“Ortaq”lıq yaxşı ideyadır-ortaq məxrəcə gələ bilsək...

“Ortaq”lıq yaxşı ideyadır-ortaq məxrəcə gələ bilsək... Bir ara fasilədən sonra “Ortaq tarix” ideyası yenidən gündəmə gəlib. Bununla bağlı yazılı və elektron mediada “Məktəblərdə “Ortaq türk tarixi” tədris olunacaq”, “Ortaq türk tarixi dərsliyinin yekun layihəsi qəbul olunub”, “Bütün şagird və tələbələrdə Turan tarixi və coğrafi şüurunu yaratmalıyıq”, “Ortaq türk tarixinin yazılması və tədrisi vacib olan məsələlərdən biridir” və s. bu kimi yazılar dərc olunur, fikirlər səsləndirilir. Hər şeydən əvvəl onu deyim ki, bu heç də yeni ideya və yeni məsələ deyil. Bildiyim qədər hələ bir neçə il bundan qabaq, daha dəqiq desək 2012-ci ilin mart ayında, sabiq təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyətilə görüş zamanı, ümumi təhsil sahəsində əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə diqqət çəkmiş, hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirmişdi.

O vaxt ortaq dərslik ideyası söz xatirinə söz olaraq qalmışdı. Çünkı, bu yanaşma o zaman ciddi gəbul olunardı ki, ilk olaraq Türkiyə və Azərbaycan təhsil sistemlərinin yaxınlaşdırılması məsələsi gündəmə gətiriləydi. Sistemlərin yaxınlaşması dedikdə nəyi başa düşürük? Bu, o deməkdir ki, birincisi, Türkiyədə olduğu kimi biz də 12 illik məcburi təhsilə keçməliyik. İkincisi, orta təhsilin pillələrini Türkiyə ilə eyniləşdirməliyik. Üçüncüsü, tədris planlarımızı və təhsil proqramlarımızı Türkiyə ilə maksimum bir-birinə yaxınlaşdırmalıyıq. Yalnız, bu işlər görüldükdən sonra, ortaq dərsliklər haqqında söhbət gedə bilərdi. Özü də “ortaq” ifadəsini bütün dərsliklərə yox, ilkin olaraq ancaq təbiət-riyaziyyat fənləri üzrə dərsliklərə şamil etmək yolu ilə. Digər dərsliklərinsə yalnız bir-birinə uyğunlaşdırılmasından danışa bilərik.

Bununla belə onu xatırladım ki, Türk Şurası təhsil nazirlərinin 2014-cü il noyabrın 22-də Türkiyənin Əskişəhir şəhərində keçirdikləri toplantıda üzv ölkələrin məktəblərində tədris olunacaq ortaq tarix kitablarının hazırlanmasını qərara almışdılar. Kitabın yazılması üçün isə bütün üzv ölkələrdən- Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan ən yaxşı tarixçilər cəlb edilməklə komissiya yaradılmışdı. Kitabın yazılması təşəbbüsünü isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürmüşdü. Qazaxıstanın paytaxtı Astanada “Ortaq türk tarixi” dərsliyi üzrə işçi qrupun iclasında isə dərsliyin yekun layihəsi qəbul olunub və iclasın qərar protokolu imzalanıb.

Deyilənlərə və yazılanlara görə orta məktəblərin 8-ci sinif şagirdləri üçün hazırlanan dərslik XV əsrə qədərki dövrü əhatə edir və 7 əsas hissədən ibarətdir. İclasda tərəflər “Ortaq türk tarixi” dərsliyinin son layihəsi üzərində aparılan işlərdən razılıq ifadə ediblər. İşçi qrupun görüşünün nəticələrinə əsasən, iclasın qərar protokolu imzalanıb. Protokola görə, tərəflər dərslik layihəsinin 2018-ci ilin mart ayında Qırğızıstanda keçirilməsi nəzərdə tutulan TDƏŞ (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) Dövlət Başçıları Şurasının 6-cı Zirvə toplantısında dövlət rəhbərlərinə təqdim edilməsi məsələsində razılığa gəliblər. Toplantıda layihənin prezidentlər tərəfindən təsdiqlənəcəyi halda, türk dövlətlərində tədrisinə başlanılacaq. Növbəti mərhələdə türk tarixinin XV əsrdən müasir zamana qədər olan dövrünü əhatə edəcək dərsliyin hazırlanması nəzərdə tutulur.

Hətta belə qərara da gəlinib ki, əsasən, 1500-cü illərə qədər gələn ortaq tariximiz əvvəl “seçməli, sonra məcburi şəkildə oxudulacaq.” Eyni əməliyyat gələcəkdə coğrafiya və ədəbiyyat kitabları üçün də reallaşdırılacaq. Qərara əsasən bu kitablar Türk Akademiyası tərəfindən hazırlanacaq. Beləcə, uşaqlarımız ortaq tarix, coğrafiya və ədəbiyyatımızı birinci əldən tanıma fürsəti əldə edəcəklər.

Təhsil Nazirliyini mövqeyi is belədir ki, "Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə vəsaitin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər".

Peşəkar tarixçi olmadığımdan “Ortaq tarix” ideyasının reallaşdıralacağı halda tariximizin və təhsilimizin nə qazanıb, nə itirəcəyini bəri başdan deyə bilmərəm. Bunu “fundamental” tədqiqatlarla məşğul olan tarixçilərimiz deməlidir. Düzdür, ortaq türk tarixi dərsliyinin hazırlanması və türk dövlətlərində tədrisi məsələsi nə dərəcədə məqsədəuyğundur sualını cavablandıranlar da var: “Bu gün Avropa vahid məkanda fəaliyyət göstərir. Nəyə görə biz belə bir məkanı Turan dünyasında qurmayaq? Artıq bunun zamanı çoxdan çatmışdır. Buna gedən yol isə Ortaq tarixdən keçir!”

Nə demək olar, bəlkə də bu ortaq dərsliklərinmi deyək, kitablarınmı ərsəyə gətirilməsi, bizim dərs vəsaitlərinin hazırlanması ilə məşğul olan tarixçilərimizə və buna məsuliyyət və cavabdehlik daşiyan təhsil və nəşriyyat məmurlarımıza bir dərs oldu.

Nə isə... Biz də heç olmasa, müştərək bir yana öz doğma tariximizi və təhsilimizi dirçəltmək üçün nə isə edək. Bu şərtlə ki, bu “nə isə” nəticəsində başqa “nə isə” lər yaranmasın. Necə ki, 8-ci sinif rus bölməsində Azərbaycan və Qarabağın tarixinin ayrıca kitablarla tədris olunması xeyli müddət müzakirə və mübahisə predmeti oldu...

Nadir İsrafilov

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

"Zirvə", Turan
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

MEDİA, Turan
Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

"Zirvə"
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil  ...

Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil ...

Humanitar elmlər, Turan

"Türkologiya” jurnalının əməkdaşı Türkiyədə mükafatlandırılıb... TƏBRİK ED ...

Humanitar elmlər, Təbriklər, Turan
Azərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ort ...

Azərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ort ...

AzTU, Turan
AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

Humanitar elmlər
AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU
“Ortaq türk əlifbası: keçmiş və gələcək” adlı dəyirmi masadan özətlər

“Ortaq türk əlifbası: keçmiş və gələcək” adlı dəyirmi masadan özətlər

"Şərqin səsi", Publisistika, Arxiv
ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU
“TÜRK DÜNYASI COĞRAFİYASI”  KİTABI  LAYİHƏSİNİN İLKİN MÜZAKİRƏSİ OLUB

“TÜRK DÜNYASI COĞRAFİYASI” KİTABI LAYİHƏSİNİN İLKİN MÜZAKİRƏSİ OLUB

Digər bölmələr
KİMİNİN BİLİYİ, KİMİNİN BİLƏYİ

KİMİNİN BİLİYİ, KİMİNİN BİLƏYİ

İdman
AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU
Türk Dövlətləri Təşkilatı –  türkdilli dövlətlərin tarixən könüllü şəkildə  ...

Türk Dövlətləri Təşkilatı – türkdilli dövlətlərin tarixən könüllü şəkildə ...

Elmi Məqalələr, Turan, Zalqa, Köşə yazılar
Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Elm, "Zirvə"
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
Rəy yazın: