MƏNSUR XANLU

MƏNSUR XANLU O taylı-bu taylı Azərbaycan! Sənin tale payına ayrılıq nəğməsi düşdü. Sənin yollarında sinəsini sipər edən oğulların qanından çiçəklənən al lalələrin bu həsrətdən ləçək-ləçəkdir. Əsən yellər bu ləçəklərin ətrini bu taya yaydıqca Vətən həsrəti ürəkləri sızladır.

Bu günlərdə qəli sızladan bir xəbər bu taylı Azərbaycana çatdı. Cənubi Azərbaycanın tanınmış satiristi Mənsur Xanlu fevral ayının 17-ci günündə Təbriz şəhərində dünyasını dəyişdi. Bu dünyadan köç edən Mənsurun sözü-söhbəti, ana dilimdə yazmış olduğu əsərləri onu hələ zaman-zaman tanıdacaq. Haqqında yazılacaq əsərlər Mənsurun Azərbaycan nisgilindən danışacaq.

Kimdir Mənsur Xanlu?


Mənsur Xanlu öz dəyərli ömrünün böyük qismini Tərbiyət kitabxanasında keçirmiş, kitab yazma və oxuma eşqilə həyatdan zövq almışdır. Mənsur ulu babaları Həştəri (Sərəskənd) mahalından olan bu şair və yazıçı, 1327-ci şəmsi ilində (1948) Marağa şəhərində anadan olmuş və incəsənət sahəsində təhsil almışdır. Uzun müddət İngilis dili müəllimi kimi çalışmışdır.
1350-ci şəmsi ilində (1971) Təbrizin Tərbiyət kitabxanasında işə başlamış və oradan da təqaüdə çıxmışdır. O bir insan ömrünü əsl vətəndaş kimi yaşadı. İran və Azərbaycan ədəbiyyatı müasir əsrdə bu cür güclü qələmə sahib olan birisini çox az görüb desək, yanılmarıq. Mənsur Xanlu qələminə heç bir zaman etibarsız olmadı, onu yad məsləkə satmadı, qələminə yüksək qiymət verməyi bacardı.
Mənsur yazıçı ömrünü şərəflə başa vurdu.


Əhl-əyalın palazın sat, qələmi satmaginan,
Çün qələm mərzidir insanilə heyvanə oğul!

MƏNSUR XANLU Hə, bir ömür boyu qələmini silah etməyi bacardı Mənsur. El arasında mərd kişi adını sözdə yox, əməlində qazandı. Söz sənətkarı sözə dəyər verib qələmilə ucaldı.
Mənsur Xanlının yaradıcılığı çoxşaxəli və zəngindir. Tanınmış yazıçı Səməd Behrəngindən tərcümə etdiyi “24 saat yuxu və ayrılıq arasında” əsəri yazıçının geniş maraq dairəsini əks edir.
Zəngin xalq yaradıcılığından bəhrələnən Mənsur yaradıcılığında xalq deyimlərinə həssaslıqla yanaşılaraq gen-bol istifadə olunub. “Söz sözü gətirər, arşın bezi” əsəri bu nümunələrdəndir.

Bu gün Mənsur Xanlunun 400 beytdən çox Azərbaycan və fars dilində şeir yadigarı qalıbdır. Mənsur Xanlının yaradıcılığında “Qədim Təbrizin tarixi”, “Ağ qartal”, “Gözəllik aynası”, “Acı gülüşlər”, “Ağlamaqdan sovuşub əhavalatım gülməliyəm”, “Bəhlul Danəndə gülür”, “Unudulmuş mahnılar”,
“Bu günün bayatıları” və neçə belə kitabları işıq üzü görüb, oxucu sevgisi qazanıb.

Ümid edirik ki, bu sevgi hələ zaman-zaman öz oxucularını Mənsur Xanlu yaradıcılığına
daha çox cəlb edəcəkdir.


Naibə Eldar qızı Rzayeva,
f.ü.f.d., dosent
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBRİK EDİRİK, HƏQİQƏT İBRAHİMLİ!..

TƏBRİK EDİRİK, HƏQİQƏT İBRAHİMLİ!..

Təbriklər
Zəng eyləmə...  (Mənsur şeir)

Zəng eyləmə... (Mənsur şeir)

Regionlar
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilib

Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilib

Humanitar elmlər
BAYRAM İSGƏNDƏRLİNİN MƏNSUR ŞEİRLƏRİNDƏ İCTİMAİ-SİYASİ, MƏHƏBBƏT VƏ TƏBİƏT  ...

BAYRAM İSGƏNDƏRLİNİN MƏNSUR ŞEİRLƏRİNDƏ İCTİMAİ-SİYASİ, MƏHƏBBƏT VƏ TƏBİƏT ...

Naxçıvan, Elmi Məqalələr
ADPU-da doktorluq dissertasiyasının ilkin müzakirəsi

ADPU-da doktorluq dissertasiyasının ilkin müzakirəsi

ADPU
Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Yeni nəşrlər, Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Yeni nəşrlər, Humanitar elmlər
HƏMİŞƏ QƏLBLƏRDƏ YAŞAYAN İNSAN - TELMAN TANRIVERDİYEV

HƏMİŞƏ QƏLBLƏRDƏ YAŞAYAN İNSAN - TELMAN TANRIVERDİYEV

Qarabağ, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
İlhamə Məhəmmdəqızı: Ruhlarımız qovuşaydı barı...

İlhamə Məhəmmdəqızı: Ruhlarımız qovuşaydı barı...

Poeziya, Borçalı
Şahin BƏRDƏLİ:

Şahin BƏRDƏLİ: "Zəfərlə tanıtdın Azərbaycanı"

"Mən Şirvanın səsiyəm", Müsabiqə
Pillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOV

Pillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOV

Poeziya, Borçalı
“Xalq qəhrəmanlıq eposu” Azərbaycan dilində

“Xalq qəhrəmanlıq eposu” Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Bədii Tərcümə
ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Oc ...

ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Oc ...

ADPU, Orta Asiya
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Nümunəvi həkimlər

Nümunəvi həkimlər

Bakı, Səhiyyə
ADPU-nun professoru beynəlxalq konfransda

ADPU-nun professoru beynəlxalq konfransda

ADPU
MTN-çi Şuşanın işğalındakı şok məqamları açdı - Zim.Az/Tv

MTN-çi Şuşanın işğalındakı şok məqamları açdı - Zim.Az/Tv

Qarabağ, Tv
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Şəhidliyin ünvanı Əbədiyyətdir

Şəhidliyin ünvanı Əbədiyyətdir

Qarabağ
Rəy yazın: