"Onvolt" MMC Azərbaycanda ilk dəfə olaraq "Skywell" tam elektrik avtomobillərinin satışına başlayıb İqtisadiyyat, Elanlar 1 ноября 2022 Azərbaycanda ilk dəfə olaraq "Skywell" elektrik avtomobillərinin satışına başlanılıb. ZiM.Az xəbər verir ki, bu gün Bakıda, Ceyhun Hacıbəyli küçəsi 194 ünvanında markanın satış və sərgi salonu açılıb, ET 5 modelinin təqdimatı keçirilib."Skywell" brendinin Azərbaycanda rəsmi idxalçısı "Onvolt" MMC şirkətidir."Məqsədimiz elektrikli avtomobillərin ən keyfiyyətlisini Azərbaycana gətirməkdir. Xeyli araşdırmamız nəticəsində yekun qərara gəldik ki, Avropada qəbul edilən Skywell brendinin premium ET 5 elektromobilinin satışı ilə başlayaq", - "Onvolt" MMC-nin Baş direktoru Həsən İsmayılov bildirib.Həsən İsmayılov əlavə edib ki, "Onvolt" professional elektrikli maşınların idxalı ilə məşğul olacaq.Təqdimatda qeyd edilib ki, 204 at gücündə olan "Skywell" ET 5 modeli 520 km mənzilə malikdir. Avtomobillərin rəsmi idxalçısı olan "Onvolt" MMC şirkəti tərəfindən:Avtomobillərə 5 il və ya 150 000 km zəmanət;Batareyaya 8 il və ya 200 000 km zəmanət;Skywell ET5 Luxury, Avropa standartıƏsas görstəriciləri:● Yürüş məsafəsi – 520 km (NEDC)● Batareyanın həcmi – 72 kWh● Sürətli şarjlama (80 kW,CCS2, 380V): 20% - 80% ~ 30 dəqiqə● 0 - 100 km/s sürətlənmə – 8 (san.)● Gücü - 204 a.g.● Ölçülər – 4698/1908/1696 (mm)● Enerji bərpası (rekuperasiya) – >30%● Əyləc zamanı enerjinin bərpa sistemi (EHB)● Avropa standartlı şarj interfeysi (CCS2 / Type 2)● Portativ şarj tapançası (220V)Əlaqə: +994 99 440 0007SUV seqmentini təmsil edən ET 5 premium elektromobilinin qiyməti: 98 min 600 manatdır. Qeyd: Bu avtomobil 2021-də Çində, 2022-də isə Türkiyədə "İlin ən yaxşı elektrikli avtomobili" seçilib! Ayda 400 manat benzin əvəzinə 20-30 manatlıq elektrik sərf edib ölkəni başdan ayağa gəzmək olar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.