“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının təqdimatına həsr olunmuş mədəniyyət gecəsi keçirilib

“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının təqdimatına həsr olunmuş mədəniyyət gecəsi keçirilib “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının təqdimatına həsr olunmuş mədəniyyət gecəsi keçirilib TƏBRİK EDİRİK!..

“Art Council Azerbaijan”ın təşkilatçılığı ilə
“Art Tower Terrace”da
AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun rus dilində çapdan çıxmış
“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının təqdimatına həsr olunmuş mədəniyyət gecəsi
keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından
Nərgiz Qəhrəmanova
ZiM.Az
-a bildirib ki,
tədbirdə AMEA nümayəndələri, Azərbaycanın tanınmış simaları, görkəmli mədəniyyət və incəsənət xadimləri, eləcə də Fransa, İndoneziya, İtaliya, Yunanıstan, Hindistan və Qırğızıstanın ölkəmizdəki səfirləri iştirak ediblər.


Təqdimat mərasimində çıxış edən kitabın müəllifi Eldar Əmirov əvvəlcə tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Ölkə Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə cari ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini xatırladan E.Əmirov Nizami Gəncəvinin Azərbaycan və dünya ədəbiyyatı tarixində əvəzsiz rola malik tarixi şəxsiyyətlərdən olduğunu deyib. O, Nizami yaradıcılığının bir il kimi dar bir çərçivəyə sığa bilməyəcəyini vurğulayaraq dahi şairin irsinin Azərbaycan xalqını daimi müşayiət etdiyini bildirib.

“N.Gəncəvi fars dilində yazmasına baxmayaraq, ürəyi hər zaman Azərbaycanla döyünüb, - deyə qeyd edən E.Əmirov şairin əsərlərində Azərbaycan xalqı ilə yanaşı, Qafqaz Albaniyasında yaşamış amazon qəbilələri, qədim Bərdə şəhərinin təsviri, xalqımızın qəhrəman igidləri və s. ilə bağlı nadir faktlara da yer ayrıldığına diqqət çəkib.

Kitabın müəllifi “Nizami Gəncəvi İli”nin Azərbaycanın möhtəşəm Qələbəsi, qədim Azərbaycan torpaqları olan Qarabağın geri qaytarılması sevinci ilə müşayiət olunduğunu qeyd edərək bunun xalqımız tarixində olduqca əlamətdar hadisələrdən olduğunu bildirib.

O, kitabda şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir Nizaminin elmi dünyagörüşü, dahi şəxsiyyətin məhrumiyyətlərlə, itkilərlə, əzmkar mübarizə və kamillik nümunələri ilə dolu həyat yolu, həmçinin yaşadığı, yazıb-yaratdığı mühitin ictimai-siyasi, ədəbi-mədəni xüsusiyyətlərindən bəhs olunduğunu bildirib. E.Əmirovun sözlərinə görə, əsərdə Nizaminin biliyə və alimin cəmiyyətdəki yüksək məqamına verdiyi dəyərə, eləcə də onun elmin əməli əhəmiyyəti haqqındakı fikirlərinə toxunulur. Şairin ictimai-siyasi məsələlərə, təbiət elmlərinə, tibb və psixologiyaya dair baxışlarının təhlili aparılır, o cümlədən “Xəmsə”nin tarixi məxəz olaraq əhəmiyyəti məsələsi konkret hadisələrin və şəxslərin nümunəsində nəzərdən keçirilir.

E.Əmirov vurğulayıb ki, ərəb, fars, türk və digər ölkələrin orta əsr Şərq ədəbiyyatına nəzər saldıqda, yaradıcılığında elmi fikirlərə Nizami qədər yer ayıran ikinci bir sənətkara rast gəlmək mümkün deyil. Dahi mütəfəkkirin “Xəmsə”sini dövrünün ensiklopediyası adlandıran müəllif elm və fəlsəfə tarixində kainatda Yer kürəsindən kənarda aləmlərin mövcudluğuna dair fikirlərin müəllifi kimi əsasən Cordano Brunonun adının çəkilməsinə baxmayaraq N.Gəncəvinin də əsərlərində bu kimi fikirlərə yer ayırdığını qeyd edib. Əlavə edib ki, “Xosrov və Şirin” poemasında Nizami ulduzların hər birində yaşayışın mövcudluğunu ifadə edib. Lakin Nizami C.Bruno kimi bu fikirləri vahid konsepsiya şəklində deyil, ehtimallara əsaslanaraq təqdim edib. Onun sözlərinə görə, bu faktlar Nizaminin dünyanın quruluşu ilə dərindən maraqlandığını və biliklərə sahib olduğunu göstərir.

“Ümid edirəm ki, yaxın zamanda tərcüməçilərimiz Nizaminin əsərlərinin elmi tərcüməsinin həyata keçirilməsi məsələsinə diqqət yetirəcəklər”, - deyən E.Əmirov kitabın rus dilində yazılmasının səbəbinin də məhz bu amillərlə bağlı olduğunu, Nizaminin elmi və bədii kanonlara uyğun tərcüməyə layiq əsərlər yaratdığını diqqətə çatdırıb.

Tədbirdə iştirak edənlərə kitabın nüsxəsi təqdim olunub.

Təqdimat mərasimindən sonra tədbir bədii hissə ilə davam edib, tanınmış opera ifaçıları və musiqiçiləri tərəfindən “Carmen”, “Tosca”, “Faust” və s. opera və baletlərdən parçalar səsləndirilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Humanitar elmlər
Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Humanitar elmlər
Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Diaspora
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr
Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzu ...

Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzu ...

Humanitar elmlər

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞ ...

NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞ ...

Yeni nəşrlər, Humanitar elmlər
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

Gəncə, Humanitar elmlər
AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

"Zirvə"

"Azərbaycan poeziyasının Nizami Gəncəvi zirvəsi" adlı kitab nəşr olunacaq

"Elm və Təhsil", "Şərqin səsi", Elanlar
“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

"Zirvə"
Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməs ...

Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməs ...

Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı görkəmli alim  ...

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı görkəmli alim ...

Azərbaycan, Dünya, Amerika
Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Elm, "Zirvə", Cənubi Azərbaycan
AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

Digər ali məktəblər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Rəy yazın: