BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)
REDAKSİYAMIZIN ARXİVİNDƏN:

BORÇALI ŞAİRİ DƏRYEYNUR
(1937-2008)

Dəryeynur Məmmədbağır oğlu Allahverdiyev
1937-ci il sentyabr ayının 24-də qədim Qarayazıda - indiki Gürcüstan Respub­li­ka­sının Qarda­bani ra­yo­nundakı Soğanlıq (indiki Ponicala) kəndində ana­dan ol­ub. (Sənədlərdə isə 1937-ci il yan­varın 1-i yazılıb).
1959-cu ildə orta təhsilini həmin kəndin orta mək­təbində başa vur­ub.
1962-ci ildən Tbilisi altıncı avtomabil dəstəsində So­vet­lər dağılana kimi baş mühasib vəzifəsində iş­ləyib. Sonra Fərdi təqaüdə çıxıb. Üç oğlu, iki qızı, on iki nə­vəsi var.

Hələ kiçik yaşlarından şeir yazmağa başlayan, daha dəqiq desək 19­48-ci ildən Ya­ra­dıcılığa qədəm qoyan Dəryeynur özünün ilk şerini 11 ya­şında olarkən qələmə almışdır. Belə ki, yu­xuda Adəm Pey­ğəm­bər ona bir ovuc tor­paq vermiş və hə­min gün­dən şeir yaz­mağa başlamışdır.

Şeirin tarixçəsini şair sonralar özü belə vəsf edirdi:

"Bizim evin yanı dərədi. Mən 11 yaşında idim bir gün yatarkən yuxuda gördüm ki, dərədə bir neçə uşaqla oynayıram, bu vaxt bir qara araba gəldi arabanın üstü qara parça ilə örtülmüş və iki at qoşulmuşdu qəflətən araba palçığa batdı və atlar çəkə bilmədilər. İçindən uzun ağ saqqalı olan bir kişi düşdü, məni çağırdı salam verdi və əlini cibinə salaraq cibindən bir ovuc torpaq çıxarıb mənə verib dedi al bu xəzinəni. Mən cavabında: - Axı, bu xəzinə deyil torpaqdı, - dedim.
Kişi cavab verdi: - Sonra bilərsən. Soruşdum ki, sən kimsən?
Dedi: -Mən Adəm Peyğəm­bə­rəm.
Arabada üzü örtülü bir qadın vardı. Dedim: - Bəs, o kimdir?
Dedi: O Fatimədir.
Bu vaxt qiblə tərəfdən iki at gəldi arabaya qoşuldu və araba gözümdən itdi və yuxudan oyandıqda ilk şerimi qələmə aldım."


"Gördüm"
sərlövhəli şeir belədir:

Yatmışdım əcabi qəflətdə,
Fatimeyi Zəhranı gördüm.
Yükü ağır arabada
Adəmi Həvvanı gördüm.

Xudamın gözəl bəndəsi,
Mənə dəydi xoş nəfəsi,
Yüklənmişdi kəcavəsi,
O qoca sultanı gördüm.

Dəryeynuram, söz deməyə,
Dilim gəlmir düz deməyə,
İki at gəldi köməyə,
Oldular pünhanı gördüm.

Daima Haqdan ilham alan şair Dəryeynurun şeirləri 1962-ci ildən Gür­­cüstanda çıxan bütün Azər­baycan dilli qəzetlərdə, jur­nallarda, almanaxlarda dərc olu­nub.

1970-ci illərdən isə Qarayazıda və eləcə də bü­tün Borçalgda şair-aşıq kimi tanınmağa başlayaıb. O hətta yeri gəldikcə öz sazını sinəsinə basıb onu məharətlə dil­ləndirib. “Divani”, “Dilqəmi”, “Dü­bey­ti”, “Bor­ça­lı”, “Yurd yeri”, “Kə­rə­mi”, “Sarı tel” və s. el ha­va­la­rını özünəməxsus ustalıqla ifa edib.

Dər­­yey­­nur Al­­la­h­verdiyevin şeirləri sonralar “Çeşmə” (1970), “Dan ul­duzu” (1987, 1988, 1990), “Ağır elli Borçalı” (1990), “Addımlar” (1996, 1997) to­plularında, “Azad Azər­baycan”, “Ziya”, “Təhsil”, “Şərqin səsi” və s. qə­zet­lərdə işıqüzü gö­­rüb. O, dəfələrlə yerli radio və televiziya ve­rilişlərində çıxışlar edib.

Və nəhayət, 1996-cı ildə fizika-riyaziyyat elmləri doktoru, pro­fessor Vüqar Əli­yevin təşəb­büsü ilə şair Dəryeynurun «Min tilsimli dün­ya» adlı ilk şerlər kitabını toplayıb nəşr etdik. (Nəşrə hazırlayanı, redaktoru və ön sözün müəllifi: Müşfiq ÇOBANLI.)

2001-ci ildən Azər­baycan Ya­zı­çı­lar Bir­liyinin üz­vü olan şair Dər­yeynur Allahver­diye­vin 70 illik yubileyi ərəfəsində - 2007-ci ildə "Borçalı" nəşriyyatında “Əsər­ləri”nin üç cild­liyini nəşr etməyə başladıq. Qısa bir vaxtda I cild nəfis şəkildə işıqüzü gördü. (Nəşrə hazırlayanı, redaktoru və ön sözün müəllifi: Müşfiq ÇOBANLI.)

Təəssüflər olsun ki, "Əsərləri"nin 2-ci və3-cü cildlərini görmək şair Dəryeynura nəsib olmadı.

Özünün nəsihət dolu şeirləriylə insanların qəlblərini fəth etməyi bacaran böyük el şairi Dəryeynur
2008-ci il noyabr ayının 28-də həyatdan gözlərini əbədi olaraq yumdu. Allahın rəhmətinə qovuşdu...
Allah rəhmət etsin. Amin!..

İndi şair Dəryeynur cismən aramızda olmasa da, mənən bizimlədir!
Qədir bilən Soğanlıq camaatı, eləcə də bütün Borçalılılar və poeziyasevərlər
onun əziz xatirəsini həmişə öz qəlblərində yaşadacaqlar...

Müşfiq BORÇALI,
"ŞƏRQİN SƏSİ" qəzeti,

dekabr, 2008-ci il.

P.S.:

Tanınmış jurnalist-tədqiqatçı Mirzə Məmmədoğlu Gürcüstan radiosunda işləyərkən
1999-ci illərdə Dəryeynurun öz ifasında bir neçə şeirini lentə almışdır.
İndiyədək onu şəxsi fondunda qoruyub saxlayan Mirzə Məmmədoğlu
şair Dəryeynurun əziz xatirəsini yad edərək həmin lent yazısını bu günlərdə
Yutuba yerləşdirirk poeziyasevərlərə təqdim etmişdir.

Biz də bu xeyirxahlıq üçün hörmətli Mirzə müəllimə təşəkkür edir,
həmin lent yazısını aşağıda Zim.Az/Tv -nin dəyərli ziyarətçilərinə təqdim edir,
şair Dəryeynura isə Allahdan rəhmət diləyirik. Yeri behişt olsun!..

Müşfiq BORÇALI.





.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

Tv, Qarayazı, Müşfiq Borçalı
YETİM MAHMUD (1941-2003)

YETİM MAHMUD (1941-2003)

Tv, Borçalı, Müşfiq Borçalı
Şair Bəhram Mehdinin öz ifasında şeirləri

Şair Bəhram Mehdinin öz ifasında şeirləri

Tv, Poeziya, Borçalı
Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun

Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun "Saz" poeması

Tv, Folklor, Poeziya, Tiflis, Borçalı, Bolus
Bahəddin FAXRALI (1937-2008)

Bahəddin FAXRALI (1937-2008)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Tanınmış alim-şair Şurəddin Məmmədlinin öz ifasında şeirləri

Tanınmış alim-şair Şurəddin Məmmədlinin öz ifasında şeirləri

Tv, Poeziya, Borçalı, Turan
İMZASINDAN  TANINAN  ŞAİR

İMZASINDAN TANINAN ŞAİR

Müşfiq Borçalı, Ramiz Abdullayev
Borçalının sənət butası Səadət Buta

Borçalının sənət butası Səadət Buta

Tv
AYNURƏ ULDUZa BAŞSAĞLIĞI

AYNURƏ ULDUZa BAŞSAĞLIĞI

Nekroloqlar
Ulu Borçalımızın Vüqarlı Şairi - ƏLİ VÜQARLI    (1936-2012)

Ulu Borçalımızın Vüqarlı Şairi - ƏLİ VÜQARLI (1936-2012)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Sabir Əlim XƏLİLOĞLU (1935-2007)

Sabir Əlim XƏLİLOĞLU (1935-2007)

Tv, Qarayazı
AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

"Şərqin səsi", Borçalı, Müşfiq Borçalı
NƏRİMAN QURBANOV (1937-2024)

NƏRİMAN QURBANOV (1937-2024)

Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, Nekroloqlar
SƏN TÜRK OĞLU OLAMMAZSAN!

SƏN TÜRK OĞLU OLAMMAZSAN!

Poeziya, Tiflis, "Borçalı" Cəmiyyəti, Turan
Təhməz ABBASOV (1937) və Sürəyya xanım ABBASOVA (1939)

Təhməz ABBASOV (1937) və Sürəyya xanım ABBASOVA (1939)

Bolus
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
QASIM ABBASƏLİ (1944)

QASIM ABBASƏLİ (1944)

"SAZLI-SÖZLÜ BORÇALI", UNUTSAQ, UNUDULARIQ!....
Tanış olun: SƏRDAR QABALLI

Tanış olun: SƏRDAR QABALLI

Qabal
Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Tv, Folklor, Borçalı
ƏKBƏR QOŞALIya BAŞSAĞLIĞI

ƏKBƏR QOŞALIya BAŞSAĞLIĞI

Nekroloqlar
Rəy yazın: