Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub

Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub
2017-ci il avqustun 22-də
Gürcüstanın
Marneuli şəhərindəki
"Çay Evi - Muğam" Tədris-Mədəniyyət Mərkəzində
ZiM.Az - “Ziya" və "Zirvə”
İnformasiya Mərkəzlərinin və
Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan alimi, məşhur dilçi, tanınmış türkoloq, zəhmətkeş tədqiqatçı,
Nyu-York Elmlər Akademiyasının akademiki,
uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində "Dillər" kafedrasının müdiri və Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyasının
Ekspert Şurasının üzvü olmuş
filologiya elmləri doktoru,
professor Mədəd Çobanovun
anadan olmasının 80 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçirilib.


Tədbirdə Marneuli bələdiyyəsinin rəhbər şəxsləri, Gürcüstan Parlamentinin deputatları, hokumət və qeyri-hokümət nümayəndələri, alimlər, müəllimlər, yazıçılar, şairlər, jurnalistlər və tədbirə dəvət olunmuş qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti
Nizami Məmmədzadə
açaraq əslən Borçalı mahalının Bolnisi rayonundakı Darvaz kəndindən olan 80 yaşlı alimin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra söz tədbirdə iştirak edən qonaqlara verilib.


Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub Əvvəlcə Gürcüstan Parlamentinin deputatarından - Ruslan Hacıyev,
Mahir Dərziyev

Azər Süleymanov,

Marneuli rayon icra hakimiyyətinin başçısı v.i.e. Zaur Tabatadze,
Marneli rayon bələdiyyəsinin rəhbəri Nəbi Abdullayev,
Dmanisi rayon icra hakimiyyəti başçısının müavini
Arif Süleymanov,
“Gürcü Arzusu” Partiyasının Marneuli təşkilatının rəhbəri
Amiran Giorqadze,
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri
Ayaz Məmmədov,
Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Elçin Şirinov,
Mirzə Fətəli Axundov adına Tbilisi Azərbaycan Mədəniyyəti Müzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi
Leyla xanım Əliyeva,
Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin sədri, H.Əliyev adına Gürcüstan Azərbaycan Universitetinin qurucusu və rektoru professor
Novruz Bayramov,
Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov,
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri
Hüseyn Yusubov,

Bolnisi Mədəniyyət Mərkəzinin rəhbəri
Əlixan Yəhyaoğlu,

“Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri
Maya Rəcəbova,
Sadaxlı 1 nömrəli orta məktəbin direktoru
Səyyad Xəlilov, ağsaqqal yazıçı Əli Abbas,
tanınmış şairlər Səadət Buta, Nizami Saraclı, Bəhram Mehdi, İbrahimxəlil və başqaları çıxış edərək professoru 80 illik yubileyi münasibətilə ürəkdən təbrik ediblər, onun həyat və yaradıcılığından söhbət açıblar, görkəmli alimin Azərbaycan elminə və türkologiya tarixinə bəxş etdiyi elmi töhfələrdən və pedaqoji sahədəki zəngin təcrübəsindən danışıblar.

"RegionPress" qəzetinin baş redaktoru və "Gürcüstan" qəzetinin əməkdaşı Binnət Əlioğlu başda Gürcüstanın Əmədar jurnalist İslam Əliyev olmaqla təmsil etdiyi qəzet redaksiyaların bütün yaradıcı heyətləri adından yubilyarı salamlayıb, ürək sözlərini çatdırıb və “Gürcüstan” qəzetinin professor Mədəd Çobanovla bağlı bir səhifəlik məqalənin dərc olunduğu sonuncu sayını yubilyara təqdim edib.

Daha sonra professor Mədəd Çobanovun yetirmələrindən - Gürcüstan Ukrayna Universitetinin prorektoru, professor
Mahmud Kamaloğlu,
Azərbaycan "Təhsil" qəzetinin baş redaktoru, Tbilisi Açıq Universitetinin professoru Abay Paşayev,
Aşıqlar Birliyinin katibi
Musa Nəbioğlu,

uzun müddət Azərbaycan Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışmış şair Əlləz Novruz,
Gürcüstan Azərbaycanlı Müəllimlər İttifaqının rəhbəri Səadət xanım Zeynalova,
Darvaz kəndindən gəlmiş həkim Səməd Çobanov,
Darvaz kənd orta məktəbinin direktor müavini Raqif Əhmədov və başqaları çıxış edərək yubilyarı ürəkdən təbrik ediblər.
Onlar sevimli müəllimlərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, onun zəhmətini və xeyirxahlığını heç zaman unutmayacaqlarını bildiriblər.

Tədbirdə təklif olunub ki, professor
Mədəd Çobanovun hələ ötən əsrin 90-cı illərində çap olunan Gürcüstandakı Azərbaycan dilli məktəblərdə tədris olunan “Azərbaycan dili” dərslikləri görkəmli alimin iştirakı və köməyi ilə yenidən hazırlansın, eləcə də yaxın zamanlarda alimin elmi-nəzəri əsərləri haqqında elmi-praktik konfrans təşkil edilsin.


Yubiley tədbirdində tanınmış jurnalistlərdən - "Sözün işığı" qəzetinin baş redaktoru
Əziz Dəlivəlov,
ATV-nin Gürcüstan müxbiri Nadir Almazoğlu,
İTv-nin Gürcüstan müxbiri Çingiz Yaqubov,
AzTv-nin, İtv-nin və ATV-nin operatorları,
"Gürcüstan" qəzetinin əməkdaşları Zahid Nəsibov, Nadir Bayramov,
Darvaz.com saytının redaktoru Elşad Çobanlı,
Marneuli radiosunun əməkdaşı Amil Məmmədov,
gənclərdən - Nərgiz Əliyeva, Çingiz Qasımov,
Telavinin Qaracalar kəndindən gəlmiş Akif Əsgərov,
Bolnisi rayounun
Darvaz kəndindən gəlmiş
Samir Çobanov,
Etibar Ovçuyev,
Alpay Abdullayev
və başqaları da yaxından iştirak ediblər, yubilyara xoş arzularını çatdırıblar.

Təntənəli yubiley tədbirində iştirak edən tanınmış
Borçalı aşıqlarından
Ziyəddin Borçalı,
Aşıq Gülayət,
Aşıq Aidə Gülzar
və başqaları da yubilyarı təbrik ediblər, oxuduqları el mahnıları ilə məclisi daha da şənləndiriblər.

Sonda professor Mədəd Çobanov yubileyə gələn bütün qonaqlara və parlament üzvlərinə, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşına, Marneuli rayon rəhbərliyinə təşəkkür edib.

Tədbirin sonunda həmçinin yubilyarın nəvəsi - “Şərqin səsi” qəzetininin və Zim.az saytının redaktoru redaktoru, BDU-nun hüquq fakültəsinin IV kurs tələbəsi Aytac Mədədli və yubilyarın oğlu - Zim.az saytının təsisçisi və baş redaktoru Müşfiq Borçalı çıxış edərək tədbir iştirakçılarına təşəkkür edərək xoş arzularını bildiriblər.

Müşfiq Borçalı professor Mədəd Çobanovun 80 illik yubileyini təşkil edən Gürcüstan Parlamentinin üzvü Ruslan Hacıyevə, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Nizami Məmmədzadəyə və Marneuli şəhərindəki "Çay Evi - Muğam" Tədris-Mədəniyyət Mərkəzinin rəhbəri Emin Əhmədova xüsusi təşəkkür edib.

Sonra “Ağ ev” restoranında geniş ziyafət verilib.

Tədbirdə qeyd edilib ki, professor Mədəd Çovanov 80-dən çox elmi kitabın müəllifidir. 80 yaşı tamam olan yubilyar Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, 28 tədris proqramının, 600-dək elmi məqalənin, ölkə həyatının siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox oçerkin müəllifidir. O, 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, 110 elmi konfransın fəal iştirakçısı, 100-dən çox doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub.
Alimin elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-dək rəy, 60-a yaxın şeir və oçerk yazılıb. Onun elmi-pedaqoji sahədə zəngin təcrübəsi olduğu kimi, həmçinin türk dieloktoloqu, onomatoloqu, antroponimisti kimi məhsuldar fəaliyyəti dünya və Azərbayn elminə çox tanışdır.

Görkəmli alim öz kitablarının girişində Ulu öndər Heydər Əliyevin “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir” sözlərini məsuliyyətlə işlədib və elmi əsərlərində bu məsuliyyəti dərk edib.
Professor Mədəd Çobanov buna görə də Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Görkəmli strategiyaçı” və 2 cilddən ibarət “Türk ədəbi dillərinin birliyinə doğru”, “Həyatnamə” kimi sanballı və məzmunlu kitabları nəşr etdirib.

Professor M.Çobanov 1973-1995-ci illərdə A.S.Puşkin adına (sonralar S.S.Orbelianı adına) Tiflis Dövlət Pedaqoji İnstitutunda (indiki İlya Universitetində) müəllim, dosent, kafedra müdiri və professor vəzifələrində çalışıb. 1995-ci ildən sonra elmi pedaqoji fəaliyyətini Bakıda davam eydirsə də, doğma el-obası ilə, Gürcüstanla əlaqəni kəsməyib, müntəzəm olaraq əlaqə saxlayıb, Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafı naminə çalışıb, bu sahədə onlarla məqalə və bir neçə kitab yazıb çap etdirib.
Professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi və ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə GUAM təşkilatının diplomu, 2011-ci ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim – ilin alimi “Qızıl medal”ı ilə təltif olunub.
2012-ci ildə isə “Dədə Qorqud” Fondu yubilyarı “Qızıl ürək” qızıl medalı ilə mükafatlandırıb.

Onun əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü və başqa xalqların dillərinə tərcümə olunub. Alimin qələmə aldığı elmi əsərlər zamanla səsləşən əsərlərdir.
Professor Mədəd Çobanovun qələmə aldığı müxtəlif mövzulu əsərlər müasir dövrün tələblərinə cavab verir.
Onun əsərlərinin elmi əhəmiyyəti odur ki, bu gün bu əsərlər elm ocaqlarında uğurla istifadə olunur, gənc alimlər və tələbələr bu elmi nəşrlərdən yetərincə istifadə edirlər.

Geniş yaradıcılıq diapozonuna malik 80 yaşlı alim bu gün də özünün geniş elmi fəaliyyətini dayanmadan davam etdirir və gənc nəslin inkişafına özünün samballı əsərləri ilə böyük töhfələr bəxş edir və özünün elmi-nəzəri, yüksək məzmunlu, uzun illər apardığı elmi axtarışlarıyla öz imzasına hörmət və izzət gətirir.



Nəhayət, biz də avqustun 22-də Marneulidəki “Çay Evi – Muğam” Tədris-Mədəniyyət Mərkəzində keçirilən möhtəşəm Yubiley tədbirində fəal iştirak edən hər kəsə təşəkkür etməklə yanaşı, öz dərin minnətdarlığımızı bildirir və bir daha professor Mədəd Çobanovu anadan olmasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik!
Allahdan ona uzun və mənalı ömür, möhkəm cansağlığı, elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!


ZiM.Az



Redaksiyadan:
Professor Mədəd Çobanovun Yubiley tədbirdə çəkilmiş digər foto-şəkillər və video görüntülər yaxın zamanlarda ZiM.Az-ın dəyərli icləyicilərinə təqdim olunacaq...



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub..

ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub..

TDPİ-nin Azərbaycan bölməsi, Elm, "Region-Press", Borçalı, Darvaz, Arxiv
Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçi ...

Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçi ...

Əsas xəbər, Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
GAK-da professor Mədəd Çobanovun 80 illik yubleyi qeyd olunub

GAK-da professor Mədəd Çobanovun 80 illik yubleyi qeyd olunub

Gürcüstan, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ,  ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ, ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Borçalı, Mədəd Çobanov
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı

"PROFESSOR MƏDƏD ÇOBANOV ADINA XEYRİYYƏ FONDU"

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

Fond, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı
DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

Fond, Darvaz
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Borçalı, Darvaz, Nekroloqlar
Hüseyn Yusubov: ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN...

Hüseyn Yusubov: ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ZƏhMƏTKEŞ ALİM, TANINMIŞ DİLÇİ-TÜRKOLOQ

ZƏhMƏTKEŞ ALİM, TANINMIŞ DİLÇİ-TÜRKOLOQ

TDPİ-nin Azərbaycan bölməsi, Darvaz, Mədəd Çobanov
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

Fond, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Mədəd Çobanov, Müşfiq Borçalı
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd  ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd ...

QHT, Mədəd Çobanov
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Rəy yazın: