Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb Yeni nəşrlər, Qaraçöp 19 марта 2011 870 100 1 2 3 4 5 Tanınmış söz adamı, alim və diplomat Hacan Hacısoyun “Yurdum-yuvam” adlı şeirlər kitabı nəşr olunub. Qeyd edək ki, H.Hacısoy vətəndaş mövqeyilə, insana, vətənə və xalqa sevgisiylə seçilən ziyalıdır, onun bu məziyyəti yazılarında da özünü göstərir.Müəllif özünün qələmə aldığı “Önsöz”də kitabla bağlı bəzi məqamlara aydınlıq gətirib: “Birinci məqam ondan ibarətdir ki, istərdim bu kitaba rast gələn oxucu onu əlinə götürüb “Növbəti şeir kitabı” kimi tez-tələsik yerinə qoymasın. Çünki indiki dövrdə oxucu onsuz da “şeirlər kitabı” bolluğu içində, demək olar ki, batıb-barınıb, sözümüzü, poeziyamızı urvatdan salan yazarlar arasında çaşıb qalıblar. İkinci məqam isə bu kitabın çap olunması ilə bağlıdır. Kitab çap etdirmək, özü də şeir kitabı çap etdirmək həddən artıq məsuliyyətli bir işdir axı”. Kitabdakı şeirlər “İki sahil arasında körpü ikən, İki könül arasında fəryad oldun”, “Məni öz əlimdən qurtar, İlahi!”, “Haqqın dərgahı”, “Allah, bu sevgini günaha yazma”, “Poemalar” başlığı altında yer alıb. Şairin Vətənə həsr olunan şeirlərində doğma Azərbaycanımızın gözəllikləri, zəngin tarixi keçmişi əks etdirilib. Kitabda görkəmli şəxslərə həsr olunan şeirlər də var. Bunlardan Zahid Qaralovun 70 illik yubileyinə “El ağsaqqalı”, akademik Vasim Məmmədəliyevə həsr olunan “Haqqın dərgahı”, ustad Ələsgərə ithafən yazılan “Çəkirsən” və başqa poetik nümunələr maraq doğurur. Kitabda sevgiyə həsr olunan şeirlərdə saf sevginin tərənnümü də öz uğurlu ifadəsini tapıb. Nəşrin son bölümündə “Dərd örnəyi-Vətən” və “Yurdum-yuvam” poemaları verilib. 1946-cı ildə qədim Qaraçöp mahalında dünyaya gələn Hacan Hacısoyun bu gün 65 yaşı tamam olur. Çalışdığı hər bir sahədə xalqımıza layiqincə xidmət edən bu dəyərli insanı yubiley yaşı münasibətlə ürəkdən təbrik edir, cansağlığı, yeni uğurlar arzulayırıq! HÜSNİYYƏ525-ci qəzet.- 2011.- 19 mart.- S.17.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.