“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq Ədəbi əlaqələr, "Region-Press" 30 июня 2015 Görkəmli dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq.Azərbaycan Dövlət Akademik Milli DramTeatrının (ADAMDT) mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, ADAMDT və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrının birgə layihəsi olan “Şeyx Sənan” faciəsihər iki teatrda Azərbaycan və gürcü dillərində tamaşaya qoyulacaq. Əvvəlcə Bakıda, sonra isə Tbilisidə nümayiş olunacaq tamaşanın birincihissəsi Azərbaycan dilində, ikinci hissəsi isəgürcü dilində təqdim ediləcək.“Şeyx Sənan” faciəsi gürcü dilinə tərcümə edilib və əsərin gürcü dilində olan nüsxəsiGürcüstandan Azərbaycana göndərilib."Region-Press", №09 (184) 30.06.2015, səh. 6.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.