Borçalıdan ucalan səs (Şair Dilsuz Musayevin yaradiciliği haqqında)

Borçalıdan ucalan səs   (Şair Dilsuz Musayevin yaradiciliği haqqında)Qədim Borçalı torpağı öz folkloru, mədəniyyəti, adət -ənənələri ilə bu gün Azərbaycanımızın ən həssas, ən doğma bir yeridir. Burda doğulan şairlər həmişə ayaq üstədir və hər an vətən kəlməsi dillərində çiçək açır. Aşıq Hüseyn Saraclı, Camal Mustafayev, Zəlimxan Yaqub, İsa İsmayılzadə, Dilsuz Musayev, Azər Abdulla, Hamlet Isaxanlı, Rəşid Faxralı, Azər Abdulla, Səməd Qaraçöp, İbrahimxəlil, Eyvaz Borçalı, Abbas Abdulla, İlqar İlkin, Rafiq Hümmət və başqaları bu torpaqdan güc alıb, şeirin, sənətin yüksək zirvələrinə ucalıblar. Vətənin qıraqda qalan yerləri həmişə çox şirin olur. Bu torpağın dili, ləhçəsi bal dadır. Çünki onlar əsl vətən həsrətini yaşayırlar.
Çoxdan tanıdığım, həmişə şeirlərini böyük zövqlə oxuduğum Dilsuz Musayev bu yaxınlarda iri həcmli bir kitabını -"Qəlbimdə göyərən vətən" kitabını (500 səhifə) mənə verdi. Ön sözü də xalqımızın ləyaqətli oğlu professor Camal Mustafayev yazıb, özü də gözəl yazıb, Dilsuzun şeirlərinin psixologizmini alim səciyyəsi ilə araşdırb, şeirləri geniş təhlil edib. Kitabdakı şeirlər gözlərim önündə bütöv, azad Azərbaycanın xəritəsi kimi canlandı. Burda Azərbaycanımızın keçdiyi tarixi yolu, çəkdiyi hər bir əzabı və yaşadığı hər bir sevinci gördüm.
Hiss olunur ki, bu şeirləri yazan şair həyatın bütün çətinliklərdən keçib, dünyanın hər üzünü görüb, amma heç vaxt yaxşı insanlara, o böyük allaha, dövlətimizə və vətənimizə inamını itirməyib.
Dilsuz Musa oğlu Musayev 1948 -ci il fevral ayının 10- da Gürcüstan Respubilkası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1966-cı ildə Saraclı kənd orta məktəbinin 11-ci sinfini, 1973-cü ildə isə Azərbaycan Pedoqoji Dillər İnstitiutunu (İndiki BSU-nu) bitirib. Təyinatla Tərtər (Mirbəşir) rayonuna göndərilmiş 1973-1979 illərdə həmin rayonun Hacıqərvənd (Kolanlı) kəndində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1980- 84-cü illərdə Bakı şəhərində 5 saylı kimya-biologiya təmayüllü internat məktəbində ixtisası üzrə çalışıb. 1985-ci ildə Respublika "Bilik" cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri təyin olunub. 1986-89 cu ullərdə Abşeron Rayon Partiya Kömitəsində müxtəlif vəzifələrdə işləyib. 1987-ci ildə dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi ilə Bolqarıstan Xalq respubilkasına gedən nümayəndə heyətinin rəhbəri olub. 1989-cü ildən Qarabağa Xalq Yardımı Komitəsində təlimatçı, ümumi şöbə müdiri, komitə sədrinin birinci müavini vəzifəsində çalışıb. 1994-cü il dekabr ayının 23-də keçirilmiş İkinci Ümumrespublika Konfransında komitənin sədri seçilib. Bir çox ölkələrdə, o cümlədən, Finlandiya, Norvec, Polşa, Avstrya, İspaniya, hollandiya, Almaniya ölkələrində ümumdünya dilçiliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edib. 1964-cü ildən respublika mətbuatında müxtəlif səpkili məqalələri, resenziyaları, şeir və tərcümələri ilə çıxış edir. Azərbaycan və Gürcüstan radio və televiziyalarında dəfələrlə şeirləri səsləndirilib və çıxşlar edib. "Cəsarətli qələm" fəxri mükafatına layiq görülüb, bir çox diplomlarla təltif olunub.
Dünya ədəbiyyatından etdiyi tərcümələr Dilsuz Musayevin yaradıcılığının ayrılmaz tərkib hissəsidir. Onun Mayya Rumyatsevadan, İrakli Abaşidzedən, Revaz Margianidən, Muxran Maçavarianidən, Mikola Bajandan, Mixail Stelmaxdan, Lanka Kupaladan, Robert Roldestvenskidən, Aleksandr Bobrovdan, Rəzzaq Əbdürrəşiddən, Aleksandr Qriçdən, Atamurad Atabayevdən, Marina Safanovadan, V. Malisevdən, M. Prisvcndən, Boris Seysardan və başqalarından etdiyi tərcümələr oxucular tərəfindən maraqla qarşılanıb.
Dilsuz Musayev "Düşmən ocaq başında", "Bakını necə tutdular", "Qəlbimdə göyərən vətən" kitablarının müəllifidir.
Dilsuz Musayev Azərbaycan və türkçülük istiqmətində Beynəlxalq konqreslərdə və sempozyumlarda maraqlı çıxışlar etmiş, mövzu ilə bağlı dövri mətbuatda elmi məqalələr dərc etdirmişdir.
Dlsuz Musayev Azərbaycan Yazıçılar və jurnanilstlər Birliyinin üzvü və "Azərbaycan ekologiyası" qəzetinin baş redaktorudur.
Bu, Dlsuz Musayevin fiziki, bioloji tərcümüyi-halıdır. Onun filoloji tərcümüyi halı daha qədim və həm də xalqımızın mədəni, mənəvi gözəlliklərini özündə ehtiva edən həyati bir prosesdir.
Borçalı ədəbi düşüncəsini şeirlərində daşıyan şair dostum Dilsuz Musayev o qədər səmimi bir insadnır, adam inana bilmir ki, o, bir qarışqanı ayaqlaya bilər, ya bir gülün ləçəyini üzə bilər və yaxud bir bulaq şırıltısının yanından laqeyd ötə bilər.
Həyatın əzablarını yaşayan, dünya görmüş bir insandır Dilsuz müəllim. İlk baxışdan adama sadəlövh təsir bağışlayır. Bəzən xətrinə dəyməsin deyə sənin dediklərini təsdiqləyir, amma ürəyində öz fikirində həmişə qalır. "Azərbaycan" jurnalında dəfələrlə şeirlərini çap eləmişuk. Yazıların çapı bir az geciksə də, heç vaxt səbəbini soruşmayıb. Onun üçün gələcək çox böyükdür, uzundur, həmişə üzrxahlıq eləyəndə deyir ki, əşi, narahat olma, əvvəl-axır çap olunacaq.
Dilsuz Musayev vətən, torpaq, müharibə, sevgi, ölüm, həyat və insan haqqında müxtəlif məzmunlu şeirlərin, xeyli sayda uşaq əsərlərin , poemaların, ədəbi-bədii publisitik yazıların, təmsillərin və yüzlərlə dünya ədəbiyyatından tərcümələrin müəllifidir.
Onun şeirlərindən ana təbiətin ətri gəlir. Suyun şıqıtısı, güllərin əsməyi, dağların mehi hiss olunur, çayların qıjıltısı eşidilir. Narahat təbiətin akkordaları Dilsuzun şeirlərinin ürək döyüntüsüdür. Onun yaradıcılığında təbiət və cəmiyyət hadisələri paralel gedir. Cəmiyyətdən insan bezəndə təbiətin qoynunna qaçır və yaxud təbiətdən cəmiyyətə saf insan gəlir. Təbiət və cəmiyyət hadisələrinin qəhrəmanı olan insanın düyğu və düşüncələri Dilsuzun şeirlərinin əsas tərkib hissəsini təşkil edir. Amma həyat insanları dəyisşdirir, dünən baş verənlər artıq bu gün üçün xatirəyə çevrilir. Dünən ata ocağının istisinə qızınanlar, bu gün onun həsrətini çəkir.

Yaman dəyişdirdi bizi bu şəhər,
Dost-dosta çox zaman sirrini vermir.
Ömür-gün keçsə də burda bir təhər,
Ata ocağının yerini vermir.

Yollar insanları uzağa aparır və sonra geri qaytarır, elə yol da var ki, insanı əbədi aparır. Şair yolları insanın qan damarlarına bənzədir. Şeirdə yolun yadda qalan obrazını yaradır.
Yollar ömrümüzün qan damarları,
Günümüz çox zaman yollarda keçər.
Yollar ömrümüzün sürət qatarı,
Obalar adlayar, yollardan keçər.

Şair təbiətin ritmlərini dərindən duyur, çöllərin lalə, dərələrin sel vaxtını yaxşı bilir. Şair hər zaman təbiətin vaxt saatına diqqətə baxır, onun ilmə naxışlarını dəqiqliyinə qədər oxuya bilir.

Əriyir dağların qarı,
Üz tutur çaylara sarı.
Keşik çəkir qayaları,
Dərələrdə sel vaxtıdır.

Şair ilanın kövrəkliyinə heyrətlənir, onun qızılı rəngini yerə düşmüş sarı üzüyə oxşadır. Bir sözlə, şair təbiətin nağışları ilə şirin söhbətlər edir.

Yenicə çıxmısan torpaq altından,
Səni də cərgəyə qoşdu yaradan.
Şükür gəlişinə olmuşam heyran,
Necə də kövrəksən, ilan balası.
Bir sarı üzüksən, ilan balası.

və yaxud

Tək yaralı quşdu sevgim,
Tək qanadla uçdu sevgim.
Toy günündə uçdu sevgim,
Ürəyində olanmadım.

Yuxarıdakı bəndin son iki misrası insan həyatının milyon illər davam edən ən qəribə anıdır. Dilsuz Musayevin şair kimi ustalığının əsas məqamı odur ki, o həyatın ən gizli və qəribə məqamlarını tutub şeir misralarına çevirə bilir. Şair üçün bu, əsas şərtdir.
Dilsuz Musayevin şairlik düyğusu təbiət və cəmiyyətin ən xırda cizgilərindən, quşların, suların və körpələrin səsindən başlayır. Özü də gözəl başlayır. Təbiəti səsi onun şeirlərinin vəznidir. Borçalıdan ucalan bu qədim səsi dünyanın hər yerində eşitmək olar.

Qəşəm Nəcəfzadə

Ədalət.- 2015.- 17 iyul.- S. 14.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dilsuz Musayev: SARACLI

Dilsuz Musayev: SARACLI

Bolus
ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI  (15.IX.1968-14.06.1994)

ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI (15.IX.1968-14.06.1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
= TƏBRİK EDİRİK, = Hörmətli ALI MUSAYEV!..

= TƏBRİK EDİRİK, = Hörmətli ALI MUSAYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Başkeçid, Təbriklər
Ramin Musayev (1963)

Ramin Musayev (1963)

Bolus, İdman
EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

Başkeçid
Şəhid mayor Təbriz MUSAZADƏnin atası  Taryel MUSAYEV dünyasını dəyişib

Şəhid mayor Təbriz MUSAZADƏnin atası Taryel MUSAYEV dünyasını dəyişib

ŞƏHİDLƏRİMİZ, Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Qaraçöp
Professor ƏLİŞİR MUSAYEV (1949)

Professor ƏLİŞİR MUSAYEV (1949)

Sağlamlıq, Səhiyyə, "XXI əsrin Ziyalıları", Başkeçid
Polkovnik Salman Musayev (1959)

Polkovnik Salman Musayev (1959)

Bolus
Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Başkeçid
Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Ədəbi tənqid, Köşə yazılar
TƏBRİK EDİRİK, hörmətli NAZİM MUSAYEV!..

TƏBRİK EDİRİK, hörmətli NAZİM MUSAYEV!..

Darvaz, Hüquq, Təbriklər
AMEA-nın müxbir üzvü ƏLİŞİR MUSAYEV “Əmək” ordeni ilə təltif edilib

AMEA-nın müxbir üzvü ƏLİŞİR MUSAYEV “Əmək” ordeni ilə təltif edilib

Rəsmi Xəbərlər, Sağlamlıq, Başkeçid, Təbriklər
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
RAFİQ ZƏBANİ

RAFİQ ZƏBANİ

Poeziya, Müsabiqə
TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

ADPU, Darvaz, Müşfiq Borçalı
Zeynal Vəfa ömrü

Zeynal Vəfa ömrü

MEDİA, Təbriklər
HƏMİŞƏ VİCDANININ SƏSİNƏ QULAQ ASAN ZİYALI - KAZIM MUSAYEV  (1941)

HƏMİŞƏ VİCDANININ SƏSİNƏ QULAQ ASAN ZİYALI - KAZIM MUSAYEV (1941)

Başkeçid
ATAMI  GÖZLƏYİRƏM... (Hekayə)

ATAMI GÖZLƏYİRƏM... (Hekayə)

Nəsr, Müsabiqə, Borçalı
Rəy yazın: