Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR"

Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR" NƏSİMİNİN ANADAN OLMASININ
650 İLLİYİ QARŞISINDA


Dünyanın bütün sənətkarları kimi, klassik Аzərbaycan ya­zıçıları da tarixən folklorla üzvi surətdə bağlı olmuşlar.
On­­lar öz yaradıcılıqlarında şifahi xalq ədəbiyyatından geniş isti­fadə edərək həmin əsərlərin oxunaqlı olmasına çalış­mışlar.

Nə­simi də şifahi xalq ədəbiyyatından geniş istifadə etmişdir. Onun yaradıcılığında şifahi xalq ədəbiyyatı - atalar sözləri
özü­­nü parlaq şəkildə göstərir. Bunun başlıca səbəbi, şüb­hə­siz, birinci ata­lar sözünün çox yığcam, dərin mənalı və
hamı tərəfindən an­laşıqlı; digər tərəfdən isə onun sənətkar üçün mi­silsiz təsvir və ifadə vasitələri olmasıdır.

Nəsimi əksər hal­­­­larda atalar sözünü şüurlu surətdə dəyişdirir, ixtisar et­mək­lə bəra­bər ona müəyyən əlavələr də edirdi.
Beləliklə, onun əsərlərində atalar sözü yeni məna, məzmun və ma­hiy­yət daşıyırdı. Nəsi­mi bunlardan öz yerində və
məharətlə is­tifadə etməyi bacarırdı.


Nəsimi mahir söz ustadı idi. O, ölməz sənəti ilə oxu­cu­la­rının qəlbində əbədi heykəl ucaltmışdır. Nəsiminin lirik əsərləri, azəri di­lində yaratmış olduğu divanı milli ədəbi dili­mi­zin, şer dilimizin in­kişafında bütöv bir mərhələ təşkil edir. O, əsərlərinin dilinə diqqət yetirmiş, canlı xalq dilinin tü­kənməz xəzinəsindən bacarıqla istifadə etmişdir. Nəsimi dili­nin zənginliyi, axıcılığı, sadəliyi və səlisliyi onun klassik ədə­bi irsin və şifahi xalq ədəbiyyatının qiymətli cəhətlərini ya­­radıcı formada mənimsəyə bilməsindədir. Bu da Nəsimi şe­rində, hər şeydən əvvəl, fikrin təsir qüvvəsinin və emо­sional­lığının artmasına yardım göstərmişdir.
Nəsimi insanın bir-birinə hörмət etməsini, gözəllik və ka­malını, əxlaq vəə tərbiyəsini, cəmiyyətdə davranışını canlı şəkildə göstərmək üçün "Mərifət insanın bəzəyidir" atalar sö­zündən yaradıcılıqla isti­fadə edərək deyirdi:

İnsan üçün mərifətdən özgə yoxdur bil bəzək,
Gör sədəf çılpaqdır, ancaq qəlbi zəngin inci tək.

Xəsislər, pul hərisləri və öz ailəsiniн ehtiyac içərisində saxlayanları tənqid edən şair "Ağıllı can saxlar, xəsis pul" atalar sözündən öz məqsədinə uyğun şəkildə istifadə edərək yazır:

Aqil insan zər üçün öz ömrünü vermə hədər,
Yaxşı bil məşhər çölündə tək siçanlar zər gəzər.

Özgənin bədbəxtliyinə və fəlakətinə, qəm və qüssəsinə, dərd və kədərinə, ağır həyat şəraitinə sevinənləri ifşa edən şair "Sınığa gülməzlər və ya sınığa sevinməzlər" atalar sö­zündən mənalı bir şəkildə istifadə etmişdir.

Yanıram eşqindən, axır gözlərimdən yaşlar,
Firqətin dərdi çıxardı ürəyimdə başlar.
Müdam gər tən edib, başıma çaxar eşqini,
Sınыğa vacib deyildir munca atmaq daşlar.

Şerin bütün məna və mündərəcəsi göz qabağındadır. Nə­simi bu bənddə bir neçə ideomatik ifadə və atalar sözün­dən istifadə etmişdir.
Nəsimi əsərlərində bədii üslub və priyomlardan elə mə­ha­rətlə is­tifadə edir ki, onun hər misrasında, hər beytində və hər bir kiçk həcmli lirik əsərində bir və ya bir neçə atalar sözünə təsadüf etmək olar. Bəzən atalar sözü şairin əsərlə­rində bir silsilə təşkil edir. Bu silsilə onun əsərlərini yüksək zirvələrə qaldırır. Xalqına və onun şi­fahi yaradı­cılı­ğına ya­xından bələd olan şair 46 bənddən ibarət olan "Sirr­lər üm­ma­nı" əsərində atalar sözündən geniş istifadə etmişdir. Bu da əsərin bədii məziyyətiniн qat-qat artmasına, onun oxu­­naqlı olmasına təsir göstərmişdir.
Xalqla yaxın olan və xalq üçün yaradan klassik şair Nə­simi öz ədəbi-bədii yaradıcılığında həmişə xalq yaradıcı­lığından, xalqın təfəkkür tərzindən yaradıcı şəkildə istifadə etmişdir.
Dərin təsir qüvvəsinə malik olan Nəsimi poeziyası Yaxın Şərq ölkələrində geniş yayılmışdır. Nəsimi xalq arasında alovlu və mübariz şair, vəfalı və sədaqətli bir şəxs kimi ta­nınmışdır. Buna görə də, xalq onun haqqında bir sıra sənət nümunələri yaratmışdır.

Gün xoş keçsə dərd ölər,
Qüssə gedər, dərd ölər.
Nəsimi tək haqq yolunda,
Can qoyanlar mərd ölər.

Xaiн molla, söy molla,
Səнdə yoxdur höy molla.
Nəsimi soyulubdur,
Ona yoxdur tаy molla.

"...O öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına qiymətli yeniliklər gətirmiş, Azərbaycan şer mədəniyyətinin inki­şafında mühüm rol oynamışdır. O, Azərbaycan ədəbiyyatı ta­rixinə alovlu insanpərvər, döyüşkən bir şair kimi daxil ol­muş, şeri mövzu, fikir, şəkil cəhətdən zənginləşdirmişdir".


QEYD:
Xatırladırıq ki, bu məqalə müəllifin, yəni professor Mədəd Çobanovun
hələ Azərbaycan SSR EA Dilçilik İnstitutunun dissertantı olduğu zaman yazılmış
«Sovet Gürcüstanı» qəzetinin 16.VI.1970-ci il tarixli №73 (5253) sayında
dərc olunmuşdur.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor MƏDƏD ÇOBANOV:

Professor MƏDƏD ÇOBANOV: "Dahi şairin bə­dii por­­­­­­­­­tireti"

Elmi Məqalələr, Mədəd Çobanov
“Cahana sığmayan Düha”

“Cahana sığmayan Düha”

Məktəblər
“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

Humanitar elmlər
Yeni kitab: “Qabal – bura Vətəndir”

Yeni kitab: “Qabal – bura Vətəndir”

Qabal, "Region-Press"

"İmadəddin Nəsimi dili və üslubu"

Yeni nəşrlər, Humanitar elmlər
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
Aşıq yaradıcılığının bədii təsvir və ifadə vasitələri haqqında

Aşıq yaradıcılığının bədii təsvir və ifadə vasitələri haqqında

Elmi Məqalələr, Folklor, Ədəbiyyatşunaslıq
Atalar sözü və məsəllərin təlim-tərbiyəvi xüsusiyyətləri haqqında

Atalar sözü və məsəllərin təlim-tərbiyəvi xüsusiyyətləri haqqında

Elmi Məqalələr, Folklor, Ədəbiyyatşunaslıq
Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Humanitar elmlər, Elmi Məqalələr
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik  ...

AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik ...

AzTU
Dünyadan gileyli getdi Nəsimi...

Dünyadan gileyli getdi Nəsimi...

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Rusiya, Diaspora
Şirazi və onun Gülşən-i Raz Tərcüməsi

Şirazi və onun Gülşən-i Raz Tərcüməsi

Yeni nəşrlər, Turan
“Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alq ...

“Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alq ...

Mədəniyyət
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
Akademik Möhsün Nağısoylunun yeni kitabı çıxıb

Akademik Möhsün Nağısoylunun yeni kitabı çıxıb

Yeni nəşrlər, Humanitar elmlər
İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

Humanitar elmlər
İmadəddin Nəsimi “Son səfər”də

İmadəddin Nəsimi “Son səfər”də

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbi tənqid
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
Rəy yazın: