“Azərenerji” gənclərə iş təklif edir - Əmək haqqı 500-800 manat Digər » Elanlar 3 февраля 2019 Azərenerji” ASC müxtəlif vəzifələr üzrə kadr ehtiyyatının yaradılmasını qarşıya məqsəd qoyaraq gənc və peşəkar kadrların işə qəbulunu elan edir. “ZiM.Az”-a daxil olan məlumata görə, işə qəbul üçün aşağıdakı vəzifələr üzrə kadr axtarılır. Modul elektrik stansiyalarında daxili yanma mühərriklərinin təmiri üzrə mütəxəssis;Mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssis;Mühərriklərə texniki xidmət edən mütəxəssis;Elektrik maşın, aparat və cihazların sazlayıcısı;Elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssis;Buxar və turbin qurğuları üzrə mühəndis;Aqreqatların (buxar-generator turbinlərinin) blok idarəetmə sisteminin maşinisti;Qazan avadanlıqları üzrə mühəndis;Rele mühafiəsi və avtomatika üzrə mühəndis;Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis; Elektrik mühəndisi;İzolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndis;Quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçı.Bu işlərə qəbul ediləcək kadrların ali, texniki, orta-ixtisas təhsili və ya peşə ixtisaslı olmaları tələb olunur. Eyni zamanda iddiaçının vəzifəyə görə 5 ildən 10 ilədək iş təcrübəsinin olması və iş prosesini bilməsi də başlıca tələblər sırasındadır. Əmək haqqı vəzifələrə görə 500-800 manat arasında dəyişir.Müraciət edənlər fotoşəkil, şəxsi vərəqə (CV) forması, şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənədin surətlərini bütün iş günləri "Azərenerji" ASC-nin Səbail rayonu, Əbdulkərim Əlizadə küçəsi, 10 ünvanında yerləşən kadrlar şöbəsinə təqdim etməlidirlər. Yaxud da [email protected] ünvanına şəxsi vərəqə formasını göndərə və (+99412) 598-55-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.Müraciət edən namizədlərin bilik səviyyəsi "Azərenerji" ASC üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyasıı tərəfindən yoxlanılacaq.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.