"Qırmızı Ulduz" ordenli 20 yaşlı QƏHRƏMAN ƏSGƏR - RAHİB MƏMMƏDOV (1967–1987)

"Qırmızı Ulduz" ordenli 20 yaşlı QƏHRƏMAN ƏSGƏR - RAHİB MƏMMƏDOV (1967–1987) "Qırmızı Ulduz" ordenli 20 yaşlı QƏHRƏMAN ƏSGƏR - RAHİB MƏMMƏDOV (1967–1987) "Qırmızı Ulduz" ordenli 20 yaşlı QƏHRƏMAN ƏSGƏR - RAHİB MƏMMƏDOV (1967–1987)
UNUTSAQ, UNUDULARIQ!..

Xatırladırıq ki, 1987-ci il
fevralın 1-dən 2-nə keçən gecə
20 yaşlı azərbaycanlı əsgər -
1976-cı ildə Azərbaycanın Ağdam rayonundakı
Mahrızlı kəndində anadan olmuş
Rahib Gülmalı oğlu Məmmədov hərbi xidmət keçdiyi
Gürcüstanın Xobi rayonundakı Çaladidi kəndində
böyük fədakarlıq və qəhrəmanlıq göstərərək
təbii fəlakət zamanı 28 nəfər sakini
seldən xilas edib və
qəhrəmanlıqla həlak olub.

Ölümündən sonra o,
SSRİ Ali Soveti
Rəyasət Heyəti
nin
22 iyul 1987-ci il tarixli
Fərmanı ilə
"Qırmızı Ulduz" ordeni ilə
təltif edilib.

Rahib Məmmədovun
bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib.


Yerli sakinlər bu günün özündə də 1987-ci ildə
baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, onun xatirəsini həmişə
əziz tuturlar.

R.Məmmədov həlak olan gün həmin kənddə doğulmuş oğlan uşağını məhz azərbaycanlı qəhrəman əsgərin şərəfinə Rahib
(Rahib Çanturiya)
adlandırıblar.

Qısa bir vaxtda elə həmin Çaladidi kəndinin girişindəcə Rahib Məmmədovun əziz xatirəsinə abidə ucaldıblar.

1997-ci ildə Rahib Məmmədovun xatirəsinə Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda beynəlxalq boks turniri keçiriblər.

Qeyd edək ki, Rahib Məmmədovun xatirəsi Azərbaycan xalqı tərəfindən də daim əziz tutulur.

Rahibin oxuduğu orta məktəbdə İntiqam Əsədovun rəhbərliyi ilə
Rahib Məmmədov adına muzey yaradılmışdır.

Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində və
Marneuli rayonun Candar kəndində Rahib Məmmədov adına küçələr var.

Gürcüstan torpağında təbii fəlakət zamanı öz həyatı bahasına yerli əhalini ölümün pəncəsindən xilas edən azərbaycanlı əsgər Rahib Məmmədovun göstərdiyi sücaət haqqında qısa bir zamanda iki film çəkilmiş,
onlarla bədii və sənədli əsərlər yazılmışdır.

"Əbədiyyət yolu" (1987) - adlanan birinci iki hissəli, rəngli, qısametrajlı, sənədli filmin (560 metr, 35 mm) Rejissoru: Cahangir Zeynallı, Ssenari müəllifi: Cahangir Zeynallı, Operatoru: Tofiq Sultanov, Azər Salayev, Bəstəkarı: Firəngiz Əlizadə, Səs operatoru: Marat İsgəndərovdur.

"Sabaha hava haqqında məlumat" (1987) adlanan ikinci iki hissəli, rəngli, qısametrajlı, sənədli televiziya filminin (520 metr, 35 mm) Rejissoru və Ssenari müəllifi: Nicat Əliyev, Operatoru: Cabbar Məmmədov, Səs operatoru: Rəşad Mustafayevdir. (Bax: 1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 333.; 2. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.)

"Qırmızı Ulduz" ordenli 20 yaşlı QƏHRƏMAN ƏSGƏR - RAHİB MƏMMƏDOV (1967–1987) 2012-cü ildə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı aktivi olan Kulevi “Qara dəniz neft terminalı”nın maliyyə dəstəyi ilə qonşu respublikanın Xobi rayonunun Çaladidi kəndində azərbaycanlı əsgər Rahib Məmmədovun xatirəsinə ucaldılmış abidə kompleksi təmir edilərək bərpa olunub və onun büstü qoyulub.

Abidənin üzərindəki yazının mətni dəyişdirilib.
İngilisgürcü dillərində həkk olunmuş mətndə deyilir:

"1987-ci ildə baş vermiş sel daşqınları zamanı onlarla insanı həyatı bahasına xilas etmiş
azərbaycanlı əsgər Rahib Məmmədovun işıqlı xatirəsinə minnətdarlıq duyğusu ilə".


Yeri gəlmişkən: Bu mətni Azərbaycan dilində də yazmaq olmazdımı?!..


* * *

Xatırladırıq ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci il avqustun 25-də
Ağdamın Mahrızlı kəndində dünyaya göz açıb. 6 uşaqlı ailədə birinci övlad olub.
Jurnalist Lalə Musaqızı mətbuatda dərc olunmuş məqaləsində yazır ki,
Rahibin qardaşı Sahib Məmmədov söhbət söhbət zamanı qeyd edib ki,
Rahib ailəcanlı, zəhmətkeş, təsərrüfatcıl, qoçaq idi:
“Həmişə böyük qardaş kimi ondan nümunə götürərdik. Üstündən illər keçsə də,
Rahibin adı gələndə anamı qəhər boğur. Rahib başqa cür oğul idi.
Bir yerdə dayanmırdı, həmişə nə iləsə məşğul olurdu, iş-güc dalınca qaçırdı.
Çox zəhmətkeş idi. Uşaqla uşaq, böyüklə böyük idi”.


Rahib Ağdamda Mexanizasiya Texnikumunda mexanik ixtisasına yiyələndikdən sonra
1985-ci ilin oktyabrında hərbi xidmətə yollanır.
2 ildən sonra - 1987-ci il oktyabrın 1-də əsgəri xidmətini başa vurub kəndlərinə qayıtmalı,
sevdiyi qıza qovuşmalı idi...
Ancaq 1987-ci il fevralın 1-dən 2-nə keçən gecə Batumidə baş verən daşqın
19 yaşında onun ömrünü yarıda qoyur.
Belə ki, 1987-ci ilin fevralında qonşu Gürcüstan respublikasında havaların isti keçməsi,
qarın üzərindən güclü yağışın yağması regionda təbii fəlakətə səbəb olur.
Nəticədə Kür çayının bir qolu sayılan Rioni çayı məcrasından çıxır.
Çayın yaratdığı ilk faciə Çaladidi kəndində baş verir. Respublikada fövqəladə vəziyyət elan olunur.
Su basmış ərazilərdən əhalinin çıxarılmasına hərbi hissələr cəlb edilir.
Batumi şəhər Xerçal qəsəbəsində yerləşən motorlaşdırılmış hərbi hissədən xilasetmə işlərinə cəlb edilmiş
dörd ədəd zirehli maşınları (BTR ) idarə edən əsgərlərin arasında azərbaycanlı Rahib Məmmədov da olur.
Yolda xilasetmə işlərinə səfərbər edilmiş “BTR”-lərdən birinin mühərriki nasazlayır.
Çaladidi kəndinə çatdıqdan sonra acınacaqlı və dəhşətli vəziyyəti görən daha bir “BTR” komandası
suya girməkdən imtina edir. Qalan iki BTR-dən birini Rahib Məmmədov idarə edirdi.
Digərinin heyətində isə mayor Kurşakov və leytenant Aleksandr Ksenefontov olur.
Beləliklə, xilasetmə işlərinə başlanılır. Çaladidi kəndinin aşağı hissəsindən keçən dəmiryol xəttinin suyun axarının qarşısını alması vəziyyəti bir qədər də gərginləşdirmişdi. Rahib Məmmədov idarə etdiyi “BTR”lə su basmış kəndə birinci girişi nəticəsində çoxlu kənd sakinini xilas etmək mümkün olur. Lakin dəmiryol xətti və onun yaxınlığında inşa edilən körpünün altında selin gətirdiyi ağaclar suyun qarşısını aldığından onun səviyyəsi bir qədər də artır. İkinci gedişdə leytenant Ksenofontovun idarə etdiyi BTR-in pəri ağaca ilişərək qırılır. BTR işlək vəziyyətini itirdiyindən suda batmağa başlayır. Bunu görən Rahib Məmmədov kənd sakinlərini düşürüb təcili olaraq əsgər yoldaşlarını xilas etməyə tələsir. Çox çətin olsa da, Ksenefontovun idarə etdiyi BTR-i xilas edir. Ancaq suyun səviyyəsi artmaqda davam etdiyindən xilasetmə işləri çətinləşir və hərbçilər mümkün təhlükəni əsas gətirərək xilasetmə işlərini dayandırmaq istəyirlər. Lakin kənddə hələ də adamların qaldığını görən Rahib Məmmədov mayor Kurşakov və leytenant Aleksandr Ksenefontovla birgə yenidən kəndə gəlir və qalan səkkiz nəfəri “BTR” in üzərinə yığaraq xilas edir. Qayıdan məqamda suyun səviyyəsi daha da artdığından Rahib Məmmədovun BTR-i idarə etməsi çox çətinləşir. Belə gərgin məqamda, üstəlik, BTR-in lüləsi körpünün üst örtüyünə ilişir və zərbədən əyilir. BTR suyun axınının əksi istiqamətində ilişdiyindən Rahib nə qədər çalışsa da, vəziyyətdən çıxa bilmir. Su isə artıq BTR-in lyükundan içəri dammağa başlayır. Bu zaman daha bir bədbəxtlik baş verir. Belə ki, zərbələrdən içəridə olan mayor Kurşakovun ayaqları sınır. Bu məqamda Rahib Məmmədov BTR-in üzərində olanlara özlərini quruya atmağı əmr edir. Özü isə bir anlıq BTR-ın lyükün açıb çıxmaq istəyərkən su şırnağı texnikanı yuxarı çırpır və Rahib Məmədov “BTR”-lə körpünün dəmiri arasında qalır. Leytenant Ksenofontovun dediyinə görə, məhz suyun təsirindən “BTR” sanki quruya atılır. Lyukdan çıxarkən Rahib Məmmədovun qan içində olduğunu görürlər. Həkim briqadası gələn zaman Rahib artıq keçinibmiş...

Sahibin sözlərinə görə, Rahib məlum hadisədən 2 ay əvvəl məzuniyyətini götürüb kəndlərinə gəlmişdi:
“Danışıqlarından belə başa düşürdüm ki, texnikadan başı çıxdığına, nizam-intizama riayət etdiyinə görə hərbi hissədə sevilən əsgərdir”.

yuxarıda da qeyd etdiyimiz kimi, Keçmiş SSRİ rəhbərliyi Rahib Məmmədovu bu fədakarlığına görə, ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif etmişdi.
1987-ci ilin martında 40 gün ərzində Ağdam Rayon Partiya Komitəsinin o zamankı birinci katibi işləmiş Sadıq Murtuzayevin təşəbbüsü ilə Rahib Məmmədovun vaxtilə oxuduğu məktəb üçün yeni bina inşa edilir. Əvvəlcə məktəbin bir hissəsində qəhrəmana həsr edilmiş guşə, sonra ictimai əsaslarla muzey fəaliyyətə başlayır. Məktəbdə fəaliyyət göstərən muzeydə eksponatların toplanması və ziyarətçilərə onların təqdimatının yükünü məktəbin tarix müəllimi Məzahir Məhərrəmov çəkirdi.

"Qırmızı Ulduz" ordenli 20 yaşlı QƏHRƏMAN ƏSGƏR - RAHİB MƏMMƏDOV (1967–1987)18 may 1990-cı ildə,
muzeylər günündə,
Mədəniyyət Nazirliyinin
təşəbbüsü ilə muzeyə
rəsmi status verilmişdir.

Onu da deyək ki,
Ağdam rayonunun
Mahrızlı kəndində
fəaliyyət göstərən
Rahib Məmmədovun
Xatirə Muzeyi
Qarabağ savaşı zamanı
işğal altında olmayan
yeganə mədəniyyət mərkəzidir.
Müharibənin ən şiddətli vaxtlarında muzey hərbi hospital kimi istifadə edildiyindən 1992-1997-ci illər arasında müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
1998-ci ildən başlayaraq mədəniyyət ocağının fəaliyyəti yenidən bərpa olunur.
Hazırda muzeyin fondunda 1776 eksponat var.
Muzeydə bu gün 330 eksponat nümayiş etdirilir.
Muzeyin binasının hazırda təmirə ehtiyacı olduğundan eksponatların ən qiymətliləri Bakıdakı “İstiqlal” muzeyinin fondunda saxlanılır.

Sahib Məmmədov onu da qeyd edib ki, sənədlərdə qardaşının 28 nəfəri xilas etdiyi göstərirlər. Əslində isə o 28 nəfəri yox, 28 dəfə selin dərinliklərinə baş vurub və 60-dan çox adamı xilas edib: “Fəlakət olan kənddə yaşayan gürcülərin özlərinin də dediyinə görə, əslində Rahib daha çox adamı xilas edib. Sadəcə qeydiyyatı aparan erməni olduğundan həm "rels"lərin, həm də Rahib tərəfindən xilas edilən adamların sayını az göstərib. Burada da erməni xəbisliyi, saxtakarlığı özünü göstərib”.

Rahib rəhmətə gedəndə Sahib hazırda qardaşının adını daşıyan məktəbin 11-ci sinfində oxuyurmuş.
Sahib elə həmin vaxtdan da, insanlardan ötrü özünü ölümə atan mərd qardaşının olduğuna görə hər zaman qürur duyduğunu fəxrlə vurğulayır:
“Oğlumun da adını Rahib qoymuşam ki, o da Rahib kimi mərd olsun”.


P.S.:

Dağlıq Qarabağ müharibəsində xüsusilə də Xocalı faciəsində fəali iştirak etmiş
Mixeil Avagyanın xatirəsinə Axalkalaki rayonunun Buqaşen kəndində ucaldılmış abidəsinin
2019-cu ilin məhz 20 Yanvar günündə təntənəli şəkildə - Gürcüstan rəsmiləri
Akhalkalaki Bələdiyyə Başçısı Yurik Hunanyan, Bələdiyyə sədri Nairi İriçyana,
Hakimiyyət orqanları, habelə millət vəkilləri Enzel Mkoyan və Samvel Manukyan,
eləcə də Ermənistanın fövqaladə və səlahiyyətli səfiri Ruben Sadoyan və başqalarının
iştirak etdikləri rəsmi açılış mərasimindən guya xəbəri olmayan Gürcütanın dövlət və
hökumət rəhbərlərinə bir daha 20 yaşlı azərbaycanlı əsgər - Rahib Məmmədovun
öz həyatı bahasına göstərdiyi qəhrəmanlıq və xeyirxahlıq şücaətini xatırlatmaq,
onların yadlarına salmaq istərdim...


"Qırmızı Ulduz" ordenli 20 yaşlı QƏHRƏMAN ƏSGƏR - RAHİB MƏMMƏDOV (1967–1987) Müşfiq BORÇALI,
ZiM.Az








"Qırmızı Ulduz" ordenli 20 yaşlı QƏHRƏMAN ƏSGƏR - RAHİB MƏMMƏDOV (1967–1987)
















"Qırmızı Ulduz" ordenli 20 yaşlı QƏHRƏMAN ƏSGƏR - RAHİB MƏMMƏDOV (1967–1987)



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı
Gürcüstan: Azərbaycanlı şəhidin xatirəsi doğulduğu kənddə anılıb

Gürcüstan: Azərbaycanlı şəhidin xatirəsi doğulduğu kənddə anılıb

---
DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov  (1972-1993)

DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov (1972-1993)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstan: Azərbaycanlı şəhidin xatirəsi doğulduğu kənddə anılıb

Gürcüstan: Azərbaycanlı şəhidin xatirəsi doğulduğu kənddə anılıb

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolni ...

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolni ...

Azərbaycan, Bolus, Nekroloqlar
Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
İSMAYIL QƏDİR  oğlu  MƏMMƏDOV (1957)

İSMAYIL QƏDİR oğlu MƏMMƏDOV (1957)

"XXI əsrin Ziyalıları", Bolus
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
Raqub Məmmədov ədalətli insandır!

Raqub Məmmədov ədalətli insandır!

Azərbaycan, "Şərqin səsi"
Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

BDU
RÜSTƏM MƏMMƏDOV  (1924-1987)

RÜSTƏM MƏMMƏDOV (1924-1987)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədb ...

AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədb ...

AzTU
Şəhid leytenant Fərid Vəlhəd oğlu Məmmədov - Kosalı (29.04.1990-25.10.2020)

Şəhid leytenant Fərid Vəlhəd oğlu Məmmədov - Kosalı (29.04.1990-25.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
ADPU Quba filialında

ADPU Quba filialında "44 günlük tarixi möcüzə" kitabının təqdimat mərasim ...

ADPU
ADPU-da professor İsa Məmmədovun 90 illik yubileyinə həsr olunmuş “Təhsildə ...

ADPU-da professor İsa Məmmədovun 90 illik yubileyinə həsr olunmuş “Təhsildə ...

ADPU
ASLAN MƏMMƏDOV (1952-2016)

ASLAN MƏMMƏDOV (1952-2016)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
Rəy yazın: