Sovet İttifaqı Qəhrəmanı - İsmayıl Xəlil oğlu Bayramov (1910-1945)

Sovet İttifaqı Qəhrəmanı - İsmayıl Xəlil oğlu Bayramov (1910-1945) Əslən ulu Borçalımızın Sarvan kəndindən olan
Bayramov İsmayıl Xəlil oğlu
– 1910-cu ildə Stavropol diyarının
Georgiyevski vilayətindəki Dolinovka kəndində azərbaycanlı ailəsində
dünyaya göz açmışdır.
Atası Xəlil kişi Borçalı nümayəndəliyinin Sarvan kəndindən, anası Tamam arvad isə həmin nümayəndəliyin Görarxı kəndindən idi.
Kəndli ailəsində boya-başa çatan Xəlil kişi Tamamla ailə qurduqdan sonra, Borçalıda yaşayış tərzinin çətinliyi gənc ailəni Şimali Qafqazda mulkədar kimi imkanlı, milliyyətcə rus olan Nemov, Bondarenko, Soljenıtsın, Bıkov və başqalarının qoyun sürülərinə çoban olmağa gətirib çıxartmışdır.
Beləliklə də, Xəlil Stavropol diyarının Georgiyevski bölgəsində məskunlaşıb çobanlıq etməyə başlamışdır.
İsmayıl Xəlil oğlu da elə uşaq yaşlarından atasının yanında çobanlıq edib təsərrüfatda bərkdən-boşdan çıxmışdır.
Ailə vəziyyəti yeniyetmə İsmayıla yalnız 1922-ci ildə Georqovski şəhərində oxumağa imkan yaratmışdır. Burada cəmi beş il oxumuşdur.
Həmin beş ildə də o, artıq çox gözü açıq, qıvraq, qorxmaz və igid bir yeniyetmə kimi yetişmişdir.
Xəlil və Tamamın ailəsi böyük idi. Onların İsmayıldan başqa bir neçə uşaqları –
Məhərrəm, İsrafil, Cəlil, CəbrayılGülcahan adlı övladları var idi.
Artıq İsmayılın uşaqlıq dövrü arxada qalmışdı.
Elə buna görə də o, evin böyük övladı kimi kolxozda işləməyə başlamışdır.
1927-ci ildə bu bölgədə məskunlaşan azərbaycanlılara dövlət torpaq, mal-qara və s. təsərrüfat imtiyazları verildikdə, elə həmin illərdə burada yaşayan Borçalı, Sarvan, Korarxı, Naxçıvan, Kürdəmir və Dağıstandan gələn azərbaycanlılardan ibarət xutor-yaşayış məntəqəsi yaradılmışdır.
1929-cu ildə xutorda kollektiv təsərrüfatı yaradıb adına da dahi dövlət rəhbərimiz və həkim-pedaqoqumuz Nəriman Nərimanovun adını vermişlər.

İsmayıl həddi-büluğa çatdıqda (1933), Məleykə adlı bir qızla toy edib ailə qurmuşdur. İsmayılın dünyagörüşü, onun insaniyyəti və işgüzarlığı yaşadığı və çalışdığı kolxozun camaatının gözündən yayınmamışdır.
Onu elə cavan yaşlarında partiya sıralarına çəkib, təsərrüfata rəhbər qoymuşlar.
O, işlədiyi illərdə bütün zəhmətkeşlərin və dövlətin etimadını doğrultmuşdur.
Onun kolxozu ildən-ilə məhsuldarlığı inkişaf etdirib vilayətdə qabaqcıl yerlərə çıxmışdır.
O, Böyük Vətən müharibəsi başlayana kimi Dolinovka kəndində kolxoz sədri vəzifəsində şərəflə çalışmışdır.

Faşist Almaniyasının heç bir xəbərdarlıq etmədən Sovet hökümətinə hücuma keçməsi xəbərini eşidən kimi İsmayıl Bayramov da bir vətənpərvər oğul kimi müharibəyə gedib vuruşmaq istədiyini bildirmişdir. Lakin hökumət onu buraxmamışdır ki, o, arxada müharibə üçün ərzaq məhsullarının hasilatı ilə məşğul olsun.
Nəhayət, 1943-cü ilin qızğın döyüşləri Stavropol torpağını da tapdalayıb quldur alman döyüşçüləri tərəfindən zəbt edilmişdi.
Artıq kiçik qardaşı Məhərrəm müharibədə vuruşur, İsrafil isə kursant forması geyinirdi...

Bu dəhşətli günləri İsmayılın həyat yoldaşı Məleykə xanım sonralar belə xatırlayırdı:
- Günlərin birində axşamüstü bizə bir nəfər qaraçaylı gəldi. O, İsmayıl ilə təkbətək gizli söhbətlər etdi. İsmayıl Telman adına xutor məntəqəsinə yaxın qohumu Hüseynov Qəmbərin yanına getdi. Sentyabr ayının başlanğıcı idi. Bizə bir nəfər ayaqqabı təmirçisi sifətində adam gəldi. Səhəri günü İsmayıl bütün xutorun kommunistlərini yığıb onlara müharibənin gedişatı haqqında xəbər verdi. Camaatı düz yola istiqamətləndirmək, bizim müharibəni uğurla başa vurmağımız haqqında geniş söhbətlər apardılar. Beləliklə, artıq 1943-cü il öz uğurlu addımlarını bizim bu torpaqda da atmağa başladı. Biri digərinin ardınca yanvarın 21-də Stavropol, 26-da Armavir, Kubanın çölləri, neft şəhəri olan Maykop və Krasnodar kimi şəhərlər azad edildi. Bu vaxt İsmayıl müharibəyə getmək üçün sənədlərini yerli hərbi komissarlığa təqdim etdi. Nəhayət, 1943-cü il iyunun 6-da bütün camaat onu müharibəyə yola saldı. İsmayıl Bayramov Qırmızı Bayraqlı atıcı diviziyasında qulluq edirdi. O, bu diviziyada ölüm-dirim yolu keçmişdi. Onun ən cəsur, igid, yenilməz və cəngavər bir döyüşçü kimi Citomir, Novqorod, Volınska, Rovno, Zdolbunov, Polşa, Dnepr sahilləri və s. şəhər və ərazilərin düşməndən azad edilməsində göstərdiyi qəhrəmanlıqlar heç vaxt yaddan çıxmayacaqdır. Onun bu döyüşlərdə rəhbərlik tərəfindən aldığı yeni-yeni tapşırıqlar İsmayıl Bayramov tərəfindən ustalıq və məharətlə yerinə yetirilirdi. Onun dəfələrlə düşmən əhatəsindən sağ-salamat çıxması bütün döyüş yoldaşlarını, rəhbərliyi və eyni zamanda düşməni belə mat-məəttəl qoymuşdu. İgid Borçalı balası Koroğlu, Cöyrə oğlu Qara, Səməd ağa kimi meydanda döyüşüb vuruşardı. Onun yaddaqalan döyüşlərindən biri də əlbəyaxa vuruşudur. 1944-cü ilin sonları idi. Torpaq və şəhərlərimizi düşməndən azad edən zaman İsmayıl öz rota yoldaşlarından ayrı düşüb alman döyüşçülərinin əhatəsində qalır. Belə yaxın əlbəyaxa döyüşdə İsmayıl 40 nəfər alman əsgərini, 1945-ci ildə isə yenə belə bir döyüşdə 80 nəfəri öldürmüşdür.

İsmayılın belə igidliyi və qəhrəmanlığı haqqında diviziyanın komandiri A.S.Sarayev
öz çıxışlarının birində belə deyib:
-Sovet hərbi dairələri və onun döyüşən əsgərləri çoxmillətli cəngavər millətin ən yaxşıları ilə təşkil olunmuşdur.
Starşina İsmayıl Bayramov kimi belə qəhrəman döyüşçülərlə heç bir vaxt düşmənə tabe olmaq olmaz.
Biz, azərbaycanlı balası İsmayılla fəxr edirik!..


Əlbəttə, bu sözlər İsmayılı daha da göylərə qaldırıb və onun müharibə şücaətini daha prinsipial etmişdir.

Artıq 1945-ci iln əvvəli, soyuq qış günləri idi. Dəhşətli döyüşlər alman ərazisində gedirdi. İsmayıl Bayramovun rəhbərliyi ilə onun döyüşçüləri Almaniyanın Neymarnt dəmir yolu vağzalında döyüşürdülər. Kritik döyüşlərin birində yenə İsmayıl vuruşa-vuruşa öz döyüşçülərindən kənarda qalmış və yüngül zədə aldıqdan sonra baxıb gördü ki, artıq hər tərəfdən alman əsgərləri ilə əhatə olunmuşdur. Cəsur azərbaycanlı balası - Borçalı əsilli İsmayıl Bayramov "Vətən uğrunda! Partiya uğrunda" deyib axırıncı gülləsini də düşmənə tuş etmişdir. Böyük alman ordusunu pərən-pərən edən gənc Borçalı-Sarvan övladı düşmənə əsir düşməkdənsə özünü qəhrəmancasına öldürməyi üstün tutmuşdur. O, üstündə olan üç qumbaranın ikisini arxadan ona yaxınlaşıb "təslim ol, əsgər" deyən bir qrup alman əsgərlərinin üstünə atıb partlatmış, üçüncüsünü isə üzbəüz gələn alman zabitlərini özü ilə birlikdə partlatmışdır.
Bu hadisə 1945-ci il fevralın 10-da baş vermişdir.
Sovet əsgərləri bu dəmiryol vağzalını ələ keçirdikdən sonra axtarış vaxtı qəhrəman Sarvan balasının cənazəsini tapmışlar. Cənazənin ətrafında isə düz 80 nəfər alman-faşist meyidi qalmışdı.

İsmayıl Bayramov Polşa Respublikasında (Środa Śląska, Lower Silesian Voivodeship)
Qardaşlıq məzarlığında dəfn olunmuşdur.

İsmayıl Bayramovun qəhrəmancasına ölümü haqqında ən dəqiq və ətraflı material onun döyüş komandirlərindən Dmitriya Sviridovun 9 may 1945-ci ildə göndərdiyi məktub və sonra həmin məktubun əsasında (1945) Novoselitskidə çıxan "Bolşevik tribunası" qəzetində dərc edilmiş materialdır.
Dmitriya Sviridov, İsmayıl haqqında belə yazmışdır:

-"İsmayıl Bayramov yaxşıların yaxşısı, döyüş komandiri olmaqla yanaşı,
həm də çox gərəkli və əla partiya rəhbəridir".

Bu sözləri təmiz vicdanlı və əqidəli rus komandiri demişdir.

SSRİ Ali Sovetinin Məleykə xanıma göndərdiyi məktubda belə yazılmışdır:
"Hörmətli Məleykə İsa qızı!
SSRİ Hərbi Komandanlığının verdiyi xəbərə görə sizin həyat yoldaşınız və bizim qəhrəman döyüşçümüz İsmayıl Xəlil oğlu Bayramov düşmənə qarşı döyüşdə qəhrəmancasına həlak olmuşdur.

SSRİ Ali Sovetinin 10 aprel 1945-ci il tarixli Fərmanı ilə o - İsmayıl Xəlil oğlu Bayramov
ölümündən sonra "Sovet İttifaqı Qəhrəmanı" Fəxri adı ilə təltif olunmuşdur."

Allah rəhmət eləsin... Ruhu şad olsun!..

Müşfiq BORÇALI,
ZiM.Az



Bax:
Müşfiq BORÇALI. Borçalı ensiklopediyası,
III cild, Borçalı ulduzları. Bakı, 2001, səh. 47-48

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

ŞƏHİDLƏRİMİZ, Gürcüstan, Borçalı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

Borçalı
Böyük Vətən müharibəsi Qəhrəmanı Əmrah Qara oğlu Aslanov (01.06.1920-19.04. ...

Böyük Vətən müharibəsi Qəhrəmanı Əmrah Qara oğlu Aslanov (01.06.1920-19.04. ...

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Sovet İttifaqı Qəhrəmanı - Bəkir Dursun oğlu Mustafayev (11.02.1898-10.12.1 ...

Sovet İttifaqı Qəhrəmanı - Bəkir Dursun oğlu Mustafayev (11.02.1898-10.12.1 ...

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!...., Turan, Orta Asiya
Siyavuş Uyğuna BAŞSAĞLIĞI

Siyavuş Uyğuna BAŞSAĞLIĞI

Nekroloqlar
Eldar İSMAYIL:  AZƏRBAYCAN MƏMLƏKƏTİM

Eldar İSMAYIL: AZƏRBAYCAN MƏMLƏKƏTİM

Poeziya, Qərbi Azərbaycan
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Berlinə ilk dəfə azərbaycanlılar girib - Rusların etirafı

Berlinə ilk dəfə azərbaycanlılar girib - Rusların etirafı

Tarix, Dünya
Qarapapaq   İstil  İsmayıl

Qarapapaq İstil İsmayıl

Borçalı
General AYVAZ QARA OĞLU İSMAYILOV  (1927-2000)

General AYVAZ QARA OĞLU İSMAYILOV (1927-2000)

Başkeçid, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

"XXI əsrin Ziyalıları", Başkeçid
İSMAYIL QƏDİR  oğlu  MƏMMƏDOV (1957)

İSMAYIL QƏDİR oğlu MƏMMƏDOV (1957)

"XXI əsrin Ziyalıları", Bolus
Ömüründən yarımayan İsmayıl!

Ömüründən yarımayan İsmayıl!

Nekroloqlar
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
Polkovnik VAQİF BAYRAMOV (1959)

Polkovnik VAQİF BAYRAMOV (1959)

Darvaz
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Ş.İ.Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərb ...

Ş.İ.Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərb ...

Rəsmi Xəbərlər, Başkeçid, Təbriklər

"İsmayılın dövründə İctimai TV-nin efiri hamıya açıq idi..."

Tv
HƏSƏNPAŞA QURBANOV  (1924-2000)

HƏSƏNPAŞA QURBANOV (1924-2000)

Başkeçid
Bu gün İsmayıl Ömərovun doğum günüdür

Bu gün İsmayıl Ömərovun doğum günüdür

Bolus, Təbriklər
Rəy yazın: