95 YAŞLI MÜHARİBƏ VETERANI - TAHİR HƏKİMOV

95 YAŞLI MÜHARİBƏ VETERANI - TAHİR HƏKİMOV TƏBRİK EDİRİK!..

Ad günün mübarək, ay Tahir baba!..
Səni, təbrik edir bütün el-oba!..


El ağsaqqalı Tahir İsmayıl oğlu Həkimov (Padarlı) 1924-cü il mayın 13 də Qazax mahalının İncə dərəsində qədim yurd yeri Kəmərli kəndində anadan olub. 1938-ci ildə Qazax Müəllimlər Seminariyasına daxil olub, 1941-ci ildə oranı müvəffəqiyyətlə bitirib Kəmərli kənd yeddillik məktəbinə müəllim təyin olub. 1942-ci ildə könüllü olaraq ikinci Cahan müharibəsinə yollanıb. 1942-ci il dekabrın 6-da 1135-ci alayın nəzdində ön cahbəyə göndərilib. 1943-cü il fevral ayının 13-də yaralanıb, müalicə olmaq üçün Bakı şəhərindəki hərbi hosbitala göndərilmişdir. Sağaldıqdan sonra ikinci dəfə cəbhəyə getmiş, 1943 illin 11 iyulunda Prokofka ilə Tamarofka arasında gedən şiddətli döyüşlərdə ikinci dəfə sol ayagından yaralanıb. Həddindən çox itirdiyindən hüşunu itirib və almanlar tərifindən əsir götürülüb. Şipitovka stansiyasında vaqonlar doldurulub, italyan, fransız, ingilis, polyak, rus əsirlərlə saxlanan 8-ci saylı məhbus düşərgəsinə aparılıb.
Əsirlər saxlanan düşərgədə faşistlər onlarla amansız davranır, ac saxlayır ən ağır işlərdə işləyirdilər.
Almanlar əsirliklə ilk əvvəl azərbaycanlıları yəhudi hesab etdklərindən kütləvi şəkildə güllələyirdilər.
Tahir müəllim əsirlikdə olduğu muddətə Azərbaycan Demokratik Cümhüriyyətinin rəhbəri M.Rəsulzadənin rəhbərliyi ilə Arçil bəy adlı şəxsin köməkliyi ilə azərbayclıların kütləvi güllələnməsinin qarşısı alınmışdır.
Tahir Həkimov əsirlikdən azad olduqdan sonra yenidən doğma kəndi Kəmərlidə müəllimlik fəaliyyətini davam etdirib.
1949-cü ildə isə 8 nəfər ailə üzvü ilə birlikdə qədim Borcalı mahalının Aşağı Saral kəndinə köçüb.
Müəllimlik peşəsinin incə, məsuliyyətli və şərəfli olması onun üçün Borçalıda da həyat devizi olub.
1985-ci il kimi sevimli peşəsini dəvam etdirib, hörmətli müəllim və ağsaqqal kimi tanınıb.
Ömür-gün yoldaşı Lətifə xanımla birlikdə böyütdüyü 4 övlad - İsmayıl, Müsəllim, Oktay və Səriyyə müxtəlilf peşə sahibləri olmaqla yanaşı, xalqa ləyaqətli xidmət edirdilər.

Maraqlı faktdır ki, Tahir müəllimin atası İsmayıl Həkimov 1941-ci ildə 2-ci Dünya Müharibəsi başlayarkən könüllü olaraq cəbhəyə getmiş, 1942-ci ildə Xarkov uğrunda gedən döyüşlərdə qəhramancasına həlak olmuşdur. Həkimovlar ailəsi ziyalılar ailəsi kimi tanınmışdır. Tahir müəllimin qardaşları mərhum professor Mürsəl Həkimov, hərbçi, mərhum polkovnik-keytenat Vəkil Həkimov və başqaları bu ailənin adını şərəflə daşıyıblar. Həkimovlar nəsli idman sahəsində də böyük uğurlara imza atmışlar. Belə ki, Mürsəl Həkim, İsmayıl, Müsəllim Həkimovlar, onların gənc davamçısı Tural Həkimli idman ustası titulunu qazanmışlar. Hərtərəfli həyat təcrübəsinə malik olan Tahir kişi poeziya aləmində də öz sözünü demiş, 5 şeir kitabı ərsəyə gətirmişdir Yubliyarın 9 may qələbə münasibətilə yazdığı şeiri yerinə düşər:

Qələbə günüdür, a dostlar bu gün,
Ölkələr sevindi, ellər sevindi
Fərəhdən insanlar ağladı bu gün,
Kainat sevindi, bəşər sevindi.

Mən görmüşəm əsirliyin zülmünü,
Göynədir, göynədir odlu qəlbimi.
Allah göstərməsin o keçən günü,
Faşistlər məhv oldu, ellər sevindi.

45-də qurtardı o qanlı dava,
Tahirəm yalvardım uca Allaha
Sağ-salamat döndüm ana vətənə,
Doğmalar sevindi, anam sevindi.


Tahir müəllimin ocağı qonaqlı-qaralı olur. Tanınmış müğənni Şəmistan Əlizamanlı, şair Nizami Paşa Mutlutürk (Saraclı) vaxtaşırı bu ocağa baş çəkir, kişi ilə həmsöhbət olurlar. Kənddəki dostları Seyid Abbas, Məhəmməd müəllim, Rüstəm Poladov, Nəriman Əliyev tez-tez bu ailənin qonağı olur. Hər il ənənəvi olaraq yerlərdə 9 May qələbə günü münasibətilə təntənəli tədbirlər keçirilir. Veteranlara maddi yardım göstərilir.
Ağsaqqal müəllim optimist düşüncələrini belə ifadə edir: - Bütün müharibələr qan-qadadır, faciədir. Allahdan arzum budur ki, yer üzündə əmin-amanlıq olsun, münaqişə ocaqları söndürülsün. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü bərpa olunsun, əsgərlər sağ-salamat evlərinə qayıtsın.
Onun keçdiyi şərəfli həyat yolu gənclərimiz üçün nümunədir, örnəkdir.

...Tahir müəllimgilə getməyimə səbəb onun oğlu tələbə yoldaşım-əqidə, məslək dostum İsmayıl oldu. İsmayılla illərin sınağınan keçən dostluğumuz bu gün də davam edir. Uzun müddət polis orqanlarında rəhbər vazifələrdə işləyən İsmayıl nəslindən olan sələfləri kimi, o da Azərbaycandan məlum hadisələr zamanı, Vətənin dar günündə müharibəyə könüllü gedir, fəal iştirak edir. Könüllü getmək - bu nə deməkdir? Bu torpağa bağlılıq, yurdsevərlik, nəhayət, Vətən anlayışının ortaya çıxması deməkdir. Təqaudə cıxandan sonra neçə illərdir atası ilə birlikdə kəndə gəlir, həyət-bavacanı səliqəyə salır. Sanki onların becərdikləri bağ-bağça cənnətin gözəl bir guşəsidir. Ata-oğul məhəbbətin o dərəcəyə çatıb ki, artıq onlar bir-birindən ayrı dura bilmirlər.
Budur əsl insanlıq, budur insanlıq fəlsəfəsi!
Bizcə səmimiyyət olan yerdə haqq-ədalət divanı yaranır.


Sizləri Allaha sığınıb bu divana tapşırmaq ümidilə:

SABİR NOVRUZOĞLU.
Marneuli rayonu Axlılələ kəndi.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: