"Biz alimləri məmurlaşdırmamalıyıq, əksinə, məmurları alimləşdirməliyik..."

"Biz alimləri məmurlaşdırmamalıyıq, əksinə, məmurları alimləşdirməliyik..." "Elmdə himayədarlıq kökündən ləğv olunmalıdır ki, alim əməyi vətənə xidmət etsin"

Beyin axını - 5 ci hissə

İntellektual sərbəstlik tədqiqatçı alim üçün ən zəruri ehtiyacdır.
A.Eynşteyn


Bu ilin avqust ayının 20- 21-də Parisdə Scientific Federationun təşkilatçılığı ilə keçrilən “Beynəlxalq Semiconductors-Optoelectronics-Nanostructures Konfransında” (İCSON- 18) mən “dəvət olunmuş məruzəçi” kimi iştirak edirdim. Konfransda “Metal Yarımkeçrici Kotaktın xassəsinə qeyribircinliyin təsiri (Influence of the Inhomogeneity on the Properties of the Metal-Semiconductor Contact)” – adlı məruzə ilə çıxış etdim.


Konfransın məruzələrinin məzmunu və ya öz məruzəmlə bağlı oxucuları yormaq niyyətim yoxdur. Hərgah ki, deyiləsi sözlər çoxdur. Ancaq qeyd edim ki, Bakı Dövlət Universitetinin loqosu da konfransın pannosuda yer almışdı. Əsas məqsədim konfranda müşahidə etdiyim bir sosial fenomen haqında fikir söyləməkdir.
Qeyd edim ki, konfransda “Plenar məruzələri” ya ərəb mənşəli alimlər, ya da yapon alimləri etdilər. Diqqəti cəlb edən məqam bundan ibarətdir ki, yaponlar öz ölkələrinin universitetlərindən gəlmişdilər. Ərəblər isə öz ölkələrindən yox, hərə bir ölkədən gəlmişdilər. Misal üçün, konfransın açılış məruzəsini Mahmoud A. El- Sherif etdi. O, ABŞ-da işləyir və çox müasir“Photonics Lab” –ın yaradıcısıdır. Prof. Mohamed Missous Birləşmiş Krallıqdan gəlmiş və ifrat yüksək tezlklər elektronikası sahəsində dünyada aparıcı mütəxəsisdir. Və ya birinci günün ikinci yarısında sessiyaya rəhbərlik edən prof. Mohamed Benyoucef Almaniyanın Kassel Universitetindən gəlmişdi. Konfransın ikinci günü sessiyalara rəhbərlik əsasən yaponlar edirdilər.
Sual olunur: səbəb nədir ki, ərəb professorları öz ölkələrində yox, inkişaf etmiş ölkələrdən (ABŞ, Birləşmiş Krallıq və Almaniya), amma yapon alimləri öz unversitetlərindən gəlmişlər? Səbəb nədir ki, ərəb ölkələrindən çox inkişaf etmiş ölkələrə “beyin axını” var, amma Yaponiyadan yoxdur?
Bu suallara cavab vermək üçün, əvvəlcə, alim əməyi ilə məmur əməyinin fərqinə varmaq lazımdır. Alim əməyi ilə məmur əməyinin fərqi varmı?
Fərq böyükdür. Ancaq bu fərqi görən də var, görməyən də. Məmur o şəxsdir ki, bəlli yerdə, bəlli qurumda və müəyyəni saatlarda (8 saat) dövlətə quluq edir. (Yaxşı məmur o kəsdir ki, dövlətinə yaxşı qulluq edir. Pis məmur o kəsdir ki, dövlətdən çox əsasən özünə qulluq edir). İş vaxtı qurtarandan sonra o, səhərki iş gününə qədər tam sərbəsdir. Sabah gəlib işini təkrarən davam edəcəkdir.
Məmurdan fərqli olaraq, alim (və ya digər intellektual sahənin zirvə adamı) sutkada 24 saat kəsilməz elmlə məşqul olan adamdır. Onun elmdən başqa digər fikri-zikri yoxdur. Bağda işləyəndə də, dənizdə çiməndə də özünü işdə hesab edir. Alim əməyi zamana görə kəsilməzdir Gündə 8 -10 saat işləyən alim artıq yarımçıq alim, və ya məmurlaşmış alimdir. Çünki, məmur əməyi zamana görə kəsiləndir. Bu ciddi fərq əmyin qiymətləndirilməsində nəzərə alınmalıdır. Çox inkişaf etmiş ölkələri bəziəri bu incəliyi nəzərə alır və onların əməyini məmur əməyindən yüksək qiymətləndirilir. Bu fərq nəzərə alınmayanda beyi axını baş verir.
Deməli, səbəbin kökü alim əməyinin qiymətləndirilməsindədir. Çox güman ki, inkişaf etmiş ölkələrdə (ABŞ-da, Birləşmiş Krallıqda, Almaniyada) alimim əmək haqqı günün 24 saatına hesablanır. Bununla da onun bütün yaşam qayğıları avtomatik öz həllini tapır və alim özünü 24 saat elm həsir edə bilir.
Yaponiyanin keçmiş Baş naziri Cyuintiro Koudzumidən soruşurlar: Siz dünyada elm və texnologiya üzrə liderliyə necə nail oldunuz?- sualına o belə cavab verir:
"Biz alimlərə nazirlər qədər maaş, diplomatlarda olduğu kimi mühafizə və imperatora olan qədər hörmət etdik..."
Dəqiq elmlər sahəsində Nobel mükafatı almış İslam dünyasının üçüncü alim türkiyəli Əziz Sancardır. İki il öncə Nobel mükafatçısı Əziz Sancar Bakıda UNEC –in qonağı olarkən ona sual verdilər: niyə qayıdıb Türkiyə universitetlərində dərs vermirsiniz? Nobelçi alimin cavabı belə oldu ki, ABŞ dövləti mənə o qədər qaygı göstərib ki, sadəcə onlardan keçə bilmirəm. Alimin gecə-gündüz işləməsi üçün ona qaygı göstərmək lazımdır.
Rusiya Elmlər Akademisiyasını təsis edən I Pyotrdan soruşurlar: yaratdığınız akademiyaın üzvlərinin maaşı nə qədər olmalıdır? Çar I Pyotr deyir: çarın maaşı qədər.
Əgər alim əməyi məmur əməyindən yüksək olarsa nə baş verər? Gənclərin ən talantlı və qabiliyyəti hissəsi fundamental elmləri öyrənməyə üstünlük verirlər. Əks halda onlar hüquqçu, həkim, mühəndisliyə, biznesə üstünlük verərlər. Bakı Dövlət Universetində 60 ilə yaxın işləyən müəllim kimi deyə bilərəm ki 1960- 1980 – cı illərdə universtetin, fizika, riyaziyyat, kimyiya, biologiya kimi fakultələrində ölkənin ən talantlı gəncləri təhsil alırdılar.
Təbii sual: İkinci dünya ölkələrdə də bu problemi qaydasına qoymaq mümkündürmü?
Əlbəttə, mümkündür. Fərz edək ki, 2-ci (və ya 3-cu) dünya ölkələrin birində yüksək çinli məmurun maaşı 1000 dollardır. O, bu əmək haqqını 8 saatlıq işə görə alır. Onda həmin ölkədə alimin əmək haqqı bundan təqribən 2-3 dəfə çox (yəni 3000 doll) olmalıdır. Belə olanda elm də, texnologiya da, sənaye də inkişaf edər. Gənclər elmin dalınca gedər. Ölkəni heç kəs tərk etməz və beyin axını baş verməz. Ölkədə iqtisadiyyat da, vətənpərvərlik də yüksələr.
Yeri gəlmişkən, bir məsələni də müzakirə etmək vacibdir. Müəllim professor ilə alim professorun fərqi varmı?
İ.Stalin dönəmində alimin qiyməti yüksək olub. Dövlətin gözündə alim məmurdan qəlbidə dururdu. Qərbdə də alimlərə məmurdan qəlbi duran zümrə kimi baxırlar və onlara təqribən 3 qat məmur maaşı alırlar. Onlar az dərs deyir, amma elmlə çox məşğul olurlar.
1950 ci illərdən sonra vəziyyət dəyişdi, çünki alimlər məmurlaşdılar. Əgər müəllim-professor eyni fənnin mühazirəsini müxtəlif qruplarda (və ya illərdə) təkrar- təkrar oxuyursa, onda o, təhsil sahəsinin məmurlaşmış professorudur. Onlar tədrisə çox, elmə az vaxt sərf edirlər və universitetlərdə, kolleclərdə müəllim professor işləyib məmur qədər yüksək maaş alırlar.
Bu məqalə çapa hazırlananda Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə AMEA həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı. Bu münasibətlə Akademiymızın dəyərli üzvlərini ürəkdən təbrik edirəm. Dövlət öz üzərinə düşən işi gördü. İndi elmdə geriiyin bütün məsuliyyəti akademiklərin üzərində qalır. Akademik seçkilərində şəxsi mənafeyə yox, dövləti mənafeyə səs verilməlidir ki, iti zəkalı alimlər Akademiyadan kənarda qalmasınlar ki, elmi qabağa apara bilsinlər.
Hesab edirəm ki, bu model bizdə də tətbiq etmək olar. Yəni biz məmurlaşmış alimləri təzədən alimləşdirməliyik və onlara Stalin dönəmində (və ya indi Qərbdə) olduğu kimi qayğı ilə əhatə olunsunlar. Belə olan halda rüşvət daxil olmaqla bir çox nüqativ hallar aradan qalxar. Bəzi Azərbaycan universitetlərində (UNEC və BMU) bu yanaşmadan istifadə edilir. Yəmi müəllim professor ilə alim professorun əməyi fərqli qiymətləndirilir. Birindən kefiyyətli elmi iş, digərindən keyfiyyətli dərs demək tələb olunur.
Son olaraq qeyd edim ki, istənilən dövlətin elm siyasəti elə olmalıdır ki, alim məmurlaşmasın, əksinə məmur alimləşsin. Dəyərli alimlərin düzgün seçilib (bütün qüsurların mənbəyi burdadır) Akademiyada yerləşdirilməsi elm siyasətinin vacib müddalarındandır. Emdə himayədarlıq kökündən ləğv olunmalıdır ki, alim əməyi vətənə xidmət etsin. Belə olan halda iqtisadiyyat yüksələr, beyin axını dayanar, gənclər vətənpərvər olar.

Sonda Böyük Nizamini təkrar yada salaq, çünki dediyidə hikmət böyükdür:

Alimdir gözümdə ən əziz insan
Qüvvət elmdədir - başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.

Prof. Şahlar Əsgərov,
əməkdar elm xadimi

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Elm, Biologiya və tibb elmləri
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Almaniyada elmin inkişafına töhfə verən azərbaycanlı alim

Almaniyada elmin inkişafına töhfə verən azərbaycanlı alim

AzTU, "Şərqin səsi", Avropa
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Biologiya və tibb elmləri
Mühəndislik və Texnologiya

Mühəndislik və Texnologiya

Köşə yazılar
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Diaspora, Dünya
“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

Humanitar elmlər
Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans

Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans

Əsas xəbər, Elm, Biologiya və tibb elmləri
Boyunduruq altinda yetişən gənclik

Boyunduruq altinda yetişən gənclik

Gənclik, Köşə yazılar
AZƏRBAYCAN MƏKTƏBİNİN VƏ PEDAQOGİKASININ QIZIL XƏZİNƏLİ ALİMİ

AZƏRBAYCAN MƏKTƏBİNİN VƏ PEDAQOGİKASININ QIZIL XƏZİNƏLİ ALİMİ

ADPU, "Elm və Təhsil"
Nobel mükafatı almış ilk və tək azərbaycanlı

Nobel mükafatı almış ilk və tək azərbaycanlı

Dünya, Azərbaycan, Elm
Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Gürcüstan, Qarayazı
ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

Digər bölmələr, Tiflis, Nekroloqlar
BDU-nun rektoru, akademik Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının həq ...

BDU-nun rektoru, akademik Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının həq ...

BDU, Təbriklər, Rusiya
Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi ko ...

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi ko ...

Digər bölmələr
Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Elm, MEDİA, Tiflis
Berkli Universitetinin professoru, məşhur soydaşımız, dünya şöhrətli alim L ...

Berkli Universitetinin professoru, məşhur soydaşımız, dünya şöhrətli alim L ...

Elm, Dünya, Amerika, Diaspora
Salman Qazi:

Salman Qazi: "DÜNYADA BİR ALİM İZ QOYDU GETDİ" və yaxud: "MƏDƏD MÜƏLLİMİ ...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Zaur Darğallının Uğur hekayəsi

Zaur Darğallının Uğur hekayəsi

Rustavi, Borçalı
Rəy yazın: