Tanınmış şəxsiyyətlərin savadından və bacarığından faydalanan təcrübəli həkim - Hüşabə Hüseynova

Tanınmış şəxsiyyətlərin savadından və bacarığından faydalanan təcrübəli həkim - Hüşabə Hüseynova REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Akademik Mir-Məmməd Cavad-zadə adına Respublika Klinik Uroloji Xəstəxanasında gənc yaşlarından çalışan Nüşabə Ağababa qızı Hüseynova
sevib seçdiyi sənətdə öz xoşbəxtliyini tapan həkimlərdəndir. Xəstələrin ağrısını-acısını özününkü bilib onların qayğısına qalan Nüşabə həkim peşəkarlığı ilə rəğbət qazanıb. Nüşabə həkimin simasında həkimə məxsus yüksək insani keyfiyyətləri, bilik və bacarığı, xəstənin dərdinə-sərinə yanan ürəyi olan həkim obrazını görmək olar. 40 ilə yaxın bir həkim ömrü yaşayan Nüşabə xanım Azərbaycanın səhiyyə sistemində çalışan dəyərli elm adamlarının əzab-əziyyətlərlə nail olduqları yenilikləri alqışlayır və bunu onların gərgin əməyinin bəhrəsi hesab edir. Təbabət elminin sirlərini dərindən öyrənən, bu müqəddəs sənətə qəlbən bağlanan, ultrasəs müayinəsi üzrə təcrübəli həkim kimi tanınan Nüşabə Hüseynova 1974-cü ildə Respublika Klinik Uroloji Xəstəxanasında təyinatla terapevt-həkim kimi işə başlayıb. Bu gün uzun illərdə yığdığı təcrübəsi, daim öz üzərində işləməsi, tərəqqiyə can atması ona ultrasəs müayinəsi üzrə həkim kimi şərəf gətirir.

- Nüşabə həkim, ultrasəs müayinəsi üzrə zəngin təcrübə toplamısınız. Bu təcrübəyə malikliyinizin kökü haradan başlanır?

- Öncə demək istərdim ki, mən 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında internatura keçdim. Təyinatla gənc yaşlarımdan akademik M.Cavad-zadə ilə bir xəstəxanada işləmək şərəfinə nail oldum. Akademik M.Cavad-zadə lazımi mütəxəssisləri, istedadlı gənc həkimləri ətrafına toplayır, klinik, elmi və tədris prosesinin mükəmməlləşməsinə səy göstərirdi. Tibb elminin yenilikləri ilə tanışlıq üçün hər bir həkimə xarici dildə çıxan qəzet və jurnallardan tərcümə olunmuş elmi məqalələr verir və xəstəxanamızda tətbiqinə çalışırdı. Respublika əhalisinin uroloji xidmətə ehtiyacını tam ödəmək məqsədilə 1966-cı ildə Respublika Klinik Uroloji Xəstəxanası M.Cavad-zadənin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılıb. Hazırda xəstəxana elmi tərəqqinin inkişafında əvəzsiz xidmətləri olan məşhur akademikin adını daşıyır. Bu xəstəxana keçmiş ittifaqda böyük ixtisaslı müalicə ocağı kimi tanınırdı. 1980-ci illərin əvvəllərində elmi ədəbiyyatda çıxan sidik daşı xəstəliyinin müalicəsi zamanı ekstrakorporal litotripsiyanın tətbiqi haqqında məlumat daim novatorluq sorağında olan M.Cavad-zadənin diqqətindən yayınmayıb. SSRİ Səhiyyə Nazirliyi tərəfindən alınmış beş ədəd "Siemens" (Almaniya) firmasının ekstrakorporal-litotripsiya aparatından birinin əldə edilməsi M.Cavad-zadəyə 1991-ci ildə Azərbaycanda ekstrakorporal litotripsiya şöbəsini açmağa imkan yaradıb.
M.Cavad-zadənin uroloji xəstəliklərin, həmçinin aşağı sidik yolları xəstəliyinin müalicəsinin tətbiqi sahəsindəki xidmətləri əvəzsizdir. 1991-ci ildə Almaniyanın Manqeym şəhərinin universitet klinikasına səfər zamanı onun diqqətini cəlb edən "Storz" firması tərəfindən hazırlanmış aparatın alınması üçün ciddi səy göstərib və 1995-ci ildə reanimasiya şöbəsi ilə operasiya blokunun rekonstruksiyasından sonra RKUX-da endouroloji müdaxilələr üzrə kabinet açıb. Müasir aparatın tətbiqi nəinki prostat vəzi adenomasının müasir müalicəsinin genişlənməsinə imkan yaradıb, həm də sidik kisəsi və sidik kanalının müayinəsində və müalicəsində geniş surətdə istifadə olunur.
M.Cavad-zadənin elmi işləri urologiya və nefrologiya sahəsində çalışan həkimlərin, elmi işçilərin gündəlik fəaliyyətinin istiqamətvericisidir. M.Cavad-zadə rentgen-radionuklid laboratoriya, hemodializ və böyrək köçürülməsi, anesteziologiya və intensiv terapiya şöbələrini, uşaq uronefroloji şöbəsini, urodinamik laboratoriya, endocərrahiyyə və litotripsiya şöbəsi, tibbi-genetik məsləhətxana təşkil etmişdir. Bütün elmi-klinik bölmələr, aparılan elmi-tədqiqat işləri, xəstələrə müasir müalicə xidmətlərinə görə qabaqcıl uroloji klinikalar səviyyəsinə çatmışdır. Yeni tədqiqatların nəticələri klinik praktikada tətbiq edilir, namizədlik, doktorluq dissertasiyalarının mövzusuna çevrilir. M.Cavad-zadə tərəfindən uroloq və nefroloqların böyük məktəbi yaradılmışdır. Onun rəhbərliyi ilə 15 doktorluq və 65 namizədlik dissertasiyası müdafiə edilmişdir. Öz şəxsi nümunəsi ilə tələbələrə örnək, savadlı, istedadlı, yenilikçi, enerjili, səmimi, düzgün və ədalətli insan M.Cavad-zadənin yetirmələri onun yaratdığı elmi məktəbin davamçılarıdırlar.
Xəstəliyin ilkin diaqnozunu təyin edən aparatı 1981-ci ildə M.Cavad-zadə Moskvada olarkən xarici tibbi sərgidə görüb və Azərbaycana, işlədiyi uroloji xəstəxanaya alınıb gətirilməsinə nail olub. Respublika Klinik Uroloji Xəstəxanasında ultrasəs müayinəsi üzrə ilk dəfə, o vaxtı cərrah-uroloq (hazırda xəstəxananın Baş həkimi, Tibb elmləri namizədidir) Əli Babayev işləyib. 1986-cı ildən bugünədək isə ultrasəs müayinəsi üzrə mən xəstələri müayinədən keçirirəm. Moskvada, Leninqradda göndərişlə təkmilləşdirmə kurslarında ultrasəs müayinəsi üzrə dəfələrlə hazırlıq keçməyim bu sahədə biliyimi daha da artırdı. Təcrübə toplamaqda akademik M.Cavad-zadənin və onun yetirməsi olan xəstəxananın Baş həkimi, tibb elmləri namizədi Ə.Babayevin dərin savadından və əməyindən faydalanmışam. Şəfa tapmaq, xəstəliyin ilkin diaqnozunun düzgün təyin olunması və müalicəsi üçün müasir tibbi avadanlıqlarla təchiz olunan xəstəxanamıza daxil olan hər bir xəstənin rəğbətini qazana bilmişəmsə akademik M.Cavad-zadəyə, Baş həkim, tibb elmləri namizədi Ə.Babayevə, dərs aldığım müəllimlərimə minnətdaram. Uroloji Xəstəxananın nail olduğu hər bir uğur onların uğurudur.

- Düzgün təyin etdiyiniz diaqnoz əsasında xəstələr şəfa tapırlar. Amma bəzi hallarda xəstənin tam sağalması mümkün olmur. Bu xəstənin gecikməsi, yoxsa həkimin günahından baş verir?

- Ümumiyyətlə, xəstəliyin ilkin vaxtlarında həkimə müraciət olunmalıdır. İndi inkişaf edən tibb elminin gücü ilə hər bir xəstəliyin qarşısını almaq olur. Yeni müayinə və müalicə metodlarından istifadə etməklə itirilmiş sağlamlığın bərpası mümkündür, bir şərtlə ki, xəstə özündə ağrı hiss edirsə, vaxtında həkimə müraciət etsin.

- Keçdiyiniz həyat yolunuzun ən böyük sərvətini və arzularınızı bilmək istərdik...

- İlk növbədə, deyə bilərəm ki, xalqımızın sağlamlığını, gümrahlığını, gözəlliyini, nəvələrimin təbəssümünü ən böyük sərvətim bilirəm. Həkimlərimizin elmi tibbi axtarışları, tədqiqatları sayəsində inanıram ki, Azərbaycanda xəstəliklər azalacaq, millətimiz daha sağlam, gümrah və gözəl olacaq. Bundan əlavə, iki övladımın, iki nəvəmin həmişə xoş, firavan həyatını, xoşbəxt gələcəyini görmək istəyirəm.
Bəli, adı ilə tanınan həkimin qapısını böyük ümidlə döyən xəstə onun savadına və bacarığına inam bəsləyir. Mənalı ömrünün çox hissəsini insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanmağa həsr edən Nüşabə Hüseynova ultrasəs müayinəsi üzrə həkim kimi xəstələrə diqqət və qayğısını əsirgəmir. Onun nurani simasındakı səmimilik, mehribanlıq daxili aləminin gözəlliyindən, ləyaqətli ana məhəbbətindən, insanlara sevgisindən xəbər verir. Millətini, Vətənini sevən Nüşabə həkimə: - Yorulmayasınız, - deyirik!

Müşfiq BORÇALI,
Rəna İMANOVA.
"ŞƏRQİN SƏSİ" qəzeti,
Oktyabr, 2011.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təşəkkür və minnətdarlıq

Təşəkkür və minnətdarlıq

Səhiyyə
=  = = Sumqayıt şəhər 3 nömrəli xəstəxananın  baş həkimi İsa İslam oğlu Məm ...

= = = Sumqayıt şəhər 3 nömrəli xəstəxananın baş həkimi İsa İslam oğlu Məm ...

Səhiyyə
Xeyirxah işin və şəfalı əllərin sahibi

Xeyirxah işin və şəfalı əllərin sahibi

Səhiyyə, "Şərqin səsi", Qarayazı
SAĞ OL! VAR OL! KAMAL HƏKİM !..

SAĞ OL! VAR OL! KAMAL HƏKİM !..

Səhiyyə
Həkim lor-cərrah Şakir QUVALOV

Həkim lor-cərrah Şakir QUVALOV

Səhiyyə, Bolus
NƏRGİZ KLİNİKASI - İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

NƏRGİZ KLİNİKASI - İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

Səhiyyə
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
UZMANLIĞIN MÜBARƏK, NAİL HƏKİM!..

UZMANLIĞIN MÜBARƏK, NAİL HƏKİM!..

Səhiyyə, Darvaz
Tanınmış həkim Səməd Çobanov vəfat edib

Tanınmış həkim Səməd Çobanov vəfat edib

Səhiyyə, Darvaz, Nekroloqlar
Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)

Səhiyyə, Darvaz
ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

Səhiyyə, Müsabiqə
AzTU tələbələri Klinik Tibbi Mərkəzdə təcrübə keçirlər

AzTU tələbələri Klinik Tibbi Mərkəzdə təcrübə keçirlər

AzTU
Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Səhiyyə, Borçalı
Rauf Nəbizadə

Rauf Nəbizadə

Səhiyyə, Darvaz
Həkim KAZIM KAZIMOV (1956)

Həkim KAZIM KAZIMOV (1956)

Səhiyyə, "XXI əsrin Ziyalıları"
Akademik FUAD ƏLİYEV (1965)

Akademik FUAD ƏLİYEV (1965)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Başkeçid, Bolus, Darvaz, Rusiya, Diaspora
SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ

SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ "RUSİYA FEDERASİYASININ ƏM ...

Səhiyyə, Başkeçid, Bolus, Darvaz, Təbriklər, Rusiya
Əli Əhmədovun oğlu Fikrət Əhmədov: “Atam həmişə deyib ki, haqqını tələb et. ...

Əli Əhmədovun oğlu Fikrət Əhmədov: “Atam həmişə deyib ki, haqqını tələb et. ...

YAP, Səhiyyə, Qərbi Azərbaycan

"Memorial Klinik" Tibb Mərkəzi

Səhiyyə, Sağlamlıq, Darvaz, Elanlar
Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Başkeçid
Rəy yazın: