1918-ci il Mart Soyqrımının qisasını alan Borçalı bəyi İsrafil bəy Acalov

1918-ci il Mart Soyqrımının qisasını alan Borçalı bəyi İsrafil bəy Acalov Erməni generalın başını kəsən İsrafil bəy kim olub?

Borçalı türk dünyasına çox igid oğullar verib. İran Türk savaşının qəhrəmanı Nağı xan Borçalı, rus və Polşa ordularının generalları Yadigarov qardaşları, Osmanlı ordusunun Paşası Darvazlı Mehralı Paşa, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Hoyski, Qars islam Cumhuriyyətinin başqanı Emin bəy Acalov (Borçalı) və s. Belə seçilənlərdən biri də Bolus-Kəpənəkçi elindən İsrafil bəy Musa ağa oğlu Acalovdur (Hacaloğlu).

İsrafil bəy 1857-ci ildə Borçalı bəylərindən Musa ağa Ağakişi bəy oğlunun ailəsində anadan olmuşdur. Xatırladım ki, İsrafil ağanın babası Ağakişi bəy Borçalının tanınmış şəxsiyyətlərindən olmuş və 1818-ci ildə general Velyaminovun təqdimatı əsasında dövlətçiliyə xüsusi xidmətlərinə görə, üzərində Rusiya İmperatorunun şəkli olan qırmızı lentli 2 qızıl medalla təltif edildiyi barəsində də tarixi bəlgələrdə qeydlər var. Ağakişi bəyin dörd oğlundan Musa ağa Borçalıda Musa ağa daha çox “Qaragöz” adı ilə məşhur olub ad-san qazanmışdır. O, çox bacarıqlı və istedadlı gənc kimi seçilib. Xüsusi məktəbdə təhsil alan “Qaragöz” Musa ağa Kəpənəkçidəki malik olduqları pay torpaqlarına qane olmayıb indiki yurda çıxmışlar. Bu yurd sonradan Gürcüstanda Bolnisi rayonunun bir kəndi olaraq “Ağalıq” adı ilə rəsmiləşmişdir. Əslində “Ağalıq” Musa ağaya gürcü knyazından məhkəmə və hərbə-zorba çəkişmələrindən sonra onlara nəsib olmuş və tarixi titulları əsasında da “Ağalıq” deyə tarixə düşmüşdür. Hazırda kənddə 60 ev var. Unikal təbii-coğrafi yüksək ərazidə yerləşən bu kənddəki İsrafil ağanın evinin balkonundan baxanda Borçalı çökəyi Marneuliyə qədər apaydın gözlə görünür. Musa ağanın da başı çox qeyli-qallar çəkmiş və sürgün həyatı da yaşamağa məcbur olmuşdur. Lakin, buna baxmayaraq o, uzaq Sibirə sürgündən əfv olunaraq geri doğma kəndinə qayıda bilmişdir. Yerli məmurlar tərəfindən bir çox haqsızlığa düçar olan Musa ağa ortancıl oğlu İsrafili oxutdurmaq qərarına gəlir. İsrafil bəy dini təhsil aldıqdan sonra Kalinoda rus məktəbini, daha sonra Tiflisdə gimnaziyanı bitirdikdən sonra İsrafil bəy dövrünün ziyalıları ilə ayaqlaşmaq üçün təhsilini daha uca mərtəbəyə çatdırmaq niyyəti ilə Sankt-Peterburqa getmiş və buradakı ən ali Darülfuna (Universitetə) hüquq fakültəsinə qəbul olmuşdur. Universiteti qurtardıqdan sonra yüksək səviyyəli mədəniyyəti və dərin hüquqşünas təhsili ilə seçilən İsrafil bəy qısa müddət Peterburqda çalışdıqdan sonra təyinatla Tiflis şəhər məhkəməsinə vəkil işləməyə göndərilir. Beləliklə, İsrafil ağa Peterburqda hüquq təhsili almış və sonra vəkil işləyən ilk Borçalı Azərbaycanlısı kimi yaddaşlarda həkk olunur. Bir müddət vəkil işləyən İsrafil bəy bacarığı sayəsində Tiflisdə bir məhkəmənin rəhbəri vəzifəsinə təyin edilir. Borçalıların dərd-səri ilə ürəkdən məşğul olan İsrafil bəy öz zamanında yüksək intellektual səviyyəsi ilə seçilməklə yanaşı, həm də Tiflis ədəbi-ictimai mühitində tanınmış simalarla: Əbdürrəhim bəy Haqverdiyevlə, İlya Çavçavadze, Nəriman Nərimanov, Fətəli xan Xoyski və digər ədiblər ilə yaxından dostluq münasibətləri saxlamışdır. Yerli müsəlman əhalinin savadsız olması İsrafil bəyi çox narahat edir və düşündürürdü. İsrafil bəy dəfələrlə yerli müsəlman türklərin kitablarının işıq üzü görməsində yardımcı olmuş, Tiflisdə çıxan müsəlman Türk qəzetlərinə daima maliyyə dəstəyi etmişdir. Belə ki, ilk dəfə 1917-ci ildə İsrafil ağanın dəstəyi sayəsində Ə. Haqverdiyevin sədrliyilə Tiflisdə Borçalı Müsəlman Türklərinin I qurultayı baş tutmuşdur. 1905-1906-cı illər arası Tiflisdə və Borçalının digər məkanlarında (Şüləver, Sarvan və s.) baş vermiş erməni-müsəlman türk toqquşmalarında İsrafil bəy öz şəxsi hesabına Osmanlıdan (keçmiş Borçalı qaçağı olmuş indisə Osmanlı Paşası olan Darvazlı Mehralı bəydən) və Çar Rusiyasından çoxlu silah-sursat gətizdirərək azğınlaşmış ermənilərə böyük divanlar tutur. Bundan sonra İsrafil bəy doğma kəndi Ağalıqda silah anbarı tikdirərək oranı daima dolu saxlayır, ehtiyatı əldən vermirdi. Həmin dövrlər Azərbaycanda türklər hərbi xidmətə çağrılmasalar da Borçalıda İsrafil ağanın uzaqgörən siyasəti nəticəsində gənc Borçalılar Çar Hökümətinin ordu sıralarında qulluq edirdilər. Çar höküməti yanında böyük nüfuza malik olan İsrafil bəy xüsusi bəylərbəyi statusu alaraq Zaqafqaziya seyminin (məslisinin) ilk Borçalılı müsəlman türk üzvü seçilməklə yanaşı, özəl kareta və cangüdənlərlə təçhiz olunur. Başına daima qarapapaq qoyub belində gümüşü qılınc gəzdirən İsrafil bəy bu cangüdənlərdən imtina edir. Yüksək vəzifələrdə çalışmasına baxmayaraq İsrafil bəy kəndə gələndə əsl toy-bayram olarmış. Hökümətlə davası olanın yerindəcə şikayətinə baxar, imkansızlara əl tutar, onlarla ümumxalq işində qol çırmayıb işləyər, bəyzadəliyini gözə soxmayaraq, qulluqçularla, bağbanlarla oturub çörək yeyərmiş. Hətta böyük oğlu Rəşid ağanın toyunda Ağalığa o qədər yüksək mənsəbli qonaq-qara gəlməsinə rəğmən o, toy süfrəsini hamı üçün açdırmış və ayrı-seçkilik salmadan bir yerdə əyləşmələrini istəmişdir. Bu hərəkətdən qeyzlənən bəzi Qızılhacılı bəylər bunu özlərinə təhqir bilib İsrafil ağaya irad da bildirmişdilər. Lakin İsrafil bəy: – Çoban-çoluq dediyiniz insanlar məni İsrafil bəy etmişlər, kim istəyir əyləşsin, kim istəmir buyurub gedə bilər,- deyə sərt tonda qonaqlarına cavab verir. Daha sonra İsrafil ağa doğma kəndində bir məscid tikdirir… 1917 ci ildə Lüksemburqda (indiki Bolnisi, türk adı Çörük Qəmərli) məskünlaşan almanların azğınlaşıb yerli türklərə saldırdığını eşidən İsrafil bəy 100 nəfərlik dəstə ilə bura gələrək azğınlaşmış almanları darmadağın edir. Xatırladım ki, İsrafil bəyin ikinci xanımı Bolnisli alman olub. 1918-ci ilin əvvəllərindən başlayaraq ermənilər Azərbaycanın müxtəlif yerlərində, Bakıda, Şamaxıda, Qarabağda, Gəncədə, Qubada və s. şəhərlərində yerli xalqa qarşı qətliam törətməyə başlayırlar. İsrafil ağa əmisi oğlu Emin ağa ilə birlikdə Azərbaycana köməyə gedən Osmanlı Paşası Nuru Paşanı Ərdahanda qarşılayaraq doğma kəndi Kəpənəkçiyə gətirirlər. Nuru Paşa İsrafil bəyə çoxlu silah sursat və 200 tüfəng verdikdən sonra Borçalı bəyləri onu Qazaxa qədər müşayət edirlər. Müxtəlif yerlərdə Türklərə qarşı kütləvi qətliamlar törədən Andronik və general Nazarbekyan 800 erməni daşnak silahlısı ilə gizlincə Azərbaycandan ermənistana, oradan isə Borçalıda yerləşən ən böyük erməni yaşayış məntəqəsi olan Xaçına gəlirlər. Məqsəd bu strateji nöqtədən Borçalının kəndlərinə hücum etmək və əliyalın türk müsəlman əhalisini qırmaq idi. General Nazarbekyan “İntilligentnıy Palaç” adlandırdığı İsrafil bəydən 1905-06-ci il olaylarına görə intiqam almaq istəyirdi. Ermənilərin bu gizli məkirli planından çoxdan xəbər tutan İsrafil bəy öz tədbirini çoxdan görmüşdü. İsrafil ağa ilk öncə Xaçın baş keşişin və onların başbilənləri ilə görüşüb qan tökülməsinə qarşı olduğunu bildirərək onlardan Androniklə Nazarbekyanın yerini soruşur, ermənilər isə onlara bu haqda məlumatlarının olmadığını bildirirlər. Erməni silahlı dəstəsinin izinə düşən İsrafil bəy onları Borçalının ən böyük kəndi olan Kəpənəkçinin girişində yaxalayaraq güllə-baran edir. Bu döyüşdə Andronik öz 3-5 adamı ilə qaçıb canını qurtarsa da 800 erməni quldur dəstəsi məhv edilir. İsrafil ağa özü şəxsən general Nazarbekyanın başını qılıncla kəsir. Bu döyüşdə Borçalı qaçağı Cöyrə oğlu Qara və İsrafil ağanın bacısı oğlu Osmanlıda yaşayan Məmməd daha fəal idilər. Bakını ermənilərdən təmizləyən Nuru və Mürsəl Paşalar geri Osmanlıya dönərkən yenidən Kəpənəkçiyə gələrək İsrafil ağanın qonağı olurlar. İsrafil bəyə qəhrəmanlığı sayəsində Paşa tituluna layiq olduğunu söyləmiş və onunla Türkiyəyə gedərsə bu ada layiq görüləcəyini desələr də, İsrafil bəy getmir və ermənilərdən qorxduğunu yozacaqlarından ehtiyat edərək elini-obasını yiyəsiz qoymamışdır. Lakin ermənilər də bu məğlubiyyətin qisasını almaq üçün hər yola əl atmaq qərarına gəlirlərlər. Tiflisdə öz hüquqşünaslıq vəzifəsini icra edən İsrafil bəyə 1918-ci ilin noyabrında ermənilər sui-qəsd hazırlayır və onun evinə basqın edilərək öldürülməsini təşkil edirlər. Lakin Tiflisdəki evinə basqın nəticəsində İsrafil bəy atışmada ağır yaralanır və xəstəxanaya çatdırılır. Terror törədən qrupun yenidən xəstəxanaya hücum edəcəklərindən şübhələnən dost-tanış ona xəstəxanadakı yerinin dəyişdirilməsini təklif edirlər. Amma İsrafil bəy ömrü boyu ermənidən qorxmadığını söyləyərək, belə ucuz can qorumaqla yaşamağı şərəfinə sığışdırmır. Bu qüruru ona baha başa gəlir və erməni terrorçuları ikinci dəfə xəstxanaya hücum edərək onu qətlə yetirirlər. Maraqlı burasıdır ki, o zaman Türkiyədə yaşayan bacısının oğlu Məmməd dayısı İsrafil bəyin öldürüldüyünü eşidərək və Tiflisdə qətliam törədən terrorçu dəstənin üzvlərini bir-bir yaxalayaraq qana-qan dayısının qisasını alır.. Daşnak ermənilərin Dərələyaz, Ağbaba, Naxçıvan, Bakı, Göyçay və Şamaxı, Urmu, Təbriz və s. istiqamətlərində on minlərlə türk və müsəlmanın qanını axıtdıqlarına baxmayaraq, yeganə haldır ki, daşnakların ancaq Borçalı Qarapapaq türklərinə məğlubiyyəti haqqında yetərincə məlumat var. Bu bölgədə heç bir qətliam baş vermədiyinə görə, o vaxtkı İsrafil bəy kimi tarixi şəxiyyətlərimizin rolu həddən ziyadə böyük olmuşdur. Təssüflər olsun ki, İsrafil bəyin oğulları Rəşid və Rəhim bəylər 1937-ci ilin repressiya qurbanlarına çevilərək güllələnirlər.

Anar Məsimov,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
LEYLA İSRAFIL QIZI MANSUROVA

LEYLA İSRAFIL QIZI MANSUROVA

Başkeçid, Darvaz
Mənalı ömür yolu -- Bayram Abbasov - 65

Mənalı ömür yolu -- Bayram Abbasov - 65

"XXI əsrin Ziyalıları", Bolus
Milli Tərcümə Forumu keçirilib

Milli Tərcümə Forumu keçirilib

Bədii Tərcümə, QHT
TAMİLLA İSRAFİL qızı ƏLİYEVA  (1965)

TAMİLLA İSRAFİL qızı ƏLİYEVA (1965)

Başkeçid, Darvaz
MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

"XXI əsrin Ziyalıları", Başkeçid

"Cəsur Kəşfiyyatçı” filmi

Qarabağ, Tv, Müşfiq Borçalı
Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təlt ...

Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təlt ...

Rəsmi Xəbərlər, Diaspora
EMİN AĞA BORÇALI (1868-1937)

EMİN AĞA BORÇALI (1868-1937)

Bolus, Tarix, "Borçalı" Cəmiyyəti
General-Mayor Əsədulla bəy Yadigarov (1844 - 1903)

General-Mayor Əsədulla bəy Yadigarov (1844 - 1903)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
XALQ QƏHRƏMANI DARVAZLI MEHRALI BƏY

XALQ QƏHRƏMANI DARVAZLI MEHRALI BƏY

Darvaz, Dünya, Turan
Kəsərli söz sahibi - Məmməd İsrafil oğlu Məmmədov (1930-1994)

Kəsərli söz sahibi - Məmməd İsrafil oğlu Məmmədov (1930-1994)

MEDİA, Bolus, Tarix
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir q ...

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir q ...

Rəsmi Xəbərlər
Zəfər tarixinin qəhrəmanları ilə möhtəşəm görüş

Zəfər tarixinin qəhrəmanları ilə möhtəşəm görüş

Qarabağ
Sovet İttifaqı Qəhrəmanı - İsmayıl Xəlil oğlu Bayramov (1910-1945)

Sovet İttifaqı Qəhrəmanı - İsmayıl Xəlil oğlu Bayramov (1910-1945)

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
İnsanlığa, təbiətə vurğun, könlü tox insan!..

İnsanlığa, təbiətə vurğun, könlü tox insan!..

Təbriklər, Turan
NUHƏHMƏD CƏFƏROV (1956)

NUHƏHMƏD CƏFƏROV (1956)

Poeziya, Müsabiqə
Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni nəşrlər
Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Mədəniyyət, Borçalı
Mahirə Əsədova:

Mahirə Əsədova: "Onlar bizim harayımıza çatdı"

Bakı, Sosial, QHT
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edil ...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edil ...

Rəsmi Xəbərlər
Rəy yazın: