Mircəfər Bağırovun namus üstündə güllələdiyi nazir...

Mircəfər Bağırovun namus üstündə güllələdiyi nazir... Azərbaycan tarixinin ən ziddiyyətli şəxslərindən biri də Mircəfər Bağırovdur. Onun ünvanına “yaxşı, ləyaqətli insan” sözləri də səsləndirilib, əksi də deyilib. Hətta məhkəməsində özü “məni güllələmək azdır, məni dörd hissəyə bölmək lazımdır”, deyən Bağırovun bir neçə cəhəti isə müzakirə oluna bilməzdi. Onlardan biri qətiyyətlilik, o biri isə çox ciddi şəkildə namus təəssübkeşliyi idi.

Xatirələr Sədnik Paşa Pirsultanlının "Mir Cəfər Bağırov yaddaşlarda" kitabından götürülmüş aşağıdakı xatirələrdə bu detal öz təsdiqini tapır.

“Müharibənin qızğın vaxtında Bağırov 416-cı Taqanroq diviziyası ilə görüşə gedir. Ayrılarkən əsgərlərə “kimin nə sözü var” deyə, müraciət edir.

Gənc bir əsgər əlindəki məktubu ona uzadır. Mircəfər soruşur:

- Məktubda nə yazılıb?

- Sizdən utanıram, yoldaş Bağırov.

- Yenə soruşuram, orada nə yazılıb?

Oğlan utana-utana Bağırova həqiqəti detir:

- Yevlaxın kəndindənəm. Mən cəbhəyə gəlməmişdən 6 ay qabaq toyumuz olmuşdu. Əsgərliyə gələndən sonra rayonumuza gələn milis rəisi nişanlımı görüb, ona gözü düşüb. Həmin gündən kənd sovetini və kolxoz sədrini gözümçıxdıya salıb ki, o gəlini mən düzəltməsəniz hər ikinizi ya cəbhəyə göndərəcəyəm, ya da həbs etdirəcəyəm. O gündən kolxoz sədri ilə kənd soveti qıza yalvarır ki, onsuz da yoldaşın cəbhədən qayıdan deyil. Sən ona razılıq ver, bizi də qana-qadaya salma. Nişanlım (əslində arvadıdır. Sadəcə Bağırovdan utanaraq elə deyir) da razı deyil. Məktubda yazır ki, özümü öldürməkdən başqa çarəm qalmayıb.

Mircəfər Bağırov oğlanı təyyarə ilə vətənə gətirir, milis rəisini, sədrləri və gəlini çağırır, hər şeyin doğru olduğunu biləndən sonra milis rəisini kəndin ortasında camaatın gözü qarşısında güllələyir, kolxoz sədrini və kənd sovetini döyüşün ön xəttinə göndərir. Gənc əsgərə deyir:

- Bu qeyrətli gəlinin məktubuna görə səni gətirdim. Səni öz kəndinə kolxoz sədri qoyuram. Bayaq gördüyün hadisə sənə ibrət olsun. Hər bir ailəyə namusla, qeyrətlə yanaş, hamıya o qeyrətli qadının kimi münasibət bəslə.

*****

Mircəfər Bağırovun məhkəməsi aparılanda ondan şikayət edən adamların heç birinin üzünə baxmazmış. Yalnız bircə dəfə gənc bir qadın ondan şikayət edən zaman Bağırov onun üzünə baxır. Gənc qadın ondan soruşur ki, nəyə görə onun filan vaxtda nazir olan ərini güllələyib?

Bayaqdan susan Bağırov deyir:

- O suala mən yox, filan ünvanda yaşayan qadın cavab verə bilər.

Məhkəmədə fasilə elan olunur. Həmin qadını tapıb məhkəmə zalına gətirirlər. Qadın içəriyə girər-girməz ittiham kürsüsündə oturan Bağırova yaxınlaşaraq onun əlini öpür və sözə başlayır.

- Bu qadının əri nazir idi. Qızım da əlacsızlıqdan həmin nazirlikdə işləyəsi oldu. Sonra həmin nazir onu gördü, bəyəndi. Məcbur etdi ki, onun katibəsi kimi çalışsın. Qızım günlərin birində nazirin onu korladığını dedi. Mən də yoldaş Bağırova ərizə yazdım. Üçümüz birlikdə həmin nazirin kabinetinə girdik. Nazir yoldaş Bağırovu görən kimi qorxusundan yalvarmağa başladı. Məsələnin nə yerdə olduğunu bildi. Amma yoldaş Bağırov onu bağışlamadı, otağın küncündə güllələdi.

Bunu deyəndən sonra bayaq şikayət edən qadın Bağırovdan üzr istədi.

*****

Mircəfər Bağırov pambıq yığımını yoxlamaq üçün xəbərsiz rayonların birinə gedir. Bu zaman rayon qabaqcıllarından olan Bəsti Bağırova onu qarşılayır, çaya dəvət edir. Çay süfrəsində Bağırovla yanaşı Bəstinin əri Qasım da oturur. Süfrəyə çayı Bəsti gətirirmiş. Bu zaman Bağırov onu diqqətlə seyr edir. Fikirləşir ki, Bəsti görəsən çayı ilk olaraq kimin qabağına qoyacaq. Bir də görür ki, budur, Bəsti birinci stəkanı əri Qasımın, ikincini isə Bağırovun qarşısına qoydu.

Bu Bağırova çox xoş gəlir və ucadan “Əhsən sənə, Bəsti” deyir.

****

Bağırov yağışlı gündə rayonların birindən Bakıya qayıdırmış. Qəfildən görür ki, yolun ortasında üç azyaşlı uşağı ilə bir qadın dayanıb və yağışa baxmayaraq yoldan keçən tək-tük maşınlara və adamlara əl açıb dilənir. Maşını saxlatdıraraq qadından soruşur:

- Bacı, niyə dilənirsən, dərdin nədir, de, bəlkə bir çarəsi olar.

- Qardaş, sən mənim dərdimə çarə edə bilməzsən. Bağırov yoldaşımı heç nədən, günahı olmadan həbs etdirib. Mən də dilənib pul yığıram ki, Bakıya gedim, onun qəbuluna düşüm.

- Ay bacı, kimdi yoldaşın, nə üstə tutulub? De, bəlkə sabah evinə qayıtdı.

- Qardaş, onu ancaq Bağırov evinə qaytara bilər. Mən də pul yığa bilmirəm ki, gedim onun qəbuluna.

Nə isə Bağırov özünü tanıtmadan qadının ərinin kimliyini öyrənir və Bakıya çatan kimi araşdırmağa başlayır. Məlum olur ki, həqiqətən də onun əri günahsız imiş. Elə həmin gün onu azad etdirir.

Səhəri gün evinə gedən kişini görən qadın heyrətlənir:

- Mən dilənib pul yığmışdım. Bağırovun qəbuluna gedəcəkdim

- Ay arvad, mənim işimi elə sən düzəltmisən. Yolda gördüyün yoldaş Bağırovun özü olub...

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
Şarl de Qollun Bakı səfəri, yaxud bir azərbaycanlı iki dövləti necə yaxınla ...

Şarl de Qollun Bakı səfəri, yaxud bir azərbaycanlı iki dövləti necə yaxınla ...

Azərbaycan, Dünya
Gənclik ehtirası onun qəlbinə hakim kəsilib - Fərman Bağırov 80

Gənclik ehtirası onun qəlbinə hakim kəsilib - Fərman Bağırov 80

"Şərqin səsi", Təbriklər
SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri - O, bir gündə 12 erməni direktoru iş ...

SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri - O, bir gündə 12 erməni direktoru iş ...

Azərbaycan
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

---
AY BƏSTİ XANIM!..

AY BƏSTİ XANIM!..

"SAZLI-SÖZLÜ BORÇALI", Borçalı, Başkeçid
Hacı Ramazan (1937):

Hacı Ramazan (1937):

Müsabiqə
Esmira Şükürova:

Esmira Şükürova: "Bir stəkan qatıq"

Nəsr
Fağıra dayaqsan - Yetimə ANA!.. Hamının sevdiyi, ay Bəsti ana!...

Fağıra dayaqsan - Yetimə ANA!.. Hamının sevdiyi, ay Bəsti ana!...

Borçalı, Başkeçid
Elimizin fəxri - Eyvaz Rəhimov

Elimizin fəxri - Eyvaz Rəhimov

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏKƏR AĞA

ŞƏKƏR AĞA

Borçalı, Bolus, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Köşə yazılar
AzTU-nun əməkdaşları Türkiyədə işgüzar səfərdə olub

AzTU-nun əməkdaşları Türkiyədə işgüzar səfərdə olub

AzTU
MEŞƏ  TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT  XADİMİ -MEHDİ  MUSTAF ...

MEŞƏ TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT XADİMİ -MEHDİ MUSTAF ...

Azərbaycan
HƏZRƏT ABBASA ƏRİZƏ

HƏZRƏT ABBASA ƏRİZƏ

Köşə yazılar
Meyxoş Abdullah:

Meyxoş Abdullah: "Gecə qapısı döyülən qadın..." (hekayə)

Nəsr, Müsabiqə
BİLAL ƏNSƏR: İki hekayə

BİLAL ƏNSƏR: İki hekayə

Nəsr, Müsabiqə, Qərbi Azərbaycan
Müşfiq Əmirov: “... özüm gedərəm”

Müşfiq Əmirov: “... özüm gedərəm”

MEDİA
Xızıda “ŞƏHİDLƏ ŞƏHİDƏM” kitabının təqdimatı olub

Xızıda “ŞƏHİDLƏ ŞƏHİDƏM” kitabının təqdimatı olub

Yeni nəşrlər, QHT
Şəfa Abdulla: Milyon cüt corab... (Hekayə)

Şəfa Abdulla: Milyon cüt corab... (Hekayə)

Nəsr, Müsabiqə
Rəy yazın: