ermənistan-Gürcüstan müharibələri barəsində «Gürcüstan həyatı» da nəql edir: «Erməni çarı Yarvand « Gürcülərin xeyrixahlıqlarını unutdu, Parsman Armazlının üstünə yeridi, onu özünə tabe etmək istədi (Bu hekayətdə xronologiya, çarların adları çox hallarda qarışdırılmışdır A.A.), Kartli sərhədində Sunda və Ərdəhan şəhərini Kürə qədər zəbt etdi, Sunda şəhərində divə oxşar vəhşiləri oturtdu, Sundanın adını Kağatun (Əcinnələr-M.M.) qoydu ki, bu da divlər kimi tərcümə olunur. Kartli çarları öz torpaqlarını geri qaytara bilmədilər, elə bu dərd ilə də öldülər. Gürcü çarları öz sərhədlərini müəyyən etmək üçün fürsət axtarmağa başladılar, bu da böyük qanlı müharibələrə səbəb oldu.
Ermənilərin baş sərdarı « Odzrxevi ölkəsində, Qado dağının ətəyində Demoti adlanan yerdə Samsxe adlandığı qala tikdi ki, sundalılara və o dzrxevililərə qarşı mübarizə aparaydı. Sonra erməni çarı Artaşan gəldi öz qoşunu ilə Msxetanın qənşərində dayandı və beş ay mübarizə apardı...» Elə həmin salnaməçinin verdiyi məlumata görə, Ermənistan və Kartli çarlığı arasında eramızın IV əsrinin əvvəllərində də müharibələr olmuşdur.
Nəhayət, gürcülər öz torpaqlarını ermənilərdən qoruya bilirdilər.
428-ci ildə İran Ermənistanda çarlığı ləğv etdi. (Ermənistan çarlığı IX əsrin sonunda bərpa olundu). Dəyişən belə bir siyasi vəziyyətdə gürcü torpağına erməni kilsəsi və onun rəhbərləri iddialar irəli sürdü. Bu məqsədlə onlar işğalçılar ilə barışmağa da cəhd göstərirdilər. Bunun nəticəsində VII əsrin başlanğıcında, gürcülərin katolikosu I Kirion olan vaxtlar, təxminən 613-cü ildə keçirilən « İran məclisi» nəticəsində İran şahı Xosrov əmr verdi: « Mənim tabeliyimdə olan bütün xristianlar erməni dinini qəbul etməlidir» ( Bu barədə erməni salnaməçisi Sebeos məlumat verir). Əgər bu cür vəziyyəti nəzərə alsaq, Y. Tağaişvilinin sözlərini bir daha şişirdilmiş hesab edə bilmərik: «Kirion olmasa idi, biz həqiqətən erməniləşəcəkdik.
Milli baxımdan o, böyük işlər görmüşdür. Göründüyü kimi, həddindən artıq ağıllı, möhkəm, uzaq görən adam olub. Biz onun heykəlini qoymalıyıq».
Doğrudan da, Qafqaz albanlarının böyük bir hissəsini erməniləşdirdilər və gürcülərə qarşı münasibətdə də eyni məqsədləri var idi.
Ermənilər tərəfindən işğal olunmuş gürcü vilayətlərində əsrlər boyu bir çox gürcü erməniləşdi də.
Ermənistan-Gürcüstan arasında IX əsrin sonu və X əsrin əvvəllərində də bir neçə müharibə baş vermişdir.( Bu barədə gürcü və erməni salnaməçiləri də məlumat verir). Bu müharibələr nəticəsində ermənilər təxminən iki əsr Gürcüstandan təcrid olunan və buna görə də elə gürcülərin özlərinin belə «Somxiti»də (yəni Ermənistan) adlandırdığı Kvemo Kartlini işğal etdilər.
Ermənistan-Gürcüstan müharibəsinin alovlandırılması barəsində ermənilərin müəyyən dairələri bu gün də düşünürlər. Başqa cür çətin izah olunasıdır ki, bir neçə ay bundan əvvəl azsaylı gürcü hərbi ordusunu Cavaxetə buraxmamışlar və «Müstəqil Cavaxeti» üçün konstitusiya da tərtib etmişlər.
İndiki Ermənistanda 1918-ci il Ermənistan-Gürcüstan müharibəsinə böyük diqqətin yetirilməsi də Gürcüstana qarşı ermənilərin mürtəce əhval- ruhiyyəsinin sübutudur.
1921-ci ildə bolşevik Rusiyası Kvemo Kartlinin bir hissəsini, Loru-Taşiri Gürcüstandan qopardaraq Ermənistana vermişdir.
İndi planlarında Cavaxetini qopartmaqdır. Belə düşünürlər ki, Abxaziya və Samaçabloda məğlub olmuş Gürcüstan bizə qarşı böyük müqavimət göstərə bilməz.
Doğrudur, 1918-ci il Ermənistan-Gürcüstan müharibəsinin hazırlanmasında və qızışdırılmasında Rusiya imperiyasının böyük əməyi vardır, lakin müvafiq səbəbləri axtararkən gürcü torpaqlarına qarşı ermənilərin ta qədimdən, əsrlərboyu mövcud olan, iki min illik iddialarını da unutmamalıyıq.
Bu cür iddialar isə qədim vaxtlarda da Ermənistan-Cürcüstan arasında bir çox müharibəyə də səbəb olmuşdur. XI-XVIII əsrlərdə ermənilər Gürcüstanda ümidlər bəsləyir, ondan nicat gözləyirdilər, lakin həmin vaxtlar da Gürcüstana qarşı XIX-XX əsrlərdə yeni qüvvə ilə partlayan köhnə iddiaları da unutmurdular.


«Sakartvelo» qəzeti, 22-28 dekabr 1998-ci il.

ZiM.Az üçün gürcü dilindən tərcümə edən:
Mirzə Məmmədoğlu


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Yakob AXUAŞVİLİ:

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Qarabağ, Tiflis
Tea Marxvaidze:

Tea Marxvaidze: "ERMƏNİLƏR ABXAZİYAYA NECƏ KÖÇÜRÜLDÜLƏR?"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Ermənilərin Gürcüstana hücumları - (II hissə)

Ermənilərin Gürcüstana hücumları - (II hissə)

Bədii Tərcümə, Tiflis
Ermənilərin Gürcüstana hücumları - (I hissə)

Ermənilərin Gürcüstana hücumları - (I hissə)

Bədii Tərcümə, Tiflis
Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiya
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Qarabağ, Gürcüstan, Borçalı
“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ...

Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ...

Gürcüstan, Siyasət
Hüseyn Yusubov:

Hüseyn Yusubov: "İşğal olunmuş torpaqlarımızı işğalçılardan azad etmək Azə ...

Qarabağ, Gürcüstan, Borçalı
Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Tarix, Qərbi Azərbaycan
Pərvin Abdullayeva:

Pərvin Abdullayeva: "Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan"

Qarabağ, AzTU
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU
“Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin icrasına ...

“Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin icrasına ...

Ədəbi əlaqələr, Gürcüstan
Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

"Borçalı" Cəmiyyəti
Rəy yazın: