MİLLİ PEDAQOJİ FİKİR TARİXİMİZİN SANBALLI AYNASI

MİLLİ PEDAQOJİ FİKİR TARİXİMİZİN  SANBALLI AYNASI Resenziya

Tanınmış pedaqoq alim, Əməkdar müəllim, pedaqogika üzrə elmlər doktoru, professor Rüfət Lətif oğlu Hüseynzadənin nəfis şəkildə çapdan çıxmış “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” adlı dərs vəsaiti (Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatı, 2020, 538 s.) adıçəkilən sahədə diqqəti cəlb edən mühüm nəşrlərdəndir.
Dərs vəsaiti müəllifin tərtib etdiyi və respublika Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”, “Azərbaycan təhsil tarixi”, “Pedaqogika”, “Pedaqogika tarixi” kursu proqramlarına uyğun olaraq hazırlanmışdır.
Dərs vəsaitinin redaktoru akademik Hüseyn Əhmədov, rəyçiləri Əməkdar müəllim, professor Akif Abbasov, professor Ləzifə Qasımova, professor Hümeyir Əhmədov, professor Həsən Bayramovdur.

Kitabın annotasiyasında deyildiyi kimi, “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” adlı dərs vəsaiti qədim və orta əsrlər dövründən başlayaraq XIX əsrin sonları, XX əsrin əvvəllərinədək mərhələlərlə təhsil və pedaqoji fikir tarixi ətraflı şərh olunur, daha sonrakı dövrlər - sovet dövrü təhsil sistemi, məktəblər və bu dövrün pedaqoji fikri təhlil olunur, müstəqillik dövrünün təhsil islahatlarına və pedaqoji fikrinə nüfuz edilir, elmi-pedaqoji təhlillər aparılır və ümumiləşdirmələrlə nəticələr çıxarılır.


Müəllif dərs vəsaitinə yazdığı ön sözdə haqlı olaraq vurğulayır ki, "təhsilimizin və pеdаqоji fikrimizin kеçmişini öyrənmək, оnun hаzırkı vəziyyətinə nəzər yetirmək məktəb tariximizin, pedaqoji fikrimizin hər zaman aktual problemi olmuşdur. Kеçmiş irsimizə nəzər sаldıqdа bu günün nаiliyyətlərinin kеçmişdən qidаlаndığını, оndаn qüvvət аldığını dа görmək olur. Bu gün müdrikcəsinə dеyilmiş bir fikrin kеçmiş mütəfəkkirlərimiz tərəfindən bu və yа digər fоrmаdа, hətta bəzən daha yaxşı dеyildiyini də görmək оlur. Kеçmişlə müаsirliyi düzgün uzlаşdırmаdаn, оnu düzgün dəyərləndirmədən, müqаyisə еtmədən bu günkü məktəbimizin və pеdаqоji fikrimizin səviyyəsini müəyyənləşdirmək əlbəttə çətin olar".
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çıxışlarının birində belə bir fikir söyləmişdir: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".
Bu fikirlərə uyğun olaraq klassik yаzıçı-dramaturqumuz Cəlil Məmmədquluzаdənin söylədiyi "Biz tаriхimizi оnа görə öyrənirik ki, gələcəkdə səhvlər еtməyək" - sözlərini numunə gətirən alim müdrik insanların kеçmişi gələcəyin müəllimi olaraq dəyərləndirdiklərini də xatırladır.
Bu cəhətdən “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” adlı dərs vəsaiti kеçmişin mütərəqqi irsi ilə bu günün qаbаqcıl fikirlərini özündə sıх şəkildə bаğlayan fundamental tədqiqat əsəridir.
Geniş və əhatəli şəkildə yazılmış dərs vəsaiti "Ön söz"dən və 13 fəsildən ibarətdir.
Professor Rüfət Hüseynzadə vəsaitin ön sözündə mühüm bir məqama toxunur: "Məhəmməd Tağı Sidqinin şəxsi аrхimizdə sахlаnılаn bir əlyаzmаsındа böyük pedaqoq və müəllim bеlə yаzmışdır: "Qаfqаzdа (Аzərbаycаndа) və Türküstаndа ərəb dili hаkim dil оlmuşdur. Həttа “Müəllimi-sаni” ismi ilə məşhur оlаn Əbu Nəsr Fаrаbi və birinci hükəmаdаn sаyılаn və şеyхi rəis ləqəbi ilə müləqqəb оlаn Əbu Əli ibn Sinа kimi şəхslər türk оğlu türk оlа-оlа əsərlərini ərəb dilində yаzmışlаr”. Bu səbəbdən də bir çох fikir аdаmlаrımızın ətrаflı öyrənilməsində müəyyən çətinliklər yаrаnmış, onların bir çохu bаşqа xalqın nümаyəndəsi kimi öyrənilmiş, bir çохu dа hеç öyrənilməmişdir".
Böyük Azərbaycan maarifçisinin bu fikirlərini incələyən müəllif qeyd edir ki, yаlnız хаlqımızın istiqlаliyyəti, ölkəmizin müstəqilliyi sayəsində öz milli-mədəni və mənəvi irsimizi dərindən öyrənməyə, ətrаflı tədqiq еtməyə və yeni pedaqoji təfəkkür işığında baxmağa imkаn yаrаnmışdır. Biz bu imkаndаn istifаdə еdərək, bu mənəvi хəzinəni uzun dövr ərzində səbrlə аrаşdırmış, böyük mütəfəkkirlərimizi, оrtаq türk dünyаsının fikir аdаmlаrını, оnlаrın həyаt və yаrаdıcılıqlаrını, pеdаqоji fikir, düşüncə və fəаliyyətlərini, əsərlərini diqqətlə öyrənmiş, məktəb və pеdаqоji fikir tаriхimizdə оnlаrın yеrini, dəyər və qiymətini əlimizdən gəldiyi qədər göstərmişik. Bütün bünlаr məktəb və pеdаqоji fikir tаriхimizi zənginləşdirdiyi kimi, müаsir pеdаqоji nəzəriyyəni də inkişаf еtdirir və insаnlаrdа yеni zеhniyyət, yeni pedaqoji təfəkkür yаrаdır, оnlаrdа milli iftiхаr, milli şüur, milli birlik yаrаdır.
Dərs vəsaiti ”Azərbaycanda təhsilin təşəkkülü və inkişafı” bölməsi ilə başlayır. Buradakı "Qədim Azərbaycan sivilizasiyasina bir baxış", "Bəşər tarixində təhsilin ilk məkanı", "Qədim Azərbaycanda ilkin savad təlimi, qədim yazılarımız və təhsil mədəniyyəti", "Zərdüşt məktəbləri və “Avesta”da tərbiyə məsələləri" kimi paraqraflar qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının hələ çox qədim zamanlardan yazı və oxu mədəniyyətinə sahib olduğunu, yaşadağı dövrün xüsusiyyətlərinə uyğun təhsil ocaqları yarada bildiyini təsdiqləyir.
Müəllif haqlı olaraq vurğulayır ki, zəngin şifahi xalq ədəbiyyatımızın məşhur örnəklərindən olan “Kitabi Dədə Qorqud”, “Alp Ər Tunqa”, “Oğuz”, “Ərkənəqun” kimi dastanlarımız xalqımızın qədim tarixindən, ictimai-mədəni həyatından, zəkasından, istək və arzularından, tərbiyə və təhsil səviyyəsindən xəbər verir. Qobustan, Gəmiqaya, Oğlanqala, Qızqala, Kültəpə, Orxon kitabələri və daha bir çox qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib olduğunu sübuta yetirir.
Azərbaycanda sistemli məktəb təhsili dövrünün Zərdüşt məktəbləri ilə başlandığını qeyd edən müəllif fikrini mənbələrlə əsaslandırır. Onun bildirdiyinə görə, islamiyyətin yayılmasına qədər Azərbaycanda Zərdüşt məktəbləri daha geniş yayılmış, atəşkədə və atəşgahlar Zərdüştlüyün həm ibadət yeri, həm də təlim, tədris mərkəzləri kimi fəaliyyət gös-tər¬mişdir. Bunlar da Azərbaycanda məktəb təhsilinin əsasını təşkil etmiş və təməl amillərdən olmuşdur.
Vəsaitin "İslamiyyətin ilk dövrlərində Azərbaycanda təhsil" fəslində məsələsi araşdırılmışdır. Müəllif İslamiyyətdə tərbiyə və təhsil mədəniyyəti, tərbiyə məsələlərinin qoyuluşu barədə elmi mülahizələri ilə diqqəti cəlb edir. O, məscidlərdə, mədrəsələrdə, camelərdə, kuttablarda, məktəblərdə, xanəgah, təkyə (təkkə), zaviyə və dərgahlarda təhsil və tərbiyə haqqında çox maraqlı tarixi məlumatları sistemləşdirmişdir.
Müəllifin yazdığı kimi, Şərqdə o cümlədən Azərbaycanda təhsilin, maarif və mədəniyyətin, pedaqoji fikrin inkişafında XI əsrdə açılmış “Nizamiyyə” mədrəsələrinin xüsusi əhəmiyyəti olmuşdur. Bu mədrəsələrin əsası türk sultanı Alp Arslanın və Məlikşahın vəziri Nizam əl-Mülk tərəfindən qoyulmuşdur. Onun şərəfinə adlandırılan Nizamiyyə mədrəsələri islam ölkələrində təlim birliyi, mənəvi və mədəni bütünlüyü, ölkəni idarə etmək üçün ağıllı, bilikli, tədbirli dövlət adamlarının, din başçılarının, təfəkkür adamlarının yetişdirilməsini təmin etmək məqsədi güdürdü. Bu səbəbdən Nizamiyyə mədrəsələrinə dövlətin ilk rəsmi tədris müəssisəsi kimi baxmaq lazımdır.
Hələ XII əsrdə Azərbaycanda – Naxçıvanda, Gəncədə, Beyləqanda ilk ali təhsil verən mədrəsələrin (o cümlədən “Nizamiyə” mədrəsələrinin) fəaliyyət göstərməsi haqqında məlumatların verilməsi də maraq doğurur. Bu fəsildə müəllif həmin dövrdə kitabxanaların bir elm, tədris mərkəzi kimi fəaliyyət göstərdiyini də faktlarla əsaslandırmışdır.
Dərs vəsaitinin növbəti fəsillərində XI-XVIIII əsrlərdə yaşayıb yaratmış Azərbaycan klassiklərinin pedaqoji görüşlərinin şərhi öz əksini tapmışdır. Alim Əbülhəsən Bəhmənyar, Qətran Təbrizi, Xətib Təbrizi, Şihabəddin Sührəvərdi, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Nəsirəddin Tusi, Marağalı Əvhədi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi görkəmli filosof və şairlərin tərbiyə və təhsil haqqında fikirlərini təhlil etmiş, onların yaradıcılığındakı pedaqoji ideyalarla bağlı məqsədəuyğun mülahizələr formalaşdımışdır.
Müəllifin XVII-XVIII əsrlərdə Azərbaycanda təhsil müəssisələrinin inkişafi, eləcə də pedaqoji fikrin görkəmli nümayəndələrindən Saib Təbrizi, Qövsi Təbrizi, Molla Vəli Vidadi, Molla Pənah Vaqif və Qasım bəy Zakirin təlim-tərbiyə haqqında fikirlərini, maarifçilik görüşlərini elmi baxımdan dəyərləndirməsi olduqca təqdirəlayiqdir.
Kitabda XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda təhsil və pedaqoji fikrin inkişafı məsələsinə ayrıca fəsil həsr olunmuşdur. Burada alim 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay sülh müqavilələrdən sonra Rusiyanın tərkibinə qatılmış Şimali Azərbaycanda çar hökumətinin həyata keçirdiyi təhsil siyasətinin mahiyyətini açmışdır. O qeyd edir ki, bu dövrdən başlayaraq ölkədə ruslaşdırma siyasəti aparılmış, rus məktəblərinin sayı çoxalmışdır. Müəllif çoxsaylı faktlar əsasında qəza, dövlət, şəhər, kənd, dəmir yolu, bazar günü, sənət, müsəlman, rus-tatar məktəblərinin fəaliyyətini ümumiləşdirmişdir. Alim eyni zamanda Azərbaycanda “Üsuli-cədid” məktəbləri, ana dilində ilk dərsliklərin meydana gəlməsi, xeyriyyəçi-maarifçilik hərəkatının başlanması barədə tarixi məlumatları da elmi dövriyyəyə daxil etmişdir.
Dərs vəsaitinin “Azərbaycanda qadın təhsilinin təşəkkülü və inkişafı” fəsli də maraqla oxunur. Burada Azərbaycan maarifpərvərlərinin qadın təhsili haqqında fikirləri və qadın təhsili uğrunda mübarizələri, respublikamızın müxtəlif bölgələrində ilk dünyəvi, milli qız məktəblərinin yaranması, xüsusilə Hacı Zeynalabdin Tağıyevin 1901-ci ildə açdığı Qız məktəbinin fəaliiyəti geniş işıqlandırılmışdır.
Alim yazır: "O vaxtlar Bakıda olmuş fransız səyyahı Baron-debay 1901-ci ildə Parisdə nəşr etdirdiyi “Rusiyanın icmalı” adlı əsərinin “Tatarlar arasında. Dərbənddən Yelizavetaroladək” fəslində ilk rus-Azərbaycan qız məktəbinin açılışını yüksək qiymətləndirərək yazırdı ki, bu ideya müasirliyi ilə yanaşı, həm də maraqlı və təsirləndiricidir. O, böyük çətinliklər hesabına meydana gəlmişdir".
"XIX əsrin sonlarında və XX əsrin II yarısında Azərbaycan pedaqoji kadrlarının hazırlığı məsələləri" fəsli yaxın tariximizin bir sıra açılmamış səhifələrinə aydınlıq gətirir. Müəllif Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası və onun azərbaycanlı məzunları haqqında maraqlı məlumatlar verir. İrəvan milli maarifçilik mühiti, İrəvan Müəllimlər Seminariyası və pedaqoji kadr hazırlığı məsələləri də diqqəti cəlb edir. Eyni zamçanda Qazax Müəllimlər Seminariyası, Bakı Kişi Müəllimlər Seminariyası, Naxçıvan Müəllimlər Seminariyası ilə bağlı sistemli informasiyalar da rəğbətlə qarşılanır.
Bəllidir ki, XIX əsrin 70-ci illərinin ortalarında Qori şəhərində yaradılmış Qafqaz (Qori) Müəllimlər Seminariyası Azərbaycanda elmi-pedaqoji kadrların yetişməsində mühüm rol oynamışdır. Xalqımızın maarif və mədəniyyətinin inkişafında özünəməxsus yeri olan Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Müslüm Moqamayev, Cəlil Məmmədquluzadə, Məmmədəli Sidqi Səfərov, Süleyman Sani Axundov, Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Mahmud bəy Mahmudbəyov, Fərhad Ağazadə, Səfərəlibəy Vəlibəyov, Soltan Məcid Qənizadə, Əli Səbri Qasımov, Baba bəy Səfərəlibəyov, İsmayıl ağa Vəkilov, Əhməd Seyidov kimi onlarla ziyalılar həmin seminariyanın məzunlarıdır.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Qafqaz (Qori) Müəllimlər Seminariyasının fəaliyyətini yüksək dəyərləndirərək deyir: “Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir”.
İrəvan Müəllimlər Seminariyasının tarixi xidmətlərinə də kitabda yer ayrılmışdır. 1881-1918-ci illərdə İrəvan şəhərində fəaliyyət göstərən bu təhsil ocağı açılarkən 69 şagird təhsil alırdı. Seminariyanın ilk müəllimlərindən biri Firudin bəy Köçərli olmuşdur. Seminariyanın 1885-ci ildə ilk buraxılışı olmuşdur. Həbib bəy Səlimov, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Mirzə Abbas Məmmədzadə, Cabbar Məmmədzadə, İbadulla bəy Muğanlinski, Vahid Musabəyov, Həmid bəy Şahtaxtinski, Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Mirzə Cəlil Şürbi, Eynəli bəy Sultanov, Sadiq Xəlilov, Vahid Musabəyov və başqa ədəbiyyat və mədəniyyət xadimləri İrəvan Müəllimlər Seminariyasının məzunları sırasında olmuşlar.
Müəllif ana dilli məktəblərin açılması, ana dilli dərsliklərin yazılması məsələsinə də diqqət yetirmişdir. O, XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycanda ana dilli məktəblərin açılması ideyasının irəli sürülməsini xüsusi vurğulamışdır. Alimin yazdığına görə, Mirzə İsmayıl Qasir, Sultan Məcid Qənizadə, Mir Möhsün Nəvvab, Mirzə Şəfi Vazeh, Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtlı, Həbib bəy Mahmudbəyov, Mahmud bəy Mahmudbəyov, Firudin bəy Köçərli, Səfərli bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev, Seyid Əzim Şirvani, Məhəmməd Tağı Sidqi və digər maarifpərvər şəxsiyyətlər ana dilli məktəblər açmış, ana dilli dərsliklər yazmış, milli təhsil və mədəniyyəti inkişaf etdirərək böyük xidmətlər göstərmişlər.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə tərbiyə, təhsil və pedaqoji fikir məsələləri dərs vəsaitin xüsusi fəslində araşdırılmışdır.
Müəllif maraqlı və dəyərli məlumatlarla zəngin olan bu fəsildə yazır ki, Azərbaycan Xalq Cümhuriyyəti xalq maarifinin, elm və mədəniyyətin inkişafını milli dövlət siyasə¬tinin təməl prinsiplərindən biri kimi ön plana çəkmişdir. Şərqdə ilk demokratik, dünyəvi dövlət olan Cümhuriyyət öz mövcud¬lu¬ğunun ilk aylarından təhsil sahəsində köklü islahatlar aparılmasına, təhsilin yeni milli əsaslar üzərində qurulmasına diqqət yönəltmişdir. Bu faktın bariz nümunəsi kimi Bakı Dövlət Universitetinin təsis edilməsinə xüsisi diqqət yetirilir.
Vəsaitdə qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 1 sentyabr 1919-cu il ta¬rix¬li iclasında Bakıda ilk dövlət universitetin təsis edilməsi haq¬qın¬da qərar qəbul edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Universitet ilk tədris ilini 2 fakültə ilə – Tarix-filo¬lo¬gi¬ya, və Tibb fakültəsi ilə fəaliyyətə başlamışdır. Daha sonra¬lar Fi¬zika-riyaziyyat, Şərqşünaslıq, Hüquq, Kimya-biologiya fakültələri yaradılmışdır. İlk tədris ilində 44 müəl¬limlə fəaliyyətə başlayan universitetin ilk rektoru görkəmli rus alimi, professor Vasili Razumovski olmuş¬dur. 1926-1929-cu illərdə isə universitetə ilk azərbaycanlı rek¬tor olan Tağı Şahbazi rəhbərlik etmişdir.
Müəllif yazır ki, universiteti professor-müəllim heyəti ilə təmin etmək məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 23 iyul 1918-ci il tarixli qərarı ilə Türkiyədən və Rusiyadan müəllimlər dəvət edilmişdi. Onlar 1919-cu il oktyabr ayının əvvəllərində Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə başlamışdılar. Onların arasında Türkiyədən İsmayıl Hikmət, Xəlil Fikrət, Mühittin Birgin, Mehmet Fuad Köp¬rü¬lüzadə, Bəkir Çobanzadə, Rusiyadan Komarovski, Mako¬vels¬ki, Seredinski, Marr, Meşşaninov və başqaları var idi.
Kitabda müəllifin atası – “İstiqlal” ordenli, Əməkdar müəllim, ədəbiyyatşünas alim, dosent Lətif Hüseynzadənin Bakı Dövlət Universitetinin tarixi ilə bağlı maraqlı bir xatirəsinə də yer verilmişdir. 1929-1930-cu tədris ilində Şərqşünaslıq fakültəsini bitirmiş Lətif Hüseynzadə yazır ki, tələbələr təhsil illərində dərin və hərtərfəli bilik qazanmaqla bərabər, həm də ciddi elmi-tədqiqat işləri ilə də məşğul olmuş, ictimai işlərdə fəal iştirak etmiş, faydalı təşəbbüslər irəli sürmüşlər. Məsələn, 1928-29-cu tədris ilində Lenin adına Azərbaycan Dövlət Darülfünunun (1922-ci ildə adı dəyişdirilmiş, 1924-cü ildə Leninin adı verilmişdir) 10 illik yubileyi ərəfəsində Şərqşünaslıq fakültəsi nəzdində jurnalistika şöbəsi yaradıldı. Mikayıl Müş¬fiq, Əhməd Cavad, Məmmədsəlim Tahirli, Əhməd Seyidov, Lətif Hüseynzadə və başqa fəal tələbələr dərsdən sonra jurnalistika şöbə¬sinin məşğələlərində iştirak edirdik. Bu şöbədə Qori Müəllimlər Seminariyasının məzunu, əsgəri xidmətdə olmuş, bizdən daha yaşlı və təcrübəli olan Əhməd Seyidovla daha yaxın münasibətlər qura¬raq məşğələlərə davamlı həvəslə gedir və birlikdə fəaliyyət göstə¬rirdik. Burada qəzetçilik, müxbirlik, mətbəə ləvazimatı, redaksiya işlərinə dair çox maraqlı dərslər keçir, məqalələr yazırdıq. Jurna¬lis¬tika fakültəsinin və jurnalistika şöbəsinin rəhbəri professor S.Sere¬dinski idi. Bir gün rektorumuz Taği Şahbazi məşğələmizə gəldi və biz ona müraciət etdik ki, darülfünunda çoxtirajlı bir qəzet nəşr edək. Rektor da fikrimizi razılıqla qarşıladı və 1929-cu ilin iyun ayın¬da Azərbaycan Dövlət Darülfünunda “Student jurnalist” adlı çox¬tirajlı universitet qəzetinin ilk nömrəsini buraxmağa nail olduq. Bu ilk nömrədə Tağı Şahbazinin “Böyük yubiley qarşısında”, Hadi Mir¬zəzadənin “Darülfununda jurnalizm kafedrası”, M.Səlim¬xanlı¬nın “Bizdə qəzetçilik sənəti”, Əbdüləziz Salamzadənin” Darülfünün bizə nə verdi”, S.Aşurbəylinin “Pedaqoji fakültənin yeni quruluşu. Prof. Fridonlu ilə müsahibə”, Lətif Hüseynzadənin “Azərbaycan necə öyrənilir”, Tanabeylinin “Lisaniyyat kafedrası. Professor Bəkir Ço¬banzadə ilə müsahibə”, Əhməd Seyidovun “Tibbi fakül¬tə¬də yeni tədbirlər” adlı məqalələri getmişdir. Rəngli buraxılmış bu ilk qə¬ze¬tin redaksiya heyətində Məmməd Arif, Adil Əfəndizadə, S.Aşur-bəy¬li, Əhməd Seyidov və Lətif Hüseynzadənin adları görünmək¬də¬dir...”
Müəllif daha sonra vəsaitdə xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 14 noyabr 2017-ci il tarixli xü¬susi Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq 2019-cu ildə BDU-nun 100 illiyi Azərbaycanda və beynəlxalq aləmdə yüksək səviyyədə qeyd edilmişdir.
Dərs vəsaitində ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin yaradılması ilə bağlı söylədiyi bu dəyərli fikrə də isnad edilir: "Əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yara¬dıl¬ması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir".
Kitabda XIX əsrin sonu və XX əsrin birinci yarısında Azərbaycan klassiklərinin, görkəmli maarifpərvərlərinin tərbiyə və təhsil haqqında fikirlərinin təhlili də ifadəsini tapmışdır. Müəəlif burada Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Məhəmmədağa Şahtaxtlı, Məhəmməd Tağı Sidqi, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov, Mirzə Ələkbər Sabir, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Abbas Səhhət, Abdulla Şaiq, Hüseyn Cavid, Üzeyir Hacibəyov kimi şəxsiyyətlərin pedaqoji düşüncələri və müəllimlik fəaliyyəti barədə söz açmışdır.
Sovet dövründə təhsil və pedaqoji fikir, sovet məktəbi və sovet pedaqogikası, sovet hakimiyyəti illərində Azərbaycanın görkəmli pedaqoqları məsələlərinə həsr edilmiş fəsillər də yaxın keçmişimizin tarixinə ayna tutur. Burada görkəmli Azərbaycan pedaqoqları Əhməd Seyidovun, Mehdi Mehdizadənin, Mərdan Muradxanovun xidmətləri işıqlandırılır.
Müəllif yazır ki, 1920-ci ilin aprelindən sonrakı dövrdə, Sovet hakimiyyətinin mövcudluğu illərində Azərbaycanda təhsilin inkişaf istiqamətləri ilə bağlı uğurlara və çatışmazlıqlara ədalətli, obyektiv qiymət verməyi ulu öndər Heydər Əliyevin müdrik fikirlərindən öyrənmək tövsiyə edilir. Heydər Əliyev deyir: "Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azər¬baycanda dərin savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olma¬saydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Onlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq".
Dəyərli məlumatlarla zəngin olan dərs vəsaitinin son fəsli “Azərbaycanın müstəqilliyinin ilk illərində təhsilin inkişafı” adlanır. Burada qeyd edilir ki, "Müstəqillik illərində Azərbaycanda təhsilin səviyyəsini və inkişafı şərti olaraq üç mərhələyə bölmək olar: birinci mərhələni təhsil sisteminin tənəzzülü, sovet hakimiyyəti illərində qazanılmış nailiyyətlərdən, mütərəqqi ənənə¬lərdən uzaqlaşmaq, ikinci mərhələni sabitləşmə meylləri, milli təhsil quruculuğu sahəsində ilk addımların atılması, dövlətin təhsilə diq¬qətinin artması, mütərəqqi və inkişafyönümlü qərarların, qanunların qəbul edil¬məsi, beynəlxalq əlaqə¬lərin intensivləşməsi, təhsilə investisiya qoyuluşuna başlanması, üçüncü mərhələni isə təhsil sistemində köklü islahatlar, yeniliklər, innovasiyalar, yeni pedaqoji texnologiyalar, müsbət beynəlxalq təcrübənin pedaqoji prosesə tətbiqi, Avropa məkanına inteqrasiya dövrü kimi dəyərləndirmək olar".
Müəllif vurğulayır ki, Azərbaycanda təhsil sa¬həsində islahatların aparılması Ulu Öndər Heydər Əliyevin 1999-cu ildə “Təhsil sahəsində islahatlar Proqramı” ilə başlamışdır. Daha sonra 2009-cu ildə “Təhsil haqqında” Azərbay¬can Respublikasının Qanunu öz üstün məziyyətləri ilə rəhbər dövlət sənədi kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020 - Gələcəyə Baxış İnkişaf Konsepsiyası” qəbul edilmiş, “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (24 oktyabr 2013-cü il) ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı təhsilimizin inkişafının uzun müddətli metodoloji əsası hesab edilir.
Kitabın son fəslində bildirilir ki, "Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır" - kəlamının müəllifi olan prezident İlham Əliyev hazırda ümummilli lider Heydər Əliyev elm, təhsil və mədəniyyət sahəsinə göstərdiyi qayğını ardıcıl davam etdirir.
Müəllif yazır: "...təhsilin hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının mühüm sahəsi olduğunu dərindən bilən Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günündən Azərbaycanda təhsilin inkişafına qayğını ön plana çəkdi, ölkənin sosialiqtisadi inkişafında təhsilin aparıcı istiqamətlərindən biri kimi onun tərəqqisinə nail olmaq üçün bütün potensial imkanlardan istifadəyə geniş şərait yaratdı. 1993-cü ilin ikinci yarısından etibarən təhsil və mədəniyyət böyük inkişaf yolu keçdi, təhsilin maddi-texniki bazası möhkəmləndi, güclü elmi-pedaqoji kadrlar hazırlandı. Təhsilin idarə edilməsi yeni mexanizmi hazırlandı. Yeni tipli, müasir məktəb tikintisi sürətlə artırıldı. Məktəblərin kompüterləşməsi prosesi, informasiya-kommunikasiya texnologiyalarından istifadə genişləndi. Müəllim kadrlarının hazırlığına, onların ixtisasının artırılması və yenidən hazırlanması məsələləri təkmilləşdirildi və genişləndirildi".

Əminliklə demək olar ki, professor Rüfət Hüseynzadənin “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” adlı dərs vəsaiti son illərdə pedaqogika tarixinə olunmuş ən sanballı əsərlər sırasında özünə layiqli yer tutacaqdır. Bu dəyərli vəsait müəllimlər, tələbələr, təhsil və pedaqoji fikir tarixi ilə məşğul olan tədqiqatçılar, eləcə də geniş oxucu auditoriyası üçün faydalı nəşrdir. Ona görə milli pedaqoji fikir tariximizin sanballı aynası olan bu kitabın tezliklə ingilis və rus dilllərinə tərcümə edilməsi, çap olunması və xarici ölkələrdə yayılması indiki dövrdə məqsədəuyğun ola bilər.

Knyaz ASLAN,
Bakı Dövlət Universitetinin
Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Məktəblər, Tarix
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL  (Yubiley ərəfəsində)

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL (Yubiley ərəfəsində)

Məktəblər, Tarix
Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

TDPİ-nin Azərbaycan bölməsi, ADPU
Professor Asif Hacıyevin Rusiyada  yeni dərs vəsaitləri dərc edilib

Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
ALİMİN YENİ UĞURU

ALİMİN YENİ UĞURU

AzTU
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Elmi Məqalələr
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
Ulu öndər Heydər Əliyev təhsil haqqında

Ulu öndər Heydər Əliyev təhsil haqqında

Azərbaycan, Prezident, Təhsil
Bir daha

Bir daha "Kurikulum" haqqında

Məktəblər, "Elm və Təhsil"
Fədakarlıq və axtarış

Fədakarlıq və axtarış

Elm, "Zirvə"
DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Yeni nəşrlər, Naxçıvan
Təlim və tərbiyə ocaqlarımızdan biri: Abdulla Şaiqin  100 yaşlı uşaq bağças ...

Təlim və tərbiyə ocaqlarımızdan biri: Abdulla Şaiqin 100 yaşlı uşaq bağças ...

Təhsil
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Borçalı, Təbriklər, Turan
ADPU: 90 ilin işığında

ADPU: 90 ilin işığında

ADPU
“Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” adlı dərs vəsaiti çapdan  ...

“Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” adlı dərs vəsaiti çapdan ...

Yeni nəşrlər, BDU, "Şərqin səsi", Hüquq
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

Humanitar elmlər
Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Digər bölmələr
Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Elmi Məqalələr

"Nəriman Nərimanov - milli təmayüllü kommunist"

Yeni nəşrlər
Rəy yazın: