Pillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOV

Pillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOVPillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOVPillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOV Pillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOV Pillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOVPillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOV Borçalının gözəl şəxsiyyətlərindən biri olan, uzun müddət Gürcüstanda rəhbər vəzifələrdə çalışan, ensklopedik biliyə malik olan, görkəmli kənd təsərrüfatı mütəxəssisi
Əli Mənsur oğlu Yüzbaşov 1949-cu ilin aprel ayının
15-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Alget (Alget üzümçülük sovxozu) kəndində dünyaya
göz açıb.

Elə orta təhsilini də həmin kəndə fəaliyyət göstərən rus orta məktəbində alıb.

1966-cı ildə orta məktəbi bitirən Əli Mənsur oğlu valideyinlərinə kömək məqsədiylə Alget üzümçülük sovxozunda əvvəl fəhlə, sonralar sahə briqadiri kimi əmək fəaliyyətinə başlayıb.

Yaşadığı kənddə təşkil olunmuş sovxoxda çalışmağına baxmayaraq, ali təhsil almaq bur an da olsa onun yadından çıxmayıb.

Bu məqsədlə o 1971-ci ildə Russiyaya gedərək Kostroma şəhərində Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsinə daxil olub. Tələbəlik illəri yel kimi ötüb keçib. 1976-cı ildə ali məktəbi müvəffəqiyyətlə bitirib doğma vətəni Borçalıya qayıdıb. Onun vətəninə qayıtması xəbəri hər yana yayılıb, hətta rayon mərkəzinə, raykomun birinci katibinə də çatıb. Raykomun birinci katibi dərhal onu yanına çağıtdırib, şəxsən tanış olub, ətraflı söhbət edib və onu rayon partiya komitəsinə təlimatçı təyin edib. Bu vəzifədə iki il çalışan Əli müəllim özünü bacarıqlı bir kadr kimi göstərərək rayon ictimaiyyətinin və rəhbərliyin böyük hörmətini qazanıb. Elə buna görə də onu Alget sovxozuna baş aqronom göndəriblər. İki il burda aqronom işləyən Əli müəllim sovxozda böyük dönüş yaradıb və sovxoz bütün planları yerinə yetirib. Sovxoz qabaqcıllar sırasına çıxıb. Əli müəllimin bu bacarıq və qabiliyətini görən birinci katib onu 1983-cü ildə geridə qalan Araplı tərəvəzçilik sovxozuna direktor göndərib.

Əli Mənsur oğlu Araplıya gələn kimi bütün sovxoz işçilərini yığıb geniş iclas keçirib, öz tələb və tapşırıqlarını verib. Öhtəçilik kimi bütün dövlət planlarının yerinə yetirilməsi əsas bir şərt kimi qəbul olunub. İlin sonunu böyük zəfərlə başa vuran Əli Yüzbaşov elə həmin ildə Keçici Bayrağı sovxozun tarixinə yazdırib. Bütün sovxoz fəhlələri mükafat alıb. Kənd əhalisinin sevinclərinin həddi-hüdudu olmayıb.

Rayon partiya komitəsin yığıncağında Əli müəllimin tərifi göylərə qaldırılıb, ona mükafatlar verilib və elə ordaca o daha möhtəbər vəzifəyə - rayon kənd təsərrüfatı idarəsinə rəhbər təyin edilib. Əli Mənsur oğlu bu vəzifədə iki il işləyib.

1989-cu ildə Əli müəllimi daha bir geridə qalmış, heç bir planı yerinə yetirə bilməyən Kürtlər kəndindəki “Qamarcveba” sovxozuna direktor göndəriblər.
Əli müəllim bacarıqlı kadrları başına yığıb bu sövxozda da böyük dönüş yaradıb. Sovxozu qabaqcıllar sırasına çıxardıb. Onun bu şöhrəti, bu gənc kadrı böyük nüfuz sahibi edib. Onu daha böyük bir vəzifəyə Rayon İcrayə Komitəsinə sədr təyin ediblər. Əli müəllimin bu möhtəşəm fövqalədə bacarığı bütün respublikaya yayılıb orden və medallarla təltif olunub. Rayonun birinci katibi ilə birgə fəaliyyəti rayon mərkəzi və onun kəndlərində böyük irəlləyiş inkişafına nail olublar. Katib özünə yaxın köməkçi kimi onu 1991-ci ildə maüvin təyin edib.

Bu vəzifədə Əli müəllim bir il işləyib. Onu 1992-ci ildə geridə qalmış Kosalı kəndinə direktor göndəriblər. Bu kənddə də böyük dönüş yaradan Əli müllimi yenidən rayunun geridə qalmış Təkəli sovxozuna göndəriblər. 1993-1994-cü illərdə bu sovxoza rəhbərlik edən, öz qanıyla-canıyla kənd təsərrüfatına bağlı olan Əli Mənsur oğlu burada da böyük dönüş yaradaraq sövxozu gerilikdən qurtarıb. 1994-cü ildə yenidən onu rayon mərkəzinə dəvət ediblər və rayon icra başçısına müavin təyin ediblər. Həmin illərdə rayonun sosial-müdafiə fondu idarəsində böyük hərc-mərclik, korrupsiya baş alıb gedirdi. Bu məsələ icra başçısını çox düşündürürdü. Elə buna görə də rayon icra hakimiyyyətinin son iclasında Əli Yüzbaşovu rayon sosial müdafiə fonduna müdir təyin ediblər.

1998-ci ildə bu əvəzolunmaz mütəxəssis yenidən rayon icra başçısının müavini təyin olunub. 1999-cu ilə kimi Əli müəllim müavin kimi bu vəzifədə şərəflə çalışıb. Sonra Əli Yüzbaşovu daha böyük bir vəzifəyə irəli çəkiblər. Onun bütün işlədiyi dövrdə fəaliyyətini nəzərə alaraq 1999-cu ildə Əli müəllim Gürcüstan prezitentinin Kvemo-Kartli bölgəsi üzrə səlahiyyətli nümayəndəsinə müavin (Qubernator mavini) təyin olunub.

Qubernator müavini işləyən zaman rayonun Ağəmmədli kəndində, bu elin oğlu Mahal Musa oğlu Tükənovun xeyriyyəçiliyi ilə inşa olunan məsçidin açlışına dəvət olunan Əli müəllim burada çıxışı zamanı ürək çatışmazlığından halı pisləşib..
Əli müəllim həyatı boyu dindar adam olub. Elə allahın evində də haqqın dərgahına qovuşub.
Allah rəhmət eləsin!..

Onu da qeyd edək ki, daim pillə-pillə yüksəkliklərə ucalan Əli Mənsur oğlu həm də gözəl ailə başçısı olub. O, 1977-ci ildə ailə həyatı qurmuşdu.
Böyükxanım adlı qızı, Rauf və Tariyel adlı oğulları var. Hər üç övladı ali təhsillidir.
Bu gün Əli müəllimin yolunu uğurla davam etdirirlər. Biz də onlara uğurlar arzulayırıq...
Və fürsətdən istifadə edib, Əli Yüzbaşova Allahdan rəhmər diləyir, "Ruhun şad olsun!" -deyirik.

Aşağıda istedadlı qələm dostumuz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Borçalıda yaşayıb-yaradan şair-publisist Səyavuş UYĞUNun Əli Yüzbaşova həsr olunmuş “Pillə-pillə ucalan insan” poemasını dəyərli oxucularımıza təqdim edirik.
Müşfiq BORÇALI,
ZiM.Az


Səyavuş UYĞUN

PİLLƏ-PİLLƏ UCALAN İNSAN
(poema)

Borçalının ziyalı oğlu, gözəl insan
Əli Yüzbaşovun əziz xatirəsinə itaf olunur

Proloq


Insan bu dünyaya gələn zamanı,
Yazılır alnına bəxti, iqbalı.
Dəyişir hər vaxtı, yaşayış anı,
Görür həyatında çox qeyli-qalı.

Bəzən taleyinə günəş, ay doğar,
Şansı yüksək olur belə kəslərin.
Qaranlıq məqamı şöylə, nur bağar,
Ucalar avazı bu gur səslərin,

Olar həyatında tənəzzülü də,
Ancaq bədbin etmir gerilik onu.
Şax durar ayağa olsa ölü də,
Bilib zəfərlərin nə olduğunu.

Həyatda həmişə qələbə çalmaq,
Hər zaman hamıya qismət olmayır.
Mənasız bəxtindən intiqam almaq,
Bəzən də heç vaxtı fürsət olmayır.

Olubdu həyatda belə bir insan,
Görüb səadətini al səhərində.
Taleyi uzunu bizim qəhrəman,
Ucalıb vəzifə pillələrində.

***

Alget elatında, yaz- bahar günlü,
Bir oğul doğuldu, sədalı- ünlü,
Oldu bu ailə toylu-düyünü,
Bu, Mansır kişinin xoşbəxt anıydı.
Gələcək günlərin ərmağanıydı.

Böyükxanım ilə o Mənsur kişi,
Oğul böyütdülər edib gərdişi,
Alın zəhmətiylə görüb hər işi,
Böyütdü oğlunu bir insan kimi.
Həyat yollarında qəhrəman kimi.

Bitirdi məktəbi hamıdan üstün,
Ona həsət etdi tay-tuşlar bütün,
O, ali məkdəbdə oxumaq üçün,
Getdi Rusiyaya böyük torpağa.
Sevindi atası belə sorağa.

Tələbə illəri ötdü yel kimi,
Ömründə soraqlı gözəl il kimi,
Dostların sevinci daşdı sel kimi,
Bitirdi şərəflə ali məktəbi.
Yetirdi yerinə gözəl mətləbi.

Uçdu doğma kəndi Algetə sarı,
Onu qarşıladı yaxın dostları,
Görəndə yurdunu artdı vüqarı,
Ata-anasıyla o qucaqlaşdı.
Hamının fərəhdən sevincı daşdı.

Çıxdı kənd içinə sabahsı günü,
Doğmalar aldılar onun üstünü,
Yayıldı elata sədası-ünü,
Rayon mərkəzinə çatdı xəbəri.
Onu dəvət etdi rayon rəhbəri.

Onu təyin etdi rayon başçısı,
Katibin birinci təlimatçısı,
Yormadı işinin şirin-acısı,
Saxladı özündə mərdlik qüruru.
Oldu o gündən də, dövlət məmuru.

Elinin qızıyla ailə qurdu,
İki oğlu oldu bir qızı oldu,
Onlara toy edib təhsildə verdi,
Onun saf ürəyi sevinclə doldu.
Getdiyi haqq yolu - müqqəddəs yoldu.

Öz doğma kəndinə aqronom kimi,
Gedəndə titrədi qəlbinin simi,
Bilib təsərrüfatçı öz biliyimi,
Mənə hörmət etdi eloğullarım.
Keçirdi həyata öz nağıllarım.

Bir ildə sovxozu çəkdi irəli,
Hamıya sevdirdi işi-əməli,
Qabaqcıl işinə qoydu təməli,
Vermədi vaxtını havayı yelə.
Onu tanıdılar şəhərdən belə...

***.

Girdi kobinetə direktor kimi,
Yığdı işçiləri bir lektor kimi,
Oldu ilk görüşdə qəlbin hakimi,
Sovxozda işləyən mühasib Təmir.
Seçildi könlünə münasib Təmir.

İlk gündən dost oldu bu iki nəfər,
Kəndin hər işinə eylədi nəzər,
Ondan razı qaldı bütün fəhlələr,
Mühsib Təmirlə tutdu söhbəti.
Hər şeyi həll etdi onlar vəhtədi.

O hər məsləhəti aldı Təmirdən,
Sözü möhkəm oldu polad dəmirdən,
Kənara çıxmayır heç kəs əmirdən,
Sovxozda hər fəhlə görəndə bir iş.
Direktor Əliyə etdi sitayiş.

Keçıcı bayrağı aldılar o il,
Yetişdi tərəvəz sahədə sel-sel,
Birlikdə çalışdı bütün oba-el,
Fəhlənin-kəndlinin artdı sevinci.
Rayon miqyasında oldu birinci.

O, üç il işlədi bir rəhbər kimi,
Işdən yorulmadı cəngavər kimi,
Yığdı fəhlələri səfərbər kimi,
Üç ili hər zaman oldu avanqart.
Üç ildə planı doldu avanqart...

***

Təriflər, xoş sözlər həddini aşır,
Böyük vəzifələr ona yaraşır,
Dostların sevinci qaynayıb daşır,
Böyük bir vəzifə verdilər ona.
Baxılmadı onun etirazına.

İşlədi “aqroprom”, rəhbəri kimi,
Torpaq becərənin təpəri kimi,
Fəhlənin, kəndlinin sipəri kimi,
Gəzdi sahələri qarışba-qarış,
Onu qorxutmadı hətta qarlı qış.

Iki il işlədi bu vəzifədə,
Yerində yoxladı verdiyi vədə,
Baxmazdı heç zaman deyilən hədə,
Odur ki, hər yerdə hörməti vardı.
Harda lazım olsa orda olardı.

***

Raykomun möhtəbər yığıncağında,
Məhsul yığımının qızğın çağında,
Əli oturmuşdu onun sağında,
Tənqid olunurdu gerdə qalanlar.
Alqışlar alırdı plan dolanlar.

Gəldi ortalığa Kürdlər sovxozu,
Məhsulu yanıbdı, qalmayıb tozu,
Kömək edəmmədi yüz yazı-pozu,
Odur ki, rəhbəri dəyişmək gərək.
Qoy gülsün üzünə onun gələcək.

Ayağa qalxaraq raykom bu an,
Düzələn deyildi o kənd heç zaman,
Göndərək o kəndə söylədi, cavan,
Deyərək söylədi namizədini.
Açıq söyləmədi onun adını.

Məsləhət bildilər Əli müəllimi,
Katib hardan vurdu bildilər simi,
Layiq bilirsiniz söyləyin kimi,
Büro üzvüləri təstiq etdilər.
Katibin dediyi yolla getdilər.

Bərbad bu sovxozu götürüb Əli,
Əsaslı dəyişdi burda təməli,
İslahatlar etdi bura gələli,
İki il işlədi bu təsərrüfatda.
İrəlləyiş etdi o bu həyatda.

Gerilik yox oldu Kürdlər elində,
Buğdası bol oldu sümbül telində,
Məhsul aşıb- daşdı hesab ilində,
İlk dəfə mükafat aldı fəhlələr.
Çünki, qayğıkeşdi burdakı rəhbər...

***
.
Qayğı göstərirdi öz ellərinə,
İllər qalandıqca xoş illərinə,
Qalxırdı vəzifə pillələrinə,
Taleyi gülürdü onun üzünə.
Düşmüşdü nəhayət haqqın izinə.

İllər bir-birini etdikcə əvəz,
Fədakar insanlar bir daha gəlməz,
Yetişdi kəndlərdə meyvə- tərəvəz,
Keçici bayrağı aldı o ili.
Bununla ucaldı işi-əməli.

Ali vəzifəyə dəvət olundu,
Nə təlaş keçirdi, nə də uçqundu,
Dedilər bu sənin haqlı yolundu,
RİK-nın sədri seçildi o gün.
El-oba sevindi bu işə bütün.

Yeni vəzifədə, yeni planlar,
Gəldi qəbuluna bütün insanlar,
Qayğılar böyüyüb çoxalan anlar,
Nə gecəsi oldu, nə də gündüzü.
Seçdi ilk zamandan əyrini-düzü.

Gəzdi ilk zamdan bütün elləri,
Gəzdi qarış-qarış bütün çölləri,
Gözəl qarşıladı gələn illəri,
İllər tarixinə yazdı bu adı.
Seçmədi heç zaman doğmanı, yadı.

Çox işlər yaratdı milləti üçün,
Çalışdı ellərin vüsəti üçün,
Etdi öz xalqının səadəti üçün,
Çıxanda dedilər nər oğlu nərdi.
Haqqın düz yolunu bizə göstərdi...

***

Raykom çağırıb onu yanına,
Bir də nəzər saldı hər imkanına,
Ona and da verdi öz vicdanına,
Bu gündən müavinim olursan mənim.
Gördüyün hər işə bələdəm sənin.


Dinmədi qəhrəman razılıq etdi,
Katibin dediyi bu yolla getdi,
Bunla danışıqlar qurtardı bitdi,
O gündən sağ əli oldu katibin.
Sevincdən gözləri doldu katibin.

Öz işi, biliyi, savadı ilə,
Hər an seçilirdi öz adı ilə,
İsti nəvazişi, qayğısı ilə,
Çoxuna əl tutub kömək edirdi.
Hər nə edirdisə o tək edirdi...

***

Çox geri qalmışdı Kosalı kəndi,
Kolluqlar basmışdı bərəni, bəndi,
Raykomun gözləri yaxşı görəndi,
O kəndə Əlini göndərək gərək.
Sonu nə olacaq bir baxıb görək.

İki il işlədi burda qəhrəman,
Kənddə geriliyi yox edən zaman,
Katib imzaladı bir yeni fərman,
Təkəli kəndinə gedirsən fəqət,
Eldən bərəkətdir, səndən hərəkət.

O gün baş tutmuşdur kəndə səfəri,
Xalq qarşıladı təzə rəhbəri,
Yığıb idarəyə o fəhlələri,
Bir ildə gerilik yox olmalıdır.
Verilən planlar bax dolmalıdır.

Möhkəm dayanaraq dedi sözünü,
Camaat ağartdı onun üzünü,
Seçdi kənd içində əyri-düzünü,
Haqqa tərəf durdu sevindi hamı.
İl sonu etdilər məhsul bayramı.

***

Rayon mərkəzində oldu yığıncaq,
Müavin məsələsinə baxıldı ancaq,
Dedilər Yüzbaşov Əli olacaq,
Odur ki, yenidən çağrıldı geri.
Dövrünün möhtəşəm layiq lideri.

İlk gündən işinə girişdi möhkəm,
İşinə mat qaldı büsbütün aləm,
Gördüyü işlərdə heç olmadı kəm,
Çünki, haqdan gəlib onun qayəsi.
Safdı, müqəddəsdi əzəl mayəsi.

İki il raykomun müavini oldu,
O hara gedirsə ayağı boldu,
Getdiyi ən gözəl uğurlu yoldu,
Hara gedirdisə işi böyükdü.
Elin problemi ona bir yükdü.

Millət çox gəlirdi onun yanına,
Deyirdi dərdini bu divanına,
Sığdıra bilmirdi öz vicdanına,
Kasıbın hər dərdi onun dərdiydi.
O, elin müdriki, elin mərdiydi...

***

Hara qoyurdular üz ağardırdı,
Hər yerdə ləyaqət bilən kadrdı,
Harda lazım olsa hoya çatardı,
Onunçün onunla gələrək bəhsə.
Onu göndərdilər bizim “sobesə”.

Üç il müdir oldu sosial fonda,
Neçə ümidsizin dərdi olanda,
Onun qəbuluna gəldiyi anda,
Sevinclə çıxırdı onun yanından.
Razı qalırdılar hər fərmanından.

***


Üç ildən sonra da dəyişdi yeri,
Ulu Borçalının bu mərd lideri,
Fəqət qaytarıldı yenidən geri,
Icra başçısının müavini oldu.
Getdiyi möhtəşəm uğurlu yoldu.

Işlədi şərəflə bu vəzifədə,
Tədbirlər keçirdi bu ərəfədə,
Gördüyü işlərin hamısı sadə,
Yuxardan getmədi, getmədi heç vaxt.
Kiməsə pisliyi etmədi heç vaxt...

***

Sonra böyütdülər onu bir daha,
Yolu uğurluydu, yönü sabaha,
Ümidi bağlayıb böyük allaha,
Müavini işlədi qubernatorun.
Dedilər işində hər zaman qorun

Gəzdi bölgələri olaraq halı,
Saf-çürük eylədi bütün mahalı,
Sevdi bu lideri sevdi Borçalı,
Harda problem var orda olardı.
Onun qarşısını dərhal alardı.

Şair Ağacanın, aşıq Əmrahın,
Qoynuna sığınan ulu dərgahın,
Tutub ətəyindən ulu allahın,
Oldu təşkilçisi neçə tədbirin.
Keçirdi xoş günlər acılı-şirin.

Etdi açlışını Ağməmmədlidə,
Yenicə açılan təzə məscidin,
Gəldi din-imana sədaqətli də,
Onun səcdəsinə gəldilər hamı.
Etdilər bu kənddə dini bayramı.

Uçdu bu həyatdan sanki bir quşdu,
Nə qəzadan qaçdı, nə də sovuşdu,
Allahın evində haqqa qovuşdu,
Sanki o allahın öz adamıydı.
Elə şölə verən yanan şamıydı...

***

Epiloq

Məsciddə ölməyin savabı çoxdur,
Hər kəsin bəxtində belə şey yoxdur,
Dünya saf-mərdlərə nizədir, oxdur,
Ölməyib, yaşayır Yüzbaşov Əli.

Cisməni getsə də ruhu burdadır,
Özü haqq yanında, qəlbi nurdadır,
Taleyi, iqbalı daim surdadır,
Ölməyib, yaşayır Yüzbaşov Əli.

Yerində ucalan Əli sayıdır,
Bir qız, iki oğul allah payıdır,
Getdiyi cənnətin şah sarayıdır,
Ölməyib, yaşayır Yüzbaşov Əli.

Məşhurdu yurdunda öz soyadıyla,
Çox işlər bağlıdır onun adıyla,
Həmişə anılır doğma-yadıyla,
Ölməyib, yaşayır Yüzbaşov Əli.

Yazıldı tarixi illərimizin,
O, oldu söhbəti dillərimizin,
Qəlbində kök salıb ellərimizin,
Ölməyib, yaşayır Yüzbaşov Əli.
Ölməyib, yaşayır Yüzbaşov Əli.

3-18 dekabr 2015-ci il,
Marneuli şəhəri



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
Təbrik edirik, hörmətli MƏHƏMMƏD YÜZBAŞOV!..

Təbrik edirik, hörmətli MƏHƏMMƏD YÜZBAŞOV!..

Borçalı, Təbriklər
Ayvaz Həsənovun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının dostluq etalonu  ...

Ayvaz Həsənovun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının dostluq etalonu ...

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Əflatun Hüseynoğlu:

Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..." (Akademik Mədəd ...

Poeziya, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏBBƏT QARABAĞLI!..

ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏBBƏT QARABAĞLI!..

Bolus, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

Başkeçid
Ləyaqətin rəmzi                    (Poema)

Ləyaqətin rəmzi (Poema)

Müsabiqə, Borçalı
Xatirə qaldı səndən...

Xatirə qaldı səndən...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Mahmud Qurbanov (1956)

Mahmud Qurbanov (1956)

Başkeçid
“SOCAR-Georgia Gas” şirkətinin azərbaycanlı direktor müavini

“SOCAR-Georgia Gas” şirkətinin azərbaycanlı direktor müavini

Borçalı
Yəhya Mustafa oğlu Məmmədov (1932)

Yəhya Mustafa oğlu Məmmədov (1932)

Başkeçid
MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

"XXI əsrin Ziyalıları", Başkeçid
GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Siyavuş Uyğuna BAŞSAĞLIĞI

Siyavuş Uyğuna BAŞSAĞLIĞI

Nekroloqlar
Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Borçalı, Təbriklər
El ağsaqqalı PAŞA MƏMMƏDOV

El ağsaqqalı PAŞA MƏMMƏDOV

Başkeçid
Həyatını xalqına həsr etmiş dahi - AYVAZ HƏSƏNOV

Həyatını xalqına həsr etmiş dahi - AYVAZ HƏSƏNOV

UNUTSAQ, UNUDULARIQ!....
Borçalı elinin İslamı getdi...

Borçalı elinin İslamı getdi...

"Gürcüstan", UNUTSAQ, UNUDULARIQ!....
Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Məktəblər, Başkeçid
AYSƏBA (Poema)

AYSƏBA (Poema)

Borçalı
Rəy yazın: