TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUBTBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB 2019-cu il Noyabrın 23-də Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış maarif xadimi, “Kitabi-Dədə Qorqud” eposunun araşdırmaçısı, folklorşünas alim Hüseynqulu Məmmədlinin (Məmmədov) anadan olmasının 100 illik yubileyi qeyd olunub.

ZiM.Az xəbər verir ki, böyük alimin yubileyi ilə əlaqədar təşkil olunmuş dəyirmi masada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndələri, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliyinin əməkdaşları, H.Məmmədlinin övladları, yaxınları, ziyalılar iştirak ediblər.

Tədbirdə əvvəlcə H.Məmmədlinin xatirəsi bir dəqiqlik sükutla yad olunub.

Sonra muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi
Leyla Əliyeva
çıxış edərək H.Məmmədlinin yaradıcılığından söz açıb, 1919-cu ilin noyabrında Borçalı mahalında, Bolnisi rayonunun Faxralı kəndində anadan olmuş alimin elmi fəaliyyətinin 20 ildən çoxunun Gürcüstanla bağlı olduğunu bildirib.

Şair Osman Dərviş çıxışında alimin yaradıcılığını bir neçə mərhələyə bölüb.
Bildirib ki, tanınmış ziyalı ömrünün 50 ilini elmi fəaliyyətə həsr edib.

AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, professor Ramazan Qafarlı bildirib ki, 1919-cu ildə Borçalı mahalından anadan olan H.Məmmədli 20 il Gürcüstanda pedaqoji fəaliyyətlə məşğul olub. Sonradan Bakıya köçən alim, o zamankı Maarif Nazirliyində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

Onun sözlərinə görə, Hüseynqulu Məmmədli təkcə ictimai xadim deyil, həm də xeyriyyəçi, publisist, şair, jurnalist və tədqiqatçı olub. Onu haqlı olaraq “Xalq alimi” adlandırıblar. “H.Məmmədli Dədə Qorqud dastanını ən geniş, ətraflı və sistemli tədqiq edən alimlərdən biri olub. O, eposu Türkmənistan, Türkiyə və Rusiyada da araşdırıb”, - deyə R.Qafarlı vurğulayıb. Şöbə müdiri Azərbaycanda və Gürcüstanda gənc alimlərin H.Məmmədlinin yaradıcılığı ilə bağlı araşdırmalar aparmalarının əhəmiyyətini qeyd edib.

“H.Məmmədli müstəqil Azərbaycan dövlətinin qurulduğu dövrdə anadan olub. Onun Dədə Qorqud dastanı ilə bağlı tədqiqatları müasir alimlər və araşdırmaçılar üçün əsl elmi mənbəyidir”, - deyə R.Qafarlı vurğulayıb.

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ramazan Qafarlı diqqətə çatdırıb ki, görkəmli pedaqoq H.Məmmədli Gürcüstanda və Azərbaycanda pedaqoji sahədə çox böyük uğurlar qazanıb. Onun fəaliyyəti digər alimlər üçün nümunədir.

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Seyfəddin Rzasoy deyib: “H.Məmmədli Azərbaycan mədəniyyətinin, folklorşünaslığının inkişafında, Dədə Qorqud eposunun tədqiqatında çox böyük rol oynayıb. Onun zəngin elmi yaradıcılığının böyük bir hissəsi Dədə Qorqudla bağlı olub. “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları Azərbaycanda və Türkiyədə bu eposun tədqiqində xüsusi bir mərhələ açıb”.

Daha sonra çıxış edən Faxralı 1 mömrəli ictimai məktəbinin ədəbiyyat müəllimi Fatma Aslanqızı H.Məmmədlinin həyat və yaradıcılığından danışıb, maarif fədaisi adlandırılan alimin Gürcüstanda və Azərbaycanda maarifçiliyin inkişafına böyük töhfələr verdiyini bildirib.

Türkiyənin Gürcüstandakı səfirliyinin əməkdaşı Yalın Kılıç və başqaları çıxış edərək H.Məmmədlinin zəngin yaradıcılığına nəzər salıb, tanınmış elm xadimləri və ədiblərin onun haqqında söylədikləri fikirləri və xatirələri bölüşüblər.

Sonda məktəblilər H.Məmmədlinin şeirlərindən parçalar söyləyib, aşıq Nargilə Mehtiyeva onun şeirlərinə bəstələnən aşıq mahnılarını ifa edib.

H.Məmmədlinin övladları folklorşünas alim Elxan Məmmədli, iqtisadçı alim Eldar Məmmədli, eləcə də Ramiz və Frəngiz Məmmədli qardaş-bacıları elm fədaisinin yaradıcılığına verilən yüksək qiymətə görə natiqlərə və tədbirin təşkilatçılarına minnətdarlıq ediblər.

Xatırladırıq ki, görkəmli ictimai xadim, tanınmış tədqiqatçı Qorqudşünas-alim H.Məmmədli vaxtilə Azərbaycan Maarif Nazirliyində 20 ilə yaxın məktəblər üzrə inspektor işləmiş, "Deyilənlər gəldi başa", "Dədəm Qorqud gəzən yerdi bu yerlər" kitablarının, "Dünyanı düşündürən "Dədə Qorqud" monoqrafiyasının müəllifi, "Kitabi-Dədə Qorqudun biblioqrafiyası" və "Kitabi-Dədə Qorqud Ensiklopediyası" kitablarının müəlliflərindən biri olub.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Elm, Humanitar elmlər, Folklor, Bolus, Təbriklər
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçir ...

Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçir ...

AzTU
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
Tbilisidə  yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Tbilisidə yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Ədəbi əlaqələr, Tiflis
29-cu Dədə Camal Məclisi:

29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu ...

"Borçalı" Cəmiyyəti
Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Humanitar elmlər
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
Etnoqraf-alimin monoqrafiyları işıq üzü görüb

Etnoqraf-alimin monoqrafiyları işıq üzü görüb

Naxçıvan
“CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri Kərəm Məmmədli “Sadaxlı  ...

“CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri Kərəm Məmmədli “Sadaxlı ...

"Borçalı" Cəmiyyəti
Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi ses ...

Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi ses ...

Humanitar elmlər
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
ADPU-da “Türk epos düşüncəsi yazılı mənbələrdə” mövzusunda Respublika elmi  ...

ADPU-da “Türk epos düşüncəsi yazılı mənbələrdə” mövzusunda Respublika elmi ...

ADPU, "Elm və Təhsil"
Dilçilik İnstitutu illik hesabat verib

Dilçilik İnstitutu illik hesabat verib

Humanitar elmlər
AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Tanınmış alim-şair Şurəddin Məmmədlinin öz ifasında şeirləri

Tanınmış alim-şair Şurəddin Məmmədlinin öz ifasında şeirləri

Tv, Poeziya, Borçalı, Turan
Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Humanitar elmlər, BDU, Folklor, Ədəbiyyatşunaslıq
AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib ...

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib ...

"Zirvə", Nekroloqlar
Rəy yazın: