ŞİMAL BÖLGƏMİZDƏN...

ŞİMAL BÖLGƏMİZDƏN... Vaz keçə bilmədiyimiz nəşnələr var... Ruhən bir-birinə bağlı insanları doğrudan da ayırmaq mümkünü yox! “İşim-gücüm yarıya...” deyib kağız-qələmini vurursan qoltuğuna... Elə söhbətimizə də belə başladıq dünən Xaçmazda qəzəlxan Mövlan Şahidlə görüşən kimi. Və bu gün mənim bayram qabağı əlimdəki xəmir təknəsini qoyub yazıya “oturmağım da”, neçə yazımın içindən özünə tezcənə yol açan da, bu duyğudur. Bir də məni içimdən həmişə qələmim çəkib çıxarıb... Danışmağı heç sevmərəm. Könlümü yandırıb yaxdığım yerdə möhnətimi həmişə gözlərim çəkər, duyğularım yaşar...

Axşamdan Fərzalı müəllimdən Xaçmaza dəvət almışdım. “Ulduzlar”ın hər ay dəqiqliklə keçirildiyi növbəti tədbirlərindən biri idi. Məclisin rəhbəri, dəyərli Ziyalımız, gözəl şair Fərzalı Ziyanur Türkiyəli yazar Mətin Özərin gəldiyini və gənc, istedadlı şair Aynur Ağabalayevanın təşəbbüsü ilə tədbirə dəvət edildiyini söylədi. Mətin Özər gözəl şair, Qarabağ aktivisti, Kazım Qarabəkir Paşa Kültür Mərkəzi və Anadolu Şairləri Birliyi iştirakçısı idi. Onunla virtual aləmdən dostluğum, tanışlığım vardı. Ruh oxşayan şeirlərini çox bəyənir, paylaşımlarını izləyir, mesajla hal-əhvallaşırdıq. Diqqətcil, mədəni bir insan olduğunu bilir, amma belə tezliklə onunla görüşəcəyimə ümid etmirdim. Tədbirə Qubadan ustad şair Ramiz Qusarçaylı da dəvət olunmuşdu. Bəli, bayram qovuşağında könül dünyasını şeirlə ovudan, misraya könül verən insanların daha bir dost görüşü vardı!

Bu dəfə tədbir ölkəmizdə keçiriləcək böyük siyasi kompaniya - prezident seçkiləri ilə əlaqədar başqa məkanda Xaçmazda Uşaq–Gənclər kitabxanasında keçiriləcəkdi. Tez yetişmişdim Xaçmaza. Taksini şəxsiyyətlər pakına sürdürdüm. Vaxta hələ vardı. Fərzalı müəllimlə zəngləşib telefonu söndürəndə Mövlan Şahidin doğma, mehriban çöhrəsi ilə uzaqdan gülümsədiyini gördüm. Ünvanı tanımadığım üçün soraqlaşmaq istəyirdim. Şeirin ruzusunu, yolunu Tanrı özü açır həmişə! Yaxınlaşıb bayramlaşdıq. Səriştəli, bacarıqlı və qayğıkeş Fərzalı müəllim yollamışıdı onu həmişə tədbir keçirdikləri Mərkəzi kitabxananın önünə. Tədbirə çağırılan qonaqların nabələd olmaması üçün.
Uşaq-Gənclər kitabxanasının qarşısında Fərzalı müəllimlə görüşüb tədbirin keçiriləcəyi böyük binaya daxil olduq. Qonaqlar və dəvət olunanlar toplaşana kimi gənclər zalı səliqəyə salaraq stol və stulları şair ruhuna uyğun, bir-birinə yaxın düzdülər. Novruz xonçaları, “Ulduzlar” ədəbi məclisinin üzvü Enfira xanımın xüsusi səliqə ilə hazırladığı, Aynur xanımın zövqlə bəzədiyi stola baxdıqca incə şair ruhunun gözəlliyini həmən hiss edirdin...

Artıq toplaşan qonaqlar iki-bir, üç-bir dayanaraq söhbət edirdilər. Hamı doğmadır bu kollektivle, lap bir ailənin üzvləri kimi. Məclislərinə dəvət elədikləri qonaqlara “təklənməyə”, sıxılmağa imkan verməzlər. Bu doğmalıqığın, mehribançılığın başında isə məclisə uzun illərdir rəhbərlik edən gözəl İnsan, səriştəli pedaqoq, şair və mütəfəkkir Fərzalı Ziyanur durur. Xaçmazın səlahiyyətli orqanlarının, rəhbərlərinin qayğısı, diqqəti və dəstəyi ilə bu yaradıcı insanlar həmişə yeni uğurlara imza atmağa inamlıdırlar.

Qonaqlar məclis rəhbərinin dəvəti ilə yuxarı başda, stol arxasında yerlərini tutdular. Türk dünyasının tanınmış şairi, ustad Ramiz Qusarçaylı, Əməkdar Jurnalist, Milli Mətbuat şurasının İdarə heyətinin üzvü, yazar Azər Həsrət, Xaçmaz Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Azad Əlifxanov idi dəvətli qonaqlar. Dəyərli qonağı - Mətin Özəri aramıza aldıq stolda.

Tədbiri həmişə xüsusi şövqlə açan Fərzalı Müəllim qonaqları da seçilən rəğbət, diqqət və hörmətlə təqdim edərək söz verdi:
-Tədbir iştirakçılarını bir daha salamlayan Mətin Özər dəvətə, qonaqpərvərliyə görə hamıya təşəkkür edərək Azərbaycanla qürur duyduğunu, onun dəyərli söz, sənət admları ilə ruhən yaxın, əlaqəli olduğunu söylədi. Vətənimizin ağrı-acılarını həm də öz ürəyində daşıdığını, Qarabağ həqiqətlərinin dünyaya yayımlanması üçün əlindən gələni etdiyi söylədi. Zəngin ədəbi təxəyyülə malik yazar tanınmış Azərbaycan şairlərindən sitat gətirərək çıxış edirdi. Əsir Qarabağa, Kəlbəcərə həsr etdiyi şeirləri ilə bizi də kövrətdi...

Ramiz Qusarçaylının sağ tərəfində əyləşmişdim... Sol tərəfimə yaxın idi Azərbaycan Bayrağının təkrarsız tərənnümçüsü – bütün Türk dünyasının böyük Şairi! Çıxışına həm də məşhur Çanaqqala döyüşünün tədbirimizlə üst-üstə düşən ildönümünü vurğulamaqla davam elədi. Həmişə yadımızda qaldığı kimi idi bu çıxışında da: odlu-alovlu vətənpərvər, torpaq sevdalısı, əsil ziyalı mövqeyi, polad əqidəsi, bənzərsiz misraları ilə!

Əməkdar jurnalist, siyasi şərhçi, Milli Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət məclisə qonaq kimi dəvət olunsa da, əslən Xaçmazlı, Dədəli kəndindən idi. Könlü şeirə, misraya yaxın olan dəyərli el oğlumuz həm də yazardır, iki pomanın müəllifidir. Azər Həsrtəin həmişə dərin məntiqə əsaslanan, zəngin dünyagörüşünə malik, jurnalist kimi obyektiv çıxışları hamı tərəfindən rəğbətlə, maraqla dinlənilir. Siyasi, ictimai və ədəbi münasibətlərə qatdığı şəxsi qənaəti dinləyicini qane edir. Bu dəfə də möhtərəm qonağı salamlayan dəyərli ziyalımız dünyada türkçülükdən, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi son uğurlardan, poeziyanın aliliyindən, sevə-sevə oxuduğu şeirlərdən söhbət açdı.

Xaçmaz Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Azad Əlixanov
da çıxış edərək qonaqları salamlamış və dəvətə Fərzalı müəllimə öz təşəkkürünü bildirmişdir.
Məclis üzvlərindən Məmməd Qədir, Aqşin Dadaşoğlu, Aynur Ağabalayeva, Telman Təravət, Mövlan Şahid, Emfira Tağıyeva, Qızbəs Oruc, Böyükağa Ağa, Nəzər Mirzəyev, Gülümbala Nəsirli, Sabir Nemətov, Məhərrəm Mustafa, Şahnəzər Ələsgərov şeir və hekayələrini oxumuşlar.

İstirahət günü olmasına baxmayaraq tədbirə qoşularaq onu efir üçün hazırlayan Qubanın Qafqaz televiziyasının aparıcısı Xanım Xatuna hamımız minnətdar idik. Füzuli Baratovla şəkilləşirdik, zövqlü və həssas fotoqrafla!

Axşama düşürdü daha bir uzaqları yaxın edən dost görüşü. Təəssüratlarımızı bölüşmədən ayrılmaq istəmədik. Di gəl ki, sözü bitmir şairlərin!.. Novruz – Bayram süfrəmiz bənövşəli, xonçalı, noğullu idi. Şirin ayrılırdıq bir-birimizlə, şirin görüşdüyümüz kimi!

Sevinc MƏMMƏDOVA,
şair-publisist,
ZiM. Az-ın xüsusi müxbiri


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BÖYÜK TÜRKÜN POEZIYASI ALMA DADINDA...

BÖYÜK TÜRKÜN POEZIYASI ALMA DADINDA...

Regionlar
SEVGİ KÜLƏYİ...

SEVGİ KÜLƏYİ...

Regionlar
BİR YANI ŞAH DAĞI, BİR YANI XƏZƏR...

BİR YANI ŞAH DAĞI, BİR YANI XƏZƏR...

Regionlar, Köşə yazılar
XAÇMAZ XATİRƏLƏRİ

XAÇMAZ XATİRƏLƏRİ

Regionlar

"ŞEİR DÜNYAMIZ" ədəbi məclisinin növbəti poeziya gecəsi keçirilib

Sumqayıt

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 14-cü toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

"XXI əsrin Ziyalıları", UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 11-ci toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin səkkizinci toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
Dərbənddə bir gün

Dərbənddə bir gün

Tv, Rusiya, Diaspora
İstadadlı gənc yazarların Sumqayıtda görüşü

İstadadlı gənc yazarların Sumqayıtda görüşü

MEDİA, Ədəbi əlaqələr

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 13-cü toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin nöbəti 9-cu toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
“Ana dilimiz sərvətimizdir”

“Ana dilimiz sərvətimizdir”

Mədəniyyət
Şamaxıda Nəsimi Festivalı keçirilib

Şamaxıda Nəsimi Festivalı keçirilib

Mədəniyyət, QHT
Azərbaycanlıların 1918-ci il soyqırımına həsr olunmuş Beynəlxalq Konfrans

Azərbaycanlıların 1918-ci il soyqırımına həsr olunmuş Beynəlxalq Konfrans

UNUTSAQ, UNUDULARIQ!...., QHT
SEVGİLƏRİN  ƏN GÖZƏLİ...

SEVGİLƏRİN ƏN GÖZƏLİ...

Regionlar
AzTU GVİİM qadınların bayramını təbrik edib

AzTU GVİİM qadınların bayramını təbrik edib

AzTU, GVİİM
HƏSRƏTƏ BÖLÜNƏN ÖMÜR

HƏSRƏTƏ BÖLÜNƏN ÖMÜR

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Əfsanəvi solmaz çiçək

Əfsanəvi solmaz çiçək

Köşə yazılar
Rəy yazın: