Ruhun şad olsun, Zəhra xanım!

Ruhun şad olsun, Zəhra xanım! Ruhun şad olsun, Zəhra xanım! Ruhun şad olsun, Zəhra xanım! “...Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin, bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur-
Sirrini verməyir sirdaşa dünya.”


Unudulmaz Azərbaycan şairi Səməd Vurğunun aşağıdakı misralarını xatırlamaqda məqsədim var: Bineyi qədimdən belə olub: Gəliblər, gediblər, gəlmişik- gedəsiyik. Haqq dünyasına qovuşanların siyahısına Bakı şəhər sakini Zəhra Vəli qızı Mirzəyevanın da adı qeyd olundu . O, 1959 -cu il avqustun 2 də Naxcıvanın Şərur rayonunun Böyükdüz kəndində anadan olmuşdu. Ailədə 4 qardaş, 3 bacı idilər. Zəhra orta ixtisas məktəblərindən birini bitirmişdi, Nizami rayon Mərkəsi Kitabxanası Keşlə qəsəbə Kitabxanasının müdüri idi. Ədəbiyata sonsuz maraq göstərirdi. Yazdığı şeirlər mətbuatda cap edilməsə də, bu gün bəzi məktəblilər onları əzbər söyləyirlər.

“And içirəm, and içirəm Vətənimin adına,
And içirəm, and içirəm axan bulaqlarına,
And içirəm, and içirəm göydəki Ulduzlara,
Vətən, sənin bir qarışın yadlarda qalmayacaq.

And içirəm, and içirəm fəslimə və ilimə,
And içirəm, and içirəm İslam kimi dinimə,
And içirəm, and içirəm Azərbaycan dilinə,
Vətən,sənin bir qarışın yadlarda qalmayacaq .

And içirəm, and içirəm igidlərin qanına,
And içirəm, and içirəm Şəhidlər Xiyabanına,
And içirəm, and içirəm Azərbaycan adına,
Vətən,sənin bir qarışın yadlarda qalmayacaq...”

Bu şeir, həyatdan vaxtsız köçmüş Zəhra xanıma məxsusdur. O, bu şeirə xitabən demişdi... “Dalğalanan bayrağınla fəxr edirik, Azərbaycan. Bu, Azərbaycan xalqının əbədi varlığı deməkdir. Vətənimizin bütövlüyü, dövlətimizin toxunulmazlığı uğrunda vuruşmuş, şəhid olmuş və yaralanmış Azərbaycan oğulları qarşısında baş əyirik. Vətən, şəhidləri unutmayacaq”
Zəhra xanım şəhid qardaşına xitabən iki bayatıda isə belə söyləyir:

“Əzizim qardaş dağı,
Tikildi qardaş dağı.
Bacıların ölərdi,
Görməzdi qardaş dağı...”

“Əzizim yoxluğuna,
Dözmürəm yoxluğuna.
Qələbə günü bəlkə-
Dözərəm yoxluğuna...”


Zəhra Mirzəyevanın ömür-gün yoldaşı Salman Mahmudovun dediklərindən: -Zəhra xanım,Mirzəyevlər ailəsinin bütün ağırlığını öz üzərinə götürmüşdü. O, Milli qəhrəman olan şəhid qardaşı Yusif Mirzəyevin anım mərasimilərini təşkil edərdi. Mən çalışırdım ki, Zəhra bu cür ağır tədbirlərdən uzaq olsun. Mən, onun bütün arzularını həyata kecirməyə çalışırdım. Zəhra xanımla birgə idmanın atletka növü ilə məşqul olurdum. 3 övlad böyütmüşük - Müzəffər, Hüseynağa və Lalə. Müzəffər və Lalənin toyunu görsədə, Hüseynağanın toyunu görmək Zəhra xanıma nəsib olmadı...
Salman müəllim kövrəlir...
Qızım Gəncə Dövlət Universitetində qiyabi təhsil alır. Bu ilin iyun ayında o, semestr imtahanlarına getməliydi. Zəhra xahiş etdi ki, mən də onunla getmək istəyirəm. Etiraz etdim. Çox təkid etdiyini gördüm və razılaşdım. Gəncəyə yola düşdülər.Lalə gündüzlər imtahan sessiyasında olduğuna görə, onlar axşamüstü Daşkəsənə gedib, orda yaxın qohumgildə gecələyirmişlər. İyulun 30-da axşam yatıb, səhər tezdən məlum olub ki, o, dünyasını dəyişib.3 gündən sonra- 2015-ci il iyul ayının 1- də Daşkəsən rayonunda dünyasını dəyişdi. İndi Zəhra xanımdan mənə yadigar qalan 3 övlad, 4 nəvə və xoş xatirələrdir...
Dərin fəlsəfi düşüncəyə malik olan Zəhra Mirzəyeva əsl ev xanımıydı. Biz, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Hacıxanım Mahirə Əsədovanın və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəalları adından mərhumə Zəhra Vəli qızı Mahmudovanın yaxın qohumlarına, ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk. Başsağlığı verənlər arasında Eldar, Elşad, İlqar Mahmudov qardaşdarı, yaxın qohumları Mahir İmameliyev də var. Allah rəhmət eləsin. Amin.

Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri,
“Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı.


Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: